Məhkəmə qərarları › İş №e-2-2(113)-1735/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1735/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1735/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi X7 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, I. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh2 arasında (bundan sonra “Cavabdeh”) bağlanmış xx.xx.2021-ci il tarixli, 2069 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürürmüşdür. Həmin müqaviləyə görə son dəfə şirkət ümumi dəyəri 1106,78 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı isə ümumi dəyəri 1106,78 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə olaraq qəbul edir. Alıcı 1106,78 manat məbləğində olan borcunu 21 gün ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür.

Müqavilənin: - 2.1. (İ) bəndinə əsasən alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşrı Satıcıdan sifariş edəcək. (İİ)-Satıcı malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə miqdarda və assartimentdə Alıcıya təhvil verəcək və (İİİ) Alıcı sifarişə uyğun çatdırılmış malları təhfil alacaq və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcək. - 2.2-ci bəndinə əsasən Alıcı təsdiq edir ki, bu Müqaviləyə əsasən Malları Satıcıdan təhvil alan, o cümlədən bu hərəkətlərin yerinə yetirilməsini təsdiq edən hər hansı sənədləri tərtib edən və/və ya imzalayan, Alıcıya məxsus eynləşdirmə kodu vasitəsi ilə (bundan sonra eyniləşdirmə kodu) Online Sifariş verilməsini həyata keçirən hər hansı şəxs Alıcının nümayəndəsi və Alıcının adından çıxış etməyə səlahiyyətli şəxs hesab olunur. Satıcı bu cür şəxslərin Alıcının adından çıxış etməsinə səlahiyyətli olduğuna dair hər hansı sənəd tələb edə bilər və Alıcı bu cür sənədləri təqdim etməlidir, ancaq Satıcının bu cür sənədlər tələb etmək öhdəliyi yoxdur. Satıcı Malları və sənədləri çatdıran (müşahidə edən), təhvil verən və alan şəxsin etibarnamə üzrə buna və ilkin uçot sənədlərinə, o cümlədən qaimələrə və aktlara imza etməyə səlahiyyətli olduğuna təminat verir. - 3.4-cü bəndinə əsasən Alıcı Malların çatdırılınası yerini Malları sifariş verdiyi zaman müəyyən etməlidir. Tərəflər arasında digər razılaşma yoxdursa. Satıcı Malları öz mülahizəsinə əsasən Alıcının istənilən Mağazasına (Alıcıya məxsus və ya digər formada Alıcının idarəçiliyində olan marketlərdə və ya digər mağazalar və ya oxşar pərakəndə və ya topdan satış məntəqələri deməkdir) və ya Alıcının müəyyən etdiyi digər yerə çatdırmalı və təhvil verməlidir. - 3.5-ci bəndinə əsasən X8 təhvil verdikdən dərhal sonra Azərbaycan Respublikasının müvafiq dövlət orqanı tərəfindən təsdiq olunan qaydalara uyğun olaraq Malların Təhvil-Qdbul Aktı (bundan sonra "Akt”) 2 (iki) nüsxədə tərtib etməli, imzalamalı, möhürlə təsdiq etməli və Aktın hər iki imzalanmış və möhürlənmiş nüsxəsini, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləri Alıcıya təqdim etməlidir. Aktla bijükdə Satıcı Malların təhvil təslimi təsdiq edən özünün tərtib etdiyi digər sənədləridə (bundan sonra “Digər Sənədlər”) Alıcıya təqdim edə bilər. Alıcı bu kimi sənədləri imzalamaqdan imtina edə bilməz. - 8.1 (İ) “Alıcf’ya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz. - 3.5-ci bəndinə əsasən “Alıcı” “Satıcf’ya ödəməli olduğu vəsaiti nəğd, yaxud bank vasitəsi ilə həyata keçirir. "Alıcı” "Satıcf’ya ödəməli olduğu nəğd vəsaiti “Satıcf’nın səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Bank vasitəsilə köçürmə zamanı pul vəsaitinin "Satıcı”nın bank hesabına daxil olduğu zaman ödəniş icra olunmuş sayılır.

2. 2069 nömrəli alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adından xx.xx.2020-ci il tarixli, AR-İİN-081570 nömrəli etibarnamə üzrə fəaliyyət göstərən X2 imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bakı şəhəri 51 saylı Dövlət notariat ofisinin xüsusi natariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AR-İİN-081570 nömrəli etibarnamə ilə Cavabdeh2-(oğlu) X3 bir il müddətinə (xx.xx.2021-ci il tarixədək) Cavabdeh2 adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh2 borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq ünvanlanaraq 1106,78 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

3. İddiaçı MMC cavabdeh X1 1106,78 (Bir min bir yüz altı) manat 78 qəpik əsas borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 32 (otuz dörd) dövlət rüsumu pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2069 nömrəli alqı-satqı müqaviləsinə əsasən, cavabdehə müqaviləyə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları təhvil vermiş, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almışdır. Həmin müqaviləyə görə şirkət nisyə olaraq ümumi dəyəri 1106,78 manat məbləğində olan məhsulları Alıcıya təhvil vermiş alıcı isə olan borcunu 21 gün ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür.

5. İddiaçı MMC cavabdeh X5 ilə aralarında qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2069 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq ümumi dəyəri 1106,78 manat məbləğində olan məhsulların pulunu tələb etməsinə baxmayaraq, cavabdeh X5 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 1106,78 manat hissəsini bu günədək ödəməmişdir.

6. Sübutlar: 1) 2069 nömrəli alqı-satqı müqaviləsi. 2) xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən xx.xx.2020-ci il tarixli, AR-İİN-081570 nömrə ilə X3 verilmiş etibarnamə. 3) 23 sentyabr 2021-ci il tarixli malların təhvil-qəbul aktı 873,42 manatlıq. 4) 26 noyabr 2021-ci il tarixli malların təhvil-qəbul aktı 877,812 manatlıq. 5) xx.xx.2021-ci il tarixli, seriya EBBJ 671978 nömrəli elektron qaimə-faktura. 6) xx.xx.2021-ci il tarixli, seriya EBBJ 671978 nömrəli elektron qaimə-faktura. 7) xx.xx.2022-ci il tarixli İddiaçı MMC 805155 nömrəli mədaxil qəbzi 50 manat. 8) xx.xx.2022-ci il tarixli İddiaçı MMC 803171 nömrəli mədaxil qəbzi 200 manat. 9) xx.xx.2022-ci il tarixli, 000628 nömrəli mədaxil qəbzi 250 manat. 10) xx.xx.2022-ci il tarixli, 001331 nömrəli mədaxil qəbzi 100 manat.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 443.1, 445.2, 448.1, 567, 598.1, 598.2 və 598.3-cü maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada vəsatətlə (etirazla) müraciət edərək bildirmişdir ki, İddiaçı MMC-nin Cavabdeh2 qarşı irəli sürdüyü 1106.78 manat borc tələbi iddiasının hüquqi əsası yoxdur. İddiaçının təqdim etdiyi alqısatqı müqaviləsi əsasında hər hansı borcun yaranması üçün əsas hüquqi şərt – yəni malların cavabdeh tərəfindən təhvil alınması – bu iş üzrə mövcud deyil və sübuta yetirilməmişdir. Cavabdeh açıq şəkildə bəyan edir ki, iddiaçıdan heç bir mal almamış, təqdim edilən təhvil-təslim aktlarını imzalamamış və həmin sənədlərdə imza atan şəxslər onun nümayəndələri deyildir. İddiaçının təqdim etdiyi aktlar nə hüquqi səlahiyyətli şəxs tərəfindən imzalanmış, nə də cavabdeh tərəfindən sonradan təsdiqlənmişdir. Belə olan halda, bu sənədlərin hüquqi qüvvəsi yoxdur və cavabdehə qarşı öhdəlik yarada bilməz. Əlavə olaraq, iddiaçı tərəf məhkəməyə qəbz adı altında bir sənəd təqdim etmişdir ki, bu sənəddə hər nə qədər imza və VÖEN yer olsa da, nə imza Cavabdeh2 aiddir, nə də göstərilən VÖEN onun vergi qeydiyyat nömrəsidir. Həmçinin, sənəddə yazılmış şəxsiyyət və kommersiya məlumatları da cavabdehin anket məlumatları ilə üst-üstə düşmür. Bu da onu göstərir ki, sözügedən qəbz hüquqi etibarlılıq daşımayan və cavabdehin adından tərtib olunmadığı aydın olan sənəddir. Təəssüf ki, məhkəmə iclası zamanı hakim tərəfindən bildirilmişdir ki, “indiyə qədər bu tip hallarda bütün cavabdehlər gəlib borcu etiraf edirdilər, ancaq Cavabdeh2 etiraf etmir”. Qeyd edilməlidir ki, etiraf hüquqi məcburiyyət deyil. Hüququn aliliyi şəraitində hər bir şəxs öz hüququnu qorumaqda azaddır və heç bir vətəndaş “digərləri kimi etiraf etmədiyi üçün” qərəzə məruz qalmamalıdır. Əks halda, bu məhkəmə deyil, inzibati razılaşma mühiti olar. Cavabdeh2 bu gün burada yalnız və yalnız hüququn aliliyini müdafiə edir. Onun mövqeyi – hər kəsin qanun qarşısında bərabərliyi və yalnız qanuni sübutlarla məsuliyyətə cəlb olunması prinsipinə söykənir. İddiaçının təqdim etdiyi sənədlər isə bu tələblərə cavab vermir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, AR Mülki Prosessual Məcəlləsinin 77 və 78-ci maddələrinə əsasən, Məhkəmədən Xahiş edir: İddiaçı MMC-nin Cavabdeh2 qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. b) İşdə iştirak edən şəxslər və onların izahatları c) İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Gəncə kommersiya məhkəməsində mülki işdə nümayəndə olduğu üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. d) Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. e) Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdi.

10. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 elektron qaydada məhkəməyə göndərdiyi vəsatəti (etirazı) müdafiə etmiş və əlavə olaraq həm bir tərəfdən İddiaçı MMC-dən heç bir mal almadığını, qaimələrdə olan imzaların ona məxsus olmdığını, müqavilədən xəbəri və elektron kabinetinin olmadığını bildirmiş, digər tərəfdən mal götürərkən nəğd şəkildə dərhal pulu ödənildiyini bildirmişdi. Hazırda Cavabdeh2 75 yaşı olduğunu 360 manat pensiya aldığını bildirərək ona lazım olan dərmanların alınması üçün pensiyasının kifayət etmədiyini bildirmişdi.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

1. Məhkəmə həmçinin qeyd edir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə alsaq ki, hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).

2. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

3. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.

4. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə iddiaçının cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması və ya bilavasitə həmin hərəkətləri şərtləndirməsi təşkil edir.

5. Cavabdeh isə iddiaçıdan ümumiyyətlə mal almamasını, qaimələrdə olan imzaların ona məxsus olmamasını, müqavilədən xəbəri və elektron kabinetinin olmadığını bildirməklə İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 2069 nömrəli alqısatqı müqaviləsinin mövcudluğunu və ondan irəli gələn iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.

1. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

2. Mülki Məcəllənin “Hüquqdan sui-istifadənin qadağan edilməsi” adlanan 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadədir.

3. Vicanlılıq prezumpsiyası və hüquqdan sui-istifadəni qadağan edən mülki qanunvericiliyin normalarının tələblərini, beynəlxalq hüquq və praktikanın qarşılıqlı təhlilini əks etdirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi digər qərarında qeyd etmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı). Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərindən və Avropa Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqedən göründüyü kimi, mülki hüquq münasibətlərinin subyektləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, mülki hüquqlarını hüquqa uyğun həyata keçirməli, hüquqdan sui-istifadə etməməlidir. Belə ki, mülki hüquq münasibətinin digər tərəfinin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququ həyata keçirməməli və öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan inkaryönümlü istinad etməməlidir. Bu mənada bir tərəfin mövcud hüquqi şəraitə güvənməsi və həmin etimadın qanunla qorunduğu halda, digər tərəfin cari hüquqi şəraiti birinciyə ziyan vurmaq məqsədi ilə dəyişməsi vicdanlılığa zidd olmaqla hüquqdan sui-istifadəyə məruz qalmış şəxslərə müdafiə hüququ yaradır

14. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə xx.xx.2020-ci il tarixli, AR-İİN-081570 nömrəli etibarnamə ilə Cavabdeh2-(oğlu) X3 verilmiş hüquq əsasında aralarında xx.xx.2021-ci il tarixli, 2069 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı MMC cavabdehə müxtəlif vaxtlarda 23 sentyabr 2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 873,42 manatlıq, 26 noyabr 2021-ci il tarixli malların təhvil-qəbul aktına əsasən 877,812 manatlıq müxtəlif çeşidli mallar təqdim etmiş, bunun əsasında xx.xx.2021-ci il tarixli, seriya EBBJ 671978 nömrəli elektron qaimə-faktura və xx.xx.2021-ci il tarixli, seriya EBBJ 671978 nömrəli elektron qaimə-faktura təqdim etmişdir. Bunun nəticəsi olaraq cavabdeh müxtəlif vaxtlarda yəni xx.xx.2022-ci il tarixli İddiaçı MMC 805155 nömrəli mədaxil qəbzinə əsasən 50 manat, xx.xx.2022-ci il tarixli İddiaçı MMC 803171 nömrəli mədaxil qəbzinə əsasən 200 manat, xx.xx.2022-ci il tarixli, 000628 nömrəli mədaxil qəbzinə əsasən 250 manat və xx.xx.2022-ci il tarixli, 001331 nömrəli mədaxil qəbzinə əsasən 100 manat iddiaçıya ödəniş edilmiş, (873.40+877.81=1751-600=1151.12 olmağına baxmayaraq iddiaçı 1106.78 manat tələb edir 44.43 manat az) nəticədə cavabdehdən iddiaçının tələbi üzrə 1106.78 manat borcu qalmışdır.

18. Hazırda iddiaçı iddiasında 1106.82 manat məbləğində pulun ödənilməsini tələb edir.

19. Belə olan halda məhkəmə cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməklə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozduğunu, belə olan halda iddiaçının alqı-satqının predmeti olmuş malların dəyərinin ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 1106.82 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, 32 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

21. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 32 manat təşkil edir.

22. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 1106,78 (Bir min bir yüz altı) manat 78 qəpik əsas borc və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 32 (otuz dörd) dövlət rüsumu pul vəsaiti tutularaq İddiaçı MMC-ə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar