Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1720/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “avtomobilin qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: avtomobilin alqı-satqısı, etibarnamə, müqavilənin etibarsızlığı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh və müstəqil tləb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı (X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “avtomobilin qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X8ndan 2460 (iki min dörd yüz altmış) manat müayinə aktı üzrə tələb olunan xərclərin , 100 (bir yüz) manat müayinə aktinın alınmasına görə , 500( beş yüz) manat hüquqi yardıma görə ,61 ( altmış bir )manat məhkəmə rüsumuna görə xərclərin və avtomobilin alqı-satqı-gününə qədər üzərinə qoyulmuş cərimə xərclərinin alınaraq mənə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 ilə mənim aramızda etibarnamə verilməsi yolu ilə bağlanmış alqı –satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə 99VU899 dövlət qeydiyyat nişanlı ,ban № JTDKB20U193512041 , “Tayota prius” markalı avtomobili ona pulunu ödəyərək almışam. Avtomobili alan zaman avtomobilin heçbir poblemi olmadığını ,tam keyfiyyətli ,istifadəyə yararalı və saz vəziyyətdə olduğunu bildirərək, cavabdeh məni inandırmışdır. Lakin avtomobili aldıqdan dərhal sonra çoxsaylı gizli,yəni vizual qaydada gözlə aşkar oluna bilməyən nasazlıqların olması və avtomobilin istismara yararlı olmadığı aşkarlanmışdır. Bu səbəbdən avtomobili işlətmək mümkünsüz olmuşdur. Bu barədə dərhal X5 bildirsəmdə mənə qarşı təhqiredici ifadələr işlətmiş və avtomobili geri götürməkdən imtina etdiyini bildirmişdir. Mən isə məcbur olub həmin avtomobili mütəxəssisə təqdim edib keyfiyyət və gizli çatışmazlıqlar barədə müayinə-keyfiyyət aktı əldə etmişəm. Mütəxəssis tərəfindən avtomobilin həm qəzaya uğramİŞ olduğu , həmdə müayinə aktında göstərilmiş yararsız hissələrin olduğu müəyyən edilmişdir. Göstərilənlər barədə rəsmi arayış verilmişdir. Həmin arayışı və müayinə aktını sizə təqdim edirəm. Bundan əlavə,Nəqliyyat vasitələrinin elektron sistemindən çıxarılmış məlumatdan aşkar olunmuşdur ki, həmin avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. Elektron sistemdə olan məlumatdan görünür ki, Emil İskəndərli həmin avtomobillə hadisə törədərək ,hadisə yerindən yayınmısınız. Ona görə də avtomobil axtarışdadır.Bu səbəblərə görə cavabdehə pretenziya göndərərək təklif etmişəm ki. mübahisəni məhkəmədən kənAr,yəni məhkəməyədək öz aramızda həll edək. Bunun üçün ona aşağıdakı variantlardan birini təklif etmişəm: 1. Avtomobili geri götürüb ödənilmiş pulu və bu vəziyyətlə bağlı çəkdiyim xərcləri dərhal qaytarılsın. 2. Avtomobildə aşkarlanaraq mayinə aktında göstərilmiş nasazlıqları dərhal aradan qaldırılsın və çəkdiyim əlavə xərcləri ödənilsin. 3. Avtomobildə aşkarlanmış nasazlıqların aradan qaldırılması üçün lazım olan 2460,00 manat xərclər və əlavə olaraq bununla bağlı çəkdiyim 100manat müayinəyə görə , 500manat hüquqi yardıma görə xərclər və ödənilməli olan cərimə xərci dərhal ödənilsin Pretenziya məktubunda həm də onu bildirmişəm ki, ki, iş materialları baxılması üçün məhkəməyə göndərildiyi halda ,yuxarıda göstərilənlərdən əlavə xərclər yaranacaqdər ki, həmin xərcləri də ödəmək sizin üzərinizə düşür. X15 mənə şifahi olaraq ona təklif olunan şərtlərin heçbiri ilə razı olmadığını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə əriazə verərək bildirmişdir ki, işin məhkəmə icraatının hazırkı hazırlıq mərhələsində MPM-nin 53-cü maddəsini əsas götürərək iddia tələbinin əsasını dəyişdirmək qərarına gəlmişdir. Ona görə ki, cavabdehdən aldığı avtomobili öz adına iki səbəbdən rəsmiləşdirə bilmir. Birincisi avtomobil yararsız vəziyyətdə olduğuna görə hərəkət edə bilmir. Avtomobili öz adına rəsmiləşdirmək üçün isə onu qeydiyyat məntəqəsinə aparmaq lazımdır. Avtomobili əsaslı təmir olmadan işə salmaq mümkünsüzdür. Bir halda ki avtomobili adına qeydiyyata aldıra bilmir və onun mülkiyyətçisi olmamışdır, ona dəymiş zərərin tələbinin təmin edilməsi prespektivi çox azdır. Bundan əlavə, iddia ərizəsində göstərmişdir ki, o avtomobilin dəyərini ödədikdən sonra məlum olmuşdur ki, avtomobil ilə qəza törədilmiş və avtomobil hadisə yerindən yayındırılmışdır. Həm də bu səbəbdən avtomobili öz adına rəsmiləşdirmək mümkünsüzdür. Avtomobilin cavabdeh tərəfindən geri götürülməsi və avtomobilə görə ona ödədiyi 7000.00 ( yeddi ) min manatın, etibarnaməyə görə ödədiyi 37.00 ( otuz yeddi) manatın, müayinə aktına görə ödədiyi 100.00 ( yüz) manatın, hüquqi yardıma görə ödədiyi 500.00 ( beş yüz) mantın, məhkəmə rüsumuna görə ödədiyi 61.00 ( altmış bir) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-4539/2024 saylı qərardadına əsasən İddiaçı cavabdeh X5 qarşı “avtomobilin qaytarılması və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Daha sonra, iddiaçının ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1720/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh X5 qarşı “avtomobilin qaytarılması və pul” tələbinə dair iş üzrə cavabdeh X9 əsl Cavabdeh İlqar oğlu ilə əvəz olunması və işin icraatının təzələnməsi qərara alınmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1720/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və pul” tələbinə dair e-2- 2(113)-1720/2025 saylı kommersiya mübahisəsi üzrə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmi edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə telefon vasitəsilə əlaqə saxlayıb. Cavabdeh ona etibarnamə verə biləcəyini bildirdi, lakin o, imtina edib, məhkəməyə gəlməsini və məsələni qanunla nəzərdə tutulmuş qaydada həll olunmasını tələb edib. Sadəcə soruşdu ki, maşını həmin şəxsə, yəni X5 neçiyə satıb, o isə bildirdi ki, maşını 10500 manata satıb, amma nömrəsiz satıb. İskəndərli Emil isə maşını iddiaçıya satanda bunu da ona bildirməmişdir. Cavabdeh demişdir ki, məhkməyə gəlib iştirak edəcək, lakin yenə də gəlmədi.
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən X4 (iş üzrə əvvəlki cavabdeh, hazırda 3-cü şəxs) nümayəndəsi (atası və vəkili) bildirdilər ki, maşını əvvəlcə 7000 manata satmaq istəyirdi, lakin iddiaçı maşına baxan zaman maşında işığın yandığını səbəb gətirərək 5000 manat ödəməyə hazır olduğunu bildirdi, X8 isə Rusiyaya getməyə tələsirdi və görəndə ki, iddiaçı real alıcıdır 5000 manata satmağa razılaşdı və iddiaçıdan maşına görə cəmi 5000 manat alıb.
9. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
10. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi:
12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Toyota Prius (Hibrid) minik markalı 99VU899 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi qismində Cavabdeh qeyd olunmuşdur.
13. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi Cavabdeh mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı 99VU899 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) sərəncam hüququnu etibarnamə əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi X5 vermişdir.
14. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2024-cü il tarixli ƏN-İX seriyalı 466785 nömrəli etibarnamədən görünür ki, X8 “Toyota Prius (hibrid)” minik markalı, 99VU899 dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək və s. hüquqları (səlahiyyətlərin digər şəxslərə verilə bilməsi nəzərdə tutulmaqla) xx.xx.2025-ci il tarixinə kimi İddiaçı etibar etmişdir.
15. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2024-cü il tarixli ƏN-İX seriyalı 488633 nömrəli etibarnamədən görünür ki, İddiaçı “Toyota Prius (hibrid)” minik markalı, 99VU899 dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermək və s. hüquqları (səlahiyyətlərin digər şəxslərə verilə bilməsi nəzərdə tutulmaqla) xx.xx.2025-ci il tarixinə kimi X10 etibar etmişdir.
16. AR Maliyyə Nazirliyinin Nəzarət Xidməti inin müstəqil eksperti tərəfindən verilmiş arayışa əsasən avto yol nəqliyyat qəzasına uğramış “Toyota Prius” markalı **-VU-*** dövlət nömrə nişanlı 2008-ci il buraxılışlı tünd rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri zəhmət haqqı 270 manat, ehtiyyat hissələri 2190 manat, cəmi 2460 manat təşkil edir.
17. Nəqliyyat vasitəsinin üzərində məhdudiyyətin mövcudluğu barədə arayışa əsasən, 99VU899 dövlət nömrə nişanlı TOYOTA PRİUS nəqliyyat vasitəsi X11 törədərək hadisə yerindən yayınmışdır.
18. X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, internetdə maşının satılması barədə elanı o tapmışdır. Maşın satışa 7800 manata qoyulmuşdur. Zəng edib danışıb, soruşub ki, qiymətində endirim olacaqmı, deyiblər ki, son olaraq 7500 manata sata bilərlər. Bundan sonra atası ilə o, maşına baxmağa getmişlər. Maşına baxdıqda cavabdehin qardaşı orda idi. Demək olar ki, problem olduğunu birdirən bütün işıqlar yanırdı. Onları da o, dəqiq bilmirdi. Atasına deyib ki, yaxşı maşındır, götürsün. Sonra getdilər notariusa. 43 saylı notariusun qabağında maşının yiyəsi də gəldi, notariusda etibarnamə verdi. Çıxıb getdilər maşının yanına, orda atası 7000 manat pulu sayıb verib.
19. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, İskəndərli Emilin qardaşıdır. Alqısatqı zamanı o və qardaşı, qarşı tərəfdən isə ata və oğul iştirak ediblər. Maşına baxış keçirtdilər, matora, salona, manitora,qapılara. Hətta deyiblər ki, ustaya getmək ehtiyyac varsa, gedə bilərlər. Cavabında dedilər ki, onlarda Prius olub, başları çıxır, icarəyə verirlər. Qardaşı ilə atası razılşdı, onlayn mobil notariat vasitəsilə etibarnamə verildi. Və məbləği razılaşdırdılar 5000 manat, sayıldı qardaşına verildi. V. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
24. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.
25. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.
26. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
27. Maddə 324.4 müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
29. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
30. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
31. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2 əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə 337.3 əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
37. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
38. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
41. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
42. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
43. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
44. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
45. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
46. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə
48. Bənd 4.3. Nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9.-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır.
49. Bənd 4.3-1. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları dərhal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 1 (bir) gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
54. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. VI. Məhkəmənin mövqeyi:
56. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
57. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
59. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
60. Azərbaycan Respublikasının Ali Məhkəmənin Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda ədqin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2022 saylı qərardadında qeyd edilmişdir ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur
61. Həmin qərardadda qeyd edilmişdir ki, əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır.Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini avtomobilin təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.
62. İşin hallarından aydın olur ki, Toyota Prius (Hibrid) minik markalı 99VU899 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair tərəflər arasında bağlanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, əslində həmin müqaviləni etibarlı alqısatqı müqaviləsi kimi qiymətləndirmək mümkün deyildir. Göründüyü kimi alqı-satqıya dair sadəcə şifahi razılaşma və avtomobilə dair sərəncam verilməsi və idarə edilməsinə dair xx.xx.2025-ci il tarixinə kimi verilmiş etibarnamə mövcüddür.
63. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən avtomobillər rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar hesab olunur, onlar dövlət qeydiyyatına alınır və həmin qeydiyyatı Daxili İşlər Nazirliyi həyata keçirir. Və avtomobilin alqı-satqısına dair müqavilə şifahi deyil, notarial qaydada bağlanmalıdır.
64. Bununla yanaşı hazırkı işin halları baxımından nəzərə alınmalıdır ki, hər iki tərəf, 99VU899 dövlət qeydiyyat nişanlı “Tayota prius” markalı avtomobilə dair müqaviləni bağladıqlarını bildirirlər və avtomobil müqavilə bağlandıqdan sonra iddiaçıya verilmiş və onun tərəfindən müəyyən (iddiaçının izahatına əsasən 7000 manat, iş üzrə 3-cü şəxsin (maşına etibarnamə əsasında sərəncam verən şəxs) nümayəndəsinin izahatına əsasən – 5000 manat) ödəniş həyata keçirilmişdir.
65. Lakin, məhkəmə bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair bağlanmış şifahi müqavilə, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlandığı üçün etibarsız hesab edilməlidir. Belə olan halda isə MM-nin 337.5-ci maddəsini rəhbər tuturaq (Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir) məhkəmə hesab edir ki, mübahisəli avtomobilə dair iddiaçı tərəfindən cavabdehə (mülkiyyətçi tərəfindən avtomobilə sərəncam verilməsinə dair verilmiş etibarnamə əsasında X5) ödənilən pul məbləği iddiaçıya, nəqliyyat vasitəsi isə cavabdehə (mülkiyyətçiyə) geri qaytarılmalıdır.
66. Cavabdeh tərəfindən iddiaçıya geri ödənilməli olan pul məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, baxmayaraq ki, iddiaçı iddia edir ki, avtomobilə görə 7000 manat ödəniş etmişdir və həmin məbləğin geri qaytarılmasını tələb edir, lakin məhkəmə araşdırılması zamanı ödənilən pulun məhz 7000 manat olmasını sübuta yetirə bilməmişdir (pul məbləği nağd qaydada verilmişdir). İş üzrə əvvəlki cavabdeh, hazırda iş üzrə müstəqil tələb irəli sürməyə 3-cü şəxsin nümayəndəsi isə cəmi 5000 manat pulun alındığını etiraf etmişdir.
67. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd edilən dəlillərə əsasən deyil, məhz tərəflər arasında şifahi bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız müqavilə hesab edildiyi üçün, iddia qismən təmin edilməli, 5000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli və Toyota Prius (Hibrid) minik markalı 99VU899 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən cavabdeh (mülkiyyətçi) Cavabdeh geri qaytarılmalıdır.
68. İddia tələbinin digər hissələrinə - etibarnaməyə görə ödədiyi 37.00 manatın, müayinə aktına görə ödənilən 100 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qeyd edir ki, həmin xərclərin çəkilməsini təsdiq edən sübutlar təqdim edilmədiyi və hətta çəkilmiş olseydı belə cavabdehdən tutulmasına dair hər hansı hüquqi əsas müəyyən edilmədiyi üçün həmin hissədə iddia tələbi rədd edilməlidir.
69. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 61 manat dövlət rüsumu və 500 manat vəkil xərci ödənilmişdir.
70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
71. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
72. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
73. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının pul tələbinin cəmi məbləği 7137 manat təşkil edir (dövlət rüsumu məbləği və vəkil xərci çıxılmaqla). Rüsumun hesablanması kalkulyatorunun göstəricisinə əsasən qeyd edilən məbləğ üzrə ödənilməli olan dövlət rüsumu məbləği 91,37 manat təşkil edir. Beləliklə, iddiaçı iddia və dəqiqləşmə ərizəsi verilən zaman dövlət rüsumunu kəm ödəmişdir.
74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 61 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir, həmçinin kəm ödənilmiş 9 manat dövlət rüsumu Cavabdeh, 21,37 manat isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
VII. Nəticə:
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Toyota Prius (Hibrid) minik markalı 99VU899 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh geri qaytarılsın, qeyd edilən nəqliyyat vasitəsinə görə ödənilmiş 5000 manat pul vəsaiti, vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 61 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Kəm ödənilmiş 9 manat dövlət rüsumu Cavabdeh, 21,37 manat isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova