Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1724/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, Vəkil1, ilkin iddia üzrə Cavabdeh1 və onun nümayəndəsi, Vəkil3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi, Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və “Təmir Tikinti Müəssisəsi“ MMC-dən vurulmuş maddi zərərin əvəzi olaraq, 179425,66 Azərbaycan manatının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 05 may 2016-cı il tarixdə Azərbaycan Respublikasında ********** sayla dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin 100% iştirak payı X5 for Agriculture şirkətinə məxsusdur. 01 sentyabr 2016-cı il tarixdə Cavabdeh1 İddiaçı MMC-də baş mühəndis vəzifəsinə təyin edilib. Onun əmək funksiyasına layihələrin planması və həyata keçirilməsinə rəhbərlik etmək, layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s.), layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək və s. daxil olub. 21 avqust 2017-ci il tarixində əmək müqaviləsinə dəyişiklik edilib və Boqdan Yuryeviç direktor müavini vəzifəsinə, 10 yanvar 2018- ci il tarixdən isə direktor vəzifəsinə təyin edilib. İddiaçı MMC-də aparılmış daxili audit yoxlaması nəticəsində əldə etdikləri məlumat və sənədlərə əsasən, Cavabdeh1 “Təmir Tikinti Müəssisəsi“ MMC ilə aparmış olduğu danışıqlar nəticəsində bağlanılmış müqavilələr İddiaçı MMC-yə zərər vurub. Belə ki, daxili audit yoxlaması nəticəsində bəlli olub ki, o, öz qulluq mövqeyindən istifadə edərək, şirkətin vəsaitlərindən istifadə etməklə şirkətin maraqlarını nəzərə almadan, “Təmir Tikinti Müəssisəsi“ MMC ilə əlbir olaraq, bazar dəyəri kifayət qədər aydın olan məhsulları “Təmir Tikinti Müəssisəsi“ MMC–dən bazar dəyərindən xeyli baha qiymətə əldə edib. Bu hal, cavabdehlərin pis niyyətlə razılığa gəldiklərini açıq-aşkar göstərir ki, bu da həmin müqavilələrin etibarsızlığını yaradıb. Bundan başqa, cavabdehlərin pis niyyətlə razılaşmaları nəticəsində, İddiaçı MMC üçün əlverişsiz şərtlərlə müqavilələr imzalanıb və bunun nəticəsində, şirkətin vəsaiti israf edilməklə şirkətə 179425,66 Azərbaycan manatından artıq məbləğdə ziyan vurulub. İddiaçı MMC adından çıxış edən Cavabdeh1 “Təmir Tikinti Müəssisəsi“ MMC ilə pis niyyətlə razılığa gəlib və bunun nəticəsində İddiaçı MMC üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilələr imzalanıb. Belə ki, qeyd edilən müqavilələr nəticəsində İddiaçı MMC “Təmir Tikinti Müəssisəsi“ MMC-dən aşağıdakıları satın alıb: 1. Tikinti materialları; 2. Yemək (katerinq) xidməti; 3. Tikinti texnikasının icarəsi;
4. Dizel. Alınan məhsul və xidmətlərdən göründüyü kimi, “Təmir Tikinti Müəssisəsi“ MMC tikinti şirkəti olduğu halda, öz profilinə uyğun olmayan məhsul və xidmətlərin də satışını həyata keçirib və qiymətləri bazar qiymətindən xeyli baha olmasına baxmayaraq, şirkətin maraqlarını nəzərə almayan Cavabdeh1 həmin məhsul və xidmətləri daha baha qiymətə nədənsə “Təmir Tikinti Müəssisəsi“ MMC-dən alıb. Üstəlik, İddiaçı MMC özü müstəqil olaraq “Təmir Tikinti Müəssisəsi“ MMC profilinə uyğun olmayan xidmət və məhsulları həmin xidmət və məhsulların satışını həyata keçirən müəssisələrdən birbaşa ala biləcəyi halda, həmin xidmət və məhsulların birbaşa satıcısı olmayan “Təmir Tikinti Müəssisəsi“ MMC-dən alıb. Belə ki, “Təmir Tikinti Müəssisəsi“ MMC öz fəaliyyət istiqamətinə aidiyyatı olmayan məhsul və xidmətləri faktiki olaraq, həmin məhsul və xidmətlərin satışını həyata keçirən müəssisədən alaraq, İddiaçı MMC-yə daha baha qiymətə satıb. Qeyd edilənlər həmin vaxt İddiaçı MMC adından “Təmir Tikinti Müəssisəsi“ MMC ilə danışıqlar aparmış Cavabdeh1 arasında İddiaçı MMC-nin vəsaitləri hesabına qanunsuz gəlir əldə etməyə pis niyyətlə razılığa gəlindiyinin açıq-aşkar sübutudur. Belə ki, dizelin bir litrinin hər kəsə məlum olan əlçatan bazar dəyəri həmin vaxt 0,60 qəpik olduğu halda, dizelin bir litrini birbaşa satıcı olmadığı halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən 0,71 qəpiyə alınması, sementin bir kisəsinin hər kəsə bəlli olan əlçatan bazar qiyməti 6,50 manat olduğu halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən 8,26 manata və yeməyin həmin regionda müqavilənin imzalandığı vaxt hər kəsə bəlli olan əlçatan bazar qiyməti 1,54 manat olduğu halda, Təmir Tikinti Müəssisəsi“ MMCdən 5,75 manata alınması ilə bağlı müqavilə imzalanması razılaşdırılıb və nəticədə bu müqavilələr imzalanmış olub. Sonradan, İddiaçı MMC-də daxili audit yoxlaması nəticəsində bu müqavilələrdən bəziləri üzrə qiymətlərin bazar qiymətindən həddindən artıq yüksək yazıldığı müəyyən edilmiş və bu qiymətlərə müvafiq dəyişiklik edilməli olduğu bildirilmişdir. Bununla bağlı İddiaçı MMC adından "xxxx" MMC ilə danışıqlar aparılmış və qiymətlərdə müvafiq mal və xidmətlər üçün bazar qiymətinə əsasən dəyişiklik edilməsi edilməsi bildirilmişdir. Lakin "xxxx" MMC qeyd edilən qiymətləri Cavabdeh1 ilə razılaşdırdıqlarını bildirərək, müqavilə qiymətinə dəyişiklik etməkdən imtina edib. 1) Dizellə bağlı - Satın alınmış dizelin bir litrinin hər kəsə məlum olan əlçatan bazar dəyəri 0,60 qəpik olduğu halda, “Təmir Tikinti Müəssisəsi“ MMC dizelin bir litrinin, 0,71 qəpiyə satın alınması ilə bağlı müqavilə imzalanıb və 91930 litr dizel alınıb. Qeyd edilən həcmdə dizelin baha alınması nəticəsində İddiaçı MMC-yə 9928,44 manat məbləğində zərər vurulub. 2) Sementlə bağlı - Satın alınmış sementin bir kisəsinin hər kəsə bəlli olan əlçatan bazar qiyməti 6,50 manat olduğu halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən sementin bir kisəsininin, 8,26 manata alınması ilə bağlı müqavilə imzalayıb və 150 kisə sement alınıb. Qeyd edilən həcmdə sementin baha alınması nəticəsində İddiaçı MMC-yə 264 manat məbləğində zərər vurulub. 3) Yemək (katerinq) xidməti ilə bağlı - Satın alınmış yeməyin Salyanda müqavilənin imzalandığı vaxt hər kəsə bəlli olan əlçatan bazar qiyməti bir porsiya üçün 1,54 manat olduğu halda, “Təmir Tikinti Müəssisəsi“ MMC-dən 5,75 manata alınması ilə bağlı müqavilə imzalanıb və 40157 yemək alınıb. Qeyd edilən həcmdə yeməyin baha alınması nəticəsində İddiaçı MMC-yə 169233,22 manat məbləğində zərər vurulub. Cavabdeh1 məhkəməyə İddiaçı verdiyi iddia ərizəsinə dair etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilənlərin heç bir əsası yoxdur. İddia ərizəsinə əlavə edilmiş əmək müqavilələrindən göründüyü kimi Cavabdeh1 “GP Alpha Greenhouse" MMC-də 01.09.2016-cı il tarixdən baş mühəndis, 21.08.2017-ci il tarixdən direktor müavini və 10.01.2018-ci il tarixdən isə direktor vəzifəsinə işə götürülmüş və müvafiq əmək müqavilələri bağlanmışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilələrin heç birində İddiaçı MMC-nin direktoru kimi Cavabdeh1 qeyd edilməmişdir. Belə ki, 14.09.2016-cı il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə, 12.09.2017-ci il tarixli xidmət müqaviləsi, 25.10.2016-cı il tarixli alğı-satqı müqaviləsi, 05.10.2016-cı il tarixli xidmət müqaviləsi, 12.09.2017-ci il tarixli xidmət müqaviləsi, 17.11.2016-cı il tarixli podrat müqaviləsi "xxxx" MMC-nin adından direktor Çingiz Quliyev, İddiaçı MMC-nin adından isə direktor Maşallah Tağıyev tərəfindən imzalanmışdır. Cavabdeh1 müqavilələrin imzalandığı dövrdə MMC-də baş mühəndis, daha sonra direktor müqavini vəzifələrində işləmiş və şirkətin qanuni təmsilçisi olmamışdır. Hətta yuxarıda qeyd olunan müqavilələrin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları belə Cavabdeh1 tərəfindən imzalanmamışdır. Belə olan halda hesab edir ki, Cavabdeh1 qarşı yönəlmiş iddia tamamilə əsassızdır. Cavabdeh1 İddiaçı MMC-də yalnız 10.01.2018-ci il tarixdən direktor vəzifəsinə işə götürülmüşdür. O, həmin tarixdən etibarən İddiaçı MMC-nin qanuni təmsilçisi olmuş və qanuni təmsilçisi olduğu dövrdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən təmsil etdiyi cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada, məntiqlə hərəkət etmiş, cəmiyyətin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmuş, cəmiyyətin maraqlarını öz maraqlarından üstün tutmuş, ehtiyatlı olmuş, habelə qərarların qəbulu zamanı ədalətli, qərəzsiz olmuş, cəmiyyətin ziyanına əlverişsiz şərtlərlə hər hansı müqavilə bağlamamışdır. Cavabdeh1, həmçinin qanuni təmsilçisi olduğu dövrdə təmsil etdiyi cəmiyyətin əmlakını bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirməmiş və ya istifadəyə verməmiş, cəmiyyətə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələri bağlamamış, cəmiyyətin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın almamış, özü üçün, cəmiyyətə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə cəmiyyətin əmlakını mənimsəməmiş və ya israf etməmiş, səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdləri bağlamamışdır. Cavabdeh1 qanuni təmsilçi kimi İddiaçı MMC-nin Nizamnaməsinə əsasən fəaliyyət göstərmişdir. Onun direktor kimi işlədiyi dövrdə tərəf olduğu müqavilələrlə əlaqədar heç bir nöqsan aşkar edilməmişdir. Qeyd olunanlardan əlavə Cavabdeh1 İddiaçı MMC-nin direktoru kimi “Təmir Tikinti Müəssisəsi" MMC ilə yuxarıda qeyd edilən müqavilələri bağlamış olsaydı belə onun heç bir məsuliyyəti olmayacaqdı. Çünki həmin müqaviələr mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsasən bağlanmışdır. Tərəflər görüləcək işlərin və alınacaq malların qiymətini qarşılıqlı razılaşmaya əsasən müəyyən etmiş və bu barədə öhdəlik götürmüşlər. Hesab edir ki, iddiaçı “GP Alpha Greenhouse" MMC cavabdeh “Təmir Tikinti Müəssisəsi" MMC-nin qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Çünki həmin müqavilələrə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC isə tərəfindən həmin müqavilələr üzrə öhdəliklər icra edilmişdir. Bundan başqa, iddia ərizəsində dizellə bağlı 9928,44 manat və sementlə bağlı 264 manat maddi ziyan vurulduğunu iddia edilsə də, həmin müqavilələr əlavə edilməmişdir. Daha sonra, iddia ərizəsində İddiaçı MMC-də aparılmış daxili audit yoxlamasının nəticəsinə istinad edilsə də, həmin yoxlamanın hansı qaydada keçirilməsi, nəticəsi barədə protokol da əlavə edilməmişdir. Halbuki İddiaçı MMC-nin Nizamnaməsinin 11-ci bölməsində audit müfəttişi və kənar auditdən bəhs olunur, orada auditin keçirilməsi qaydası əks olunur. Lakin iddia ərizəsində qeyd edilənlərin heç biri sübuta söykənmir. Onların heç bir hüquqi əsası yoxdur. İlkin iddia üzrə Cavabdeh2 də qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 91362,58 manat məbləğində pulun, 22840 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 114232,58 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən tutularaq, Cavabdeh2nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiada göstərilən xüsusatlar tamamilə əsassız və absurddur. Belə ki, ilkin iddia yalnızca iddiaçı ilə aralarında olan müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrasından boyun qaçırtmaq məqsədi ilə verilmişdir. İlkin iddia ərizəsində göstərildiyi kimi tərəflərindən müəyyən xidmətlərin göstərilməsi üçün "xxxx" MMC ilə müqavilələr bağlanmışdır. İlk başda göstərdikləri xidmət qarşılığında qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən lazımi ödənişlər vaxtı-vaxtında edilirdi. Lakin daha sonra hər dörd müqavilə üzrə ödənişlərin edilməsi dayandırıldı. Halbuki ödənilməli olan məbləğlərə mütənasib olaraq tərəflərindən müqavilə üzrə öhdəlikləri tam icra edilmişdi. Onlar da dəfələrlə cavabdeh tərəfə haqlı iradlarını bildirərək borclu olduqları məbləği onlara ödəmələrini tələb etsələr də cavabdeh tərəf hər dəfə müxtəlif bəhanələrlə borclu olduqları məbləği ödəməkdən boyun qaçırtmışdır. Daha sonra isə hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdikləri məlumatını almışlar. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdəki yeganə məqsədi onlara borclu olduqları məbləği ödəməkdən yayınmaq və əsl borclunun özləri olmasını yalandan pərdələməkdir. Təqdim edilmiş iddia ərizəsinə nəzər yetirdikdə qoyulmuş tələbin heç bir hüquqi əsasının olmaması müşahidə olunur. Belə ki, guya ki, həmin müqavilələrdə göstərilən qiymətlərin həddindən artıq yüksək olması iddia ərizəsinin əsası hesab edilir. Halbuki azad bazar münasibətlərində hər iki tərəfin razılığı ilə bağlanmış müqavilələrin məbləği də elə məhz ikitərəfli razılıq əsasında müəyyən edilir. Belə olan halda isə müqavilə tərəflərinin həmin məbləği mübahisələndirməsinin heç bir əsası olmur. Digər Cavabdeh1la "xxxx" MMC arasında olan münasibətlər isə artıq şirkətdaxili münasibətlərdir və aralarında hər hansı mübahisə yaranacağı təqdirdə onlar həmin mübahisənin subyekti olmayacaqlar. Göründüyü kimi "xxxx" MMC-nin təqdim etdiyi iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. Onlar müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi tam və keyfiyyətli formada icra etməklərinə baxmayaraq müqavilə üzrə alıcı tərəf olan cavabdeh malların təhvil verilməsinə görə nəzərdə tutulan pulu ödəməkdən boyun qaçırtmaqdadır. Bağlanmış müqavilələrə əsasən onlar üzərinə götürdükləri öhdəliyi tam formada icra etsələr də qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəlik tam formada yerinə yetirilməmişdir. Halbuki aralarında bağlanmış 14.09.2016-cı il tarixli müqavilənin 2.2.2-ci maddəsindən, 25 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 2.2.2-ci maddəsindən, həmin müqavilənin 1 nömrəli əlavəsindən, 03.10.2016-cı il tarixli icarə müqaviləsinin 3.2- ci maddəsindən, həmin müqavilənin 1 nömrəli əlavəsindən, 16.08.2017-ci il tarixli icarə müqaviləsinin 3.2-ci maddəsindən və həmin müqavilənin 1 nömrəli əlavəsindən, 17.11.2016-cı il tarixli podrat müqaviləsinin 4.2.5-ci maddəsindən və həmin müqavilənin 1 nömrəli əlavəsindən açıq aşkar görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC həmin müqavilə və əlavələrə əsasən müqavilə ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Müqavilələr üzrə öhdəliklər onlar tərəfindən tam formada icra edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, Vəkil1 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək, ilkin iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia tələbini qəbul etmədiyini bildirərək, iddiaya qarşı vermiş olduğu etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi, Vəkil3 ilkin iddia tələbini qəbul etmədiklərini, iddiaya qarşı vermiş olduqları etirazda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, Cavabdeh1 qarşı tələbin heç bir əsası olmadığını bildirərək ilkin iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Vəkil3 əlavə olaraq bildirmişdir ki, İddiaçı Cavabdeh1 qarşı tələbi əsaslı olsaydı belə müqavilə öhdəliklərinin icrası üzrə pul tələbi ilə bütün müqavilələr üzrə icra müddəti bitdikdən 3 il sonra müraciət etmişdir. Buna görə məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 qarşı tələbi əsaslı hesab etsə və Cavabdeh2nə qarşı pul tələbinə dair məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etdiyindən ilkin iddia üzrə Cavabdeh1 münasibətdə iddia müddəti tətbiq edilərək ilkin iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir (iddia müddətinin tətbiqi barədə ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi, Vəkil2 qarşılıqlı iddianı müdafiə etdiyini, ilkin iddia tələbini qəbul etmədiyini bildirərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələblərinin isə təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 sentyabr 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, işçi - Cavabdeh1 02 sentyabr 2016-cı il tarixdən işəgötürən - (X2 tərəfindən təmsil olunan) İddiaçı tərəfindən baş mühəndis vəzifəsinə təyin edilir. Müqavilənin 2.2-ci maddəsinə əsasən işçi aşağıdakı əmək funksiyalarının icrasını öz üzərinə götürür: 2.2.1 Layihələrin planması və həyata keçirilməsinə rəhbərlik etmək, 2.2.2 Layihələrin başa çatması üçün tələb olunan resursları müəyyən etmək (vaxt, pul vəsaiti, avadanlıq və s.), 2.2.3 Layihədə iştirak edən komanda üzvlərinə, işçi heyətinə təlimlərin keçirilməsini təmin etmək, 2.2.4 Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. 03 oktyabr 2016-cı il tarixli, GP-A1604-LS/HM-0825 nömrəli inşaat texnikasının icarəsinə dair müqavilədən görünür ki, İcarəyə verən - Cavabdeh2 ona məxsus olan və bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavədə təsvir olunan inşaat texnikalarını İcarəçiyə - İddiaçınə icarəyə verir. Müqaviləni (eyi zamanda 03 oktyabr 2016-cı il tarixli, GP-A1604-LS/HM-0825 nömrəli müqaviləyə olan 1, 2 və 3 nömrəli əlavələri) bir tərəfdən İcarəçi - İddiaçı adından direktor Maşallah Tağıyev, digər tərəfdən İcarəyə verən - Cavabdeh2 adından direktor Çingiz Quliyev imzalamışdır. 05 oktyabr 2016-cı il tarixli, GP-A1604-8722 saylı xidmət müqaviləsindən görünür ki, İcraçı - Cavabdeh2 tərəflər arasında razılaşdırılmış müddətdə və müqavilənin şərtlərinə uyğun şəkildə xidmətləri Sifarişçi - İddiaçı üçün icra etməyi öz öhdəsinə götürür və sifarişçi onun tələblərinə tam uyğun olan xidmətlərə görə ödəniş həyata keçirməyi öz öhdəsinə götürür. Müqaviləni (eyi zamanda 05 oktyabr 2016-cı il tarixli, GP-A1604-8722 saylı müqaviləyə olan Qoşma 1 və 1 və 2 nömrəli əlavələri) bir tərəfdən Sifarişçi - İddiaçı adından direktor Maşallah Tağıyev, digər tərəfdən İcraçı - Cavabdeh2 adından direktor Çingiz Quliyev imzalamışdır. 25 oktyabr 2016-cı il tarixli, GP-A1604-9672 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı - Cavabdeh2 Alıcıya - İddiaçınə müqavilənin əlavə 1-də göstərilən malmaterialları satır, alıcı isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın qiymətini ödəyir. Müqaviləni (eyi zamanda müqaviləyə olan 1 və 2 nömrəli əlavələri) bir tərəfdən Satıcı - Cavabdeh2 adından direktor Çingiz Quliyev, digər tərəfdən Alıcı - İddiaçı adından direktor Maşallah Tağıyev imzalamışdır. 17 noyabr 2016-cı il tarixli, GP-A1604-10939 nömrəli podrat müqaviləsindən görünür ki, Podratçı - Cavabdeh2, Sifarişçi - İddiaçı təqdim etdiyi tapşırıqlar əsasında, müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də əks olunan smetaya müvafiq olaraq, tərəflər arasında müəyyən edilmiş müddət ərzində Salyan rayonu, Kürsəngi kəndində yerləşən istixanaların ərazisində təmir-tikinti və digər əlaqəli işləri görməyi, sifarişçi isə podratçıya bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu müqavilə əsasında tərtib olunmuş tapşırıqlar və smetalar müqavilənin ayrılmaz hissəsi hesab edilir. Müqaviləni (eyi zamanda 17 noyabr 2016-cı il tarixli, GP-A1604-10939 nömrəli müqaviləyə olan 1, 2 və 3 nömrəli əlavələri) bir tərəfdən Sifarişçi - İddiaçı adından direktor Maşallah Tağıyev, digər tərəfdən Podratçı - Cavabdeh2 adından direktor Çingiz Quliyev imzalamışdır. 10 yanvar 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İşçi - Cavabdeh1 10 yanvar 2018-ci il tarixdən İşəgötürən - (X2 tərəfindən təmsil olunan) İddiaçı tərəfindən Direktor vəzifəsinə təyin edilir. İddiaçı tərəfindən təqdim edilmiş daxili audit hesabatından görünür ki, 1 litr dizelin bazar qiyməti 0,6 manat olduğu halda Cavabdeh2ndən 0,71 manata 91930 litr (fərq 9928,44 manat), 1 kisə sementin bazar qiyməti 6,50 manat olduğu halda Cavabdeh2ndən 8,25 manata 150 kisə (fərq 264 manat), və 1 hissə/porsiya yeməyin bazar qiyməti 1,54 manat olduğu halda Cavabdeh2ndən 5,7542 manata 40157 porsiya (fərq 169233,22 manat) alınmışdır (cəmi şişirdilmiş qiymətlərin mənfi təsiri 179425,66 manat olmuşdur). Cavabdeh2 tərəfindən təqdim edilmiş 23.06.2021-ci il tarixli, 370 saylı “X1” MMC-nin auditor rəyindən görünür ki, bağlanmış müqavilələrə əsasən (o cümlədən 03 oktyabr 2016-cı il tarixli, GP-A1604-LS/HM-0825 nömrəli, 05 oktyabr 2016-cı il tarixli, GP-A1604- 8722 saylı, 25 oktyabr 2016-cı il tarixli, GP-A1604-967217 nömrəli və 17 noyabr 2016-cı il tarixli, GP-A1604-10939 nömrəli) İddiaçı Cavabdeh2nə əsas məbləğ üzrə borcu 91362,58 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və 6.1.5-ci maddəsinə əssən isə müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh2 arasında 03.10.2016-17.11.2016-cı il tarixlərində müxtəlif növlü müqavilələr bağlanmış və həmin müqavilələr Təmir Tikinti Müəssisəsi MMC-nin adından direktor Çingiz Quliyev, İddiaçı MMC-nin adından isə direktor Maşallah Tağıyev tərəfindən imzalanmışdır. Cavabdeh1 müqavilələrin imzalandığı dövrdə MMC-də baş mühəndis vəzifəsində işləmiş və şirkətin qanuni təmsilçisi olmamışdır. Hətta yuxarıda qeyd olunan müqavilələrin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolları, təhviltəslim aktları belə Cavabdeh1 tərəfindən imzalanmamışdır. Cavabdeh1 “GP Alpha Greenhouse" MMC-də 01.09.2016-cı il tarixdən baş mühəndis, 21.08.2017-ci il tarixdən direktor müavini və yalnız 10.01.2018-ci il tarixdən direktor vəzifəsinə işə götürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş müqavilələrin heç birində İddiaçı MMC-nin direktoru kimi Cavabdeh1 qeyd edilmədiyinə görə ona qarşı olan tələb əsassız olduğuna görə rədd olunmalıdır Bundan başqa, iddiaçı dizellə bağlı 9928,44 manat, sementlə bağlı 264 manat və yemək (katerinq) xidməti ilə bağlı 169233,22 manat məbləğində maddi ziyanın audit yoxlamasının nəticəsinə Təmir Tikinti Müəssisəsi MMC tərəfindən vurulduğunu iddia etsə də, məhkəmə hesab edir ki, sözügedən audit yoxlaması mötəbər sübut kimi qəbul edilə bilməz, ona görə ki, maraqlı tərəf olan “GP Alpha Greenhouse" MMC tərəfindən bir tərəfli qaydada keçirilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən müqavilələr mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə azadlığı prinsipinə əsasən bağlanmışdır. Tərəflər görüləcək işlərin və alınacaq malların qiymətini qarşılıqlı razılaşmaya əsasən müəyyən etmiş və bu barədə öhdəlik götürmüşlər. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 91362,58 manat məbləğində pulun, 22840 manat məbləğində dəbbə pulunun İddiaçındən tutulması tələbi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, İddiaçı Cavabdeh2nə əsas məbləğ üzrə 91362,58 manat borcun olmasını əks etdirən “X1” MMC-nın eksperti-auditor Yasin Şirinov tərəfindən tərtib edilən 23.06.2021-ci il tarixli, 370 saylı auditor rəyini təqdim etsə də, məhkəmə həmin auditor rəyi mötəbər sübut kimi qəbul etmir belə ki, ekspertizası fəaliyyəti haqqında Qanunun tələblərinə görə yalnız Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etmiş, müsahibədən keçmiş, özəl məhkəmə şəhadətnaməsi almış və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmuş özəl məhkəmə ekspertlərin fəaliyyəti göstərə bilər, hal-hazırda isə heç bir özəl məhkəmə ekspertə şəhadətnamə verilməmiş və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil edilməmişdir. Göründüyü kimi İddiaçı və Cavabdeh2 istinad etdikləri tələblər üzrə məhkəməyə mötəbər sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçınə qarşı pul tələbi barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı vurulmuş maddi zərərin əvəzi olaraq, 179425,66 Azərbaycan manatının və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 91362,58 manat məbləğində pulun, 22840 manat məbləğində dəbbə pulunun İddiaçındən tutulması tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Emin Əliyev