Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1732/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İdddiaçı "xxxx" QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 50770.50 manat əsas, 3000 manat zərər, 812 manat dəbbə pulu, vəkilə xidmət haqqı olaraq ödənilmiş 800 manat pulu və ümumilikdə 55382.50 manat pulun və iş üzrə ödənilmiş 257 manat dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı MMC kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı QSC Cavabdeh MMC ilə aramızda 15 fevral 2024-cü il tarixli, 1/24-060 saylı müqavilə və müqavilənin tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli 1 saylı və 2 saylı Əlavə, xx.xx.2024-cü il tarixli 3 saylı Əlavə imzalanmışdır. Cavabdehə ümumilikdə 95523 manat dəyərində məhsul vermişdir. Həmin məbləğdən cavabdeh EMA QSC-yə 44753,50 ödəmiş və hazırda 50770.5 manat borcu qalmışdır.. Dəfələrlə Cavabdeh MMC-yə İddiaçı QSC-yə olan 50770,5 manat borcunu ödəməsini bildirsəkdə, cavabdeh bu günə qədər bizə olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən tərəfimizdən cavadehə müraciət göndərilmişdir. Lakin, cavabdeh yenə də İddiaçı QSC-yə olan borcunu ödəməmişdir. Hazırda Cavabdeh MMC-dən 50770.50 manat pulməbləğini başqa qayda da ala bilmədiyimizdən Məhkəməyə müraciət edirik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdehndən 31552 manat əsas, 2668.77 manat zərər, 812 manat dəbbə pulu, vəkilə xidmət haqqı olaraq ödənilmiş 800 manat pulu və ümumilikdə 35832.77 manat pulun və iş üzrə ödənilmiş 257 manat dövlət rüsumunun alınıb İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış 15 fevral 2024-cü il tarixli, 1/24- 060 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 2.1-ci bəndinə əsasən Bu Müqavilənin şərtlərinə əsasən Satıcı Müqavilənin əlavəsi hesab edilən və Alıcı tərəfindən rəsmiləşdirilən 1 saylı Əlavədə göstərilən malları (bundan sonra - Mallar) razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Mallan çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən BU Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Mallann qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə raztlaşdınür və müvafiq saylı Əlavədə müəyyən edilir. Mallann qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması TərəfləT arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız Tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə əlavə olunmaqla (Əlavə 2) müəyyənləşdiriləcək.. - 4.2-ci bəndinə əsasən bu Müqaviləyə əsasən ödənişlər Azərbaycan manat ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş qiymətlər müvafiq hesab-faktura üzrə ödənişin həyata keçiriləcəyi tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş tarixi üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manat ilə hesablanacaq. - 8.3-cü bəndinə əsasən Alıcı Mallann dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,01% (sıfir tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı QSC ilə Cavabdeh MMC arasında 15 fevral 2024-cü il tarixli, 1/24-060 AZ nömrəli Müqaviləyə 01 saylı Əlavə olan 15 fevral 2024-cü il tarixli X1 əsasən satıcının alıcıya satdığı malların ümumi dəyəri 89505 manat təşkil edir.
11. İddiaçı QSC ilə Cavabdeh MMC arasında 15 fevral 2024-cü il tarixli, 1/24-060 AZ nömrəli Müqaviləyə 02 saylı Əlavə olan 15 fevral 2024-cü il tarixli X1 əsasən satıcının alıcıya satdığı malların ümumi dəyəri 3954 manat təşkil edir.
12. İddiaçı QSC ilə Cavabdeh MMC arasında 15 fevral 2024-cü il tarixli, 1/24-060 AZ nömrəli Müqaviləyə 01 saylı Əlavə olan 04 iyun 2024-cü il tarixli X1 əsasən satıcının alıcıya satdığı malların ümumi dəyəri 2064 manat təşkil edir.
13. İddiaçı tərədindən cavabdehə EBDZ 531983 nömrəli xx.xx.2024-cü il tarixli 23242.40 manat,EBDZ 531981 nömrəli xx.xx.2024-cü il tarixli 25590.95 manat, EBDZ 899061 nömrəli xx.xx.2024-cü il tarixli 40671.65 manat, EBEC 156119 nömrəli xx.xx.2024-cü il tarixli 1710 manat, EBEC 156118 nömrəli xx.xx.2024-cü il tarixli 2244 manat,MT 2406 10227453 nömrəli xx.xx.2024-cü il tarixli 2064 manat məbləğində elektron qaimələr göndərilmişdir.
14. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki İddiaçı QSC tərəfindən “LCG” vəkil bürosunun hesabına 1650 manat köçürülmüşdür.
15. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin iddiaçıya həmin tarixə 31552 manat məbləğində dəbbə pulu borcu var.
16. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:
17. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
21. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək cavabdehin özü tərəfindən təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvilqəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
23. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 31552 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 31552 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 812 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
26. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 812 manat dəbbə pulu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
27. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 2668.77 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
28. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
29. Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
30. . Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
31. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikdirilmiş müddət üçün tutulmasını xahiş etdiyi faizlərin yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (812manat) ilə əhatə edilməmiş hissəsi, yəni 765.60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Həmin hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin tələbi təsdiq edən sübut olunmadığına görə həminhissədə tələb təmin edilməməlidir.
33. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
34. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 257 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
35. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 189 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31552 (otuz bir min beş yüz əlli iki) manat əsas borc, 765.60 (yeddi yüz altmış beş manat altmış qəpik) manat zərər, 812 (səkkiz yüz on iki) manat dəbbə pulu, 300 (üç yüz) manat vəkilə xidmət haqqı və iş üzrə ödənilmiş 189 (yüz səksən doqquz) manat dövlət rüsumu İddiaçı QSC-nin ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova