Məhkəmə qərarları › İş №e-2-2(113)-1761/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1761/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1761/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi Zeynalova Leyla Afiq qızının katibliyi, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası və “xxxx” MMC-nin İddiaçı MMC-yə qarşı borcun silinməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx xxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinə və ona edilmiş xx xxx 2019-cu il tarixli 1 saylı, xx xxxx 2019-cu il tarixli 2 saylı və xx xxxx 2019-cu il tarixli 3 saylı, xx xxxx 2019-cu il tarixli 4 saylı, xx xxxxxx 2019-cu il tarixli 5 saylı və xx xxxxxx 2019-cu il tarixli 6 saylı Əlavələrinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 117208, 0 ( bir yüz on yeddi min iki yüz səkkiz manat, 0 qəpik) manat, 26442 (iyirmi altı min dörd yüz qırx iki ) manat penya, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, ümumilikdə 144180,40 (bir yüz qırx dörd min yüz səksən manat 40 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxx 2019-cu il tarixdə 2019\6639-01 saylı alğı-satqı müqaviləsi bağlanmışdır.Müqaviləyə əsasən İddiaçı MMC Argentina mənşəli Soya Şrotunu (230400001 TNVD kodu) alıcı Cavabdeh MMC-yə xx xxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür.Qeyd olunan müqavilənin xx xxx 2019cu il tarixli 1 saylı, xx xxxx 2019-cu il tarixli 2 saylı və xx xxxx 2019-cu il tarixli 3 saylı, xx xxxx 2019-cu il tarixli 4 saylı, xx xxxxxx 2019-cu il tarixli 5 saylı və xx xxxxxx 2019- cu il tarixli 6 saylı Əlavələrinə əsasən ümumi dəyəri 271593,70 (iki yüz yetmiş bir min beş yüz doxsan üç manat 70 qəpik ) manat olan Soya Şrotu Cavabdeh MMC-yə satılmış və mallar göndərilmişdir.Müqavilə üzrə qeyd olunan malların satılması və cavabdehə göndərilməsi Seriya: EBAD № 024004,26.1 1.2019-22968,0 manat dəyərində,seriya: EBAC № 884190, xx.xx.2019-48690,0 manat dəyərində, seriya: EBAC № 623995, xx.xx.2019-45549,0 manat dəyərində olan elektron qaimələrlə təsdiq olunur.Cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyasıolmamışdır.Tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki,İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 271593,70 manat olan məhsul satılmış,bu məhsulun 154385,71 manat dəyəri ödənilmiş, 117208, 0 manat cavabdehin borcu qalmışdır.Müqavilənin yuxarıda qeyd olunmuş 1, 2, 3, 4 və 5 saylı Əlavələrinin 3.1 -ci maddəsinə əsasən faktikigöndərilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 35 təqvim günü müddətində 6 saylı Əlavənin3.1-ci maddəsinə əsasən faktiki göndrilmiş mal üçün ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günümüddətində ödəniş həyata keçirilir.Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraqödənilməmiş və nəticədə xx xxxxxx 2020-ci il tarixə olan üzləşmə aktına əsasən cavabdehin İddiaçı MMCyə müqavilə üzrə ümumilikdə 1 17208, 0 ( bir yüz on yeddi min iki yüz səkkiz manat, 0 qəpik) manat borcu yaranmışdır.Borcun tam olaraq ödənilməsi üçün xx xxx 2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir.Beləliklə, müqavilə üzrə penyanın məbləği xx xxxxxx 2020ci il tarixdən (üzləşmə aktı imzalanan tarix) xx xxxx 2020-ci il tarixədək olan dövr üzrə 26442 (iyirimi altı min dörd yüz qırx iki ) manat təşkil edilməkdədir, (hesablanması: əsas borc 117208,0x0.2%=234 manat gündəlik, 234x113 gün (geçikdirilən günlərin sayı)=26442 manat). Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC-nin Cavabdeh MMC-nə qarşı ilk iddiasının əsassız hesab edilərək rədd edilməsi, “Cavabdeh" MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin edilməsi və İddiaçı MMC-nin göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin İddiaçı MMCnin təqsiri nəticəsində “Cavabdeh" MMC-yə dəymiş 170000,00 (yüz yetmiş min) manat ziyan məbləğinin, eyni zamanda ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun “İddiaçı" MMC-dən tutularaq “Cavabdeh" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia ərizəsində göstərildiyi kimi, İddiaçı MMC ilə “Cavabdeh" MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli №2019/6639-01 saylı alğı-satqı müqaviləsinə və ona edilmiş əlavələrə əsasən, “İddiaçı" MMC tərəfindən “Cavabdeh" MMC-nin ünvanına “Soya şrotu” (“Mal”) göndərilmişdir. Sözügedən “Mal” anbarımıza qəbul olunduqdan sonra müqavilə şərtlərinə uyğun olaraq onun ümumi dəyərinin bir hissəsi İddiaçı MMC-nin hesabına ödənilmişdir. Həmin “Mal” istifadə olunmağa başlandıqdan bir qədər sonra onun keyfiyyətinin Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərinə, o cümlədən adı çəkilən müqavilənin 4.1-ci maddəsində göstərilən tələblərə (Malın keyfiyyəti Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərinə uyğundur) uyğun olmadığı aşkar olunmuşdur. Belə ki, toyuqlara həmin soya şrotu verildikdən sonra toyuqlarda az mənimsəmə, zəhərlənmə, bəzi hallarda isə kütləvi tələfat müşahidə edilmişdir. Bundan sonra “Mal”dan istifadə edilməsi, həmçinin onun dəyərinin qalıq hissəsinin ödənişi dayandırılmışdır. “Mal”ın qalığının bir hissəsi indiyədək anbardadır və ondan istifadə mümkün deyil. Bu səbəbdən istehsalatda müəyyən gecikmələr baş vermiş, keyfiyyətlə bağlı alıcılardan çoxsaylı şikayətlər daxil olmuş və ənənəvi alıcıların əksəriyyəti məhsulları almaqdan imtina etmişlər. Nəticədə Cavabdeh MMC-yə 170000,00 (yüz yetmiş min) manat məbləğdə maddi ziyan dəymişdir. xx xxx 2020ci il tarixində İddiaçı MMC “Cavabdeh" MMC-yə 35/2020 nömrəli etiraz məktubu ünvanlayaraq xx xxx 2020-ci il tarixinə kimi İddiaçı MMC-yə olan 196447.00 (bir yüz doxsan altı min dörd yüz qırx yeddi) manat “borcu” könüllü olaraq ödəməyi təklif etmişdir. xx xxx 2020-ci il tarixində İddiaçı MMC-yə etiraz məktubu-pretenziya ünvanlayaraq bütün bunları göstərib onların təqsiri nəticəsində Cavabdeh MMC-yə dəymiş ziyan məbləğini xx xxxx 2020-ci il tarixinə kimi ödəmələrini, həmçinin, İddiaçı MMC-yə bu günə qədər etdiyimiz ödənişləri geri qaytarmalarını və ya göndərdikləri malı müqaviləyə uyğun keyfiyyətli malla əvəzləşdirmələrini xahiş etsələr də, heç bir nəticəsi olmamışdır. Həmçinin “İddiaçı" MMC tərəfindən göndərdiyi malın Azərbaycan Respublikasının baytarlıq və Fitosanitar tələblərinə uyğun olması barədə indiyə qədər heç bir sübut təqdim edilməmişdir, buna görə də əgər bununla bağlı hər hansı bir sübut varsa, onu təqdim etmələri istənilsə də, buna məhəl qoyulmamışdır. Belə olan halda İddiaçı MMC-nə hər hansı borcunun olmasından söhbət gedə bilməz. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tam olaraq malları qəbul etmiş, onun kəmiyyətinə və keyfiyyətinə dair heç bir pretenziyası olmamışdır. Müqavilə şərtlərinə əsasən alqı-satqı predmeti olmuş malların dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmiş və nəticədə xx xxxxxx 2020-ci il tarixə olan üzləşmə aktına əsasən cavabdehin iddiaçı “İddiaçı" MMC-yə müqavilə üzrə ümumilikdə 117208, 0 ( bir yüz on yeddi min iki yüz səkkiz manat, 0 qəpik) manat borcu yaranmışdır.Borcun tam olaraq ödənilməsi üçün xx xxx 2020-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilsəd ə cavabdeh borc məbləğinin tam ödənilməsini təmin etməmişdir.Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə satılan əşyanın qüsurları ilə bağlı tələb etmə müddəti müəyyənləşdirilmişdir. Bundan əlavə işin materiallarına əlavə edilmiş tərəflər arasında imzalanmış xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, “İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə ümumi dəyəri 271593.70 manat olan məhsul satılmış, bu məhsulun 154385,71 manat dəyəri ödənilmiş 117208.0 manat cavabdehin borcu qalmışdır. Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; -xx.xx.2019-cu il tarixli 2019/6639-01 nömrəli tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən və qeyd olunan müqavilənin əlavələrindən görünür ki, müqaviləyə əsasən İddiaçı MMC Argentina mənşəli Soya Şrotunu (230400001 TNVD kodu) alıcı “Cavabdeh" MMC-yə xx xxx 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən satmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin xx xxx 2019-cu il tarixli 1 saylı, xx xxxx 2019-cu il tarixli 2 saylı və xx xxxx 2019- cu il tarixli 3 saylı, xx xxxx 2019-cu il tarixli 4 saylı, xx xxxxxx 2019-cu il tarixli 5 saylı və xx xxxxxx 2019-cu il tarixli 6 saylı Əlavələrinə əsasən ümumi dəyəri 271593,70 (iki yüz yetmiş bir min beş yüz doxsan üç manat 70 qəpik ) manat olan Soya Şrotu cavabdeh “Cavabdeh" MMC-yə satılmış və mallar göndərilmişdir.Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0.2 % miqdarında Penya ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2019cu ilədək etibarlıdır. - Seriya: EBAD № 024004, Seriya: EBAC № 884190, Seriya: EBAC № 623995 elektron qaimələrindən görünür ki, xx.xx.2019-cu il tarixdə 22968 manat dəyərində, xx.xx.2019-cu il tarixdə 48690.0 manat dəyərində, 18.1 1.2019-cu il tarixdə isə 45549.0 manat dəyərində mal satılmışdır. -xx xxxxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli üzləşmə aktından görünür ki, “İddiaçı" MMC tərəfindən "Cavabdeh" MMC-yə ümumi dəyəri 271593,70 manat olan məhsul satılmış, bu məhsulun 154385,71 manat dəyəri ödənilmiş, 117208, 0 manat cavabdehin borcu qalmışdır. - İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx xxx 2020-ci il tarixli 35/2020 nömrəli etiraz məktubundan görünür ki, xx xxx 2020-ci il tarixinə kimi İddiaçı MMC-yə olan 196447,00 (bir yüz doxsan altı min dörd yüz qırx yeddi) manat “borcu” könüllü olaraq ödəməyi təklif etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1,442, 443, 449, 567, 598-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin "Cavabdeh" MMC isə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. 2019-cu il may və noyabr ayları, həmçinin 2020-ci ilin fevral və mart aylarını əhatə edən dövrlərdə ümumi dəyəri ümumi dəyəri 271593,70 manat olan məhsul satılmış, bu məhsulun 154385,71 manat dəyəri ödənilmiş, 117208, 0 manat cavabdehin borcu qalmışdır. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən, ödənilməmiş malın dəyərinin gecikdirildiyi hər gün üçün 0,2 % həcmində dəbbə pulu ödəməlidir. İddiaçı qeyd edilən müqavilə şərtinə əsasən, cavabdehdən 26442 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş etmişdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin halları, müqavilə üzrə ödənilməli olan əsas borcun məbləğini nəzərə alaraq, hesab edir ki, dəbbə pulunun məbləği azaldılaraq 11700 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsinə hüquqi xidmətin göstərilməsi ilə bağlı 500 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hüquqi yardıma görə nümayəndəyə çəkilən xərcin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulmasını ağlabatan hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMC İddiaçı MMC-nin göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin İddiaçı MMC-nin təqsiri nəticəsində Cavabdeh MMC-yə dəymiş 170000,00 (yüz yetmiş min) manat ziyan məbləğinin ödənilməsini tələb etsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir.Belə ki, tərəflər arasında bağlanılmış müqavilədə satılan əşyanın qüsurları ilə bağlı tələb etmə müddəti müəyyənləşdirilmişdir. Bundan əlavə müqaviləyə əsasən satılmış mallara görə ümumilikdə 154385,71 manat ödənilmiş, üzləşmə aktında heç bir qeyd şərt olmadan təsdiq edilmiş və əsas iddia üzrə verilmiş elektron hesab fakturalar mübahisəsiz olaraq qəbul edilmişdir. Halbuki, elektron hesab fakturalar alındıqda əgər hər hansı bir mübahisəli məsələlər varsa, onları qəbul etməkdən imtina etmək hiiqııquna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin "Cavabdeh" MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehdən 117208 manat məbləğində əsas borc, 11700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq iddiaçıya ödənilməli, qalan hissələrdə iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia üzrə "Cavabdeh" MMC –nin İddiaçı MMC –yə qarşı "İddiaçı" MMC-nin Cavabdeh MMC-nə qarşı ilk iddiasının əsassız hesab edilərək rədd edilməsi, “Cavabdeh" MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddiasının təmin edilməsi və İddiaçı MMC-nin göndərdiyi malı müqaviləyə uyğun malla əvəzləşdirməsi, həmçinin İddiaçı MMC-nin təqsiri nəticəsində “Cavabdeh" MMC-yə dəymiş 170000,00 (yüz yetmiş min) manat ziyan məbləğinin, eyni zamanda ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun “İddiaçı" MMC-dən tutularaq “Cavabdeh" MMC-yə ödənilməsi tələbi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" MMC-dən 117208 manat məbləğində əsas borc, 11700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar