Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1753/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında 29 aprel 2022-ci il tarixli, 9230 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi” üzrə yaranmış 13691,20 manat məbləğində pulun və 131,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 13822,28 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 29 aprel 2022-ci il tarixli, 9230 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi” bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində əsasən, Satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın «SMART» kartlar vasitəsilə alıcıya satışını, alıcı isə, yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər. Sözügedən müqavilənin 3.2.2-ci bəndinə əsasən, alıcı (Cavabdeh MMC) Yanacağın dəyərini Satıcı tərəfindən verilən hesab – faktura əsasında sonradan ödəyir. Lakin cavabdeh tərəfindən müqavilənin 3.2.2-ci bəndi kobud şəkildə pozulmuş, müqavilə üzrə sonradan ödənilməsi nəzərdə tutulan ümumi məbləğdən cavabdehin 13691,20 manat məbləğində borcu qalmış və bu günə kimi sözügedən məbləğ ödənilməmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında 29 aprel 2022-ci il tarixli, 9230 saylı “Yanacağın pərakəndə satışı müqaviləsi”nə əsasən, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə satılmış neft məhsullarına dair təqdim edilmiş arayışda qeyd edilən qaimə-fakturaların siyahısından da göründüyü kimi, tərəfimizdən cavabdehə 247840.00 manat məbləğində neft məhsulları satılmış, cavabdeh tərəfindən Şirkətimizə müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə, ümumilikdə 234148,80 manat pul vəsaiti ödənilmiş, 13691,20 manat məbləğində isə borcu qalmışdır. Həmin məsələ ilə bağlı cavabdeh şirkətlə müqavilənin 5.3-cü bəndinin tələblərinə uyğun olaraq danışıqlar aparılmış, cavabdeh şirkətin ünvanına xx.xx.2023-cü il tarixli, 05-857 saylı pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunun qəbulundan cavabdeh tərəfindən imtina edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli 9230 nömrəli yanacağın pərakəndə satışı müqaviləsinə əsasən müqaviləyə əsasən satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın “Smart” kart vasitəsilə alıcıya satışını, alıcı isə yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdələrinə götürürlər.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən yanacağın satışı hər ayın 5-ə qədər təqdim edilən yanacağın ödənilməsi şərti və ən çoxu 100000 manat məbləğədək olan yanacağın təqdim edilməsi şərti ilə aparılır. Alıcı kartı qəbul etdiyi tarixdən etibarən müqavilənin qüvvədə olduğu müddət ərzində karta yüklənmiş məbləğə uyğun yanacağı almaq hüququ əldə edir.
9. Müqavilənin 2.4-cü bəndinə əsasən hər bir kartın nominal dəyəri müvafiq hesab fakturada müəyyən edilir və alıcı tərəfindən ayrıca olaraq ödənilir.
10. Müqavilənin 2.6-cı bəndinə əsasən kartın verilməsi, yenisi ilə əvəz edilməsi yalnız alıcının yazılı müraciəti əsasında satıcı tərəfindən həyata keçirilir.
11. İddiaçı tərəfindən cavabdehə EBCM 052901 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 379593 nömrəli xx.xx.2022-ci il tarixli, EBCK 127098 nömrəli xx.xx.2022-ci il tarixli,EBCİ 143065 nömrəli xx.xx.2022-ci il tarixli, EBCE 527074 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 800233 nömrəli xx.xx.2022-ci il tarixli, EBCB 238294 nömrəli xx.xx.2022-ci il tarixli, EBCA 863447 nömrəli xx.xx.2022-ci il tarixli, EBBZ 400386 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 582354 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 173728 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 772147 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 448696 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturalar (ümumilikdə ƏDV daxil olmaqla 247840 manat) təqdim edilmişdir.
12. İddiaçı tərəfindən cavabdehəxx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBV 772147 nömrəli elektron qaiməyə əsasən 881,54 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə EBBX 582354 nömrəli elektron qaiməyə əsasən 42563.56 manat, xx.xx.2022ci il tarixli ödəniş tapşırığı ilə EBBZ 400386 nömrəli və EBCC 800233 nömrəli elektron qaimələrə əsasən 70726,33 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 9230 B09 nömrəli hesab-fakturaya əsasən 25.42 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 154,06 manat ƏDV ödənişi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 8735,70 manat ƏDV ödənişi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 6137,19 manat ƏDV ödənişi, xx.xx.2022ci il tarixli ödəniş tapşırığı ilə 7436,44 manat ƏDV ödənişi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 12356,87 manat ƏDV ödənişi, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4,58 manat ƏDV ödənişi, EBBX 17372 saylı qaimə üzrə 5000 manat, EBBX 17372 saylı qaimə üzrə 5127,11 manat ödəniş edilmişdir.
13. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03-339 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 9230 saylı yanacağın alqı-satqısına dair müqaviləyə əsasən 2022-ci il ərzində iddiaçı tərəfindən cavabdehə 247840 manat məbləğində yanacaq satılmış, həmin vəsaitdən cavabdehin qalıq borcu ƏDV daxil 13691,20 manat təşkil edir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 29 aprel 2022-ci il tarixli 9230 nömrəli yanacağın pərakəndə satışı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdehə ümumilikdə 247840 manat dəyərində mal təhvil vermiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, təhvil verilmiş mallara görə ümumilikdə ƏDV daxil olmaqla 234148 manat ödənilmiş, qalıq 13691,20 manat ödənilməmişdir.
19. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 13691,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 131,08 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 13691,20 manat məbləğində pul, ödənilmiş 131,08 manat dövlət rüsumu, ümumilikdə 13822,28 (on üç min səkkiz yüz iyirmi iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova