Məhkəmə qərarları › İş №e-2-2(113)-1723/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1723/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1723/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, zərər aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 862,28 manat məbləğində sığorta ödənişinin və 40 manat mediasiya xərcinin, 10 manat poçt xərcinin, cəmi 912,28 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə məxsusolan və Cavabdeh1idarə etdiyi, "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX-minik” markalı avtomobil və X1 idarə etdiyi, **-HK-*** dövlət nömrə nişanlı“Mercedes Benz E320 CDİ minik” markalıavtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. **-HK-*** dövlət nömrə nişanlı “Mercedes Benz E320 CDİ minik” markalı avtomobilə dəymiş zərər 830 (səkkiz yüz otuz) manat müəyyən edilmiş, həmin zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi X6 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydalarına müvafiq qaydada nettinqin nəticələrinə əsasən 862.28 (səkkiz yüz altmış iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində pulun ödənilməsizərərçəkənin sığortaçısı"xxxx" ASC tərəfindən "xxxx" qarşısında irəlisürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-üi il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX-minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülkiməsuliyyəti ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Bakışəhər Binəqədi rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” dan (Forma4) müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX-minik” markalı avtomobilin sürücüsü Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 332.1 və 327.1-cimaddələri ilə inzibatiməsuliyyətə cəlb edilmişdir. "xxxx" tərəfindən verilmişqüsur aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mercedes Benz E320 CDİ minik” markalıavtomobilə 830 (səkkiz yüz otuz) manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən “Mercedes Benz E320 CDİ minik” markalı avtomobilə dəymiş zərərə görə 862.28 (səkkiz yüz altmış iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində pulun ödənilməsi tələbi həmin avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəlisürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/2480 saylı geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun çatdırılmasına dair xəbərnamələrdən görünür ki, 862.28 (səkkiz yüz altmış iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində pulun ödənilməsi ASC tərəfindən cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Bununla yanaşı pretenziya məktubu və iddia ərizəsinin surəti “elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, həmçinin pretenziya məktubu “onlayn kargüzarlıq” sistemi vasitəsilə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri, 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/6-00038 saylı arayışından müəyyən olunur ki, cavabdehlərlə mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamış, medasiya sessiyasında iştiraka görə tərəfimizdən 40 (qırx) manat məbləğində mediasiya xərci və 10 (on) manat poçt xərci Bakışəhəri, 6 saylı Mediasiya Təşkilatına ödənilmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verib Cavabdeh3 da cavabdeh qismində iş üzrə icraata cəlb edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1723/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh3 hazırkı iş üzrə cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.

5. Cavabdeh2 MMC iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddianın ona aid hissədə təmin edilməməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi bağlanmış, **-AN-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Nexia SX-minik” markalı avtomobil sonuncunun sahiblik və istifadəsinə verilmiş, hazırda da həmin cavabdehdədir. Ona həmin müqavilə üzrə son dəfə etibarnamə xx.xx.2023-cü il tarixdə verilmiş, etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Cavabdeh iddiaçının xəbəri və razılığı olmadan avtomobili digər Cavabdeh1 istifadəsinə vermiş, sonuncu da yol nəqliyyat hadisəsi törətmiş, bu səbəbdən inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, həmin şəxs yol nəqliyyat hadisəsini törədən zaman lizinq predmetini etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən iddia tələbi onlara aid olan hissədə təmin edilməməlidir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi C.Hüseynov iddia ərizəsinə etiraz edib iddiaya qarşı yazılı etirazın məzmununa uyğun izahat verib iddianın onlara aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi O.Şeydabəyov məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

10. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

13. "xxxx" MMC tərəfindən verilmiş zərər aktına əsasən hadisə nəticəsində 99HK667 nömrəli avtomobilə dəymiş zərər 830 manat təşkil edir.

14. xx.xx.2023-cü il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə məxsus 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobil 5000 manat məbləğində sığortalanmışdır.

15. xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 60 ay müddətinə lizinqə verilmişdir.

16. Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobil sonuncuya təhvil verilmişdir.

17. Nəqliyyat vasitəsininin qeydiyyat şəhadətnaməsindən görünür ki, 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 MMC-nin mülkiyyətindədir.

18. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 77AN812 dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarə edilməsi ilə bağlı etibarnamə verilmiş, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə qədər müəyyən edilmişdir.

19. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə 862,28 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

20. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

23. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

24. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

25. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

26. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb Cavabdeh1 olan hissədə əsaslı və təmin edilməlidir.

27. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə sığortalı Cavabdeh2 MMC arasında icbari sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, hadisənin törədilməsinə təqsirli olan Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Hadisə nəticəsində X3 məxsus zərər dəymiş avtomobili sığorta etmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə iddiaçı tərəfindən 862,28 manat məbləğində vəsait ödənilmişdir. Bu səbəbdən 862,28 manat məbləğində pul zərərin əmələ gəlməsində təqsirli olan Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə iddia tələbini qalan hissədə, zərərin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 da tutulmalı olması hissəsində əsassız hesab edir.

29. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi Cavabdeh1 təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir.

31. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçıya ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (delikt) şəxsən Cavabdeh1 tərəfindən törədildiyindən, ziyanın əvəzi də məhz onun tərəfindən ödənilməlidir.

32. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 862,28 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh1 aid edilməli, 10 manat poçt xərci iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 862,28 manat məbləğində pul, 40 manat dövlət rüsumu, ümumilikdə 902,28 (doqquz yüz iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 (on) manat poçt xərci iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar