Məhkəmə qərarları › İş №e-2-2(113)-1712/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1712/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1712/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklərinin icra olunmaması, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 627612,50 manat əsas borc, 31380,60 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 949 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli (elektron qaimə EBCK seriyalı, 384094 nömrəli), xx.xx.2023-cü il tarixli (elektron qaimə EBDA seriyalı, 727697 nömrəli), xx.xx.2023-cü il tarixli (elektron qaimə EBDC seriyalı, 637993 nömrəli), xx.xx.2023-ci il tarixli (elektron qaimə EBDF seriyalı, 281121 nömrəli), xx.xx.2023-cü il tarixli (elektron qaimə EBDG seriyalı, 092144 nömrəli), xx.xx.2022-ci il tarixli (elektron qaimə EBDG seriyalı, 092822 nömrəli) alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə və xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 384094 elektron qaiməyə əsasən satıcı **********-Polivinil Xlorid PVC S6532 malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 186912 manat (158400 əsas, 28512 manat ƏDV) ödəməyi, müqaviləyə və xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 727697 nömrəli elektron qaiməyə əsasən satıcı **********-Granul PET VVK881 malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 67260 manat (57000 manat əsas, 10260 manat ƏDV) ödəməyi, müqaviləyə və xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 637993 nömrəli elektron qaiməyə əsasən satıcı **********-DOP (Dİ OKTİL TEREFTALAT) malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəriolan 60180 manat (51000 manat əsas, 9180 manat ƏDV) ödəməyi, müqaviləyə və xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 281121 nömrəli elektron qaiməyə əsasən satıcı **********-DOP (Dİ OKTİL TEREFTALAT) PVC istehsalı üçün malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 155760 manat (132000 manat əsas, 23760 manat ƏDV) ödəməyi, müqaviləyə və xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 092144 nömrəli elektron qaiməyə əsasən satıcı **********-DOP (Dİ OKTİL TEREFTALAT) PVC istehsalı üçün malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 76841,60 manat (65120 manat əsas, 11721,60 manat ƏDV) ödəməyi, xx.xx.2022-ci il tarixli müqaviləyə və xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 092822 nömrəli elektron qaiməyə əsasən satıcı **********-DOP (Dİ OKTİL TEREFTALAT) PVC istehsalı üçün malını satmağı, alıcı isə həmin malları qəbul edərək, malların dəyəri olan 80658,90 manat (68355 manat əsas, 12303,90 manat ƏDV) ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qeyd olunan mallar təhvil verilmişdir. İddiaçının öhdəliklərini lazımı səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək 627612,50 manat, (531875 manat əsas borc 95737,50 manat ƏDV olmaqla) ödənilməmiş borcu qalmışdır. Bununla bağlı cavabdehə dəfələrlə iddiaçı tərəfindən elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə xəbərdarlıq məktubları, müraciət və pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 598.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin azaldılması” barədə ərizə verərək, cavabdehdən 531875 manat əsas borc, 44757,08 manat ƏDV borcu, 28831,60 manat faiz borcu və 949 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Məhdud Məhdud Cəmiyyətindəndən 627612,50 manat məbləğində əsas borc (531875 manat əsas borc, 95737,50 manat ƏDV olmaqla), 31380,60 manat məbləğində faiz borcu, 949 AZN ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda MMC tərəfindən 50980,41 manat ƏDV ödənişinin aparılması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq bildirirk ki, Cavabdeh MMC 50980,41 manat məbləğində ƏDV ödənişi həyata keçirməklə qeyd olunan məbləğdə borc öhdəliyini qəbul etmiş hesab olunur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin həcminin azaldılaraq Cavabdeh MMC-dən 531875 manat əsas borc, 44757,08 manat ƏDV borcu, 28831,60 manat faiz borcu və 949 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və idiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 eyni zamanda bildirdi ki, təmsil etdiyi tərəf həbsdə olduğu üçün müqaviləni təqdim edə bilməmişlər, hazırda onlarda müqavilə yoxdur.

7. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında dövriyyənin olması barədə sənədləri təqdim etmişlər. Mallar iddiaçının adına gəlibdir. Cavabdeh tərəf malların satışını həyata keçirmişdir.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, 2023-cü ildən cavabdeh tərəfin şikayəti əsasında araşdırma aparılır. İddia tələbinin əsasını yalnız elektron qaimə təşkil edir və hesab edilir ki, bu, kifayət edən sübut deyildir. Həm qarşı tərəfə, həm də digər tərəfdə Cahangir olub və müxtəlif əməliyyatlar aparıb. Hesab edirlər ki, müqavilə və təhvil-təslim aktları olmalıdır. Cahangir MMC-nin direktor müavini olub və cəmiyyətə faktiki rəhbərlik edib və vergi sistemi üzərindən də müəyyən əməliyyatlar aparıbdır. Əməliyyatları müvəqqəti direktor işləyən zaman aparıbdır. Bununla bağlı onların şikayətləri olub və iddiaçının barəsində cinayət işi ayrıca icraata ayrılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında da hazırda iddiaçının barəsində cinayət işi var və orda da müəyyən olunur ki, Cahangir müəyyən əməliyyatlar aparıbdır. 50980,41 manat ƏDV məblıği onlar tərəfindən ödənilməyib, hesab edilir ki, bu cinayət faktorudur.

9. xx.xx.2022-ci il tarixli, EBDK seriyalı, 384094 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 186912 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 727697 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 67260 manat təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 637993 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 60180 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi göstərilmişdir.

12. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 281121 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 155760 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi göstərilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 092144 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 76841,6 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi göstərilmişdir.

14. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 092822 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyərini (ƏDV daxil) 80658,9 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi göstərilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 98000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi 02/2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən PVC alışı üçün avans ödənişi qeyd edilmişdir (hazırkı mabisə ilə bağlı deyil).

16. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına 13000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi 02/2022 saylı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən səhvən ödənilmiş avans məbləğinin geri qaytarılması qeyd edilmişdir (hazırkı mabisə ilə bağlı deyil).

17. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı bank hesabına 14000 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi 02/2022 nömrəli müqavilə, EBCK seriyalı, 384094 nömrəli elektron qaimə qeyd edilmişdir (hazırkı mabisə ilə bağlı deyil).

18. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin bank hesabına 22180 manat vəsait köçürülmüşdür. Ödənişin təyinatı kimi 02/2022 saylı, xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir (hazırkı mabisə ilə bağlı deyil).

19. Nərimanov Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrılması barədə qərarın məzmunundan müəyyən olunur ki, ********* saylı cinayət işi üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı tərəfindən xüsusilə külli miqdarda vergilərin ödənilməsindən yayınması faktı, X1 263500 manat məbləğində pulunun ələ keçirilərək dələduzluq törədilməsi faktı, İddiaçı və qeyrilərinin 6152846,74 manat məbləğində xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi faktı, İddiaçı tərəfindən ölkəyə idxal olunmuş “PVC” xammalının satılaraq Mütəllimov Əhmədin ******* manat pulunun ələ keçirilməsi və Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək şirkətə məxsus külli miqdarda əmlakın ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.4 və 213.3-cü maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışın məzmunundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 77085 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi 02/2022 saylı, xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı tərəfindən 50980,42 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 02/2022 saylı, xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir. Ödənişin hansı məqsədlə edilməsi müəyyən edilməmişdir.

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli dövriyyə ilə bağlı arayışın təqdim edilməsi barədə məktubun məzmunundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aparılan qarşılıqlı əməliyyatlara əsasən ƏDV depozit hesabına 50980,42 manat məbləğin mədaxil olduğu, 77085 manat məbləğin isə məxaric olduğu müəyyən edilmişdir.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli dövriyyə ilə bağlı arayışın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan hesabat dövrləri üçün və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan hesabat dövrləri üçün vergi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirlər 598993,41 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirlər 749675,96 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirlər 3056049,41 manat , xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirlər 3961985,35 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannaməsi üzrə ümumi gəlirlər 856606 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannaməsi üzrə ümumi gəlir müəyyən edilməmişdir. Belə ki, uçot-baza məlumatlarına əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixədək olan hesabat dövrü üçün gəlir vergi bəyannamələri üzrə ümumi gəlirlər 9223310,13 manat müəyyən edilmişdir.

23. Məhkəməyə iddiaçı tərəfindən sübut qismində təqdim olunan Vergi ödəyicisinin ƏDVDH üzrə çıxarışdan (excell cədvəli) görünür ki, xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü il, xx.xx.2023-cü, xx.xx.2023-cü tarixlərdə ümumilikdə 50980,42 manat ödəniş edilmişdir. Həmin cədvəlin audit sahələri qrafasında əvvəlki ödənişlərlə bağlı ticarət sahəsi qeyd edilsə də, 50980,42 manat hissə ilə bağlı “müəyyən olunmamış” sözləri qeyd edilmişdir.

24. ƏDV subuçot hesabından çıxarışda ödənilən 50980,42 manatın xx.xx.2022-ci il taixli müqavilə üzrə ödənildiyi qeyd edilmiş, həmin məbləğin 2340 manat hissəsi səhvən ödənilmiş avans məbləğin geri qaytarılması kimi, 9868,42 manat hissəsi avans ödəniş kimi qeyd edilmişdir.

25. Əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 01.05 2023-cü il tarixədək Cavabdeh MMC-də direktor müavini vəzifəsində (əsas iş yeri) işləmişdir.

26. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış məktubun məzmunundan müəyyən olunur ki İddiaçı Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmişdir.

27. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli borcun ödənilməsi ilə bağlı məktubun məzmunundan müəyyən olunur ki, alqı-satqı müqaviləsi əsasında satılmış mallar üzrə təqdim edilmiş elektron qaimə fakuralara gösrə 488020 manat əsas, 44757,08 manat ƏDV borcunun ödənilməsi tələb edilmişdir.

28. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş borcun ödənilməsi ilə bağlı pretenziya məktublarından görünür ki, xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 384094 nömrəli elektron qaimə üzrə 186912 manat borcun 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

29. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş borcun ödənilməsi ilə bağlı pretenziya məktublarından görünür ki, xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 727697 nömrəli elektron qaimə üzrə 67260 manat borcun 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

30. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş borcun ödənilməsi ilə bağlı pretenziya məktublarından görünür ki, xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 281121 nömrəli elektron qaimə üzrə 155760 manat borcun 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

31. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş borcun ödənilməsi ilə bağlı pretenziya məktublarından görünür ki, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 092144 nömrəli elektron qaimə üzrə 76481 manat borcun 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

32. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş borcun ödənilməsi ilə bağlı pretenziya məktublarından görünür ki, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 092822 nömrəli elektron qaimə üzrə 80658 manat borcun 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

33. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş borcun ödənilməsi ilə bağlı pretenziya məktublarından görünür ki, qalıq borcun 3 (üç) gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının: 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 2.5.3-cü bəndinə əsasən elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.7.1-ci bəndinə əsasən malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim edilir. 3.7.2-ci bəndinə əsasən əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində elektron qaimə-faktura təqdim edilir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

37. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 531875 manat əsas borc, 44757,08 manat ƏDV borcunun iddiaçının xeyrinə tutulması təşkil edir.

38. Məhkəmə qanunvericilik normalarını, iş materiallarını, tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmin nəticəyə gələrkən aşağıdakılar nəzərə alınmışdır.

39. Belə ki, işin faktiki hallarından göründüyü kim, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, yarandığı vaxtdən təsisçisi və direktoru Qanuni nümayəndədır. İddiaçı xx.xx.2022-ci il tarixdən 01.05 2023-cü il tarixədək Cavabdeh MMC-də direktor müavini vəzifəsində (əsas iş yeri) işləmişdir. Həmçinin iddiaçı “PVC” xammalının xaricdən ölkə ərazisinə gətirilib satılması fəaliyyəti ilə məşğul olmuşdur. Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işindən başqa cinayət işinin ayrılması barədə qərar qəbul olunaraq, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən istifadə edərək, şirkətə məxsus külli miqdarda əmlakın ələ keçirilməsi epizodu üzrə Azərbaycan Respublikası CM-nin 178.4 və 213.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Belə ki, cinayət işi zərərçəkən qismində Cavabdeh MMC-nin müvafiq şikayət ərizəsi əsasında başlanılmışdır. Qeyd ounan hallar işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında alqı-satqı müqaviləsinin bağlandığını iddia edərək, həmin müqavilə üzrə cavabdehə malların təhvil verildiyini, lakin onların dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini bildirərək, hazırkı iddia tələbini irəli sürmüş, cavabeh isə aralarında yazılı və ya şifahi qaydada müqavilənin bağlandığı qəbul etməyərək, onlara iddiaçı tərəfindən hər hansı malın təhvil verilmədiyini, belə bir fakt varsa, müvafiq sübutların, təhvil təslim aktlarının təqdim olunmasını təklif etmişdir. İddiaçı tərəfindən tələbinin təsdiqi kimi əsas sübut qismində elektron qaimələr və 50980,42 manat ƏDV məbləğinin ödənilməsinə dair sübut təqdim edilmişdir. Həmin məbləğlərin ödənilməsinə dair çıxarışda təyinatla bağlı müəyyən hissələrdə avans ödəniş, səhv ödənilmiş məbləğin geri qaytarılması kimi qeydlər edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ƏDV məbləğləri iddiaçının Cavabdeh MMC-də direktor müavini işlədiyi müddətdə ödənilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının cavabdehin faktiki direktoru olduğunu bildirərərk, əslində bütü səlahiyyətlərin onda olduğunu, bütün əməliyyatları da özünün icra etdiyini, ona görə də şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət edildiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli dövriyyə ilə bağlı arayışın təqdim edilməsi barədə məktubdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aparılan qarşılıqlı əməliyyatlara əsasən iddiaçının ƏDV depozit hesabına 50980,42 manat məbləğin mədaxil olduğu, 77085 manat məbləğin isə məxaric olduğu müəyyən edilmişdir. Həmin hala iddiaçı tərəfindən aydınlıq gətirilməmişdir.

40. Həmçinin tərəflər arasında hüquq münasibətlərini yaradan hər hansı yazılı müqavilə məhkəməyə təqdim olunmamışdır. Tərəflər arasında şifahi formada müqavilənin bağlanması nəticəsinə gəlmək üçün yetərli sübutlar mövcud deyil. Belə ki, cavabdeh belə bir müqavilənin bağlanmasını qəbul etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən satıldığı iddia edilən malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim sənədləri iş materiallarına əlavə edilməmiş, yalnız elektron qaimələr təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, elektron qaimə özlüyündə malların təhvil verilməsini təsdiq edən sübut deyil. Elektron qaimə-faktura “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarına uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Elektron qaimə-faktura mallar barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Hazırkı halda isə elektron qaimənin əsasında dayanan heç bir sənəd (müqavilə, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim edilməmişdir. Həmçinin üç elektron qaimənin “Əsas” sətrində yalnız “müqaviləyə əsasən” sözləri, digər üç qaimədə isə “xx.xx.2022-ci il raixli 20 nömrəli alqı-satqı müqaviləsi” sözləri qeyd olunmuşdur. ƏDV ödənişləri ilə bağlı çıxarışda isə ödənişlərin xx.xx.2022-ci il tarixli müqavilə üzrə edildiyi göstərilir.

41. Həmçinin müəyyən olunur ki, iddiaçı tərəfindən həm iddiaçının cavabdehə ödədiyi, həmçinin cavabdehin iddaçının hesabına etdiyi ödənişlərlə bağlı (hazırkı mübahisə ilə bağlı olmayan) təqdim olunan ödəniş sənədlərində ödənişin təyinatı qismində “xx.xx.2022-ci il tarixli müqavilə üzrə” qeydi edilmişdir.

42. İşin müəyyən olunan halları, yuxarıda sadalanan ziddiyyətli məqamlar nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında hazırkı mübahisə üzrə alqı-satqı müqaviləsinin bağlanması, iddiaçının təhvil verildiyini iddia etdiyi malların alıcının mülkiyyətinə verilməsi öz təsdiqini tapmadığından, yəni tərəflər arasında hazırkı mübahisə ilə bağlı tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcud olması və iddiaçının irəli sürdüyü iddia öz təsdiqini tapmadığından Cavabdeh MMC-dən 531875 manat əsas borc, 44757,08 manat ƏDV borcunun tututlmasına dair iddia rədd olunmalıdır.

43. İddia borcun tutulması hissəsində rədd edildyindən digər hissələrdə də təmin olunmamalıdır.

44. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar