Məhkəmə qərarları › İş №e-2-2(113)-1767/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1767/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1767/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2019-cu il tarixində bağlanmış alqı-satqı və xidmət müqavilələrinə əsasən görülən işin müqabilində yaranmış əsas borc 25.937,58 (iyirmi beş min doqquz yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat borcun, əldən çıxmış fayda kimi 25.000 manat pulun, dəbbə plu kimi 1.621 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “X7“ MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 05.02.2019-cu il tarixində bağlanılan alqı-satqı və xidmət müqavilələrinə əsasən görülən işin müqabilində onlara 2019-cu ilin dekabr-2020-ci ilin may aylarından 25.937,57 (iyirmi beş min doqquz yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat borcu yaranmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş qaimə-faktura təqdim edildikdən sonra 30 təqvim günü ərzində həyata keçirilir.Göstərilən müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdilər. Müqavilə üzrə cavabdehin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməli və nəqliyyat vasitələrinə tələb olunduğu halda ehtiyat hissələrini dəyişməli idilər. İşlərini vicdanla icra etmələri nəticəsində cavabdeh təmirə verdiyi nəqliyyat vasitələrini müvəffəqiyyətlə istifadə etməkdədir. Öhdəliklərin icrası müqabilində elektron qaimələr qəbul edilmiş və həmin elektron qaimələrin və ona əlavə edilmiş hesab faktura və təmir aktlarını rəsmi şəkildə qəbul etmişlər.Cavabdehin borcu 2019-cu ilin dekabr ayı ilə 2020-ci ilin may ayları arasını əhatə edir. Cavabdehin ödənişlərini gecikdirməyi səbəbi ilə sirkətləri xeyli miqdarda zərər görmüşdür. Bu səbəbdən fəaliyyətlərini hər-hansı bir formada tənzimləmək səbəbi ilə “YapıKredi” bankdan kredit götürürlmüşdür. Hazırki vaxtadək cavabdeh tərəfindən borcun qaytarılması ilə bağlı heç bir hərəkət və ödəniş edilməmişdir.Bu dövr ərzində cavabdeh borcunu vermiş olsa idi, həmin vəsaiti dövriyyəyə buraxaraq aydan ən aşağısı 8-10% miqdarında gəlir götürməklə əldə edə bilərdi.Bununla bərabər cavabdeh müqavilənin şərtlərinin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı müraciət etməmiş və öhdəliklərin icrası ilə bağlı hər-hansı bir təklif irəli sürməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, qeyd etdi ki, cavabdehlə alğı-satqı və xidmət müqaviləsi imzalanmış, müqavilənin imzalandığı ilk dövrlərdə münasibətlər yaxşı olmuş və cavabdehin avtomobil parkında olan avtomobillər barədə iddiaçı tərəfindən müxtəlif xidmətlər göstərilmişdir. Lakin sonradan cavabdeh müqavilə üzrə ödəmələrini dayandırmışdır. Belə ki, 2020-ci ilin may ayına qədər olan qaimələr onlara təqdim edilmiş və onlar tərəfindən təsdiqlənmişdir. Daha sonra isə cavabdeh müqavilə üzrə borcunu ödəməkdən yayınmışdır. Bununla bağlı olaraq dəfələrlə müraciətlər olunsa da heç bir cavab verilməmişdir. Nəticədə iddiaçının maliyyə vəziyyəti pisləşmiş və məcbur olaraq bankdan kredit götürmüşdür. Hazırda cavabdehə xidmət göstərilərkən daxili bazardan alınmış bir sıra ehtiyat hissələri mağazaları, həmçinin avtomobillərə texniki baxışı həyata keçirən ustalar qarşısında olan öhdəliklərini icra etməkdə çətinlik çəkirlər. Qeyd olunanlara və iddia ərizəsinə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini əsas borc hissəsini qəbul edərək məhkəməyə izahatında qeyd etdi ki, ötən məhkəmə iclasında barışıq sazişi ilə əlaqədar olaraq məhkəmə iclası təxirə salınmışdır. Bununla əlaqədar olaraq iddiaçı borcun 5 ay ərzində ödənilməsini təklif etmiş, lakin onlar borcun 10 ay ərzində hissə-hissə ödənilməsini təklif etsələr də iddiaçı tərəfindən təklifə gec cavab verilmişdir. Hazırda borcun neçə ay ərzində ödənilməsinə qərar verəcək şəxs ölkədə olmadığı üçün barışıq sazişinin imzlanması üçün məhkəmədən əlavə vaxt verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna“qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “İcraçı” qismində İddiaçı ilə “sifarişçi” qismində Cavabdeh arasında bağlanmış 05.02.2019-cu il tarixli, QSZX 24/0219 saylı xidmət müqaviləsinə əsasən “İcraçı” “Sifarişçi”nin tapşırığı əsasında sifarişçiyə məxsus avtonəqliyyat vasitələrinə təmir və texniki xidmətlərin yerinə yetirilməsini həyata keçirir, “sifarişçi” isə bu xidmətin müqabilində “icraçı”ya əvvəlcədən razılaşdırılmış məbləğdə xidmət haqqını ödəyir. 2.2-ci bəndə əsasən bu müqavilə üzrə ödəmələr, hər ay göstərilmiş xidmət üzrə işlər tam icra edildikdən və Təhvil-Təslim Aktı ilə “sifarişçi”yə təhvil verildikdən sonra, verilmiş qaiməfaktura əsasında 30 (otuz) təqvim günü ərzində (vergilər xaric) həyata keçirilir. 4.1-ci bəndə əsasən tapşırığa uyğun olan işlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən təhvil-təslim aktına əsasən həyata keçirlir. Təhvil-təslim aktında işlərə müəllif nəzarətini həyata keçirən tərəfin (əgər uyğundursa və ya zərurət varsa) imzaları da olmalıdır. “Alıcı” qismində Cavabdeh MMC ilə “satıcı” qismində İddiaçı MMC arasında bağlanmış 05.02.2019-cu il tarixli, QSZA 23/0219 alğı-satqı müqaviləsinə əsasən “satıcı” satır, “alıcı” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və müqaviləyə əlavə edilən qaiməfaktura(lar)da göstərilən tərkibdə, xüsusiyyətlərdə, həcmdə və digər göstəricilərə uyğun olan vəziyyətdə ümumi mal-materialları, avtomobilləri, avtomobillər üçün avadanlıq və ehtiyat hissələrini “satıcı”dan alır və həmin malın müqabilində “satıcı”ya qaiməfaktura(lar)da nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. 2.2-ci bəndə əsasən bu müqavilə üzrə ödənişlər, “alıcı”ya təqdim olunmuş qaimə/hesab faktura əsasında 30 (otuz) gün ərzində (vergilər xaric) həyata keçirilir. 4.2-ci bəndə əsasən mal(lar) təhvil-təslim aktı və ya elektron qaimə-faktura ilə “sifarişçi”nin tələb etdiyi müddət ərzində çatdırılır. 6.2-ci bəndə əsasən satıcı bu müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, həmçinin bu müqavilənin 5.2.3-cü bəndinə nəzərdə tuutlmuş hald “alıcı” “satıcı”dan hər gecikdirilən gün üçün sifariş edilmiş malın qiymətinin 1% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli SM 00105808 nömrəli təmir aktına əsasən 680,86 manat dəyərində işlər Cavabdeh MMCyə təhvil verilmiş, SM00000329 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 680, 86 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 851126 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 680,86 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 21 yanvar 2020-ci il tarixli SM 00106066 nömrəli təmir aktına əsasən 778,80 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000328 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 778,80 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 850354 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 778,80 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 09 yanvar 2020-ci il tarixli SM 00105484 nömrəli təmir aktına əsasən 4968,98 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000796 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 4.968,98 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 786601 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 4968,98 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 30 aprel 2020-ci il tarixli SM 00110854 nömrəli təmir aktına əsasən 354 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000795 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 354 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 786294 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 354 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 29 aprel 2020-ci il tarixli SM 00110819 nömrəli təmir aktına əsasən 128,62 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000794 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 128,62 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 786052 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 128,62 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 04 may 2020-ci il tarixli SM 00110945 nömrəli təmir aktına əsasən 103,84 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000793 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 103,84 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 785838 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 103,84 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 11 mart 2020-ci il tarixli SM 00109438 nömrəli təmir aktına əsasən 100,30 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000798 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 100,30 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 785465 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 100,30 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 14 mart 2020-ci il tarixli SM 00109640 nömrəli təmir aktına əsasən 214,76 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000792 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 214,76 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 783965 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 214,76 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 27 aprel 2020-ci il tarixli SM 00110737 nömrəli təmir aktına əsasən 70,80 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000791 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 70,80 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 783655 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 70,80 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 13 mart 2020-ci il tarixli SM 00109592 nömrəli təmir aktına əsasən 23,60 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000790 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 23,60 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 783506 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 23,60 manat məbləğində xidmətin dəyəri barədə məlumat “X7“ MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 09 mart 2020-ci il tarixli SM 00109291 nömrəli təmir aktına əsasən 156,94 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000797 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 156,94 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 783367 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 156,94 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 26 fevral 2020-ci il tarixli SM 00108336 nömrəli təmir aktına əsasən 108,56 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000789 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 108,56 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 783107 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 108,56 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 17 mart 2020-ci il tarixli SM 00109759 nömrəli təmir aktına əsasən 147,50 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000788 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 147,50 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 782885 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 147,50 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 18 mart 2020-ci il tarixli SM 00109824 nömrəli təmir aktına əsasən 356,36 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000787 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 356,36 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 782250 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 356,36 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 10 mart 2020-ci il tarixli SM 00109394 nömrəli təmir aktına əsasən 100,30 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000785 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 100,30 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 779153 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 100,30 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 27 aprel 2020-ci il tarixli SM 00110752 nömrəli təmir aktına əsasən 123,90 manat dəyərində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000784 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 123,90 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 778471 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 123,90 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 30 aprel 2020-ci il tarixli SM 00110841 nömrəli təmir aktına əsasən 82,60 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000783 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 82,60 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 777828 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 82,60 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 17 aprel 2020-ci il tarixli SM 00110515 nömrəli təmir aktına əsasən 100,30 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000782 nömrəli 12 may 2020-ci il tarixli hesab-faktura əsasında 100,30 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAJ seriyalı 777654 nömrəli 20.05.2020-ci il tarixli elektron qaiməyə əsasən 100,30 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 31 yanvar 2020-ci il tarixli SM 00106824 nömrəli təmir aktına əsasən 1.014,80 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000357 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1014,80 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854212 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1014,80 manat məbləğində xidmətin dəyəri barədə məlumat Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 24 fevral 2020-ci il tarixli SM 00108201 nömrəli təmir aktına əsasən 330,40 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000355 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 330,40 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854274 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 330,40 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 24 fevral 2020-ci il tarixli SM 00108192 nömrəli təmir aktına əsasən 646,64 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000354 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 646,64 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş EBAG seriyalı 854263 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 646,64 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 05 fevral 2020-ci il tarixli SM 00107096 nömrəli təmir aktına əsasən 389,40 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000353 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 389,40 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854242 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 389,40 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 29 yanvar 2020-ci il tarixli SM 00106659 nömrəli təmir aktına əsasən 127,44 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000352 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 127,44 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854230 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 127,44 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 31 yanvar 2020-ci il tarixli SM 00106824 nömrəli təmir aktına əsasən 1014,80 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000357 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1014,80 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854212 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1014,80 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 03 fevral 2020-ci il tarixli SM 00106961 nömrəli təmir aktına əsasən 778,80 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000351 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 778,80 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı ******* nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 778,80 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 20 fevral 2020-ci il tarixli SM 00108014 nömrəli təmir aktına əsasən 141,60 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000356 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 141,60 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854134 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 141,60 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 30 dekabr 2019-cu il tarixli SM 00104980 nömrəli təmir aktına əsasən 1038,40 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000350 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1038,40 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854117 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1038,40 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 17 fevral 2020-ci il tarixli SM 00107785 nömrəli təmir aktına əsasən 708 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000349 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 708 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854093 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 708 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 06 fevral 2020-ci il tarixli SM00107145 nömrəli təmir aktına əsasən 237,18 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000348 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 237,18 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 854036 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 237,18 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli SM 00105798 nömrəli təmir aktına əsasən 135,70 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000347 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 135,70 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853998 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 135,70 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli SM 00105708 nömrəli təmir aktına əsasən 371,70 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000346 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 371,70 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853979 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 371,70 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 28 fevral 2019-cu il tarixli SM 00104785 nömrəli təmir aktına əsasən 737,50 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000345 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 737,50 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853947 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 737,50 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 27 yanvar 2020-ci il tarixli SM 00106479 nömrəli təmir aktına əsasən 569,94 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000344 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 569,94 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853930 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 569,94 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 18 fevral 2020-ci il tarixli SM 00107866 nömrəli təmir aktına əsasən 80,24 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000343 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 80,24 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853901 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 80,24 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 12 fevral 2020-ci il tarixli SM 00107532 nömrəli təmir aktına əsasən 1326,32 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000342 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1326,32 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853869 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1326,32 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 13 yanvar 2020-ci il tarixli SM00105683 nömrəli təmir aktına əsasən 906,24 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000341 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 906,24 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853839 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 906,24 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 17 fevral 2020-ci il tarixli SM 00107803 nömrəli təmir aktına əsasən 97,94 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000340 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 97,94 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853809 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 97,94 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 30 dekabr 2019-cu il tarixli SM 00104977 nömrəli təmir aktına əsasən 809,48 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000339 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 809,48 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853779 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 809,48 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. Şərqmotors” MMC tərəfindən tərtib edilmiş 06 fevral 2020-ci il tarixli SM 00107188 nömrəli təmir aktına əsasən 80,24 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000338 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 80,24 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853619 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 80,24 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 14 yanvar 2020-ci il tarixli SM 00105715 nömrəli təmir aktına əsasən 2.630,22 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000337 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 2.630,22 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853379 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 2630,22 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 25 yanvar 2020-ci il tarixli SM 00106405 nömrəli təmir aktına əsasən 1.165,84 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000336 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1.165,84 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 853349 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1.165,84 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 10 yanvar 2020-ci il tarixli SM 00105516 nömrəli təmir aktına əsasən 370,52 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000335 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 370,52 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 852199 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 370,52 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 25 yanvar 2020-ci il tarixli SM 00106430 nömrəli təmir aktına əsasən 1327,50 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000333 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1327,50 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 851778 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1327,50 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 30 yanvar 2020-ci il tarixli SM 00106728 nömrəli təmir aktına əsasən 109,74 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000332 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 109,74 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 851703 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 109,74 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 01 fevral 2020-ci il tarixli SM 00106894 nömrəli təmir aktına əsasən 68,44 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000334 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 68,44 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 851799 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 68,44 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İddiaçı MMC tərəfindən tərtib edilmiş 06 yanvar 2020-ci il tarixli SM 00105306 nömrəli təmir aktına əsasən 1.136,34 manat məbləğində işlər Cavabdeh MMC-yə təhvil verilmiş, SM00000330 nömrəli 25 fevral 2020-ci il tarixli hesab-faktura əsasında 1.136,34 manat məbləğində ödəniləcək məbləğ İddiaçı MMC tərəfindən tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmiş, EBAG seriyalı 851543 nömrəli 25.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 1.136,34 manat məbləğində xidmətin dəyəri barədə Cavabdeh MMC-yə göndərilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubunda 7 təqvim günü ərzində əsas borc 25.937,58 (iyirmi beş min doqquz yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat məbləğin qaytarılamsı tələb olunmuş, həmin öhdəliyi icra edilmədiyi halda məhkəməyə müraciət olunaraq əsas borcla yanaşı əldən çıxmış fayda kimi 15.600 manat və dəbbə pulu kimi 1.300 manatın tələb olunacaığı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Belə olan halda məhkəmə, cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən əsas borc üzrə 25.937,58 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1.621 manat dəbbə pulunun və əldən çıxmış fayda kimi 25.000 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki,“ cavabdeh üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə iddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməyə görə hər hansı faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh MMC-dən əsas borc üzrə 25.937,58 (iyirmi beş min doqquz yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat, həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1.621 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 25.937,58 (iyirmi beş min doqquz yüz otuz yeddi manat, əlli səkkiz qəpik) manat, həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə 1.621 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına“ apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar