Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1733/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yanlış olaraq köçürülmüş vəsaitin geri qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra “” İB) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilmiş 54059,68 manat (əlli dörd min əlli doqquz manat 68 qəpik) və gecikdirilmiş vaxt üçün hesablanmış 8509 (səkkiz min beş yüz doqquz) manat, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 62598,68 manat (altmış iki min beş yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "" ilə cavabdeh "Cavabdeh" MMC arasında xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya elektrik lampaları satılmışdır. Müqaviləyə əsasən malın dəyəri olan 207042, 85 manat (iki yüz yeddi min qırx iki manat 85 qəpik) məbləğdə vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Ancaq iddiaçı tərəfindən aparılan yanlış maliyyə mühasibatlıq əməliyyatı nəticəsində xx.xx.2017-ci il tarixdə cavabdehin hesabına 58059,68 manat (əlli səkkiz min əlli doqquz manat 68 qəpik) məbləğdə vəsait səhv olaraq artıq vəsait kimi ödənilmişdir. Belə ki, iddiaçı tərəfindən ilk dəfə xx.xx.2016-cı ildə 103521,42 manat (yüz üç min beş yüz iyirmi bir manat 42 qəpik), xx.xx.2017-ci il tarixdə isə 103521,43 manat (yüz üç min beç yüz iyirmi bir manat 43 qəpik) və 58059,68 manat (əlli səkkiz min əlli doqquz manat 68 qəpik) olmaqla iki dəfə ödəniş edilmişdir. Maliyyə işçiləri səhvən 58059,68 manat artıq ödəniş etmişlər, çünki hansısa səbəbdən sistemdə 58059,68 manat borc görsənmiş və maliyyə işçiləri yalnışlığa yol vermişlər. Sonradan qeyd edilən artıq ödənişin geri qaytarılması üçün dəfələrlə rəsmi və şifahi qaydada cavabdehə müraciət edilsə də, cavabdeh sözügedən məbləğin Birliyə tez bir zamanda geri qaytaracağı barədə vədlər versə də, bu günə kimi həmin məbləğ tam olaraq geri qaytarılmamışdır. Cavabdeh artıq ödənilən 58059,68 manat məbləğdən xx xxxxxx 2019-cu il və xx xxxxx 2019-cu il tarixlərdə iki dəfə olmaqla, cəmi 4000 (dörd min) manat məbləği geri ödəmişdir. Son ödənişdən artıq bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh yerdə qalan məbləğin ödənişini həyata keçirmir, hətta ona edilən müraciətlərə də cavab vermir. Odur ki, iddiaçı hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulan hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində Cavabdeh MMC ilə alıcı qismində “” İB arasında bağlanmış xx.xx.2016-cı il tarixli **********0815X00359 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya verməyi, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini razılaşdırılmış müddət ərzində ödəməlidir. - xx.xx.2016-cı il tarixli **********0815X00359 nömrəli alqı-satqı müqaviləsinin 1 nömrəli Qoşmasından görünür ki, ümumi dəyəri 207042,85 manat dəyərində olan müxtəlif çeşidli alınan malların siyahısı tərəflər arasında razılaşdırılmışdır. - xx.xx.2016-cı il tarixli 120OCAZ163510053 nömrəli debit haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə “” İB tərəfindən Cavabdeh MMC-yə xx.xx.2016cı il tarixli alqı-satqı müqaviləsi üzrə 103521,42 manat ödəniş edilmişdir. - xx.xx.2017-ci il tarixli 120OCAZ171170013 nömrəli debit haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə “” İB tərəfindən Cavabdeh MMC-yə xx.xx.2016cı il tarixli alqı-satqı müqaviləsi üzrə 103521,43 manat ödəniş edilmişdir. - xx.xx.2017-ci il tarixli 120OCAZ171170014 nömrəli debit haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə “” İB tərəfindən Cavabdeh MMC-yə malmaterial üzrə 58059,68 manat ödəniş edilmişdir. - xx.xx.2019-cu il tarixli 113İPEX190560334 nömrəli debit haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə Cavabdeh MMC tərəfindən “” İB-nə artıq ödənilmiş vəsaitin geri qaytarılması üzrə 2000 manat ödəniş edilmişdir. - xx.xx.2019-cu il tarixli 113İPEX190940287 nömrəli debit haqqında bildiriş qəbzindən görünür ki, qeyd olunan tarixdə Cavabdeh MMC tərəfindən “” İB-nə artıq ödənilmiş vəsaitin geri qaytarılması üzrə 2000 manat ödəniş edilmişdir. - “” İB tərəfindən cavabdehə ünvanlanan məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək 58059,68 manat borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "" ilə cavabdeh "Cavabdeh" MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd olunan müqaviləyə əsasən iddiaçı cavabdehə elektrik lampaları satmağı, cavabdeh isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür Müqaviləyə əsasən satılan malın dəyəri olan 207042, 85 manat (iki yüz yeddi min qırx iki manat 85 qəpik) məbləğdə vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, müqavilə üzrə hər iki tərəf öhdəliklərini icra etmişdir. Ancaq iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə heç bir əsas olmadan 58059,68 manat (əlli səkkiz min əlli doqquz manat 68 qəpik) məbləğdə vəsait cavabdehin hesabına yanlış olaraq köçürülmüşdür. Sonradan qeyd edilən artıq ödənişin geri qaytarılması üçün cavabdehə müraciət edilmiş və həmin məbləğdən 4000 (dörd min) manat vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, qalan 54059,68 manat məbləğində vəsait isə geri qaytarılmamışdır. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman bas verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalarını işin müəyyən olunan hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsas olmadan iddiaçının (məhrum olanın) hesabına əmlak, yəni pul vəsaiti əldə etdiyindən, mübahisə predmeti olan 54059,68 manat pul vəsaiti üzərində iddiaçının mülkiyyət hüququ olduğundan və mülkiyyətçinin özgəsinin, yəni hazırkı halda cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ olduğundan iddiaçı qeyd olunan məbləğdə pul vəsaitinin ona qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsin də gecikdirilmiş vaxt üçün hesablanmış 8509 (səkkiz min beş yüz doqquz) manat məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mübahisəli pul vəsaiti cavabdehin hesabına xx.xx.2017-ci il tarixdə köçürülmüş və iddiaçı tərəfindən müraciət edilərək həmin vəsaitin geri qaytarılması tələb edilmiş, lakin cavabdeh həmin həmin vəsaiti əsassız özündə saxlayaraq icranı gecikdirmişdir. Ona görə də iddiaçının gecikdirilmiş vaxt üçün vurduğu zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Həmin əsasdan çıxış edərək məhkəmə belə qənaətə gəlir ki, gecikdirilmiş vaxt üçün hesablanmış 8509 (səkkiz min beş yüz doqquz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 54059,68 manat (əlli dörd min əlli doqquz manat 68 qəpik) və gecikdirilmiş vaxt üçün hesablanmış 8509 (səkkiz min beş yüz doqquz) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 62598,68 manat (altmış iki min beş yüz doxsan səkkiz manat altmış səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya Az-Granatayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1733/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1733/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver