Məhkəmə qərarları › İş №e-2-2(113)-1762/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1762/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1762/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X4 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin qanuni təmsilçisi X15 və nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 yanvar 2022-ci il tarixli PK-19/22 saylı müqavilə üzrə 224.200 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 06 Yanvar 2022-ci il tarixli PK-19/22 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri çərçivəsində, İcraçı Müqavilələrə dair təqdim olunmuş hesablara əsasən Sifarişçiyə xidmətləri təhvil vermişdir, Sifarişçi isə Xidmətləri qəbul etmişdir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 30 Oktyabr 2022-ci il tarixli Təhvil-təslim Aktına əsasən Sifarişçi Cavabdeh MMC göstərilmiş xidmətləri qəbul etmiş və həmin xidmətlərin dəyəri ƏDV daxil olmaqla 224,200 ABŞ dolları təşkil edir. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Bundan başqa, cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Cavabdehin nümayəndəsi mediasiya prosesində iştirak etmişdir, lakin hər hansı razılıq tərəflər arasında əldə edilməmişdir. Bununla da, Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/13/2023-00106 saylı ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Qeyd olunan mediasiya üçün nəzərdə tutulan xərc, yəni 400 manat məbləğində pul vəsaiti ödənilmişdir.

3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair təqdim etdiyi etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə hər-hansısa bir xidmət göstərilməyib və təqdim edilmiş müqavilə və təhvil-təslim aktı uydurma olmaqla, görünüş üçün bağlanmış əqddir. Belə ki, X21, 2018-ci ildə təsis etdiyi və dövlət orqanlarında rəsmi qeydiyyatdan keçmiş Cavabdeh MMC-nin təsisçisi və direktoru olmaqla, Salyan rayonu, Yenikənd ərazisində kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti ilə əlaqədar olaraq X21 2019-cu ildə özünü "xxxx" şirkətinin direktoru kimi təqdim edən Ziya Hüseynzadə ilə hazırda xatırlamadığı şəxs vasitəsilə tanış olmuş və X28 Rəsulova, kredit götürülməsinə zərurət yaranarsa, ona müraciət etməyi tövsiyə etmişdi. X38 Hüseynzadə ilə görüş zamanı, şirkətinin əsas fəaliyyət növünün istixana sferasında, kənd təsərrüfatı məhsullarının yetişdirilməsindən ibarət olduğunu bildirərək, istixana sahələrinin artırılması üçün, güzəştli şərtlərlə kredit vəsaitlərinin götürülməsinə ehtiyacı olduğunu ona bəyan etmişdi. O isə Kənan Rəsulova öz növbəsində, Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) kreditin götürülməsinə köməklik edəcəyini bildirmişdi. Həmin görüşdən sonra, qeyd olunan şəxslər ikinci dəfə artıq 2021-ci ilin sentyabr ayının 06-da “Port Baku” ticarət mərkəzinin qarşısında olan kafelərin birində görüşmüşlər. Görüş zamanı X38 Hüseynzadəyə kredit almaq istəyini bildirmiş, o da qeyd etmişdi ki, AYİB-dan kreditin alınmasına nail ola bilməsə, onda yerli banklardan güzəştli kreditin alınmasına köməklik göstərəcək. X28 Rəsulovdan müvafiq məlumatları aldıqdan sonra, xx.xx.2021-ci il tarixində saat 19:14-də Ziya özünün Elektron ünvan 1 elektron poçtundan Kənan Rəsulovun Elektron ünvan 2 elektron ünvanına özündən Cavabdeh MMC-nin fəaliyyətinə dair şişirdilmiş hesabatı tərtib edərək, təqdim etmişdir. Kənan Rəsulov onun göndərdiyi hesabatlarda olan yalnışlıqlara dair fikirlərini bildirmiş, Ziya isə Kənanla əlaqə saxlayaraq, bu işlərə qarışmamağı və bütün kreditləri bu şəkildə rəsmiləşdirdiyini bildirmişdi. xx.xx.2021-ci ildə Ziya Hüseynzadə “H AND M AGRO MMCnin layihəsini AYİB-na təqdim etdi və bu zaman surətini Elektron ünvan 3 elektron ünvanına da göndərdi. X30 Hüaeynzadənin arasında olan şifahi razılaşmaya əsasən, Cavabdeh MMC kredit vəsaitini aldığı təqdirdə, götürülmüş vəsaitin 3%-nı Kənan Ziyaya xidmət haqqı olaraq nəğd şəkildə təqdim etməli idi. (X28 Rəsulovla 2021-ci ildə ilk olaraq ***-***-**-** mobil nömrəsi ilə, 2021-ci ilin noyabr ayından isə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayırdı.) Bundan sonra həmin vaxtdan Ziya Hüseynzadə, Kənan Rəsulovdan tələb etdiyi sənədləri elektron olaraq ona təqdim etməyi istədi. Onun istədiyi sənədləri Kənan Rəsulov xx.xx.2021-ci il tarixində ona təqdim etmiş və istixanaya dair Türkiyədə hazırlanan layihə barəsində, eyni zamanda torpağa dair sənədlər barəsində, rayon İcra Hakimiyyətinin sərəncamı barəsində məlumatları qeyd etmişdi. Aralarında aparılan bir sıra yazışmalardan sonra, X28 Rəsulova bir sıra sənədləri elektron ünvanına göndərmiş və onlara imza atmaqla möhür vurmasını istəmişdir. Eyni zamanda, X22 işçisi Elvin adlı şəxslə də tanış etmiş və ASAN imza vasitəsilə internet bank sistemindən çıxartdığı zəruri bank çıxarışlarını onun Elektron ünvan 4 elektron ünvanına göndərməyi istəmişdi. X31 göndərdiyi sənədlər barəsində ona ***-***-**-** telefon nömrəsinin WhatsApp tətbiqində bildirirdi. Sənədlərə Elvin və Ziya tərəfindən baxış keçirildikdən sonra, Kənana geri qaytarılırdı və sənədlərə imza atıb onlara göndərməsini istəyirdilər. Kənan həmin sənədləri imzalayıb möhür vurduqdan sonra, ona geri dönüş edirdi. X23 sənədlərə nəzər yetirdiyində, ona məlum olmuşdu ki, Ziya Hüseynzadə və Elvin adlı əməkdaşı Kənan Rəsulova aid olan məlumatların çox hissəsini dəyişmiş və banka təqdim etdiyi sənədlərdə də məlumatlar şişirdilmiş şəkildə göstərilmişdi. Kənan Rəsulov bunu Ziya Hüseynzadədən təkrar olaraq soruşduqda, Ziya ona bildirmişdi ki, “demişəm axı bu məsələlər sənlik deyil, dəfələrlə bu şəkildə kreditlərin alınmasına nail olmuşuq, “Muğan Bankın” baş ofisində Ərdəbil adlı dostum var, dəyişilən çıxarışlara baxış onun tərəfindən olunub və sadəcə onun təqdim etdiyi sənədləri imzalayıb möhür vurmaqla ona təqdim etməliyəm”. Müvafiq sənədlər tam olaraq AYİB-na təqdim edildikdən sonra, Kənan Rəsulovun şirkətinin adına kreditin alınması real olduğu məlum oldu. Bundan sonra, Ziya Hüseynzadə ona şirkəti ilə onun şirkəti arasında “konsultinq xidmətlərinə dair” tərtib edilmiş xx.xx.2022-ci il tarixli müqavilənin və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının ilk elektron versiyasını 08 sentyabr 2022-ci il tarixində saat 16:31-də Kənan Rəsulovun (surəti isə Vəkil) elektron ünvanına göndərmiş və qeyd etmişdi ki, “Müqavilənin ilkin layihəsi (məbləğlər dəyişə bilər) məktuba əlavə olunur, hər-hansı dəyişikliklər tələb olunursa müzakirə edərik görüşdə.” Həmin müqaviləyə baxdıqda Kənan Rəsulova məlum olmuşdu ki, müqavilədə, müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq, Sifarişçi Müqavilənin 2.2 bəndində sadalanan (yəni Avropa Bankından 2 (iki) milyon ABŞ Dolları məbləğində kreditin alınması üçün) xidmətlərin alınması üçün müqavilə ƏDV xaric dəyəri olan 60.000 ABŞ dolları və ƏDV daxil 70.800 və 2.3 bəndində sadalanan (yəni Avropa Bankından və USAİD tərəfindən əvəzsiz maliyyə yardımın alınması üçün məsləhət dəstək xidmətləri) xidmətlərin alınması üçün ƏDV xaric dəyəri 225,000 ABŞ dolları və ƏDV daxil 265,500 İcraçıya ödənilməsi nəzərdə tutulmuşdu. Müqavilənin 4.2-ci bəndinə əsasən, məbləğin tam həcmdə 15 Oktyabr 2022-ci il tarixinədək ödənilməsi nəzərdə tutulmuşdu. Müqaviləni gördükdə, X38 Hüseynzadəyə telefonla zəng edərək, bu müqavilə barəsində və müqavilədə göstərilən məbləğlər barəsində soruşmuş və ona aralarında olan şifahi razılaşmanı xatırlatmışdı. Belə ki, yuxarıda göstərildiyi kimi, onların arasında olan razılaşmaya əsasən, Kənan Rəsulov şirkətinin adına kredit vəsaitini aldıqdan sonra, Ziya Hüseynzadəyə 3% xidmət haqqı ödəməli idi. Ziya Hüseynzadə isə öz növbəsində Kənan Rəsulova bildirmişdir ki, ona qrant ayrılacaq, həmin qrant vəsaitinin yarı məbləğini də Ziyaya geri ödəməlidir. Kənan Rəsulov qrantın ayrılıb-ayrılmamasının hələ məlum olmadığını bildirmiş və belə bir müqavilənin bağlanmasına zərurətin olmadığını deyərək, müqaviləyə düzəlişlərin danışdıqları şərtlərlə edilməsini xahiş etmişdi. Eyni zamanda X38 Hüseynzadənin təqdim etdiyi müqavilə ilə tanış olduqda, İddiaçı şirkətinin direktorunun X16 olduğunu görmüşdü. Kənan X2 heç vaxt görməmiş və onu tanımırdı. 2021-2022-ci illər ərzində elə bilirdi ki, Ziya Hüseynzadə adlarını sadaladığı şirkətlərində özü direktordur, çünki o, dəfələrlə özünə məxsus olan şirkətlərin adlarını sadalayaraq, müxtəlif şəxslərlə müqavilələr bağladığını bildirirdi. X28 Rəsulov arasında aparılan telefon danışıqları, mesaj yazışmaları daim davam edirdi. Belə günlərin birində X38 Hüseynzadədən müqavilənin ikinci yekun variantını elektron poçt vasitəsi ilə 14 noyabr 2022-ci ildə saat 4:33-də aldı. Həmin Müqaviləyə baxış keçirdiyi zaman, görmüşdür ki, müqavilənin şərtlərində göstərilib ki, 4.1ci bəndə əsasən Sifarişçi Müqavilənin 2.2 və 2.3 bəndlərində sadalanan xidmətlərin alınması üçün ƏDV daxil 224,200 ABŞ dolları İcraçıya ödəməlidir. 4.2-ci bəndə əsasən məbləğ tam həcmdə 30 Noyabr 2022-ci il tarixinədək ödənilməlidir. Müqavilənin əlavəsində 30 oktyabr 2022-ci il tarixli təhvil-təslim aktı əlavə edilmişdi. Eyni zamanda, 2022-ci il noyabr ayının əvvəlində Kənan Rəsulovun AYİB bankında görüşü olduğu zaman, orada ona bildirmişdilər ki, qrantlar göndərilə bilməz, belə ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, göndərilmiş qrantların hesabdan çıxarmaq və ya bu məbləğlə nəsə etmək çox çətindir. Bank işçiləri ilə görüşdən sonra, Kənan Ziya ilə gəzintiyə çıxmış, ona hələ almadığı pulun yarı hissəsinin ona verməyin düzgün olmadığını demişdi. Cavabında Ziya bildirmişdir ki, narahat olma, qrant məsələsini həll edəcək, pulu verməsə kredit müqaviləsini də ləğv edə bilərlər və kredit verilməyəcək. Buna görə də, fikirləşmək üçün bir neçə gün vaxt vermişdi. Bir-iki gündən sonra X38 Hüseynzadə ilə əlaqə saxlayaraq, həmin məbləğin də ona verməyinə razı olduğunu bildirmişdi. Kənan Rəsulov AYİB bankı ilə müqaviləni 25 noyabr 2022-ci il tarixində saat 21:00 radələrində “X24 imzaladılar. Həmin gün Ziya Hüseynzadə müqavilə imzalanmasından 15-20 dəqiqə əvvəl Ərdəbil adlı dostu ilə hotelə gəlmiş, özünü çox əsəbi apararaq, ona göndərdiyi ikinci variant olan müqaviləni, yəni xx.xx.2022-ci il tarixli Müqavilə və xx.xx.2022-ci il tarixli işlərin görülməsinə dair Aktı təqdim edərək, onun imzalanmasını Kənan Rəsulovdan tələb etmişdi. X10 Kənan Rəsulov demişdir ki, niyə bu tələsikdə bu Müqavilənin imzalanmasını tələb edir, Ziya isə öz növbəsində, hər şeyi AYİB bankının işçisinin üzərinə ataraq bildirmişdir ki, AYİB-dən müqaviləni tələb edirlər. X28 Rəsulovun şirkəti arasında müqaviləni görməsələr, "xxxx" MMC-i ilə kredit müqaviləsi bağlanmayacaqlar. X28 Rəsulova sərt şəkildə demişdir ki, müqaviləyə və akta imza at və möhür vur, bu sənəd onların arasında olan formal bir sənəddir və digər şəxslərə aidiyyatı olmadığından, krediti alandan sonra, adı çəkilən sənədləri məhv edəcəklər. X25 Kənan Rəsulova təqdim etdiyi müqaviləni özü Aydin Rizayevin adından imzaladıqdan sonra, Kənan Rəsulov da imzalamaq məcburiyyətində qalmışdır. Müqaviləni imzalayandan 15-20 dəqiqə sonra AYİB bankının üç əməkdaşı onlara yaxınlaşmış (Asif Mahmudov, Kənan Qədimov və başqa xanım işçi də var idi, adını xatırlamı), tərəflər arasında kredit müqaviləsi və 260.000 Avroluq digər qrant müqaviləsini də imzaladıqdan sonra, müqavilələrin bir surətini Kənan Rəsulova təqdim etdilər. AYİB-lə bağlanmış kredit müqaviləsinə əsasən, 26 dekabr 2022-ci il tarixində kredit vəsaiti Kənan Rəsulovun şirkətinin hesabına köçürülmüşdü. Bunu bilən Ziya WhatsApp vasitəsilə Kənana dərhal yazmışdır ki, “bu gün hesabından pul çıxara bilərsənmi.” X38 Hüseynzadəyə zəng vuraraq deyib ki, bu gün 100.000 ABŞ dolları çıxara bilər, ertəsi gün isə 90.000 ABŞ dolları çıxara bilər. Razılıq əldə edildikdən sonra, X28 Rəsulovla həmin gün axşam saatlarında İzmir prospektində yerləşən “150 BAR” adlı barda onunla görüşməyə razılaşmışlar. Kənan Rəsulov məbləğin birinci yarısını 100.000 ABŞ dollarını xx.xx.2022-ci il tarxində bankdan çıxartmış və axşam saat 18:00 radələrində Ziya ilə görüşərək ona vermişdi. Qalan 90.000 ABŞ dollarını isə xx.xx.2022-ci il tarixində 2012ci il təvəllüdlü oğlu Həsən Rəsulovla banka gedərək götürmüş və həmin gün oğlu yanında olduğundan, bankdan necə külli miqdarda pul götürdüyünü, sonra isə 16:30 radələrində Ziya ilə yenə də “150 BAR” adlı barda görüşərək ona verdiyinin şahidi olmuşdu. xx.xx.2022-ci il tarixində X38 Hüseynzadə ilə görüşdüyü zaman, o, söz verdiyi kimi, öz şirkətləri arasında bağlanan konsaltinq xidmətləri haqqında olan xx.xx.2022-ci il tarixli formal müqavilənin 2-ci əslini faylda Kənan Rəsulova təqdim etmişdi. Müqavilə qatlanmış şəkildə və faylın içində olduğundan, həmçinin Kənanın artıq Ziyaya kifayət qədər etibarı yarandığından, Kənan həmin müqaviləni onun hüzurunda açmamış, sadəcə özü ilə götürmüşdü. X28 Rəsulovla bir müddət oturandan sonra, oğlu ilə oradan ayrılmışdılar. Ertəsi gün Kənan faylı açdı və bu müqavilənin əsli deyil, sadəcə surəti olduğunu görmüşdü. X19 yazmışdır ki, bu surətdir, müqavilənin əslini verməyib, o isə cavab verdi ki, cır at, ofisdə baxacam hansı sənəd onlardadı. xx.xx.2022-ci il tarixində Kənan Ziyaya yeni ilin təbriki ilə bağlı mesaj yazdı və arzularını bildirmişdi. O isə öz növbəsində Kənan öz arzularını bildirmiş və qeyd etmişdir ki, “yeri gəlmişkən, sənin müqavilən Asifdədi, gələn il görüşdükdə verəcəm”. Yeni ildən sonra X28 Rəsulova heç bir müqavilə vermədi və onu görmədi. 18 yanvar 2023-cü il tarixində "xxxx" MMC-nin hesabının yerləşdiyi bankdan Kənan Rəsulova zəng vurublar ki, AYİB-dən məktub alıblar, orada qeyd olunub ki, bank (AYİB) yerli bankdan şirkətin 01 yanvar - 31 dekabr 2022-ci tarixinə olan dövriyyəsini tələb edir. Bundan sonra, kuryer vasitəsilə eyni məktubu da Kənan Rəsulov alıb. Kənan Rəsulov bu məktubun şəklini çəkdikdən sonra, onu Ziyaya göndərmişdir ki, bu məsələyə aydınlıq gətirsin. Ziya ona cavab verməmiş və o Kənanı telefonunda qara siyahıya salmışdı. Bundan sonra Kənan Rəsulov ona nə mesaj yaza bilmiş, nə də ki, zəng edə bilməmişdir. 18 yanvar 2023-cü il tarixində saat 17:02-də X26 proqramından Ziyanın nömrəsindən foto, məktub almışdır. Fotoda onun hansısa araşdırma üçün PKF şirkəti tərəfindən Dubay Auditinə dəvət edildiyi göstərilirdi. Kənan Rəsulov ona Telegram proqramı vasitəsilə AYİBin məktubunun eyni şəklini bir daha göndərmişdir ki, belə bir sorğu gəlib və nə edəcəyi barədə öz məsləhətini versin (Ziya özü ona tapşırmışdır ki, hər-hansı bir sorğu və ya zəng gələrsə ilk növbədə onu məlumatlandırsın). Cavab olaraq Ziya ona daha sonra zəng edəcəyini söyləmişdi. Bir az sonra Ziya yenidən zəng etdi və dedi ki, onu yoxlamaq üçün çağırıblar və guya kimsə sənədləri kiməsə verib və orada regional “PKF AUDİT” tərəfindən yoxlanılır. Dedi ki, axşam buradan çıxandan sonra zəng vurar, sakitcə danışarıq. Elə həmin günün axşamı, 18 yanvar 2023-cü ildə Ziya Hüseynzadə, Telegram proqramı vasitəsilə, guya “PKF AUDİT” tərəfindən Kənan Rəsulovun şirkətini yoxlamaq üçün Fəaliyyət Planının yazıldığı fotoşəkilləri göndərmişdir. Həmin gün axşam saat 23:00 radələrində X28 Rəsulova ***-***-**-** mobil nömrəsindən zəng edib demişdir ki, hər şey pisdir, daha 2 şirkət var, bütün hesabatları yoxlayacaqlar, o da Kənan Rəsulovu tikintiyə dair aldığı sənədlərin saxta olmasında ittiham etdi. Kənan Rəsulov isə bildirmişdir ki, Salyan şəhər İH-dən aldığı tikinti icazəsi və bununla bağlı sənədlər saxta deyil, dövlət qurumu tərəfindən verilmiş tam original sənədlərdir. X3 da bildirmişdir ki, AYİB-ə təqdim edilən audit hesabatları ilə bağlı saxta sənədləri və auditor kimi tərtib edərək imzaladığı rəyi Ziya Hüseynzadə özü işçiləri ilə birlikdə tərtib etmişlər. Aralarında olan dialoq yaxşı bitməmiş və danışıqlarını kəsmişdilər. Ertəsi gün, xx.xx.2023-cü il tarixində günorta saatlarında, bankın (AYlB) əməkdaşı Asif Kənana zəng edərək, onların bankından məktub alıb-almadığını soruşdu. Cavab olaraq Kənan bildirmişdir ki, bəli alıbdır. Sonra Asif whatsapp tətbiqi vasitəsilə Kənan Rəsulova bildirmişdir ki, bu məktub saxtadı və onu hansı fırıldaqçının göndərdiyini bilmir, dedi məktubu cır at. Elə həmin gün axşam saat 19:00 radələrində Asif Kənana zəng vuraraq ertəsi gün səhər onunla görüşmək istədiyini bildirmiş, o da razılaşmışdı. xx.xx.2023-cü il saat 11-də X34 küçəsində yerləşən “Merchant Hotelə” Asiflə görüşmək üçün getmişdir. Asif onu otelin foyesində qarşılamış və ilk sualı olmuşdu ki, o axırıncı dəfə nə vaxt Ziya ilə danışıb və Ziya onun adından pul alıb ya yox. Kənan Rəsulov ona heç nə deməmiş, sadəcə kredit almaq üçün sənədləri toplamaq üçün Ziyanın etdiyi xidmətlərə görə pul ödədiyini söyləmişdi. Asif Kənana bildirmişdiri ki, qonşu masada bank (AYİB) müştərisi əyləşib, o da, saxta məktub alıb və onunla tanış olmaq istəyib-istəmədiyini soruşmuşdu. Kənan də buna etiraz etməmiş və onun arxasınca getmişdi. Orada Asif onu “GEMZA GROUP”-un təsisçisi Zamin Əliyevlə tanış etmişdi. Danışanlardan Kənan anlamışdır ki, guya bankdan (AYİB) aldıqları məktubun tərtib edilməsi və göndərilməsində Ziyanın əli olub. Bütün bu məktubları Ziya öz kuryer şirkəti vasitəsilə göndərirdi. Bir az onlarla oturub müzakirə etdikdən sonra, onlar Ziyanın Dubaydan gəlməsini gözləmək və nə baş verdiyini soruşmaq lazım olduğunu qərarlaşdırmışlar. Sonradan həmin günün axşamı saat 21:00 radələrində Asiflə Kənan təkrar görüşmüş və ona hər şeyi etiraf etmişdir ki, Ziya ondan 30.000 ABŞ dolları göstərdiyi xidmətə görə alıb, 160.000 ABŞ dolları isə qrant almağı üçün bankın əməkdaşlarına rüşvət verməsi adı ilə alıb. xx.xx.2023-cü il tarixində səhər saatlarında X35 zəng vuraraq, yaranmış problemlərlə bağlı dəqiqləşdirmələrin aparılması üçün AYİB-in Azərbaycanda olan nümayəndəliyinə getməyi təklif etmişdir. Kənan onunla günorta saatlarında AYİB-ə Zaminlə görüşməsi üçün daxil olduğu zaman, Ziyanın elektron ünvanından AYİB-in Londonda olan baş ofisinin, məlumat üçün surəti Kənanın və AYİB-in digər işçilərinin elektron ünvanlarına məktub daxil olmuş və həmin məktubda Ziya Kənanın şirkəti ilə Zaminin şirkətini dələduzluqda ittiham edərək, saxta sənədlər təqdim etdiklərini göstərmişdir. AYİB-in nümayəndələri onlara demişdilər ki, bu məslə ilə bağlı onların baş ofisi məşğul olacaq. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı MMC tərəfindən 30 oktyabr 2022-ci il tarixdə təsdiq olunmuş və Aydın Rizayev tərəfindən imzalanmış aktı, ümumiyyətlə imzalana bilməzdi. Belə ki, Aydın Rizayev 31 avqust 2022-ci il tarixində artıq vəfat etmişdir. Yəni indiyə qədər Aydın Rizayevin imzası ilə imzalanmış sənədlərdə olan imzaları da Ziya çəkmişdi. Eyni zamanda xx.xx.2023-cü il tarixində Ziya Hüseynzadə AYİB-in elektron ünvanına (surəti məlumat üçün Kənan Rəsulova) Kənandan Yasamal rayon prokurorluğuna yazdığı şikayət ərizəsini göndərmişdir. Həmin şikayətə nəzər yetirdikdə məlum olmuşdu ki, Ziya həmin şikayətdə özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edərək, AYİB-dən kreditin saxta sənədlər təqdim etməklə alındığını, bankın pul vəsaiti Kənan Rəsulov tərəfindən mənimsədiyi göstərilmiş, barəsində AR CM-nin 179.3.2ci maddəsi ilə cinayət işinin başlanmasını xahiş edilmidir. Eyni zamanda X28 Rəsulov barəsində DVX-nin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinə, Salyan rayon Prokurorluğuna şikayət ərizələri ilə müraciət etmiş və Salyan rayon Prokurorluğuna göndərilmiş şikayət ərizəsi Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilərək, hazırda həmin idarədə araşdırmalar aparılır. Kənan Rəsulov da Ziyanın qanunsuz hərəkətlərindən bezərək, onun barəsində xx.xx.2023-cü il tarixli eyni məzmunli şikayət ərizəsi ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə və sonradan digər dövlət orqanlarına da şikayət ərizələri ilə müraciət etmişdir. Keçirilən sonuncu məhkəmə iclası zamanı, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli müqavilənin elə həmin tarixdə İddiaçı MMC-nin direktoru Aydın Rizayev tərəfindən imzalanması barədə Ziya Hüseynzadənin məhkəməyə verdiyi məlumatın da yalan olduğu yuxarıda göstərilənlərlə öz təsdiqini tapır. Belə ki, yuxarıda göstərildiyi kimi, həmin müqavilənin ilk layihəsi Ziya Hüseynzadə tərəfindən 08 sentyabr 2022-ci il tarixində saat 16:31-də Kənan Rəsulovun (surəti isə Vəkil) elektron ünvanına göndərilmiş və Ziya qeyd etmişdi ki, “Müqavilənin ilkin layihəsi (məbləğlər dəyişə bilər) məktuba əlavə olunur, hərhansı dəyişikliklər tələb olunursa müazakirə edərik görüşdə.” Həmin tarixdə İddiaçı MMCnin direktoru Aydın Rizayev artıq öldüyündən, müqavilənin onun tərəfindən imzalanması mümkünsüzdür. Eyni zamanda o da qeyd olunmalıdır ki, təqdim edilmiş müqaviləyə və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına nəzərə yetirildikdə, həmin sənədlərdə olan imzalar oxşar olduğundan, adı çəkilən sənədlərin eyni şəxs tərəfindən imzalanması aşkardır. Göstərilənlərdən də göründüyü kimi, iş üzrə iddiaçının iddia tələbləri tam əsassız olduğundan, onun iddia tələblərinin rədd edilməlidir.

4. İddaçının nümayəndəsi və vəkili işin hallarına dair ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə tərəflərindən sübut qismində müqavilə, təhvil-təslim aktı və tərəflər arasında olan elektron poçt vasitəsilə işgüzar yazışmalar təqdim edilmişdir. Xidmətlər tək korporativ yazışmalar ilə məhdudlaşmır, xidmətlər 2022-ci ilin yanvar-dekabr dövrü ərzində əyani şəkildə AYİB-nin baş ofisində, İddiaçı MMC-nin ofisində və digər məkanlarda Kənan Rəsulov və AYİB-nin nümayəndələrinin birgə iştirakı ilə görüşlər keçirərək xidmətləri yerinə yetirilərək sifarişçiyə təqdim olunmuşdur. Müqavilədə və təhvil-təslim aktında göstərilmiş xidmətlərə dair e-mail yazışmalarına və yazışmaların qoşma sənədlərinə istinadən açıqlamasını göstərmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi K.Rəsulov və nümayəndəsi/vəkili Nümayəndə iddia tələbinə etiraz edərək, xx.xx.2022-ci il tarixli müqavilənin əhəmiyyətsiz, uydurma müqavilə olduğunun nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş etdilər.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2022-ci il tarixində İddiaçı MMC-də direktor müavini vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsi bağlanmışdır.

9. AZ-İİ №292792 saylı xx.xx.2022-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.

10. 01.09.2022-ci il tarixli, 2 saylı təsisçi yığıncağının qərarı ilə X7 Cəmiyyətin direktoru vəzifəsinə təyin olunması və cəmiyyətin reyestrində və nizamnaməsində dəyişiklərin edilməsi qərara alınmışdır.

11. Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2023-cü il tarixində İddiaçı MMC-də Baş direktor vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsi bağlanmışdır.

12. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrdən çıxarışdan görünür ki, İddiaçı MMC-nin əvvəlki qanuni təmsilçisi X16 olmuş, xx.xx.2023-cü il tarixdən etibarən isə X8r.

13. xx.xx.2021-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 –a (Kanan Rəsulova) ünvanlanmış məktubda qısa hesabat sənədi əlavə olunmuş və mesajda “qısa hesabat tərtib olunduğu və əgər hər şeyin qaydasındadısa detalların (balans, cash flow, equity) və AYİB-yə göndərilsin” qeyd olunmuşdur.

14. 15.09.2021-ci il tarixdə mailto:vessel550@gmail.comElektron ünvan 2 (Kanan Rəsulov) elektron poçt ünvanından mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 (Ziya Hüseynzadəyə) ünvanlanmış məktubda qoşmada qeydlərlə olan fayla baxılması xahiş edilmiş və xərc məbləğlərin aydın olmadığı bildirilmişdir.

15. xx.xx.2021-ci il tarixdə mailto:vessel550@gmail.comElektron ünvan 2 (Kanan Rəsulov) elektron poçt ünvanından mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 (Ziya Hüseynzadəyə) ünvanlanmış məktubda fotoşəkillər və Türk şirkəti tərəfindən göndərilən Qotik 2018 stilində istixananın tikintisi üçün təklif göndərilmişdir.

16. 10.10.2021-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 –a (Kanan Rəsulova) ünvanlanmış məktubda greenhouse pictures.zip, certificate, tax exemption certificate, upgrade plan və s. sənədlər göndərilmişdir.

17. 25.10.2021-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından Yapı Kredi-yəmailto:Elektron ünvan 2 ünvanlanmış məktubda green house pictures, FS HM Agro, Ownership certificate, Registry certificate, Tax exemption və Upgrade plan sənədləri ünvanlanmışdır.

18. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli PK- 19/22 saylı müqaviləyə əsasən:

19. 1.Müqavilənin predmeti

20. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavlənin şərtlərinə uyğun olaraq icraçı bu müqavilənin 2.2 və 2.3-cü bəndində sadalanan xidmətləri sifarişçiyə təhvil verir. Sifarişçi görülmüş xidmətlərin dəyərini icraçıya ödəyir. Təhvil verilmə proseduru təhvil-təslim aktının əsasında həyata keçirilir.

21. 2.İcraçının hüquq/vəzifələri

22. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilənin 4-cü maddəsində qeyd edilmiş ödənişi almaq

23. Müqavilənin 2.2-ci bəndinə əsasən aşağıda sadalanan xidmətləri sifarişçiyə təhvil vermək:

24. Avropa Bankından 2 milyon ABŞ dolları məbləğində kreditin alınması üçün - Maliyyə məsələlər üzrə məsləhət xidmətləri - Hüquqi sənədləşmə üzrə məsləhət xidmətləri - Girov qiymətləndirilməsi üzrə məsləhət xidmətləri - Avropa Bankı tərəfindən maliyyə və texniki araşdırma işləri üzrə məsləhət xidmətləri - Avropa Bankı ilə faiz dərəcəsi, girov və digər əhəmiyyətli məsələlər üzrə məsləhət xidmətləri - Maliyyə, texniki, hüquq və layihəyə aid sorğu-sualların cavablandırılması

25. Müqavilənin 2.3-cü bəndinə əsasən Avropa Bankından əvəzsiz maliyyə yardımının alınması üçün məsləhət dəstək xidmətləri.

26. 3.Sifarişçinin hüquq/vəzifələri

27. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilənin 4-cü maddəsində qeyd olunmuş ödənişi həyata keçirmək.

28. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi təhvil-təslim aktı imzaladığı tarixdən 3 gün ərzində icraçı tərəfindən təqdim olunmuş elektron-qaimə fakturanı elektron qaydada təsdiq etməyi öz öhdəsinə götürür. Qeyd edilən elektron vergi fakturasının sistem tərəfindən qəbul edilməsi sifarişçi tərəfindən qəbul edilməsi kimi qiymətləndirilir.

29. 4.Müqavilənin dəyəri və ödəniş qaydaları

30. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişi müqavilənin 2.2 və 2.3 bəndlərində sadalanan xidmətlərin alınması üçün ƏDV daxil 224,200 ABŞ dolları icraçıya ödəməlidir.

31. Müqavilənin 4.2-ci bəndinə əsasən məbləğ tam həcmdə 30 noyabr 2022-ci il tarixədək ödənilməlidir.

32. Müqavilənin 4.3-cü bəndinə əsasən ödəniş manatla Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ödəniş tarixinə müəyyən edilmiş ABŞ dolları məzənnəsinə uyğun olaraq köçürmə yolu ilə icraçının sifarişçiyə təqdim etdiyi hesab əsasında həyata keçirilir.

33. 5.Müqavilənin qüvvədə olma müddəti

34. Müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzaladıqları gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərinin tam icra edilməsinədək qüvvədədir.

35. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-yə müqavilənin 2.2-ci bəndi üzrə 70800 ABŞ dolları və müqavilənin 2.3-cü bəndi üzrə isə 153400 ABŞ dolları məbləğində xidmət göstərildiyi qeyd olunmuşdur.

36. 21.02.2022-ci il tarixdə mailto:vessel550@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 və Elvin.NElektron ünvan 7–a ünvanlanmış məktubun başlığında deklarasiya qeyd olunmaqla üç ədəd “pdf” sənədi göndərilmiş və mesaj olaraq “Ziya hər vaxtın xeyr, görüş zamanı müzakirə edilən sənədlərin əlavə edildiyi, bəlkə bir neçəsinin sizdə olduğunu və yenidən dublikat edirəm” qeyd olunmuşdur.

37. 21.02.2022-ci il tarixdə mailto:vessel550@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 və Elvin.NElektron ünvan 7–a ünvanlanmış məktuba bir ədəd “pdf” sənədi (müqavilə) göndərilmiş və mesaj olaraq “Ziya hər vaxtın xeyr, görüş zamanı müzakirə edilən sənədlərin əlavə edildiyi, bəlkə bir neçəsinin sizdə olduğunu və yenidən dublikat edirəm” qeyd olunmuşdur.

38. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 və Elvin.NElektron ünvan 7-a ünvanlanmış məktubda “Kənan bəy, qiymətləri, çatdırılma şərtləri və məhsul adlarını yoxlamağınız xahiş olunur”, “Elvin, uyğun Muğanbank çıxarışlarını almaq lazımdır. Bir vərəq fevral 2022 üçün lazımdır, harada ki, “KAF Group” hissə ödəniş etsin, HM Agro maaşları və hər hansı digər xərcləri ödəsin” qeyd olunmuşdur.

39. xx.xx.2022-ci il tarixdə mailto:vessel550@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından mailto:eminaghayev86@Elektron ünvan 9 ünvanlanmış məktuba iki ədəd göndərilmiş və mesaj olaraq “xx.xx.2022-ci il saat 17:27-də mənə göndərilmiş məktubun əlavəsində, Ziya Hüseynzadə saxtalaşdırdığı “KAF Group” şirkətinin xx.xx.2022-ci il tarixli və müqaviləsini və bütün rəqəmlər dəyişməklə gəlirlər və xərclərə dair hesabatı əlavə etmişdir. Məndən müqaviləni imzalayıb möhür vuraraq skan edib ona geri qaytarmamı xahiş etmişdir. Məndə onun dediklərini etdim” qeyd olunmuşdur.

40. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından Elvin.NElektron ünvan 7Elektron ünvan 2 və Elektron ünvan 11 ünvanlanmış məktubda “onun word formatını göndər Kənan müəllimə,Ona normal möhür imza qoysun sonra skanları göndərək EBRD-yə”qeyd olunmuşdur.

41. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 Elvin.NElektron ünvan 7 və Elektron ünvan 11 ünvanlanmış məktubda “imzalar möhürlər lazımdır”qeyd olunmuşdur.

42. xx.xx.2022-ci il tarixdə mailto:vessel550@gmail.comElektron ünvan 2 elektron poçt ünvanından mailto:eminaghayev86@Elektron ünvan 9 ünvanlanmış məktubda mesaj olaraq “xx.xx.2022-ci il saat 19:04-də Elvin Nağıyevə və surətini mənə göndərilmiş məktubun əlavəsində, Ziya Hüseynzadə saxtalaşdırdığı “KAF Group” şirkətinin xx.xx.2021-ci il tarixli və "xxxx" MMC_nin xx.xx.2022-ci il tarixli müqavilələrini əlavə etmiş və məndən onları imzalayıb möhür vuraraq skan edib qaytarmamı xahiş etmişdir. Məndə onun dediklərini etdim” qeyd olunmuşdur.

43. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 (Kənan Rəsulova) ünvanlanmış məktubdan görünür ki, məktubun mövzusu olaraq “çap, imza möhür və skanı Nailəyə göndərmək” adlandırılaraq pdf formatında hazır Avropa Bankına təqdim edilməsi üçün “Layihə üçün müraciət ərizə”si göndərilmiş və həmin ərizədə “Təkif etdiyiniz məsləhətçi kimi - "xxxx" qeyd olunmuşdur.

44. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 –a ünvanlanmış məktubda iki sənəd məktuba əlavə olunmuş və mesajın başlıq kimi çap, imza möhür və skanı Nailəyə göndərmək qeyd olunmuşdur.

45. xx.xx.2022-ci il tarixdə Elvin.NElektron ünvan 7 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 –(Kənan Rəsulova) ünvanlanmış məktubda word-formatında iki sənəd (xx.xx.2022-ci il tarixli, PK-2/22 saylı müqavilə və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı) məktuba əlavə olunmuş və mesaj olara “Kənan bəy, məktuba əlavə olunmuş müqaviləni və aktı imza möhürlə 2 nüsxədə təsdiq edib bizə göndərməyiniz Sizdən xahiş olunur” qeyd olunmuşdur.

46. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 ünvanlanmış məktubda xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən imza və möhürlə təsdiq olunmuş pdf-formatlı audit müqaviləsi göndərilmiş, mesaj olaraq “Kənan müəllim audit müqaviləsi, bank rekvizitlərini qeyd etməyinizi və təsdiq etməyiniz xahiş olunur və TOR-imza və möhür lazımdır” qeyd olunmuşdur.

47. "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə audit xidmətinin göstərilməsinə dair müqavilə bağlanmış və müqavilə iki şirkətin direktorun ("xxxx" MMC-nin direktoru kimi Ziya Hüseynzadə qeyd olunmuş) imzası ilə imzalanmış və möhürü ilə təsdiq edilmişdir.

48. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 –a ünvanlanmış məktubda müqavilənin ilkin layihəsinin (məbləğlər dəyişə bilər) məktuba əlavə olunduğu və hər hansı dəyişikliklər tələb olundğu təqdirdə görüşdə müzakirə edilə biləcəyi qeyd olunmuşdur.

49. xx.xx.2022-ci il tarixdə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 elektron poçt ünvanından mailto:vessel550@gmail.comElektron ünvan 2 –a, surəti ilə Elektron ünvan 13 ünvanlanmış mesajda HM Agro&PKF müqavilə sənədi wordformatında göndərilmişdir.

50. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 2.000.000 ABŞ dolları məbləğində kredit ayrılması nəzərdə tutulmuşdur.

51. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, xəzinə məxaric orderinə əsasən X18 xx.xx.2018-ci il tarixli 01 saylı saylı borc müqaviləsinə əsasən borcun qaytarılması təyinatı üzrə 100.000 ABŞ dolları məbləğində və xx.xx.2022-ci il tarixli xəzinə məxaric orderinə əsasən isə 90.000 ABŞ dolları məbləğində vəsait verilmişdir.

52. Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda tərəflər arasında xx.xx.2022-ci il tarixli PK19/22 saylı müqavilə bağlanmış və həmin müqavilə üzrə yaranmış borcu ödənilməsi üçün 5 gün müddət müəyyən edilmişdir.

53. xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli PK-19/22 saylı müqavilə üzrə göstərilmiş xidmətin dəyəri ƏDV daxil 381.140 manat kimi qeyd olunmuşdur.

54. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspertizaya təqdim edilmiş, e-2-2(113)-1762/2023 nömrəli işin 1-ci cildinin 77-79-cu vərəqlərində xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqavilənin 3-cü vərəqəsində olan “10.Tərəflərin rekvizitləri” bölməsində İddiaçı MMC direktor Rzayev A.T.” qrafasındakı imza ilə i/v 80-də olan xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqaviləyə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında İddiaçı MMC direktor Rizayev A.T.” qrafasındakı imza-eyni şəxs tərəfindən icra olunmuşdur. İşin 1-ci cildinin 77-79-cu vərəqələrində xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqavilənin 3-cü vərəqəsinində olan “10.Tərəflərin rekvizitləri” bölmsində İddiaçı MMC Direktor Rzayev A.T” qrafasındakı imza. i/v 80-da olan xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqaviləyə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında İddiaçı MMC direktor Rizayev A.T.” qrafasıdakı imza-X16 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

55. Avropa Yenidənqurma və inkişaf bankının xx.xx.2023-cü il tarixdə H and Agro MMC-yə ünvanladığı məktubunda bankla şirkət arasında 25 noyabr 2022-ci ildə imzalanmış Qrant Sazişi çərçivəsində şirkətə qrant məbləğini ödəməyi planlaşdırmadığını bildirmişdir.

56. Azərbaycan Respublikasının Baş Prokurorluğunun (genprosecutor.gov.az) rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində “Külli miqdarda kredit ayrılması məqsədilə rəsmi sənədlərin saxtalaşdırılması faktına görə cinayət işi başlanıb” başlığı altında yayımlanan məlumatdan müəyyən edilir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma zamanı Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və biləbilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır.

57. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

58. İddia ərizəsinə əsasən İddiaçı MMC və Cavabdeh MMC arasında 06 Yanvar 2022-ci il tarixli PK-19/22 saylı Xidmət müqaviləsi bağlanmış, müqavilə münasibətləri çərçivəsində iddiaçı tərəfindən xidmət göstərildiyi və həmin xidmətlər cavabdeh tərəfindən qəbul edildiyi və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürdüyü qeyd olunmuşdur. Həmçinin aralarında bağlanmış 30 oktyabr 2022-ci il tarixli Təhvil-təslim Aktına əsasən Sifarişçi Cavabdeh MMC göstərilmiş xidmətləri qəbul etdiyi və həmin xidmətlərin dəyəri ƏDV daxil olmaqla 224,200 ABŞ dolları təşkil etdiyi, lakin Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi qeyd olunmuşdur. Həmin tələbin əsası kimi iş materiallarına müqavilə, təhvil-təslim aktı və e-mail yazışmaları sübut qismində təqdim edilmişdir.

59. Cavabdeh tərəfin isə iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxsi -İddiaçı MMC-ni, nə də onun həmin dövrdə olmuş rəhbərini tanımır, sadəcə Avropa Bankından kreditin alınması üçün Ziya adlı şəxs ona vasitəçi kimi köməklik göstərib, aralarında hər hansı müqavilə münasibətləri olmayıb, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqaviləni və xx.xx.2022-ci il tarixli təhvil-təslim akını formal olaraq xx.xx.2022-ci il tarixində imzalayıblar, həmin müqavilədə iddiaçı hüquqi şəxsin keçmiş rəhbəri olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş şəxsin əvəzinə imzanı hazırkı rəhbəri olan Ziya adlı şəxs tərəfidən imzalanıb, müqavilənin original nüsxəsi onlara təqdim edilməyib, Hüseynzadə Ziya bankdan kredit alınması üçün formal müqaviləyə ehtiyac olduğunu və noyabr ayında təcili imzalanmalı olduğunu və sonra həmin müqavilənin məhv ediləcəyini bildirdiyini, müqavilədə qeyd olunan xidmətlərin heç biri cavabdehə göstərilmədiyini, sadəcə olaraq alınacaq kredit məbləğinin müqabilində Ziya Hüseynzadəyə göstərdiyi vasitəçilik/köməyə görə müəyyən pul verəcəyi barədə şifahi razılaşmaları olduğunu və kredit alınandan sonra da H.Ziyaya razılaşdırılmış 190.000 ABŞ dolları ödənişin nağd şəklində edildiyini bildirmişdir. Tərəflər arasında whats-up və e-mail yazışmaların olmasını bildirdi.

60. Məhkəmə ilkin olaraq bu cür mübahisələr üzrə işin düzgün həlli üçün iddiaçının istinad etdiyi əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmamasının müəyyən edilməsini zəruri hesab edir.

61. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

62. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu da vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

63. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

65. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

66. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

67. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

68. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır;

69. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

70. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).

71. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

72. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.

73. Hazırkı mübahisə predmeti olan müqavilə öhdəliyiyinin icra edilməməsi nəticəsində 224.200 ABŞ dolları məbləğin tələb edilməsinin əsası kimi iddiaçı tərəf xx.xx.2022-ci il tarixli müqaviləyə və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli təhvil təslim aktına istinad edir.

74. Məhkəmə tərəfindən tərəflər arasında olan yazışmalara və onların məhkəmə çəkişməsi zamanı irəli sürdüyü dəlilləri qarşılıqlı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, həmin müqavilə əqdlarin etibarlılıq şərtlərinə cavab vermədiyindən və uydurma əqd olduğundan etibarsızdır.

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

76. Belə ki, məhkəmə araşdırma zamanı müəyyən olundu ki, Cavabdeh MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankından kreditin alınması üçün həmin MMC-nin qanuni təmsilçisi - X21 ilə X12 arasında 2021-ci ildən etibarən müəyyən danışıqlıqlar və e-mail yazışmalar aparılmışdır. Bu hal hər iki tərəfin nümayəndələri tərəfindən mübahisə edilməyən hal kimi qəbul edilmişdir.

77. Lakin, cavabdeh bildirir ki, X1 fiziki şəxs olaraq tanıyıb və İddiaçı MMC ilə heç bir müqavilə bağlanmayıb, imzaladığı müqavilə isə formal olaraq imzalanıb və hüquqi nəticə doğurmadan sonradan məhv olunmalı idi.

78. İş materiallarında olan sənədlərdəndən müəyyən olunur ki, H.Ziya ilə R.Kənan arasında yazışmaların başlandığı 2021-ci ildə, hətta müqavilənin bağlanmasının iddia edilən xx.xx.2022-ci il tarixində X12 İddiaçı MMC-nin nə qanuni təmsilçisi olub, nə də həmin şirkətdə başqa vəzifədə işləməyib, həmin şirkət adından hər-hansı müqavilənin bağlanması, danışıqlıqların aparılmasına səlahiyyətli olmayıb. (Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2022-ci il tarixində İddiaçı MMC-də direktor müavini vəzifəsinə təyin edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrdən çıxarışdan görünür ki, X12 İddiaçı MMC-nin qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdən etibarən olmuşdur.)

79. Digər tərəfdən, iş materiallarında mövcüd olan heç bir sənəddə, çoxsaylı e-mail yazışmalarında İddiaçı MMC-nin həmin dövrdə direktoru olmuş şəxsin - Rizayev Aydının adı keçmir, nə də ki e-mail yazışmalarında iştirak etməyib. Yalnız müqaviləni imzalayan şəxs kimi direktor qismində X16 qeyd olunmuşdur.

80. Bundan əlavə, iş materiallarında olan Elvin.NElektron ünvan 7 (cavabdehin bildirdiyinə görə H.X36 öz işçisi kimi təqdim etmiş) ünvanından xx.xx.2022-ci il tarixində, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində isə mailto:ziya.husseinzade@pkf.azElektron ünvan 5 ünvanından R.Kənanın elektron mailto:vessel550@gmail.comElektron ünvan 2 ünvanına göndərilmiş e-maillardan müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı qeyd olunan tarixlərdə imzalanmamış, word-formatında və ilkin lahiyyə kimi K.Rəsulova göndərilmişdir.

81. Məhkəmə hazırlıq iclaslarında iştirak edən X12 müqavilənin məhz xx.xx.2022-ci il tarixində həmin dövrdə iddiaçı şirkətin direktoru olmuş Rizayev Aydın tərəfindən imzalandığını, təhvil-təslim aktını isə A.Rizayevin əvəzinə özünün imzaladığını bildirsə də, müqavilənin məhz xx.xx.2022-ci il tarixində və məhz R.Aydın tərəfindən imzalanmasını sübuta yetirə bilməmişdir. Əksinə, yuxarıda qeyd olunan e-mail yazışmalarından da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli müqavilə ən azından nə xx.xx.2022, xx.xx.2022, nə də ki, xx.xx.2022-ci il tarixlərindən nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. Müqavilənin ən azından iddiaçı şirkət tərəfindən imzalanmış variantının (nə e-mail vasitəsi ilə pdf-formatında, nə də kağız daşıyıcıda) cavabdehə təqdim edilməsini iddiaçı tərəfinən sübuta yetirilməmişdir.

82. Bundan əlavə, Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə təsdiq olundu ki, xx.xx.2022-ci il tarixli, PK-19/22 saylı müqavilənin İddiaçı MMC direktor Rizayev A.T.” qrafasıdakı imza-X13 aid deyil. Yalnız ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçının nümayəndəsi Vəkil müqavilədə olan imzanın da Hüseynzadə Ziyaya aid olmasını etiraf etmiş, lakin imzanın kimə məxsus olmasından asılı olmayaraq şirkətin möhürün olmasına istinad edərək müqavilənin etibarlı olmasını iddia etmişdir. Lakin, müqavilədə İddiaçı MMC-nin möhürünün olması müqavilənin məhz xx.xx.2022-ci tarixində bağlanması anlamına gəlməməlidir.

83. Digər tərəfdən xx.xx.2022-ci il tarixli müqavilənin 3.2-ci maddəsinə əsasən Sifarişçi təhvil-təslim aktı imzalandığı tarixdən 3 gün ərzində İcraçı tərəfindən təqdim olunmuş elektron qaimə-fakturanın elektron qaydada təsdiq etməyi öz öhdəsinə götürür. Qeyd edilən elektron vergi fakturanın sistem tərəfindən qəbul edilməsi sifarişçi tərəfindən qəbul edilməsi kimi qiymətləndirilir. Müqavilənin 4.2-ci maddəsinə əsasən məbləğ tam həcmdə 30 noyabr 2022-ci il tarixinədək ödənilməlidir.

84. Təqdim olunan təhvil-təslim aktı xx.xx.2022-ci il tarixlidir. Müqavilə şərtlərinə nəzər yetirdikdə müəyyən olunur ki, əgər tərəflər üçün hüquqi nəticə doğuracaq etibarlı müqavilə göstərilən tarixdə həqiqətən bağlanmışdırsa və icrası xx.xx.2022-ci il tarixində təhvil verilibsə, o zaman icraçı tərəfindən ən geci 2-3 noyabr 2022-ci il tarixində elektron qaimə-faktura təqdim olunmalı idi. Lakin, iş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən təqdim olunan elektron qaimə-fakturanın tarixi (Z.Hüseynzadə ilə K.Rəsulov arasında münasibətlərin korlandığı vaxtdan sonra) xx.xx.2023-cü ildir (yəni iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023 tarixdən cəmi 15 gün əvvəl).

85. Məhkəmə bir məqama da diqqət yetirməyi zəruri hesab edir: iş materiallarında olan e-mail yazışmalardan görünür ki, X12 tərəfindən göndərilən bütün e-mail məktubların imza hissəsində iş üzrə iddiaçı olan İddiaçı MMC (VÖEN **********) deyil, "xxxx" MMC (VÖEN **********) qeyd olunur. xx.xx.2022-ci il tarixdə Z.Hüseynzadə tərəfindən hazırlanıb (ərizənin bütün bölmələri doldurulmuş vəziyyətdə, pdf-formatında) K.Rəsulova göndərilmiş Avropa Bankına təqdim edilməsi üçün “Layihə üçün müraciət ərizə”sində “Təkif etdiyiniz məsləhətçi kimi – yenə də iş üzrə iddiaçı olan İddiaçı MMC deyil, "xxxx" qeyd olunmuşdur.

86. Qeyd olunan məqamlara xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında X12 belə açıqlama vermişdir ki, xx.xx.2022-ci il tarixli (hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən) müqaviləni Aydın Rizayev imzalamışdır. "xxxx" MMC-nin direktoru olduğu üçün xx.xx.2022-ci il tarixli müqaviləni özü imzalayıb. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında da bildirmişdir ki, Aydın Rizayev İddiaçı Şirkətinin inzibati direktoru olmuşdur. "xxxx" Şirkətinin tam təsis payları anasının adınadır, "xxxx" Şirkətinin isə - atasının adınadır. Hər iki şirkətin franşizasının sahibi özüdür. Daha sonra hüquqi rəsmiləşmə üçün onu "xxxx" Şirkətinə işə götürüblər. Mail yazmaq üçün hüquqi əsaslandırma lazım deyil. Hüquqi əsaslandırma müqavilə bağlamaq üçün lazımdır. Aydın Rizayevin isə kontrakt bağlamağa hüququ olmuşdur. "xxxx" MMC-də 2016-cı ildən işləyir.

87. Lakin, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünü ki, "xxxx" MMC-nin xx.xx.2016-cı ildən bugünə kimi qanuni təmsilçisi X14r.

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

89. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

90. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

91. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

92. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir

93. Məhkəmə təqdim olunmuş bütün sübutların məcmusunu şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 06 yanvar 2022-ci il tarixli PK-19/22 saylı xidmət müqaviləsi yalnız görünüş üçün (müqavilədə göstərilən tarixdən uzun müddət sonra) bağlanmış əqd olmaqla əhəmiyyətsizdir və hər hansı bir hüquqi nəticə yarada bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

95. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

96. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

97. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “06 yanvar 2022-ci il tarixli PK-19/22 saylı müqavilə üzrə 224.200 ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMCnin xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 272 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 110 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar