Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1747/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7274 manat məbləğində borc pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf X15 adlı şəxsi Cavabdeh MMC-nin baş direktoru kimi tanımışdır. X15 2018-ci ilin mart ayından başlayaraq İddiaçı ASC-yə 10 ədəd yük avtomobillərini təmir etdirmişdir. Avtomobillərin təmiri yüksək səviyyədə aparılmış, İlham Mustafayev təmir üçün çəkilən xərclərin bir hissəsini hissə-hissə ödəmişdir. Bununla da işçilərin etibarını qazanaraq, avtomobillərinin təmirini davam etdirmiş və işçilərə söz vermişdir ki, təmiri davam etdirin, pulunuz ödəniləcək. Lakin Cavabdeh MMC-nin baş direktoru X15 aldatma yolu ilə X7 260 manat, X17 2009 manat, X18 405 manat, X12 565 manat, X1 1870 manat, Abbasov Yəhya Rövşən oğlundan 100 manat, X5 820 manat, X2 455 manat, X8 340 manat, Şirəliyev intiqam Məcid oğlundan 450 manat, ümumilikdə 7274 manat məbləğində pulu mənimsəmişdir. Müəyyən vaxt keçməsinə baxmayaraq da, borc hal – hazıra kimi ödənilməmişdir. Borcun ödənilməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edildsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, borcun ödənilməsi ilə bağlı ilkin olaraq Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinə müraciət olunmuş, araşdırma aparılarkən X15 iddiaçıya 7274 manat borcu olmasını təsdiq etmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddiaçı iddianın faktiki əsası kimi Cavabdeh MMC-nin baş direktoru kimi tanıdığı X15 adlı şəxsin avtomobilləri təmir etdirərək pulun ödənilmədiyinə, hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin işin faktiki hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər mövcud deyildir. Faktiki əsas kimi istinad olunan hallara nəzər yetirildikdə məlum olur ki, iddianın əsaslandığı hallar üzrə tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddia tələbinin əsaslandığı sübut olaraq məhkəməyə xx.xx.2018-ci il tarixli, 006044 və 006041 saylı, xx.xx.2018-ci il tarixli, 006070 və 006064 saylı, xx.xx.2018-ci il tarixi, 006056 saylı aktlar təqdim olunmuşdur. Lakin həmin aktlarda da təmir edilən avtomobillərin Cavabdeh MMC-yə və ya X9 aidiyyatını təsdiq edən hər hansı bir qeyd aparılmamışdır. Ümumiyyətlə, iddia ərizəsində X10 Cavabdeh MMC-nin direktoru kimi tanıdığı qeyd olunsa da, bu xüsusatı da təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddianın əsası kimi sübut olaraq məhkəməyə X6 Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 6-cı Polis bölməsinə verdiyi izahatın kserosurəti əlavə olunsa da, həmin izahatda da sonuncu şirkətə məxsus avtomobilləri “Vanderval” kimi tanıdığı şirkətin servisində təmir etdiyini bildirmişdir. Bundan başqa, iddia ərizəsində X15 tərfindən X13 260 manat, X20 2009 manat, X21 405 manat, X16 565 manat, X3 1870 manat, Abbasov Yəhya Rövşən oğlunun 100 manat, X11 820 manat, X4 455 manat, X14 340 manat, Şirəliyev intiqam Məcid oğlunun 450 manat pulunu mənimsədiyi qeyd olunmuşdur. Yəni, iddia ərizəsinin özündə də borcun İddiaçı ASC-yə yarandığı əsaslandırılmamışdır. Əgər iddia ərizəsində adları qeyd olunan şəxslərin pulunun mənimsənilməsi halı mövcud olsa belə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüqüq İddiaçı ASC-yə deyil, həmin şəxslərə məxsusdur. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh MMC-nin İddiaçı ASC ilə hər hansı öhdəlik münasibətlərinin olmasını, borcun yaranmasını təsdiq edən sübutlar təqdim olunmadığından iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1747/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1747/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver