Məhkəmə qərarları › İş №e-2-2(113)-1758/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1758/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1758/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı pul tələbinə, "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 19099.495 (on doqquz min doxsan doqquz manat qırx doqquz qəpik) manat borcun, nümunə kimi Qüllə Restoranında yerləşdirilmiş 8 qutu Gül buketlərinin dəyərini təşkil edən 5000 (beş min) avronun (qaytarılacağı gün Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun Azərbaycan manatı ilə), məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsinə görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-də İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC öz üzərinə götürdüyü öhdəliyi icra etməməklə 14 645 (on dörd min altı yüz qırx beş) manat 75 qəpik məbləğində vurduğu maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumu xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Mədət Əhmədovun şəxsində (“Satıcı”), digər tərəfdən "xxxx" MMC-nin İdarə heyətinin sədri X2 şəxsində (“Alıcı”) 25 iyun 2020-ci il tarixli, ********* nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. 25 iyun 2020-ci il tarixli, ********* nömrəli Alqı-satqı Müqaviləsi tərəflər arasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiqlənmişdir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunelektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “Elektron imza və elektron sənədin istifadə sahələri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər”. Beləliklə, 25 iyun 2020-ci il tarixli, ********* nömrəli Alqı-satqı Müqaviləsinin 2.1-ci bəndinə əsasən, “bu müqaviləyə görə “Satıcı” malları Dövlət Standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla, “Alıcı”ya təhvil verir, “Alıcı” isə “Mal”ı qəbul edib dəyərini ödəməyi öhydəsinə götürür”. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, “Alıcı” malın qiymətini müqavilənin 7-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 7.4-cü bəndinə əsasən, “Sifarişçi protokolda nəzərdə tutulmuş məbləği “Satıcı”nın müqavilənin 14-cü bəndi ilə təqdim etdiyi hesaba əsasən ödəməlidir. Tərəflər arasında “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış yuxarıda qeyd olunan müqaviləyə 3 faiz endirim tətbiq edilməklə 25 iyun 2020ci il tarixli, 1 nömrəli əlavəyə əsasən İddiaçı MMC tərəfindən 1 kv.m-nin qiyməti 487.60 AZN olan 50 kv.m, cəmi qiyməti 24380.00 AZN təşkil edən Skandinaviya Mamırı və müqaviləyə 25 iyun 2020-ci il tarixli, 2 nömrəli əlavəyə əsasən qiyməti 4911.50 manat təşkiledən 250 yarpaqlı Gül buketi, ümumilikdə 29291.50 manat məbləğində mal "xxxx" MMC-yə təhvil verilərək quraşdırılmışdır. Bununla yanaşı sifarişdən əlavə, 30 faiz endirim tətbiq edilməklə dəyəri 2750.00 manat təşkil edən Gül buketli yarpaq quraşdırılmış, lakin cavabdehin təqsiri ucbatından fiksasiya edilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş elektron qaimələrdən görünür ki, 25 iyun 2020-ci il tarixli, ********* nömrəli Müqavilə əsasən İddiaçı MMC tərəfindən dəyəri 24380.00 AZN, 4911.50 manat və 2750 manat təşkil edən sifarişlər yerinə yetirilmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş görülmüş işlərin təhvil-təslim Aktından görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-nin verdiyi sifariş əsasında Bakı şəhəri, “Alov Qüllələri” kompleksindəki ünvanında yerləşən Qüllə Restoranında cəmi dəyəri 24380.00 manat təşkil edən Skandinaviya Mamırı və qiyməti 4911.50 AZN təşkil edən 250 yarpaqlı Gül buketi quraşdırılaraq ümumilikdə 29291.50 AZN məbləğində mallar İddiaçı MMC-yə təhvil verilmişdir. Əlavə olaraq təhvil-təslim zamanı cavabdeh "xxxx" MMC tərəfindən təhviltəslim aktını onlara təqdim etdikdə cavabdeh tərəf əlavə olaraq yuxarıda göstərilən gül buketlərinin quraşdırılmasının zəruri olduğunu və o iş tamamlanandan sonra həmin akta imza edəcəklərini bildirmişdir. Lakin, həmin iş görülməsinə baxmayaraq həmin akta bu günə kimi müxtəlif səbəbiz bəhanələrlə imza etməkdən yayınmışdır. Lakin, cavabdeh tərəfin aktı imzalamaqdan yayınmasına baxmayaraq, təhvil-təslim zamanı çəkilmiş foto şəkillərdən və video görüntülərdən yaşıllıqların tam olaraq quraşdırıldığı aydın şəkildə görünür. Həmçinin əldə edilmiş şifahi razılaşmaya əsasən, quraşdırılmış yaşıllıqların üzərində loqolarının əks olunması şərti ilə ümumi məbləğə 3 faiz endirim edilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırda yaşıllıqların üzərində loqonun əks olunması üçün "xxxx" MMC tərəfindən şərait yaradılmadığından hazırkı borca endirim məbləği tətbiq edilmir. Beləliklə, hazırda İddiaçı MMC tərəfindən quraşdırılmış yaşıllıqların ümumi məbləği 29291.50 manat və endirim edilmiş 3 faiz (878.745 AZN) olmaqla 30170.245 AZN, əlavə olaraq dəyəri 2750.00 AZN məbləğində olan quraşdırılmış, lakin fiksasiya edilməmiş gül buketi və endirim edilmiş 30 faiz (825.00 manat) olmaqla 3575.00 AZN, cəmi 33745.245 manat (30170.245+3575.00= 33745.245 manat) təşkil edir. Hazırda həmin məbləğdən "xxxx" MMC tərəfindən 14645.75 manat ödənilmiş və beləliklə İddiaçı MMC-yə olan borc məbləği 19099.495 manat təşkil edir. Lakin, müqaviləyə əsasən yuxarıda adları çəkilən malların satıcı İddiaçı MMC tərəfindən “Alov Qüllələri” kompleksindəki ünvanında yerləşən Qüllə Restoranında quraşdırılaraq təhvil verilməsinə baxmayaraq, alıcı "xxxx" MMC tərəfindən borclu olduğu 19099.495 manat bu günədək İddiaçı MMC-yə ödənilməmişdir. Borcun ödənilməsi istiqamətində "xxxx" MMC-nin rəhbərliyi ilə aparılan danışıqlar, e-mail yazışmaları və rəsmi müraciət isə nəticəsiz qalmışdır. Belə ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq 17 fevral 2021-ci il tarixli pretenziya məktubu ilə İddiaçı MMC-yə müraciət olunaraq, 19099.495 manat borcun 3 iş günü müddətində İddiaçı MMC-yö ədənilməsi xahiş edilmişdir. Lakin, istər "xxxx" MMC-nin nümayəndələri ilə aparılan e.mail yazışmaları zamanı, pretenziya məktubunun göndərilməsindən sonra quraşdırılan malların tərkibinin sərtləşərək bərkiməsi və estetik xassəsini itirməsi bəhanəsi ilə tərəflərindən borcun qaytarılmasından imtina edilmişdir. Quraşdırılmış yaşıllıqlara münasibətdə "xxxx" MMC tərəfindən hələ quraşdırma işləri davam edən müddətdə müxtəlif bəhanələrlə narazılıqlar bildirilirmişdir. X3raşdırıldıqdan sonrakı, yəni gül buketinin quraşdırıldığı mərhələdə "xxxx" MMC tərəfindən ümumi dizaynın bəyənilmədiyi və dəyişdiriləcəyi barədə fikirlər səsləndirilirdi. Əlavə sifariş olan 2750.00 manat məbləğində gül buketi də, məhz yaşıllıqlarda fərqli görünüşün yaranması üçün sifariş edilmişdi. Hansı ki, "xxxx" MMC ilə müqavilə bağlananadək tərəfimizdən qiymət təklifi ilə görüləcək işlərin dəyəri, məhsulların müxtəlif xarakterli sertifikatları, xüsusiyyətləri barədə məlumat verilmişdir. Beləliklə, işlərə də yalnız cavabdehin həm dizayn, həm də, qiymət təklifi ilə razılaşmasından sonra başlanmışdır. Beləliklə, razılaşdırılaraq quraşdırılan yaşıllıqların təhvil alınmasından dizaynını dəfələrlə dəyişdirməklə, əlavə gül buketləri quraşdırmaqla, bununla da kifayətlənməyərək, bazada olan yaşıllıqların bütün növlərinin nümunə kimi Qüllə Restoranına gətirilməsini tələb etməklə yayınmağa çalışan cavabdeh "xxxx" MMC bütün sifarişlərinin tam olaraq yerinə yetirildiyi ilə qarşılaşdıqda, yaşıllıqların sərtləşərək bərkiməsi bəhanəsi ilə malların qüsurlu olduğunu bildirərək borcun ödənilməsindən hər vasitə ilə yayınmağa çalışır. Hazırda nümunə kimi Qüllə Restoranında 8 qutu Gül buketləri yerləşdirilmişdir ki, həmin qutularda olan malın qiyməti 5000 Avro (5000 x 2,0661 = 10330,5 manat) təşkil edir. Restoranda quraşdırılmış mamırların bərkiməsi ilə əlaqədar daha əvvəl də, Belçika Krallığının paytaxtı Brüssel şəhərində yerləşən baş ofislə bir neçə dəfə danışdıqlarına baxmayaraq 21 yanvar 2021-ci il tarixdə yerindəcə videozəng vasitəsilə mövcud vəziyyəti göstərmək üçün əlaqə saxlanılmışdır. Vəziyyətin onlara göstərilməsinə baxmayaraq, nəticədə cavab (diaqnoz) eyni olmuşdur – “rütubət səviyyəsinin normativlərdən çox aşagı olması”. Söhbət mamırın xüsusi şərait tələb etməsindən getmir, o xarab olmayıb, sadəcə rütubətin qapalı məkanlarda normativ səviyyəsindən xeyli az olmasından bərkimişdir. Quru hava şəraiti normaya (min.30%) gəldiyində, mamır yenə əvvəlki yumşaq halını alacaqdır. 23 yanvar 2021-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı Vasif Şükürovun köməyi ilə əməkdaşları obyektdə olmuş və cihazı 30 dəqiqə saxlamaqla ilk göstəricini əldə etmişdir. Axşama doğru "xxxx" MMC-nin Fuad adlı əməkdaşı ilə şəxsən əlaqə saxlanılmışdır və həmin zaman üçün cihazda olan göstəricilərin şəklini göndərməyini xahiş etmiş, nəticə eyni olmuşdur-10%. Qapalı məkanlarda hava normativlərini əks etdirən cədvəl ayrıca olaraq elektron məktuba əlavədə göstərilmişdir. Həmin cədvəldən də göstərilir ki, 10% rütubətlik səviyyəsi çox aşağı göstərici sayılır. Hətta normal bitkilərin həmin şəraitdə quruma ehtimalı çox böyükdür. Havalar istiləşməyə doğru getdiyində, vəziyyət avtomatik olaraq dəyişəcək və mamır əvvəlki halına qayıdacaqdır. Bu məlumatı ehtimal olaraq deyil, yaşanmış bir çox təcrübədən sonra baş ofisdən bildirmişlər. Əlavə olaraq, mövcud narahatçılıqları (bərkimə və bəzi hissələrin əvəzlənməsi) nəzərə alaraq, obyektdə baxış keçirilməsi üçün Brüsseldən mütəxəssis dəvət edilmiş və onun iştirakı ilə keçirilən baxış zamanı da, havaların nisbətən istiləşməyə doğru getdiyində, vəziyyətin avtomatik olaraq dəyişəcəyi və mamırın əvvəlki halına qayıdacağı qənaətinə gəlinmişdir. Eyni zamanda cavabdeh "xxxx" MMC-nin nümayəndələri ilə görüş zamanı divara quraşdırılmış mamırların normal rütubət səviyyəsi təmin olunduqdan sonra əvvəlki halına qayıdaraq yumşalacağına zəmanət verilmiş və bununla bağlı onlara ayrıca olaraq rəsmi zəmanət verilə biləcəyi bildirilmişdir. Lakin bu günədək "xxxx" MMC tərəfindən həmin məsələ ilə bağlı hər hansı cavab verilməmişdir. Alıcıya bundan əlavə 2 təklif də verilmişdir:

1. Eyni məhsulların quraşdırıldığı başqa ünvanlarda (şirkət, ictimai iaşə obyekti və s.) monitorinqin aparılmasına dəvət. Həmin müştərilərdə rütubət normativi normal səviyyədə olduğu üçün bərkimə baş verməmişdir.

2. Qüllə restoranında quraşdırılmış bərkimiş hesab etdikləri mamırlardan kiçik bir nümunə götürülürək "xxxx" MMC-nin ofisində qısa müddətlik (3-5 gün) yerləşdirərək onun yumşalacağını izləmək. Bu səbəbdən də, yuxarıda qeyd edildiyi kimi mala dair zəmanət sənədini təqdim etməyə hazırlar. Eyni zamanda həmin zəmanət sənədində yaşıllıqların quraşdırıldığı məkanda rütubət səviyyəsinin normativlərə cavab verdiyi şəraitdə malın korlanması baş verdiyi təqdirdə heç bir haqq tələb etmədən yaşıllıqların öz hesablarına sökülməsini və "xxxx" MMC tərəfindən ödənilmiş pulun tam olaraq qaytarılmasını öhdələrinə götürdüklərini yazılı şəkildə bildirmişlər. Əlavə olaraq Skandinaviya Mamırı və Buket yarpaqları Brüssel şəhərindən dünyanın bir çox ölkəsinə ixrac olunmaqdadır, mənşə və keyfiyyət sertifikatları mövcuddur. Eyni zamanda ölkə ərazisində bir çox məntəqələrdə quraşdırılan yaşıllıqların keyfiyyəti barədə bu günədək sifarişçilərlə hər hansı mübahisə yaranmamışdır. Həmçinin “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış yuxarıda qeyd olunan müqaviləyə əsasən İddiaçı MMC tərəfindən quraşdırılmış Skandinaviya Mamırı və Gül buketi yalnız görünüş xarakterlidir və həmin yaşıllıqların sərtləşərək bərkiməyəcəyi barədə İddiaçı MMC tərəfindən üzərinə hər hansı öhdəlik götürülməmişdir. Yaşıllıqların görünüşü – rəngi, təbiiliyi və təravətliliyi isə bu günədək özünün quraşdırıldığı gündə olduğu xassəsini qoruyub saxlamaqdadır. "xxxx" MMC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25.06.2020-ci il tarixdə İddiaçı MMC ilə ********* saylı alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. "xxxx" MMC bu müqavilə ilə üzərinə düşən öhdəlikləri zamanında icra etməyə başladı, 20.07.2020-ci il tarixdə müqavilə təsdiq olunduqdan sonra müqavilənin 50%-i miqdarında, yəni 12 190 (on iki min bir yüz doxsan) manat məbləğində, daha sonra 27.07.2020-ci il tarixdə əlavə avans məbləği olaraq 2,455.75 (iki min dörd yüz əlli beş) manat 75 qəpik məbləğində "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə avans ödənişi edilmişdir. Halbuki, İddiaçı MMC tərəfindən təqdim edilmiş və quraşdırılmış malların tərkibi sərtləşərək bərkimişdir, həmin yaşıllıqlar öz elastiklik xassəsini itirmişdir. Bu isə cavabdeh tərəfindən təqdim edilmiş malların qüsurlu olmasını təsbit edir və tərəfimizdən gördüyünüz bu işlər qəbul edilə bilməz. Belə ki, bütün çatışmazlıq və nöqsanların səbəbini araşdırmaq üçün ofisdə cavabdehlərin iştirakı ilə toplantı keçirilmiş, cavabdehin menecer işçi heyəti ilə görüş təşkil edilmişdir. Görüşdə cavabdehin yeganə istinad etdiyi səbəb sahənin normal 34%-35% rütubətliliyi təmin olunmalı halda sahənin rütubətliliyinin əsassız olaraq 10% olmasının qeyd edilməsi olmuşdur. Həmin görüşdə cavabdehə iradı olmuşdur ki, “rütubət” faktoru əsas amil olduğu təqdirdə, hansı səbəbdən onlar bu barədə onları məlumatlandırmayıblar və öncədən cavabdeh tərəfindən məlumatlandırmama faktını qəbul etmişdir. Nəticə etibarilə razılaşmışlar ki, bitərəf dövlət qurumu olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən “Qüllə Restoran” layihəsində daxili sahənin rütubətliliyinin ölçmə işləri aparılsın. 29.01.2021-ci il tarixində sözükeçən dövlət qurumu tərəfindən ərazidə VAİSALA PTB 330 TS və CENTER 311 ölçmə aparatları vasitəsilə ölçmə işləri aparılmışdır və araşdırma nəticəsi verilən məlumatda həmin sahədə rütubətlilik gün ərzində 34,4%-dən 35,2%-dək dəyişir. Bu isə qüsurlu malların satıcısı kimi yeganə istinad mənbəyinin “rütubətlilik” faktının olmaması ilə öz təsdiqini tapdı. Qeyd olunan rütubətlilik barədə məlumat malların qüsurlu olmasını bir daha təsbit etdi və "xxxx" MMC tərəfindən öncədən İddiaçı MMC ilə razılaşdırıldığı kimi qüsur aktını tərtib etmiş və təsdiq olunması üçün xəbərnaməli məktub ilə 08.02.2021-ci il tarixdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən öncədən razılaşdıqları kimi qüsur aktının təsdiq edilməsi əvəzinə göndərdikləri məlumatlar nəzərə alınmadan əsassız pretenziya məktubu tərtib edilmiş, 18.02.2021-ci il tarixdə təqdim edilmişdir. Bu pretenziyada mallara normal rütubətliliyin 34-35% olmasının tələb olunması qeyd edilmişdir. Bu arada e-mail vasitəsilə cavabdehə müraciət edib, qüsur aktının təsdiq edilərək, qüsurlu mallarınızın ərazidən sökülmə tələbi ilə cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən mallar qüsurlu olduğu üçün qeyd edilmiş mallar və malların quraşdırması işləri "xxxx" MMC-nin korporativ məqsədlərinə cavab vermədiyi üçün cavabdehin malları və işləri alıcı kimi onu qane etməmişdir və həmin işlər qəbul edilməmişdir. O səbəbdən avans olaraq ödənilmiş 14 645 (on dörd min altı yüz qırx beş) manat 75 qəpik məbləğin geri ödənilməsini pretenziya qaydasında cavabdehdən tələb etmişdir. ********* saylı, 25 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 10.1.-ci maddəsinə əsasən “Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir”. Eyni zamanda təqdim edilmiş malların fiziki vəziyyətinə dair 5 (beş) il müddətinə zəmanət müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində müəyyən edilmişdir. Nəticə etibarilə İddiaçı MMC tam məsuliyyətlə öhdəlik qəbul etməsinə və keyfiyyətlə işi icra etməsini vəd verməsinə baxmayaraq, öz tərəfindən yuxarıda qeyd edilən öhdəliyini icra etməmişdir və öhdəliyin pozulmasına yol verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli e-2-2(113)-2076/2021 saylı qərardadı ilə "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı maddi ziyanın ödənilməsi barədə e-2- 2(113)-2076/2021 saylı iş İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı borcun ödənilməsi barədə e-2-2(113)-1758/2021 saylı işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, cavabdehə təhvil verilmiş mamırlar lazım olan rütubətlilik faizindən aşağı saxlanıldığından bərkimiş, lakin faiz dərəcəsi normaya qaytarıldığı halda həmin mamırlar canlı olduğundan yenidən əvvəlki vəziyyətinə qayıdır. Qarşı tərəf mamırları sökərkən onlara məlumat verməmiş və həmin mamırları onlara geri qaytarmamışdır. Həmin mamırların atılması iddiaçını qeyd edilən məhsulun yararlı olması ilə bağlı iddiaçını ekspertiza keçirmək imkanından məhrum etmişdir. Mamırların sökülməsi onların keyfiyyəti ilə yox, sifarişçinin divarda yaradılmış dizaynı bəyənməməsi ilə bağlı olmuşdur. Belə ki, "xxxx" MMC başqa hüquqi şəxsin sifarişi əsasında həmin binada təmir işləri aparır. Sonda İddiaçı MMC-nin nümayəndəsi iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə izahatında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş əlavə olaraq çıxışını yazılı şəkildə təqdim edərək, qeyd etmişdir ki, məhkəmə təhqiqatı və araşdırması nəticəsində təqdim edilmiş sübutların və dəlillərin həqiqətə uyğunluğu öz təsdiqini tapmışdır. Qarşı tərəfin isə çox sonradan Belçika ofisindən Şimal maral yosununa dair verilmiş rəy və texniki məlumat cədvəli və şahid ifadələri də sübutların möhkəmləndirilməsinə xidmət etmişdir və iş materiallarına əlavə edilmişdir. Qeyd olunanlardan başqa İddiaçı MMC hər hansı bir əhəmiyyətli dəlil və ya sübut qismində məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmiş, hər hansı bir məlumat və ifadələr də o cümlədən yazılı və ya şifahi sübutlar olaraq təqdim edilməmişdir. Belə ki, İddiaçı MMC ilə ********* saylı alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman hər hansı bir malların keyfiyyət tələblərinə dair rütubətlilik amili və yaxud məhkəmənin ən son məhkəmə baxışında təqdim edilən Şimal maralı yosununun X4 nisbi rütubətliliyinin minimum 30% olması tələbi barəsində ilk müqavilə bağlanıb, kontragent İddiaçı MMC ilə işgüzar münasibətlərə başladıqda və davam etdikdə məlumatları olmamışdır. Məlumatlı olmamalarına baxmayaraq, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən yazılı qaydada məlumat tərtib edilmişdir, həmin məlumat sübut kimi məhkəməyə təqdim edilmiş, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 2-də yerləşən Alov Qüllələri yaşayış binasının 16-cı mərtəbəsində yerləşən restoranında rütubətliliyin faiz dərəcəsi saat 10:30-dan saat 15:30-dək 35,2%-dən 34,4%-dək dəyişmişdir. Bu o deməkdir ki, qeyd olunan məkanda rütubətlilik 30%-dən yuxarı norma daxilində olmuşdur. Eyni zamanda qeyd olunan rütubətlilik dərəcəsi standartlara cavab verən sertifikatı olan VAİSALA PTB 330 TS və Termohiqrometr CENTER 311 aparatlan vasitəsilə ölçmə işləri apanlmışdır. Qarşı tərəfin Şahid ifadələri zamanı istinad etdikləri “10% rütubətlilik var” və “rütubətlilik normadan aşağıdır” ifadələrinə, onların ifadələrinə qarşı verilən hansı cihaz ilə rütubətlilik ölçülmüşdür?, həmin cihazın sertifikatı varmı? suallarına cavab olaraq qarşı tərəfin şahidləri bildirmişdirlər ki, cihazın markası barədə məlumatları yoxdur və eyni zamanda bildirilmişdir ki, cihazın hər hansı bir sertifikatı da yoxdur. Belə olan halda şimal maralı yosununda qurumaya səbəbin hansı əsasla rütubətlilik olması qeyd edilməlidir. Rütubətliliyə dair ölçmə nəticəsində təqdim edilən sübut bir däha təsdiq edir ki, həmin yosunda quruma rütubətlilik amilinə əsaslanmır. Əlavə olaraq qarşı tərəfin şahidi olan Ziya bəy öz ifadəsində bildirmişdir ki, yanvar ayında davamlı mövcud olan quruma prosesi müvəqqəti xarakterlidir və bir qədər müddətdən sonra həmin müvəqqəti quruma prosesi dayanaraq, bərpa olacaqdır. Şahidin ifadəsinə dayanaraq verilən “bir qədər müddət nə qədər müddətdir?” sualına şahid Ziya bəyin cavabı “bir qədər müddət 7 gündür” olmuşdur. Bu isə o deməkdir ki, Ziya bəyin ifadəsinə görə yosunda gedən quruma prosesi yanvarın sonu, ən geci fevralı əvvəlində bərpa olunmalı idi. Halbuki, quruma prosesi nəinki fevral ayının əvvəlinə, heç fevral ayının sonuna və mart ayının ortalarına kimi bərpa olunmadı, əksinə tam quruyaraq, yosunun ovuntularını 2021-ci ilin mart ayının ortalarında sökmək məcburiyyətində qalmışlar. İddiaçı Şirkətinin Belçika ofisindən də yosunun qurumasına dair rəylə tanış olduqda, məlum olur ki, bu faktı Belçika ofisi də təsdiq edir. Səbəbini isə yenə də yanlış olaraq, rütubətliliyin təmin olunmaması kimi qeyd edir. Yuxanda qeyd edildiyi kimi rütubətlilik faktoru ilə prosesin heç bir əlaqəsi olmadığına dair sübutumuz təqdim edilmişdir. Belçika ofisinin rəyi isə sadə ümumi təxminlər üzərindən qiymətləndirmə aparılmışdır ki, bu rəy təxmini qiymətləndirmə olduğu üçün sübut kimi mötəbərliyi şübhə altındadır və sübut kimi qiymətləndirilməməlidir. İddiaçı Şirkətinin Belçika ofisi qüsurlu malların yeni mallar ilə əvəz edilməsini təklif etməsinə baxmayaraq, Bakıda mövcud olan İddiaçı MMC tərəfindən yeni mallar ilə əvəz olunması təklif olunmadı, israrla mallarının qüsurlu olmadığı bildirildi. Nəticə etibarilə, İddiaçı MMC tərəfindən quraşdırılmış malların tərkibi sərtləşərək, bərkimişdir, həmin yaşıllıqlar öz elastiklik xassəsini itirmişdir. Bu isə cavabdehin mallarının qüsurlu olmasını təsbit edir və həmin mallar qəbul edilə bilməz. Malların təqdim edilməsi spesifik mallar olduğu üçün quraşdırma ilə bir arada təqdim edilməli idi, halbuki malların tərkibinin sərtləşərək quruması həmin malları və işlərin qəbul edilməsini yolverilməz etdi. İş materiallarında mövcud olan və malların təqdim olunmadığı məhkəmə tərəfindən öz mülahizəsinə əsasən göndərdiyi sorğuya cavab olaraq, müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ********* saylı Alqı-Satqı müqaviləsi üzrə hər hansı bir mallar təqdim edilməmişdir. Malların təqdim edilməməsi də qarşı tərəfə hər hansı ödənişin edilməsini şərtləndirə bilməz. Bu əsasda haqlı olaraq ********* saylı Alqı-Satqı müqavilə üzrə qalıq ödəniş həyata keçirilmir və 20.07.2020-ci il tarixdə müqavilə təsdiq olunduqdan sonra müqavilənin 50%-i miqdarında, yəni 12 190 (on iki min bir yüz doxsan) manat məbləğində, daha sonra 27.07.2020-ci il tarixdə əlavə avans məbləği olaraq 2,455.75 (iki min dörd yüz əlli beş) manat 75 qəpik məbləğində "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə avans ödənişi edilmiş toplamda 14,645.75 (on dörd min altı yüz qırx beş) manat 75 qəpik məbləğində pul vəsaitinin İddiaçı MMC tərəfindən geri ödənilməsi tələb edilmişdir. Qeyd olunan rütubətlilik barədə məlumat sənədi malların qüsurlu olmasını bir daha təsbit etdi və "xxxx" MMC tərəfindən öncədən İddiaçı MMC ilə razılaşdırıldığı kimi qüsur aktını tərtib edib və təsdiq olunması üçün xəbəmaməli məktub ilə 08.02.2021-ci il tarixdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən öncədən razılaşdırılan kimi qüsur aktının təsdiq edilməsi əvəzinə göndərilən məlumatlar nəzərə alınmadan əsassız iddia ərizəsi tərtib edilmiş, və məhkəməyə təqdim edilmişdir. Bu arada e-mail vasitəsilə Cavabdehə müraciət edib, qüsur aktının təsdiqlədərək, qüsurlu mallarını ərazidən sökülmə tələbi ilə cavabdehə müraciət edilmişdir. Ümumiyyətlə, məhkəmə yolu ilə yaranmış mübahisənin həll olunması istiqamətində Qüsur Aktı və Pretenziya məktubu ilə başlansa da, qarşı tərəfin iddia ərizəsi məhkəməyə 2-3 gün iddia ərizəsindən öncə məhkəməyə daxil olduğu üçün İddiaçı MMC-dən 14,645.75 (on dörd min altı yüz qırx beş) manat 75 qəpik məbləğində ödənilmiş avans məbləğinin geri ödənilməsi tələbi qarşı tərəfin iddia tələbi ilə birləşdirilmişdir. ********* saylı, 25 İyun 2020-ci il tarixli Alqı-Satqı Müqaviləsinin 10.1-ci maddəsinə əsasən “Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir” Eyni zamanda təqdim edilmiş malların fiziki vəziyyətinə dair 5 (beş) il müddətinə zəmanət müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində müəyyən edilmişdir. Nəticə etibarilə İddiaçı MMC tam məsuliyyətlə öhdəlik qəbul etməsinə və keyfiyyətlə işi icra etməsini vəd verməsinə baxmayaraq, öz tərəfindən yuxarıda qeyd etdiyimiz öhdəliyini icra etməmişdir və öhdəliyin pozulmasına yol verilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin nümayəndəsi iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 məhkəməyə ifadəsində qeyd etdi ki, cavabdeh şirkət həmin skandinaviya mamırlarının gətirib quraşdırılması ilə bağlı vasitəçi rolda olmuşdur. Əsl sifarişçi Azenco Şirkəti olmuşdur. Kontinent İnşaatın nümyəndələri şirkətlə əlaqə saxlamış, sifariş vermək istədiklərini bildirmişlər. Aralarında olan razılığa əsasən avans ödəniş edilmiş, daha sonra onun da iştirakı ilə həmin skandinaviya mamırları sexdə dikin üzərinə yerləşdirilmiş, daha sonra Qüllə restoranına gətirilmişdir. Mamırlar dikin üzərində hazır şəkildə 5 sütuna yerləşdirilmiş, daha sonra şirkətin dizayneri gələrək, həmin mamırların üzərində müxtəlif dekoratsiyaların yerləşdirilməsi üçün göstərişlər vermişdir. Bütün göstərişlər yerinə yetirilmiş, təxminən mamırlar yerləşdirildikdən sonra iki ay dekorasiya ilə məşğul olmuşlar. İşlər görüldükdən sonra təhvil təslim aktı təqdim edilsə də, Kontinent İnşaatın nümayəndələri imzalamaqdan imtina etmişlər. Daha sonra mamırlarda olan quruma səbəbilə birlikdə baxış keçirmək üçün dəvət edilmişlər. Mamırlarda olan quruma bütün hissəni yox, sadəcə olaraq bəzi hissələri əhatə etmişdir. Bununda səbəbinin otaqda olan nəmişlik dərəcəsinin normadan aşağı olması, eyni zamanda qış ayları olduğu üçün rütubətin düşməsinin mamırlara müvəqqəti təsir edəcəyini açıqlamışlar. Rütubət ölçən cihaz alıb gətirilmiş, həmin rütubət ölçən cihazın lisenziyası olmasada, həmin ölçülmələr onlar tərəfindən yox, Kontinent İnşaatın nümyəndələri tərəfəfindən aparılmış, rütubət göstəricisi ilə bağlı faizlər barədə onlar tərəfindən məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 məhkəməyə ifadəsində qeyd etdi ki, cavabdeh şirkət həmin skandinaviya mamırlarının gətirib quraşdırılması ilə bağlı vasitəçi rolda olmuşdur. Əsil sifarişçi Azenco Şirkəti olmuşdur. Kontinent İnşaatın nümyəndələri şirkətlə əlaqə saxlamış, sifariş vermək istədiklərini bildirmişlər. Aralarında olan razılığa əsasən avans ödəniş edilmiş, daha sonra onun da iştirakı ilə həmin skandinaviya mamırları Qüllə retoranında yerləşdirilmişdir. Mamırlar dikin üzərində hazır şəkildə 5 sütuna yerləşdirilmiş, daha sonra şirkətin dizayneri gələrək, həmin mamırların üzərində müxtəlif dekorasiyaların yerləşdirilməsi üçün göstərişlər vermişdir. Bütün göstərişlər yerinə yetirilmiş, mamırlar yerləşdirildikdən sonra iki ay dekorasiya ilə məşğul olmuşlar. İşlər görüldükdən sonra təhvil təslim aktı təqdim edilsə də, Kontinent İnşaatın nümayəndələri imzalamaqdan imtina etmişlər. Daha sonra mamırlarda olan quruma səbəbilə birlikdə baxış keçirmək üçün dəvət edilmişlər. Mamırlarda olan quruma bütün hissəni yox, sadəcə olaraq bəzi hissələri əhatə etmişdir. Dərhal Belçikada olan nümayəndəlik ilə əlaqə yaradılmış, yaranmış problem onlara izah edilmişdir. Nümayəndə daha sonra bildirmişdir ki, otaqda olan nəmişlik faizi normadan aşağı olduğundan müvəqqəti təsir edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilən X5 məhkəməyə ifadəsində qeyd etdi ki, Kontinent inşaat şirkətində iş icraçısı vəzifəsində çalışır. Greenmood şirkəti ilə olan müqavilə əsasında dik üzərində bərkidilmiş mamırlar Qüllə restoranına gətirilmişdir. Tərəfin nümayəndələri dekabr ayında müxtəlif gül dekorasiyalarını tamamlayıb işlərini bitirdilər. Daha sonra mamırların müəyyən hissələrində qurumaların olduğunu müşahidə etmişlər. Dekabrın 24-də Elvin müəllim, yanvarın 4-də isə Ziya müəllim gəlib obyektə vəziyyəti özləridə müşahidə etmişlər. Bildirmişlər ki, bu partiya gələn mallar keyfiyyətsiz ola bilər. Onlara bildirmişlər ki, Belçikadan nümayəndə ilə danışılıb. Gəlib baxılacaq. Daha sonra Samir adlı şəxs gəlmiş, o da mamırlara baxış keçirmiş və bildirmişdir ki, guya mamırların yerləşdirildiyi yerin rütubət səviyyəsi normadan aşağı ola bilər. Bu səbəbdən Ziya bəy bizə rütubət ölçən cihaz təqdim etmişdir. Onların iştirakı ilə bir neçə saatlıq ölçüm aparıldı. Cihazın göstəricisinə əsasən həmin an üçün havada rütubətlilik dərəcəsi 10% idi. Daha sonra yenidən ölçüm aparılması üçün neytral qurum olan Milli Hidrometeorologiya Departamentinə müraciət edilmişdir. Onlar bir gün ərzində obyektin müxtəlif hissələrində ölçümlər apardı və müəyyən olundu ki, otaqda olan rütubətlilik faizi 30 % dir. Mart ayına kimi gözləmişlər ki, gəlib götürsünlər, amma şirkət tərəfindən fiziki olaraq heç bir reaksiya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 məhkəməyə ifadəsində qeyd etdi ki, Kontinent inşaat şirkətində iş icraçısı vəzifəsində çalışır. Greenmood şirkəti ilə olan müqavilə əsasında dik üzərində bərkidilmiş mamırlar Qüllə restoranına gətirilmişdir. Tərəfin nümayəndələri dekabr ayında müxtəlif gül dekorasiyalarını tamamlayıb işlərini bitirdilər. Daha sonra mamırların müəyyən hissələrində qurumaların olduğunu müşahidə etmişlər. Dekabrın 24-də Elvin müəllim, yanvarın 4-də isə Ziya müəllim gəlib obyektə vəziyyəti özləridə müşahidə etmişlər. Bildirmişlər ki, bu partiya gələn mallar keyfiyyətsiz ola bilər. Onlara bildirmişlər ki, Belçikadan nümayəndə ilə danışılıb. Gəlib baxılacaq. Daha sonra Samir adlı şəxs gəlmiş, o da mamırlara baxış keçirmiş və bildirmişdir ki, guya mamırların yerləşdirildiyi yerin rütubət səviyyəsi normadan aşağı ola bilər. Bu səbəbdən Ziya bəy bizə rütubət ölçən cihaz təqdim etmişdir. Onların iştirakı ilə bir neçə saatlıq ölçüm aparıldı. Cihazın göstəricisinə əsasən həmin an üçün havada rütubətlilik dərəcəsi 10% idi. Daha sonra yenidən ölçüm aparılması üçün neytral qurum olan Milli Hidrometeorologiya Departamentinə müraciət edilmişdir. Onlar bir gün ərzində obyektin müxtəlif hissələrində ölçümlər apardı və müəyyən olundu ki, otaqda olan rütubətlilik faizi 30 % dir. Mart ayına kimi gözləmişlər ki, gəlib götürsünlər, amma şirkət tərəfindən fiziki olaraq heç bir reaksiya olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, İddiaçı MMC-nin "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilməli, "xxxx" MMC-nin İddiaçı MMC-yə qarşı olan iddiası qismən təmin edilməlidir. İş materiallarında olan: “satıcı” İddiaçı MMC, “alıcı” "xxxx" olmaqla imzalanmış 25 iyun 2020-ci il tarixli ********* nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bu büqaviləyə görə “satıcı” malları (bundan sonra “mal”) dövlət standartları ilə müəyyən edilmiş normalara uyğun olmaqla “Alıcı” ya təhvil verir. “Alıcı" isə “Mal"ı qəbul edib. Dəyərini ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə satılan “mallar”ın miqdarı, çeşidi, qiyməti, quraşdırılma xərci bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və “X1”nu ehtiva edən əlavələrində göstəriİmişdir. 3.2.9-cu bəndə əsaasən bu müqavilə üzrə təqdim edilmiş malların kəmiyyət və keyfiyyətində hər hansı nöqsan və çatışmazlıqlar olduğu təqdirdə və cari müqavilənin 3.4.4-cü maddəsi üzrə alıcı satıcını məlumatlandırdıqda, satıcı dərhal 2 gün ərzində həmin malı yeni mal ilə əvəz etməli və ya bu mümkün olmadıqda əvəzini qarşılaşdıra bilmədiyi malın dəyərində alıcıya ödənişi və ya ödənişin qalığını geri ödəməlidir. 3.3.2-ci bəndə əsasən bu müqavilənin 3.2.9-ci bəndində nəzərdə tutulan qaydaya satıcı əməl etmədikdə, satıcının həmin nöqsanlı (kəmiyyət va ya keyfiyyət ilə əlaqədar) malın tamamilə və ya qismən dəyərinin ödənilməsindən alıcı imtina edə bilər. 5.1-ci bəndə əsasən bu müqavilə üzrə satılan mal yüksək keyfiyyət, habelə satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblərə (Azərbaycan Respublikasının dövlət standartlarına və ya Azərbaycan Respublikasının ərazisində rəsmi tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərrin standartlarına) cavab verməlidir. 5.2-ci bəndəə əsasən “satıcı” “alıcı”ya təhvil verilən mallara bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş qaydada malın keyfiyyətinə görə zəmanət verir. 5.3-cü bəndə əsasən “satıcı” mal “alıcı”ya müqavilənin 8.1-ci maddəsi əsasında təhvil verildikdən sonra malın istifadəsinə və saxlanmasına dair təlimatın “alıcı” tərəfindən pozulması, yaxud üçüncü şəxslərin hərəkətləri, yaxud qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəlmiş olmasını sübut etməsə, malın nöqsanlarına görə cavabdehdir. 25 iyun 2020-ci il tarixli ********* nömrəli Alqı-satqı Müqaviləsinə 1 №-li əlavəyə əsasən skandinaviya mamırı üçün cəmi 24.380 manat məbləğ müəyyən edilmişdir. Həmin əlavə qeyd olunur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il. Zəmanət maların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə qeyd olunmuşdur. Qeyd olunan əlavə İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiqlənmişdir. 25 iyun 2020-ci il tarixli ********* nömrəli Alqı-satqı Müqaviləsinə 2 №-li əlavəyə əsasən 250 yarpaqlı gül buketi üçün cəmi 4.911,50 manat məbləğ müəyyən edilmişdir. Həmin əlavə qeyd olunur ki, mallar alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il. Zəmanət maların rənginə, fiziki vəziyyətinə aiddir. Mallar təhvil verildikdən sonra düzgün saxlanılmazsa, kənar təsirlər olunarsa, zəmanət keçərli olmayacaqdır. Ödəniş şərti 50 % avans, 50 % mallar təhvil verilib, qaimələr imzalandıqdan sonra elektron hesab-fakturanın təqdim edilməsi tarixindən sonrakı 15 gün ərzində satıcının hesabına köçürmə yolu ilə qeyd olunmuşdur. Qeyd olunan əlavə İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiqlənmişdir. EBAX seriyalı, 543929 saylı, 16.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 24.380 manat, EBAX seriyalı, 544184 saylı, 16.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 4.911,5 manat, EBAX seriyalı, 552819 saylı, 16.02.2021-ci il tarixli elektron qaiməyə əsasən 2.750 manat İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. 16.02.2021-ci il tarixli görülmüş işlərin təhvil-təslim aktının surətinə əsasən 29.291,5 manat məbləğində görülmüş işlərə dair akt tərtib edilmiş, həmin aktın 3-cü bəndində görülmüş işlərin yekun məbləği 14.645,75 manat müəyyən edilmiş, və akt birtərəfli qaydada İddiaçı MMC tərəfindən təsdiq olunmuşdur. 23 yanvar 2021-ci il tarixində Elektron ünvan 1 hesabından Elektron ünvan 2 elektron poçt ünvanına ünvanlanan məktubda ünvanlayan şəxsin mamırların vəziyyəti ilə tanış olması, mamırların xarab olmaması, rütubətin qapalı məkanlarda normativ səəviyyədən aşağı olmasından bərkiməsi, hava şəraitinin normaya gəldiyində mamırın əvvəlki halına qayıdacağı qeyd edilmişdir. Əlavə olaraq, 25 yanvar tarixində Brüsseldən mütəxəssisin gələrək obektə birlikdə baxış keçirəcəkləri bildirilmiş, 26 yanvar tarixindən etibarən işlərə başlamaları təklif edilmişdir. 15 fevral 2021-ci il tarixində mailto:vasif.shukurov@kontinent.azElektron ünvan 3 elektron ünvanından Ziya Rahbarli, mailto:Aygun.Mammadova@kontinent.azElektron ünvan 2 ünvanlarına göndərilən məktubda qeyd olunur ki, Qüllə restoranında baş vermiş problemin həll olunması ilə bağlı arqumentə cavab olaraq ETSN-nin hidrometrologiya departamenti tərəfindən ölçülmələrin aparılması və həmin aktların onlara gödərilməsi, vurğulanmış, baş vermiş probelmin səbəbinin rütubətlə bağlı olmaması bununla bağlı olaraq 3 gün ərzində qeyd olunan mamırların sökülməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş, “Greenmood Belçika”nın cavabı başlıqlı məktubun tərcüməsində qeyd olunur ki, sonuncu xahişinizə uyğun olaraq Greenmood Belgium (ana şirkət) olaraq bildirməliyik ki, “Liken” (maral yosunu) 30%-dən aşağı rütubətlilik olan yerdə saxlanıldığı təqdirdə bəzi faizə uyğun olaraq quruya bilər, yəni, müvəqətti quruma baş verə bilər, ancaq ki, əvvəlki vəziyət orta rütubətlilik təmin edildikdə bərpa ediləcəkdir. Bununla da, biz təsdiq edirik ki, yosunun bərpa olunması üçün normal otaq temperaturunun olmasına ehtiyac vardır. Eyni zamanda, biz göstərməliyik ki, quruma heç də tam korlanma demək deyildir və əvvəlki cümlədə göstərildiyi kimi əvvəlki fiziki davamlılıq, rəngləri və dözümlülkü də bərpa ediləcəkdir. Sizin şirkət bizim Azərbaycanda şərikimiz olduğundan, bizim ümumi zəmanətimiz Belçikadan kənar bütün şəriklərə tətəbiq edilir. Baxmayaraq ki, quruma hadisəsi bizim məhsullarımız arasında baş verməyib, bu zəmanət razılaşması çərçivəsində bizim tərəfimizdən göndərilmiş mallarda quruma hadisəsi baş verdikdə yenisi ilə təmin olunacaqdır. Biz xüsusilə vurğulamalıyıq ki, otağın içərisində rütubətlilik təmin edilmədikdə yosunlar məhv ola bilər. Görünür ki, sizin Azərbaycandakı kontragent şirkət tərəfindən quraşdırılmış maral yosunu quraşdınlma yerində tamamilə qorunmayıb və xidmət edilməyib, çox güman ki, orta səviyyədən yuxan yüksək temperatur, eyni otaqda toplanmış mebellər və bəzi taxta materiallar və bağlı pəncərələr maral yosunun qurumasına səbəb olmuşdur. Son olaraq, biz sizə xatırlatmalıyıq ki, bizim rəsmi nümayəndəmiz Azərbaycana səfər etmişdir. Bu şəxs bizim qarantiyamız çərçivəsində alınmış bütün mallan yoxlamış və təftiş etmişdir. Onun hesabatına görəbütün satılmış məhsullar istifadə üçün tam vəziyyətdə olmuşdur, istənilən halda, biz məhv olmuş məhsullan dəyişməyə hazırıq, o məhsul ilə ki, müvəqətti qurumadan sonra bərpa olunmamışdır. Mario Loyo. Keyfiyyət yoxlanışı və istehsal prosesi meneceri. 06.09.2021-ci il tarixində "xxxx" MMC tərəfindən tərcümə edilmiş “Liken” Şimal maralı yosunu X4 qeyd olunur ki, Optimal şəraitdə istifadə olunduqda təbii forma, rəng və formasını 3-5 il saxlayır. Yalnız interyerdə istifadə üçün. Birbaşa gün işığı olmaz. Toxunmaq, qatlamaq, əzmək və s. olmaz. Nisbi rütubətlilik- 30% və 80% arasında. "xxxx" MMC-nin idarə heyəti sədri Nümayəndə tərəfindən İddiaçı MMC-nin direktoru Rövşən Becanova ünvanlanan 022 saylı 08 fevral 2021-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında “Qüllə Restoranı” layihəsi çərçivəsində bağlanmış № ********* saylı 25 İyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 9.3-cü bəndinə istinad edərək birtərəfli qaydada xitam verilib. 05 fevral 2021-ci il tarixli satıcı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olaraq tərtib edilmiş qüsur aktında qeyd olunur ki, "xxxx" MMCnin (bundan sonra “Alıcı”) “Qüllə Restoran” Layihəsinin rəhbəri Vasif Şükürov, Mühəndislik və Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Mansuq Quliyev, İdarə Heyətinin sədr v.m.i.e. Nümayəndə və İddiaçı MMC-nin (bundan sonra “Satıcı”) direktoru Becanov Rövşən bu qüsur aktını aşağıdakı şəkildə tərtib edirik ondan ötrü ki, Satıcı İddiaçı MMC “Qüllə Restoran” layihəsində 5Om2 sahəyə tam keyfiyyətli 5 il müddətinə zəmanət şərtləri ilə Skandinaviya mamırı bitki məhsulunu satmağı və Restoranda layihə üzrə müəyyən edilmiş sahələrdə əkib, quraşdırmağı 2S.06.2020-ci il tarixli, ********* saylı Alqı-satqı müqaviləsi üzrə öz üzərlərinə götürmüşdülər. Halbuki alınmış bu yaşıllıq məhsulu quraşdırmadan az müddət keçməsinə baxmayaraq, öz xassəsini itirməyə başlamış, sərtləşmişdir. Bu bizə təqdim olunan malların qüsurlu, keyfiyyət tələblərinə cavab vermədiyi, zəmanət şərtləri çərçivəsində keyfiyyətini doğrultmadığı təsdiqini tapmışdır. Satıcı bu zaman sahədə normal rütubətin 32-35% olmasına dəlalət etmiş və Satıcı ilə razılaşdırılmış qaydada tam əminlik olması üçün “Qüllə Restoran” layihəsində rütubətliliyin səviyyəsinin ölçülməsi üçün Kontinent İnşaat” MMC Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu ilə müraciət etmiş, sonuncu isə 02.02.2021-ci il tarixdə 20/140 saylı məktub ilə rəsmi qaydada cavab məktubu ilə qoşmasında sahənin rütubətliliyinə dair Məlumat (surəti əlavə edilir) ilə bizə cavab vermişdir. Həmin məlumatda “Qüllə Restoran” layihəsinin daxilində rütubət səviyyəsi 34,4%-35,2% arasında dəyişdiyi məlum olmuşdur. Bu isə bir daha təsdiq etdi ki, Satıcı keyfiyyət tələblərinə uyğun olmayan qüsurlu malları Alıcıya təqdim etmiş, müqavilə şərtləri pozulmuşdur. Belə ki, Satıcı ilə Alıcı arasında mövcud 25.06.2020-ci il tarixli, ********* saylı Alqı-satqı müqaviləsinin 3.4.4.-cü bəndi üzrə Malm miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, Alıcı həmin pozuntunu aşkar edildiyi, yaxud malm xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 7 gün müddətində bu barədə Satıcıya məlumat verməlidir. Bu məlumatlar da Alıcı tərəfindən vaxtında Satıcıya verilmişdir. Həmin müqavilənin 5.2,-ci bəndinə əsasən Satıcı Alıcıya təhvil verilən mallara bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələri ilə müəyyən edilmiş qaydada malm keyfiyyətinə görə zəmanət verir. Əlavə üzrə zəmanət müddəti “Mallar Alıcıya təqdim edildiyi andan zəmanət müddəti 5 (beş) il zəmanət malların rənginə, fiziki vəziyyətinə aiddir.” Müqavilənin 5.3-cü bəndi üzrə Satıcı malın nöqsanlarına görə cavabdehdir. 10.1,-ci Bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən Müqavilə üzrə təqdim edilmiş və keyfiyyətində hər hansı nöqsan və çatışmazlıqlar olduğu təqdirdə və cari mü maddəsi üzrə Alıcı Satıcını məlumatlandırdıqda, Satıcı əvəzini qarşılaşdıra bilmədi Alıcıya ödənişi və ya ödənişin qalığını geri ödəməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, alıcı satıcı arasında bağlanılmış 25.06.2020-ci il tarixli, ********* saylı alqı-satıq müqaviləsinə qüsurlu malların təqdim olunması səbəbindən xitam verilməlidir. Müqavilə üzrə dəyərin 50%-i miqdarında, 12.190.00 manat məbləğində avans ödənişi alıcıya müqavilənin 3.2.9-cü bəndinə əsasən geri ödənilməlidir və satıcı qüsurlu malları sahədən söküb, təmizləyib, çıxarmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Mili Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" MMC-nin direktorlar şurasının sədri Əli Hüseynova ünvanlanan 02 fevral 2021-ci il tarixli 20/140 nömrəli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Mili Hidrometeorologiya Xidmətinə ünvanladığınız Bakı şəhəri Səbail rayonu parlament prospekti 2 ünvanda yerləşən Alov qüllələri yaşayış binasınının restoranında rütubətlik dərəcinin ölçülməs ilə əlaqədar müraciətinizlə bağlı bildirilir ki, 29 yanvar 2021-ci il tarixdə sözügedən restoranda əməkdaşlarımız tərəfindən ölçmə işləri həyata keçirilmişdir. 29 yanvar 2021-ci il tarixde Alov qüllələri yaşayış binasının 16-cı mərtəbəsində yerləşən restoranında rütubətlik, təzyiq və temperaturun dərəcəsi ile əlaqədar aparılan ölçmə işləri barədə məlumatda qeyd olunur ki, 29 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon Parlament prospekti 2-də yerləşən Alov qüllələri yaşayış binasının 16-cı mərtəbəsində yerləşən restoranında rütubətllyinin, təzyiq və temperaturun ölçülməsi ilə əlaqədar VAİSALA PTB 330 TS və Tenmohiqrometr CENTER 311 aparatları vasitəsilə ölçmə işləri apanlmışdır. Alınan ölçmə işlərinin nəticələri barədə məlumatı cədvəl formasında təqdim edilir. Qeyd olunan cədvəldə saat 10:30-11:30 arası rütubət 35.2%, 11:30-12:30 arası rütubət 34.4%, 12:30-13:30 arası rütubət 33.8%, 13:30-14:30 arası rütubət 34.8%, 14:30- 15:30 arası rütubət 34.4% qeyd olunmuşdur. 20.07.2020-ci il tarixli 103OPXO202020059 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən, 12.190 manat İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alıcı əşyanın (mamırların) qüsurlu olması ilə bağlı qarantiya müddəti ərzində satıcıya məlumat vermiş, satıcı isə bunun qüsur olmadığı saxlanma şəraiti ilə bağlı olmasını əsas gətirərək, malın dəyərinin ödənilməsini tələb etmişdir. Alıcı qeyd edilən qüsuru saxlanma şəraiti ilə bağlı olmadığını keyfiyyətsiz olması səbəbindən ödənilməsindən imtina etmişdir. Tərəflər arasında satılmış 8 qutu gül buketinin keyfiyyəti barəsində mübahisə yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, satıcı malın saxlanma şəraiti ilə bağlı alıcını əvvəlcədən məlumatlandırmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəyə əsasən Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, Kontinent İnşaat” MMC tərəfindən 2.455,75 (iki min dörd yüz əlli beş manat, yetmiş beş qəpik) manat məbləğində ödəniş İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, tərəflər arasında imzalanmış alğı-satqı müqaviləsinə 2 saylı əlavəyə əsasən 250 yarpaqlı gül buketi üçün 50% məbləğində avans ödənişi verilməsinə baxmayaraq, daha sonra "xxxx" MMC tərəfindən müqavilə üzrə razılaşdırılmış yerdə qalan məbləğ ödənilməmişdir. İddiaçı MMC-nin iddia ərizəsindən məlum olur ki, iddiaçı həm də, hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən 200 manat vəkilə göstərilmiş xiddmət haqqı tutulmalıdır. "xxxx" MMC-nin İddiaçı MMC-yə olan iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı MMC əşyanın qüsurlarının saxlanma qaydasının pozulması ilə əmələ gəldiyini bildirsə də bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış eyni zamanda satılan əşyanın xüsusi şəraitdə saxlanılması ilə bağlı alıcı əvvəlcədən məlumatlandırılmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, "xxxx" MMC tərəfindən ödənilmiş 12.190 manat məbləğində avans ödənişi İddiaçı MMC-dən tutulmalı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia qismən təmin olunduğu üçün İddiaçı MMC tərəfindən ödənilmiş rüsumdan 5 manat "xxxx" MMC-nin, "xxxx" MMC tərəfindən ödənilmiş rüsumdan isə 20 manat İddiaçı MMC-nin hesabına tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən 2.455,75 (iki min dörd yüz əlli beş manat, yetmiş beş qəpik) manat borc, 5 manat ödənilmiş dövlət rüsumu, 200 manat hüquqi yardım xərci İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. "xxxx" MMC-nin iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-dən 12.190 manat məbləğində maddi ziyan, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı MMC-nin iddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən 2.455,75 (iki min dörd yüz əlli beş manat, yetmiş beş qəpik) manat borc, 5 manat ödənilmiş dövlət rüsumu, 200 manat hüquqi yardım xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC-nin iddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-dən 12.190 manat məbləğində maddi ziyan, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar