Məhkəmə qərarları › İş №e-2-2(113)-1748/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1748/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1748/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 29 aprel 2023-cü il tarixli 2904- 32/33 nömrəli alqı-satqı müqaviləsi üzrə 3454,4 manat əsas borc, 621,79 manat ƏDV məbləği, 255 manat faiz borcu olmaqla ümumilikdə 4331,19 manat məbləğində pulun və ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini mülki prosessual qanunvericiliyin tələbləri baxımından yoxlayıb hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim olunmuş barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Mübahisənin predmeti: Cavabdeh tərəfindən təhvil alınmış inşaat materiallarının dəyəri olan 4076,19 (dörd min yetmiş altı manat on doqquz qəpik) AZN və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz məbləği 255 AZN olmaqla ümumilikdə 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN məbləğində pulun iddiaçıya ödənilməsi. 2.1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün cavabdeh tərəfindən iddiaçıya 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində borcunun müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2.2. Cavabdeh iddiaçıya 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində borcu xx.xx.2025-ci il tarixindən gec olmayaraq tam ödəyəcəkdir. 2.3. Cavabdeh MMC 5 ay müddətində 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə "xxxx" MMC-yə ödəyəcəkdir. 2.4. Ödəniş qaydası: xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 892,00 (səkkiz yüz doxsan iki) AZN pul ödəniləcəkdir. 2.5. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.6. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 2.7. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. 2.8. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 3.1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair izahat təqdim edirlər. 3.2. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1748/2025 nömrəli kommersiya mübahisəsi ilə bağlı icraatına xitam verilməsi üçün əsasdır. Məhkəmə müəyyən edir ki, barışıq sazişini iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 imzalamış, saziş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığıvə ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “ 23 fevral 2024-cü il tarixli 01/2024 nömrəli qərardadının 46-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır və protokollaşdırır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyərək işin icraatına xitam verir, əks halda təsdiqdən imtina edir. Təsadüfi deyil ki, bu xüsusatla bağlı MPM-in 52.5-ci maddəsində “məhkəmə belə hərəkətləri qəbul etmir “ ifadəsi işlədilmişdir. Odur ki məhkəmənin fəaliyyəti bu prosessual hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşır. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə 64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 64 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. Mübahisənin predmeti: Cavabdeh tərəfindən təhvil alınmış inşaat materiallarının dəyəri olan 4076,19 (dörd min yetmiş altı manat on doqquz qəpik) AZN və ödənişin gecikdirilməsinə görə hesablanmış faiz məbləği 255 AZN olmaqla ümumilikdə 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN məbləğində pulun iddiaçıya ödənilməsi. 2.1. Tərəflər təsdiq edir ki, öz maraqları naminə və çəkişməli məhkəmə proseslərinin davam etməməsi üçün cavabdeh tərəfindən iddiaçıya 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində borcunun müəyyənləşdirilməsi barədə razılığa gəlirlər. 2.2. Cavabdeh iddiaçıya 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində borcu xx.xx.2025-ci il tarixindən gec olmayaraq tam ödəyəcəkdir. 2.3. Cavabdeh MMC 5 ay müddətində 4331,19 (dörd min üç yüz otuz bir manat on doqquz qəpik) AZN (ƏDV daxil) məbləğində borcu hissəli şəkildə "xxxx" MMC-yə ödəyəcəkdir. 2.4. Ödəniş qaydası: xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 860,00 (səkkiz yüz altmış) AZN, xx.xx.2025-ci il tarixindən gec olmayaraq 892,00 (səkkiz yüz doxsan iki) AZN pul ödəniləcəkdir. 2.5. Ödəniş üsulu: Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. 2.6. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. 2.7. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur. 2.8. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 3.1. Barışıq sazişi üzrə şərtlərin qəbul edilməsinə dair tərəflər məhkəməyə müraciət edir və tərəflər arasında mübahisənin sülh yolu ilə həll edilməsinə və barışıq sazişinin şərtləri ilə razı olmasına dair izahat təqdim edirlər. 3.2. Tərəflər arasında bağlanmış, imzalanmış hazırkı barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edilir, barışıq sazişi Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1748/2025 nömrəli kommersiya mübahisəsi ilə bağlı icraatına xitam verilməsi üçün əsasdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 (altmış dörd) manat pul dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar