Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1752/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, dövlət rüsumu) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Aqroservis” MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 32334 manat məbləğində məbləğində pul vəsaitinin, 187 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 320 manat vəkil xərcinin tutularaq, İddiaçı MMM-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən, sonuncuya bitki mühafizə vasitələri satılmış, lakin dəyəri ödənilməmişdir. Cavabdehin ödənilməmiş qalan borcu cəmi 32334 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisəni məhkəmədənkənar həll etmək üçün xx.xx.2024-ci il tarixdə cavabdehin müvafiq icra hakimiyyətində olan elektron kabinetinə pretenziya göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti elektron qaydada cavabdehin müvafiq icra hakimiyyətində olan elektron kabinetinə göndərilmişdir. (çıxarışların skan surətiəlavə edilir).
3. Cavabdehin iddiaya olan etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən bu işlə əlaqədar olaraq o bu günə kimi prosessual məcəllə ilə müəyyən edilmiş qaydada pretenziya və iddia ərizəsini almamışdır. İş elektron məhkəmə sistemində görünməmiş, sonradan telefonuna məhkəmədən gələn bildiriş əsasında məhkəmə ilə əlaqə saxlanılmış bundan sonra işin elektron məhkəmə portalında görünməsi təmin olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş bütün sənədlər ilə elektron məhkəmə sistemindəki səhifədən tanış olunmuşdur. Bu iş üzrə iddiaçı tərəfindən məhkəməyə mediasiya arayışı təqdim olunmamışdır. Təqdim olunmuş pretenziya və iddia ərizəsinə münasibətdə isə iddiaçı iddia tələbində onun İddiaçı MMM ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMM tərəfindən ona bitgi mühafizə vasitələri satılmış və xx.xx.2024-cü il tarixə İddiaçı MMM-ə olan borcunu 32334 manat təşkil etməsini bildirir. Buna görədə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə istinad etməklə ondan həmin pul məbləğinin tələb edir. İddiaçının tələbi əsassızdır belə ki, əslində onun hazırki iş üzrə İddiaçı MMM ilə bitgi, dərman və mühafizə vasitələri ilə bağlı heç bir danışığı, sövdələşməsi, alqı-satqı ilə bağlı razılaşması olmamış və nəticə etibarı ilə hər hansı bir qaydada mal alınması üçün alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə olan halda onun İddiaçı MMM qarşısında heç bir müqavilə, pul və sair öhdəliyi yoxdur. Belə ki, işin əsl mahiyyəti ondan ibarətdir ki, cavabdeh işlədiyi parnik üçün X6 bitgi, toxum və mühafizə vasitələrini 2022-ci ilin noyabr ayının əvvəlindən 2023- cü ilin oktyabr ayınadək almış, xx.xx.2023-cü il tarixə aralarında heç bir borc öhdəliyi olmamışdır. X6 məhsulları nəğd şəkildə almışdır. X4 ona verdiyi malların adını kitabçada öz dəsti xətti ilə qeydiyyat aparaq qiymətini yazmışdır. X1 onun şəxsi bank kartına (Kapital Bank 4169 7388 3206 3741) ödənişlər edilmiş, kitabçada qeyd olunan malların uçotu vasitəsi ilə müəyyən olunmuşdur ki, onun X8 ümumilikdə 13.900 manat məbləğində bitgi və sair toxum vasitələrinə görə borc vardır. Həmin məbləğdə yenidən aralarında hesablanma yolu ilə hissəvi şəkildə ona ödəniləcəkdir. İşdən açıq və mübahisəsiz qaydada görünür ki, iddiaçı əsl iddiaçı deyildir. Ona qarşı bu məsələ ilə əlaqədar olaraq iddia tələbini İddiaçı MMM deyil X15 oglu irəli sürməlidir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X15 oglu iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, İddiaçı MMM-nin aqronomu vəzifəsində işləyir. İddiaçı MMM-nin bitki mühafizə vasitələrini qaimə-fakturalar əsasında götürüb Cavabdeh2 vermiş və daha sonra pullarını yığıb MMM-yə təhvil vermişdir. Mallar verilərkən dəftərlərdə cavabdehin imzası və whatsapp yazışması ilə təsdiq edilirdi. Həmin malları o özü nə istehsal edir, nə də ki ona məxsus deyil. Cavabdeh bildirsə də ki, İddiaçı MMM-ni tanımır, lakin tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktında İddiaçı MMM-ə olan borcunu cavabdeh öz imzası ilə təsdiq edib. Bundan əlavə o cavabdehə yalnız bitki mühafizə vasitələrini deyil, həmçinin şitillər verilib. Üzləşmə aktı imzalanandan sonra edilmiş ödənişlər nəzərə alınıb və son olaraq cavabdehin iddiaçıya olan borcu 32334 manat təşkil edir.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı şirkəti tanımır, bitki mühafizə vasitələrini və şitilləri X6 alıb, üzləşmə aktını özü imzalayıb, lakin X10 onu aldadıb, bildirmişdir ki, sadəcə şirkət ilə hesablaşmaların aparılması üçün lazımdı bu üzləşmə aktı, vergi gəlib şirkətdə yoxlama aparılarkən problem yaranmasın. Noyabr ayının 1-dən yenidən nisyə qaydada ona dərman vasitələri verilməli idi, 2 ay ərzində onları yetişdirib satışa çıxarmalı idi və məhz yeni malların verilməsi üçün də üzləşmə aktını imzalayıb. Üzləşmə aktında göstərilən məbləğlə razı deyil, hesab edir ki, onun təxminən 10.000 manat borcu qalıb. İddia ərizəsinin rədd edilməsini xahiş edir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2023-cü il tarixli ********* saylı qəbzə əsasən Cavabdeh2 tərəfindən 500 manat, xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş qəbzinə əsasən 1000 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı ödəniş qəbzinə əsasən 1400 manat, xx.xx.2023-cü il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən 1100 manat, xx.xx.2023-cü il tarixli ********* saylı ödəniş qəbzinə əsasən 485 manat və xx.xx.2023-cü il tarixli 51830057 saylı ödəniş qəbzinə əsasən 500 manat məbləğində ödənişlər edilmişdir.
8. X13 ilə aparılan qeydiyyat dəftərindən görünür ki, o, xx.xx.2023-c il tarixə 33574 manat borcun olduğunu və sonra edilən ödənişlər nəticəsində borcunun 32334 manat olduğunu öz imzası ilə təsdiq edib (məhkəmə iclaslarında imzanın ona məxsusluğunu təsdiq etmişdir).
9. İddiaçı MMM-in aqronomu X11, MMM-in nümayəndəsi Nümayəndə və X13 arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh X13 xx.xx.2023-cü il tarixə alınmış toxum və bitki mühafizə vasitələrinə görə xx.xx.2023-cü il tarixə 10000 manat və pomidor, xiyar ştillərinə və dərman vasitələrinə görə xx.xx.2023-cü il tarixə 23574 manat, cəmi 33574 manat borcu olduğu və aktda göstərilənlər ilə Cavabdeh2 razı olduğunu və imzasıyla təsdiq etdiyi qeyd olunmuşdur.
10. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi whatsapp-yazışmasından görünür ki, Cavabdeh2 X11 xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli 500 manatlıq ödəniş qəbzini göndərir və aşağısında 38124 – 500 =37624 manat qeydini yazır (həmin yazışma məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə nümayiş etdirildi və Cavabdeh2 həmin yazının onun tərəfindən yazıldığını etiraf etdi).
11. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
18. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında nisyə alqısatqı münasibətləri yaranmış, İddiaçı MMM ilə Cavabdeh2 arasında olan razılaşmaya əsasən, sonuncuya bitki mühafizə vasitələri satılmış, lakin dəyəri tam ödənilməmişdir. Cavabdehin ödənilməmiş qalan borcu cəmi 32.334 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla üzləşmə aktı və qismən ödəniş sənədləri ilə təstiq olunduğu üçün tələbin əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur.
19. Qeyd olunanlardan göründüyü kimi cavabdeh borcu olmasını qəbul etmiş, eyni zamanda buna dair də üzləşmə aktı tərtib edilməklə imzalanmışdır.
20. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 187 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
21. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. İddiaçı tərəf 320 manat vəkilə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etsə də, belə bir ödənişin hazırkı iş üzrə göstərilmiş xidmətə görə ödənilməsinə dair sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə iddiaçının bu tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
25. Beləliklə, iddia qismən təmin olunmalı, Cavabdeh2 32334 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 187 manat tutularaq iddaçı İddiaçı MMM-ə ödənilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 32.334 (otuz iki min üç yüz otuz dörd) manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 187 (yüz səksən yeddi) manat tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova