Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1748/2023 06.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilmiş avans məbləğ olan - 33454,30 manat 30 qəpik və mediasiya prosesi üzrə ödənilmiş 200 manat pulun cavabdeh "xxxx" MMC-dən İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 15 oktyabr 2020-ci il tarixli, 283 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən alıcı Cənub MTK satıcı Azəri-Steel-2009 MMC armatur yayması almağı öhdəsinə götürür. Müqavilənin şərtlərinə görə malın daşınması alıcının nəqliyyat vasitəsi ilə həyata keçirilir; malın göndərilmə tarixi yolasalma sənədlərində qaimə fakturalarda göstərilən tarix hesab edilir, satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən Alıcıya verilən hesab-fakturada göstərilir. Müqavilə ilə alqı-satqının digər şərtləri razılaşdırılmışdır. Tərəflər arasında həmin müqavilədən irəli gələn münasibətlər əsasında alqı-satqı baş tutmuş və “alıcı”nın sifarişi əsasında bir neçə dəfə artmatur yayması alınmışdır. Tərəflərin razılaşmasına əsasən alıcı avans məbləği ödəmiş və daha sonra verilmiş sifariş üzrə ödənilməli məbləğ avans məbləğdən çıxılmışdır. "xxxx" MTK tərəfindən müqavilə üzrə sifarişlərin icra edilməsi üçün 460200 manat məbləğində pul ödənilmiş, ancaq elektron-qaimələr əsasında icraçı tərəfindən 426745,70 manatlıq armatur yayması təhvil verilmişdir. Cavabdehin aparılmış əməliyyatlar üzrə 33454,30 manat borcu var, yəni hazırki vəziyyətdə nə məhsul verilmir, nə də pul geri qaytarılmır. Yuxarıda təsvir olunan mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi, mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi təklif edilmiş, lakin cavabdehin nümayəndəsinin iştirakını təmin etmək mümkün olmamış, mediasiya prosesinə xitam verilmişdir. Hazırki mərhələdə iddiaçı hesab edir ki, ödənilmiş pul könüllü olaraq qaytarılmadığından və armatur yayaması verilmədiyindən, həmin pulun məhkəmə qaydasında cavabdehdən tutulması təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 oktyabr 2020-ci il tarixli, 283 nömrəli nömrəli iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, alıcı "xxxx"xxxx" MMC arasında armatur yaymasının alqı-satqı ilə bağlı razılaşma əldə edilmişdir. 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesabfaktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. 23 oktyabr 2020-ci il tarixli 46 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 85000 manat məbləğində ödəniş etmişdir. 23 oktyabr 2020-ci il tarixli 47 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 15300 manat məbləğində ödəniş etmişdir. 05 noyabr 2020-ci il tarixli 59 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 50000 manat məbləğində ödəniş etmişdir. 05 noyabr 2020-ci il tarixli 60 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 9000 manat məbləğində ödəniş etmişdir. 17 noyabr 2020-ci il tarixli AZ0000003 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 50000 manat məbləğində ödəniş etmişdir. 17 noyabr 2020-ci il tarixli XV0000007 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 9000 manat məbləğində ödəniş etmişdir. 25 noyabr 2020-ci il tarixli XO0000019 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 30000 manat məbləğində ödəniş etmişdir. 25 noyabr 2020-ci il tarixli XV0000012 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 5400 manat məbləğində ödəniş etmişdir. 03 dekabr 2020-ci il tarixli XO0000026 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 10000 manat məbləğində ödəniş etmişdir. 03 dekabr 2020-ci il tarixli XV0000017 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 1800 manat məbləğində ödəniş etmişdir. 08 dekabr 2020-ci il tarixli xv0000019 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 5400 manat məbləğində ödəniş etmişdir. 08 dekabr 2020-ci il tarixli xo0000027 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 30000 manat məbləğində ödəniş etmişdir. 16 dekabr 2020-ci il tarixli XO0000031 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 30000 manat məbləğində ödəniş etmişdir. 16 dekabr 2020-ci il tarixli XV0000023 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 5400 manat məbləğində ödəniş etmişdir. 21 dekabr 2020-ci il tarixli xo0000036 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 30000 manat məbləğində ödəniş etmişdir. 21 dekabr 2020-ci il tarixli xv0000028 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 5400 manat məbləğində ödəniş etmişdir. 04 yanvar 2021-ci il tarixli xo0000043 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 35000 manat məbləğində ödəniş etmişdir. 04 yanvar 2021-ci il tarixli XVOO00036 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 6300 manat məbləğində ödəniş etmişdir. 15 yanvar 2021-ci il tarixli XO0000057 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 40000 manat məbləğində ödəniş etmişdir. 15 yanvar 2021-ci il tarixli xv0000045 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi "xxxx" MMC-yə müqavilə üzrə alınması nəzərdə tutulan mallar üçün 7200 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 744495 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 22038,62 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 795599 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 12753,44 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAR seriyalı 964488 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 29702,02 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 163243 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 26781,28 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 272587 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 13423,68 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 478560 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 24290,18 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 601376 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 23821,84 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 849198 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 16515,28 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 947731 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 19234 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAT seriyalı 110984 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 23708,56 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAT seriyalı 551211 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 22825,92 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAT seriyalı 848858 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 19946,72 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAT seriyalı 900287 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 8304,84 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 021611 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 22769,28 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 076901 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 21611,70 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 355192 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 28461,60 manat məbləğində mal satmışdır. xx.xx.2020-ci il tarixli EBAV seriyalı 652838 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 26624,34 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci il tarixli EBAV seriyalı 960322 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 21765,69 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 258890 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 15117,57 manat məbləğində mal satmışdır. xx.xx.2021-ci il tarixli EBAW seriyalı 864039 nömrəli elektron qaimədən görünür ki, "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativinə 27049,14 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli MŞB/2-01514 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi 200 manat məbləğində mediasiya xərcini ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh "xxxx" MMC arasında armatur yaymasının alqısatqı ilə bağlı 15 oktyabr 2020-ci il tarixdə 283 nömrəli müqaviləsi bağlanmış və həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın dəyərinin hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödənilməsi nəzərdə tutulduğuna görə alıcı "xxxx" Mənzil Tikinti Kooperativi satıcı "xxxx" MMC tərəfindən göndərilən elektron qaimələrdə qeyd olunan 460200 manat məbləğində vəsaitin ödənilməsinə baxmayaraq, satıcı 426745,70 manat dəyərində armaturun satılması hissəsində müqavilə öhdəliyini icra etsə də, 33454,30 manat məbləğində məhsulu "xxxx" Mənzil Tikinti Kooperativinə təhvil verməmişdir. Göründüyü kimi alıcı "xxxx" Mənzil Tikinti Kooperativi 460200 manat məbləğində pulu əvvəlcədən satıcı "xxxx" MMC-yə ödəsə də, sonuncu öhdəliyini tam icra etməyərək 33454,30 manat məbləğində məhsulu alıcıya təhvil verməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 33454,30 manat məbləğində pul və 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 33454,30 manat məbləğində pul və 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1748/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1748/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver