Məhkəmə qərarları › İş №e-2-2(113)-1761/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1761/2023

13.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1761/2023 13.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 128,18 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1824,74 manat, İşsizlikdən sığorta fonduna olan 20,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan 233,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 128,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 106,6 manat, faizlər üzrə 7,82 manat, maliyyə sanksiyası üzrə 13,76 manat) , Dövlət Sosial Müdafiə Fonduna 1824,74 manat, İcbari Tibbi Sığorta Fonduna 233,79 manat, İşsizlikdən sığorta fonduna 20,15 manat olmaqla, ümumilikdə 2206,86 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********011000, xx.xx.2022-ci il tarixli **********148100, xx.xx.2022-ci il tarixli **********727200, xx.xx.2022ci il tarixli **********581200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1-da yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ərizəyə əlavə etdiyi qəbzlərə əsasən vergi orqanı tərəfindən hesablanmış dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta fonduna, İşsizlikdən Sığorta Fonduna olan borcun onun tərəfindən ödənildiyini bildirmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1958-ci il tarixdə Qazax rayonunda anadan olmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satışı olan Maraqlı şəxs vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqqı üzrə 18.60 manat, faizlər üzrə 1.62 manat məbləğində, xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 2167.35 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 457.89 manat məbləğində, həmin tarixli **********0 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 274 manat, faizlər üzrə 49.05 manat məbləğində və xx.xx.2022-ci il tarixli **********0 nömrəli bildirişə əsasən vergilər üzrə 244 manat, maliyyə sanksiyaları üzrə 40 manat, faizlər üzrə 10.27 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 07 mart 2023-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına ümumilikdə 1847,15 manat məbləğində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına 250 manat məbləğində və DVX-Milli Gəlirlər Departamentinin hesabına 128,18 manat, cəmi 2225,33 manat (ərizədə göstərilən məbləğdən daha çox) məbləğində pul vəsaiti ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 128,18 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1824,74 manat, İşsizlikdən sığorta fonduna olan 20,15 manat, İcbari Tibbi Sığorta Fonduna olan 233,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, vergi ödəyicisi olan Maraqlı şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna borcunu ödəməklə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin məhkəməyə müraciət etdikdən sonra dövlət büdcəsinə və məcburi sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini icra etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İşin hallarından, həmçinin maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərin surətindən görünür ki, məhkəməyə ərizə verilməsi üçün əsas olmuş 2206,86 manat borc məbləği tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizədə göstərilən dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta və İcbari Tibbi Sığorta Fonduna olan borclar vergi ödəyicisi olan Maraqlı şəxs tərəfindən tam şəkildə ödənildiyindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar