Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1747/2021 29.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Maraqlı şəxs olmaqla) ipotekaya xitam verilməsi və daşınmaz əmlakın azad edilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Maraqlı şəxs olmaqla) RHG-00009-01/17A və RHG-00010-01/17U saylı, xx xxx xx-ci il tarixli sonrakı ipoteka müqavilələri ilə nəzərdə tutulan öhdəliklərə, həmçinin ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, ünvanda yerləşən 2430,9 m2 ümumi sahədən ibarət, 4 mərtəbəli qeyri-yaşayış binasının ipotekasına xitam verilməsi və ipoteka predmetinin azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu barışıq sazişində göstərmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı MMC məhkəmədə iddia qaldıraraq bildirmişdir ki, cavabdeh Bank “xxxx” ASC ilə imzalanan RHG-00009-01/17A və RHG-00010-01/17U saylı, xx xxx xx-ci il tarixli sonrakı ipoteka müqavilələri, həmçinin xx xxx xx-ci il tarixli, RH-0009-01/17A saylı və RH- 00010-01/17U saylı müqavilələr üzrə nəzərdə tutulan öhdəliklər icra edilmişdir, lakin ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, ünvanda yerləşən 2430,9 kv.m. ümumi sahədən ibarət, 4 mərtəbəli qeyri-yaşayış binası ipotekadan azad edilməmişdir. Ona görə də ipotekaya xitam verilməli və ipoteka predmeti azad edilməlidir. Eyni zamanda Bank “xxxx” ASC bildirmişdir ki, İddiaçı MMC-nin yuxarıda qeyd olunan müqavilələr üzrə bank qarşısında 650.000 manat dəyərində həm əsas borc, həm faiz borcu öhdəliyi var. Eyni zamanda üçüncü şəxs X7 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hazırki tərəflər arasında olan mübahisə zamanı bildirdiyi kimi bir daha təsdiq edir ki, hazırda ipoteka predmeti onun adına olsa da, bu rəsmiləşdirmə formal xarakter daşıyır, əslində həmin əmlak İddiaçı MMC-nin təsisçisi X2 və onun partnyoru X5 məxsusdur.
2. Tərəflər razılaşırlar ki, bu razılaşma ilə müəyyən edilmiş şərtlərə əməl ediləcəyi halda İddiaçı MMC-nin Bank “xxxx” ASC qarşısında yuxarıda qeyd olunan müqavilələr üzrə cəmi borcu 185000 (yüz səksən beş min manat) AZN həddində müəyyən olunur. Həmin vəsaiti İddiaçı MMC Bank “xxxx” ASC-yə bu razılaşmanın təsdiq olunacağı tarixdən 1 (bir) il ərzində hər növbəti ayın 10-dan gec olmayaraq 15416.7 (on beş min dörd yüz on altı manat yetmiş qəpik) AZN-ə bərabər hissələrlə ödəniləcək. Borcun tam bağlanması üçün son tarix xx xxxxx 2022 ci il tarixi müəyyən olunur. Bu müddət ərzində həmin borc məbləğinə bank tərəfindən faiz hesablanmayacaq.
3. Bu razılaşma ilə müəyyən olunmuş öhdəliyin (185 000 AZN) icrasının təmin olunması məqsədi ilə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, ünanda, yarımzirzəmi mərtəbədə yerləşən, ümumi sahəsi 117,8 kv.m olan, qeyri-yaşayış sahəsi ipotekaya qoyulur. Həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X4 notarial təsdiqli ərizəsi məhkəməyə təqdim edilir.
4. Bu razılaşmanın 3-cü bəndi ilə müəyyən edilmiş ipoteka rəsmiləşdirildikdən sonra Bank “xxxx” ASC Bakı şəhəri, Nəsimi rayonu, ünvanda yerləşən 2430,9 kv.m. ümumi sahədən ibarət, 4 mərtəbəli qeyri-yaşayış binasını ipotekadan azad etməyi öhdəsinə götürür.
5. İddiaçı MMC tərəfindən ödəniş müddətlərinin və şərtlərinin 2 dəfə və artıq pozması Bank xxxx ASC tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi və borc məbləğinin ipoteka predmetinin satışı hesabına ödənilməsi hüququnu yaradır.
6. Tərəflər və üçüncü şəxs sülh yolu ilə hazırki işi yekunlaşdırmaq qərarına gəlmişlər və bu sazişin müddəalarına razıdırlar.
7. X6 səlahiyyətli şəxslərin imzası (və möhürü) ilə təsdiq edildikdən və Məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra, İddiaçı MMC, cavabdeh Bank “xxxx” ASC və üçüncü şəxs Maraqlı şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. Tərəflər öhdələrinə götürürlər ki, Barışıq Sazişinin tam və bütünlükdə icrası ilə bağlı gələcəkdə bir-birlərinə maneə ola biləcək hər hansı hərəkət və davranışlara yol verməyəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. Barışıq Sazişinin hər bir nüsxəsi mülki iş üzrə tərəflərdə qalmaqla, bir nüsxəsi də təsdiq edilmək üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Barışıq Sazişinin şərtlərini tərəflər qarşılıqlı razılıq-anlaşma ilə qəbul etmişlər, Saziş təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq bu Sazişi imzalamışlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən Barışıq Sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Maraqlı şəxs olmaqla) ipotekaya xitam verilməsi və daşınmaz əmlakın azad edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:
1. İddiaçı MMC məhkəmədə iddia qaldıraraq bildirmişdir ki, cavabdeh Bank “xxxx” ASC ilə imzalanan RHG-00009-01/17A və RHG-00010-01/17U saylı, xx xxx xx-ci il tarixli sonrakı ipoteka müqavilələri, həmçinin xx xxx xx-ci il tarixli, RH-0009-01/17A saylı və RH- 00010-01/17U saylı müqavilələr üzrə nəzərdə tutulan öhdəliklər icra edilmişdir, lakin ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, ünvanda yerləşən 2430,9 kv.m. ümumi sahədən ibarət, 4 mərtəbəli qeyri-yaşayış binası ipotekadan azad edilməmişdir. Ona görə də ipotekaya xitam verilməli və ipoteka predmeti azad edilməlidir. Eyni zamanda Bank “xxxx” ASC bildirmişdir ki, İddiaçı MMC-nin yuxarıda qeyd olunan müqavilələr üzrə bank qarşısında 650.000 manat dəyərində həm əsas borc, həm faiz borcu öhdəliyi var. Eyni zamanda üçüncü şəxs X7 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hazırki tərəflər arasında olan mübahisə zamanı bildirdiyi kimi bir daha təsdiq edir ki, hazırda ipoteka predmeti onun adına olsa da, bu rəsmiləşdirmə formal xarakter daşıyır, əslində həmin əmlak İddiaçı MMC-nin təsisçisi X2 və onun partnyoru X5 məxsusdur.
2. Tərəflər razılaşırlar ki, bu razılaşma ilə müəyyən edilmiş şərtlərə əməl ediləcəyi halda İddiaçı MMC-nin Bank “xxxx” ASC qarşısında yuxarıda qeyd olunan müqavilələr üzrə cəmi borcu 185000 (yüz səksən beş min manat) AZN həddində müəyyən olunur. Həmin vəsaiti İddiaçı MMC Bank “xxxx” ASC-yə bu razılaşmanın təsdiq olunacağı tarixdən 1 (bir) il ərzində hər növbəti ayın 10-dan gec olmayaraq 15416.7 (on beş min dörd yüz on altı manat yetmiş qəpik) AZN-ə bərabər hissələrlə ödəniləcək. Borcun tam bağlanması üçün son tarix xx xxxxx 2022 ci il tarixi müəyyən olunur. Bu müddət ərzində həmin borc məbləğinə bank tərəfindən faiz hesablanmayacaq.
3. Bu razılaşma ilə müəyyən olunmuş öhdəliyin (185 000 AZN) icrasının təmin olunması məqsədi ilə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, ünanda, yarımzirzəmi mərtəbədə yerləşən, ümumi sahəsi 117,8 kv.m olan, qeyri-yaşayış sahəsi ipotekaya qoyulur. Həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X4 notarial təsdiqli ərizəsi məhkəməyə təqdim edilir.
4. Bu razılaşmanın 3-cü bəndi ilə müəyyən edilmiş ipoteka rəsmiləşdirildikdən sonra Bank “xxxx” ASC Bakı şəhəri, Nəsimi rayonu, ünvanda yerləşən 2430,9 kv.m. ümumi sahədən ibarət, 4 mərtəbəli qeyri-yaşayış binasını ipotekadan azad etməyi öhdəsinə götürür.
5. İddiaçı MMC tərəfindən ödəniş müddətlərinin və şərtlərinin 2 dəfə və artıq pozması Bank xxxx ASC tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsi və borc məbləğinin ipoteka predmetinin satışı hesabına ödənilməsi hüququnu yaradır.
6. Tərəflər və üçüncü şəxs sülh yolu ilə hazırki işi yekunlaşdırmaq qərarına gəlmişlər və bu sazişin müddəalarına razıdırlar.
7. X6 səlahiyyətli şəxslərin imzası (və möhürü) ilə təsdiq edildikdən və Məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra, İddiaçı MMC, cavabdeh Bank “xxxx” ASC və üçüncü şəxs Maraqlı şəxs iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Tərəflər bəyan edirlər ki, Barışıq Sazişinin bağlanması ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin tələbləri onlara izah edilmişdir və bu tələblər onlara məlumdur. Tərəflər öhdələrinə götürürlər ki, Barışıq Sazişinin tam və bütünlükdə icrası ilə bağlı gələcəkdə bir-birlərinə maneə ola biləcək hər hansı hərəkət və davranışlara yol verməyəcəklər. Barışıq Sazişi məhkəmə tərəfindən qərardadla təsdiq edildikdən sonra tərəflər üçün məcburi xarakter daşımaqla, bu Saziş üzrə öhdəliklərin gələcəkdə icrasını tələb etmək üçün əsas hesab edilir. Barışıq Sazişinin hər bir nüsxəsi mülki iş üzrə tərəflərdə qalmaqla, bir nüsxəsi də təsdiq edilmək üçün Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. Barışıq Sazişinin şərtlərini tərəflər qarşılıqlı razılıq-anlaşma ilə qəbul etmişlər, Saziş təsdiq edildiyi halda doğuracaq hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262-ci maddələrinin məzmunu tərəflərə aydındır və tərəflər könüllü olaraq bu Sazişi imzalamışlar və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən Barışıq Sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova