Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-176/2023 09.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçın İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Accord Kərpic hazırki adı Abşeron Kərpic MMC-ilə bağlanmış 08-03/20 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqısı müqaviləsi üzrə cavabdehdən 1503.39 əsas və 990.61 ƏDV cəmi 2494.00 manat məbləğində borcun, gecikdirilmiş müddət üçün hesablanmış faizlərə görə 1006 manat, mediasiya xərci 100 manat, hüquqi yardım üçün ödənilmiş 630 manatı, ümumilikdə 4230 manat məbləğində pulun tutularaq Turan MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “Accord Kərpic MMC, yeni adı Abşeron Kərpic MMC arasında bağlanmış 08-03/20 saylı, xx.xx.2020-ci il tarixli Alqı- Satqı müqaviləsinə əsasən, iddiaçı müxtəlif növ malları cavabdehə təhvil vermişdir, buna dair müvafiq qaydada E-qaimə və Üzləşmə aktları mövcuddur. Cavabdeh isə həmin müqavilə üzrə iddiaçıdan aldığı Malların dəyərini tam ödəməmişdir və iddiaçıya borcu qalmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə pretenziya göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən, Alıcı aldığı malın dəyərini Malı aldığı tarixdən etibarən 20 gündən gec olmayaraq Satıcıya ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək müqavilə üzrə əsas borcun tam ödənildiyini bildirərək, iddianın yalnız faiz borcu və məhkəmə xərcləri hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili əsas borcu qəbul edərək, ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 18 avqust 2020-ci il tarixdə, 08-03/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə satıcı qismində İddiaçı MMC, alıcı isə "xxxx" MMC çıxış edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMC-nin üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına elektron vergi sistemi ilə göndərilmiş EBBE seriyalı 081242 saylı xx.xx.2021-ci il tarixli, elektron qaimə əlavə edilmişdir. Qaimələrdə nəzərdə tutulmuş malın təhvil verilmədiyinə dair alıcı tərəfindən satıcıya hər hansı etiraz və ya pretenziya bildirilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2021ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən tərəflər üzləşdirmə aparılan tarixə borc qalığının 6.494 manat olması barədə aktı imzalamış və möhürləri ilə təsdiq etmişlər. Bundan əlavə də, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinin əsas borc üzrə 6.494 manat borcunun olduğunu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə edilən məbləğdə mallar cavabdehə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 465199 nömrəli və xx.xx.2022-ci il tarixli 465200 nömrəli qəbzlərə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən İddiaçınə müvafiq olaraq 1000 manat və 3000 manat məbləğində ödəniş edilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən İddiaçınə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 1200PX********** nömrəli ödəniş tapşırığına əsasən 1000 manat və xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 180 manat ödəniş edildiyi məlum olur. Məhkəmə qeyd edir ki, işin araşdırılmış və müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı münasibətləri olmuş və müvafiq olaraq mallar verilmiş və ödənişlər edilmişdir. Hazırda isə iddiaçı müqavilə üzrə borcun qalan hissəsinin cavabdeh tərəfindən ödənildiyini etiraf etmiş, yalnız faiz borcunun və məhkəmə xərclərinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Ona görə də, əsas borcun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 1006 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq təxmini 39 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 34,69 (6494x5/100=324,7 (1 il üçün), 324,7/365=0,88 (1 gün üçün), 0,88x39 =34,69 (39 gün üçün)) manat təşkil edir. Ona görə də, iddia qaldırılan zaman mövcud olmuş əsas borca illik 5 faiz hesablanmala 34,69 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 630 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 22 saylı Vəkil Bürosunun hesabına 630 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 630 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 34 (otuz dörd) manat 69 (altmış doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat və vəkilə çəkilmiş xərcin əvəzi olaraq 630 (altı yüz otuz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-176/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-176/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver