Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-173/2021 04.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Arena - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən yaranmış 7864,6 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarinda 1128,23 manat cərimə faizinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 9022,89 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli. 19 nömrəl alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları, satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzrələrinə götürdükləri öhdəlik tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri bugünə kimi yerinə yetirməmişdir. Belə ki, müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 7864,66 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqının yekununda borcun müəyyənləşdirilməsi məqsədilə tərəflər arasında xx.xx.2017-ci il tarixdə təhvil-təslim və üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən cavabdehin iddiaçıya 13864,00 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və təsdiqlənmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi və izahatında direktoru olduğu şirkət X5 tikinti işlərinin görülməsi üçün həqiqətən, İddiaçı ilə xx xxxxxx 2014-cü il tarixli, 19 nömrəl alqı-satqı müqaviləsi bağladığını, iddiaçı ilə əvvəllər də iş birliyi olduğunu bildirdi. Həmçinin iddia tələbini qəbul etməməyinin səbəbi isə ondan ibarətdir ki, İddiaçı tərəfindən təqdim olunan materiallar keyfiyyətsiz və istifadəyə yararsız olmuşdur. Belə ki, iddiaçıdan iki yük maşını sement sifariş etmiş, o, da daşlaşmışdır. Bu barədə iddiaçıya xəbər verdikdə, bu məsələnin aralarında həll olunacağını bildirdi. Bir müddət sonra iddiaçıdan emulsiya sifariş etmiş, lakin yağış yağmış və emulsiya yuyulub getmişdir. Bu faktı da iddiaçının əməkdaşlarının nəzərinə çatdırılmışdır. İş barədə İddiaçı əməkdaşı olan Əqdəm adlı şəxslə əlaqə saxladığını, sonradan ona məlum olmuşdur ki, onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. Bir müddət sonra ondan İddiaçı təxminən 18000 manat pul ödənilməsini tələb edildiyini, keyfiyyətsiz mal təqdim edildiyindən pulu ödəməyəcəyini onlara bildirəndə, onlar 18000 manat məbləğini 3 yerə bölünüməsini, 6000 manatın ümumiyyətlə silinməsini, razılaşmada təxminən 13000 manat məbləğinin iddiaçıya verməyinə imza çəkdiyini, həqiqətdə isə təxminən 6000-6500 manat ödəyəcəyii təklif etdiklərini, bu təklif ilə razılaşıb, iddiçıya təxminən 6500 manat pul ödəmiş və hesab etmişdir ki, aralarında razılıq əldə olunmuşdur. Lakin, sonradan xəbəri olmuşdur ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2014-cü il tarixli 19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları atmağı, alıcı isə almağı öz öhdəsinə götürmüdür. - 25 avqust 207-ci il tarixli təhvil – təslim və üzləşdirmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 13864 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin müəsssəyə halhazırda 7864,66 manat məbləğində icra olunmamış boc öhdəliyi qalmış və hazırkı borcun 7864,66 manat təşkil etdiyini və əldən çıxmış faydaya görə borc məbləğinin cərimə faizi 1 il üçün 5%-i-393,23 manat, 1 ay üçün 5%-i 37,76 manat və 1 gün üçün 5%-i 1.09 manat təşkil edir. xx.xx.2017-ci il tarixdən məhkəməyə müraciət edən tarixədək əldən çıxmış faydaya görə cərimə faiznin ümumi miqdarı 1128,23 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdə olan müqavilənin 1.1-ci bəndinə əsasən satıcı kimi malları satmağı və alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilnin 5.1-ci bəndinə əsasən mallar cavabdehə təhvil verildiyi gündən 30 gün ərzində ödəniş həyata keçirilməlidir. İşin araşdırılan hallarında da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə mallar verilsə də müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaya etirazını malların keyfiyyətsiz olması, borcun ödənilməməsi barədə aralarında razılaşma olması ilə əsaslandırsa da, bu halları təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsi gecikdirildiyinə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Arena - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 7864,66 manat məbləğində əsas borc, 1128,23 manat məbləbində faiz borcu olmaqla ümumilikdə 8992,89 manat pul vəsaiti “Arena - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “Arena - İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-173/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-173/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver