Məhkəmə qərarları › İş №e-2-2(113)-1770/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1770/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1770/2023 19.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi (direktoru) X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndə və vəkilləri Vəkil3 və Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 Yanvar 2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə 132.160 AVRO məbləğində pulun (ödəniş günü AVRO-nun manata məzənnəsi nəzərə alınmaqla, manatla Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 06 Yanvar 2022-ci il tarixli PK-8/22 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilə münasibətləri çərçivəsində, icraçı Müqavilələrə dair təqdim olunmuş hesablara əsasən Sifarişçiyə xidmətləri təhvil vermişdir, Sifarişçi isə Xidmətləri qəbul etmişdir və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 30 Noyabr 2022-ci il tarixli Təhvil-təslim Aktına əsasən Sifarişçi Cavabdeh MMC göstərilmiş xidmətləri qəbul etmiş və həmin xidmətlərin dəyəri ƏDV daxil olmaqla 132,160 AVRO təşkil edir. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425.1, 442, 443.1, 445.1, 445.2.1 və 448.1-ci maddələrini göstərmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi (direktoru) X3 və İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndə və vəkilləri Vəkil3 və Vəkil2 izahat verərək, iddiaya etiraz etdiklərini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. İşdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli PK-8/22 saylı müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilə hər iki hüquqi şəxs tərəfindən möhürlə təsdiq edilmişdir.

9. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq icraçı (İddiaçı MMC) müqavilənin 2.2-ci bəndində sadalanan xidmətləri sifarişçiyə (Cavabdeh MMC) təhvil verməyi, sifarişçi isə görülmüş xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 2-ci bəndindən görünür ki, icraçı sifarişçinin Avropa Bankından 5,6 milyon avro məbləğində kreditin alınması üçün maliyyə məsələləri üzrə, hüquqi sənədləşmə üzrə, girov qiymətləndirilməsi üzrə, Avropa Bankı tərəfindən maliyyə və texniki araşdırma işləri üzrə və.s üzrə məsləhət xidmətlərinin edilməsini öz üzərinə götürmüşdür.

11. Müqavilənin 4-cü bəndindən görünür ki, müqavilənin 2.2-ci bəndində sadalanan xidmətlərin alınması üçün ƏDV daxil 132.160 avronu icraçıya ödənilməsini sifarişçi öz üzərinə götürmüşdür.

12. Müqavilənin 1.1-ci bəndindən görünür ki, təhvil verilmə proseduru təhvil-təslim aktının əsasında həyata keçirilir.

13. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli PK-8/22 saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC və Cavabdeh MMC arasında 132.160 avro dəyərində xidmətlərin həyata keçirilməsi ilə bağlı təhvil-təhvil aktı tərtib edilmiş və hüquqi şəxslər tərəfindən təsdiq edilmişdir.

14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilənin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, İddiaçı MMC Cavabdeh Avropa Bankından 5,6 milyon avro məbləğində kreditin alınması üçün məsləhət xidmətləri həyata keçirilmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

15. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

16. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

17. İddiaçı tərəf müqavilənin şərtlərinə uyğun olaraq xidmətin göstərildiyini, bu barədə təhvil-təslim aktının tərtib edildiyini, cavabdehin 5,6 milyon avro məbləğində krediti aldığını bildirərək 132.160 avro pulun cavabdehdən tutulmasını xahiş edir.

18. Cavabdeh tərəf isə iddiaya etiraz edərək etirazın ilk dəlili kimi, xx.xx.2022-ci il tarixli PK-8/22 saylı müqavilədə və təhvil-təslim aktında olan imzanın Cavabdeh direktoruna aid olmadığını qeyd etmiş və məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət vermişdir. Vəsatət məhkənin qərardadı ilə təmin edilməmişdir.

19. Məhkəmə cavabdehin etirazının qeyd edilmiş dəlilini əsassız hesab edir. Belə ki, həm tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli PK-8/22 saylı müqavilədə həm də, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında Cavabdeh möhürünün olması həm müqavilənin, həm də təhvil-təslim aktının cavabdeh tərəfindən təsdiq edilməsinə işarədir.

20. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.

21. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.

22. Hazırkı halda, məhkəməyə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair işə əlavə edilmiş vəsatətdən də, görünür ki, müqavilə və təhvil-təslim aktında möhürün Cavabdehnə məxsus olmaması barədə hər hansı bir söz yoxdur. Ancaq Məhkəmə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatəti müzakirə edərkən, “möhür kimə məxsusdur?” sualı verildikdən sonra və digər iclaslarda “möhürün hansı şəraitdə vurulması bəlli deyil”, “möhür saxtalaşdırıla bilər” kimi ifadələrdən istifadə etmişlər.

23. Məhkəmə qeyd edir ki, məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətdə möhürün Cavabdehnə aid olmaması ilə bağlı hər hansı bir sözün olmaması və sonradan yuxarıda qeyd edilmiş cavabların verilməsi ilə cavabdeh tərəf möhürün onlara aid olmaması Məhkəməni inandıra bilməmişdir.

24. Qeyd edilməlidir ki, tərəflər arasında əvvəllər də, yəni xx.xx.2021-ci il tarixdə Avropa Bankından 8 milyon avro məbləğində kreditin götürülməsi üçün məsləhət xidmətlərinin göstərilməsi ilə müqavilə bağlanmış və qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilməsinə dair tərəflər arasında xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib edilərək, təsdiq edilmişdir.

25. Məhkəmə iclasında hər iki tərəf 8 milyon avro krediti Cavabdeh tərəfindən alındığını və xidmət haqqının da ödənildiyini və xx.xx.2021-ci il tarixli müqavilə üzrə hər hansı bir mübahisənin olmadığını bildirir.

26. Məhkəmə qeyd edilmiş xx.xx.2021-ci il tarixli müqaviləni məhz tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərin hansı qaydada olduğuna dair fikrin formalaşması üçün sadalayır. Qeyd edilmiş müqavilə və təhvil təslim aktından da, görünür ki, tərəflər arasında olan işgüzar münasibət məhz müqavilənin bağlanması və sonradan işlər icra edildikdən sonra təhvil-təslim aktının tərtib edilməsi ilə həyata keçirilir.

27. Həmçinin o da qeyd edilməlidir ki, məhkəmə iclasında hər iki tərəf Avropa Bankı tərəfindən 5,6 milyon avro məbləğində pulu xx.xx.2023-cü il tarixdə Cavabdeh hesabına köçürüldüyünü bildirmişlər və bu hal işin mübahisəsiz halı kimi qəbul edilmişdir.

28. Cavabdeh tərəf məhkəmə iclasında 5,6 milyon avro məbləğində pulun xx.xx.2023-cü il tarixdə Avropa Bankına qaytarıldığını bildirmişdir.

29. Qeyd olunan hallar məhkəmə üçün o nəticəyə gəlməyə əsas verir ki, həqiqətən də tərəflər arasında xx.xx.2022-ci il tarixli PK-8/22 saylı müqavilə bağlanmış və müqavilədəki xidmətlər icra edildikdən sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir.

30. Məhkəmə cavabdehin müqavilədə İddiaçı MMC-nin direktorunun Aydın Rizayev qeyd edilməsinə baxmayaraq, MMC-nin adından X1 imzalanmasına səlahiyyətinin olmaması barədə dəlilini də, əsassız hesab edir.

31. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf müqavilədəki və təhvil-təslim aktındakı imzanın X2 aid olduğunu bildirmiş və həmçinin də, müqavilə bağlanarkən X1 İddiaçı MMCnin direktoru olmasa da, hüquqi şəxsin özü tərəfindən bəyənilərək,möhürlə təsdiq edildiyini bildirmişdir.

32. Məhkəmə bu xüsusda vurğulamağı zəruri hesab edir ki, müqavilənin və təhviltəslim aktının hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi onların etibarlı olmasına dəlalət edir.

33. İşə əlavə edilmiş elektron poçt ünvanları üzrə yazışmalardan görünür ki, 01.2022-ci il tarixli PK-8/22 saylı müqavilə bağlandıqdan sonra tərəflər arasında (mailto:ziya.husseinzadeh@pkf.azElektron ünvan 1, mailto:tahir.aliyev@gemza.azElektron ünvan 2, mailto:zamin.aliyev@gemza.azElektron ünvan 3, farida.nabiyeva @gemza.az,mailto:anar.gaziyev@gemza.azElektron ünvan 4 və s. ünvanlar arasında) və Avropa Bankının nümayəndəsi (NasirovZ@ebrd.com, MahmudoA@ebrd.com, İbrahim.E@ebrd.com və s.) arasında xx.xx.2022-ci il tarixli PK-8/22 saylı müqavilə üzrə xidmətin göstərilməsi ilə bağlı yazışmaların, İddiaçı MMC tərəfindən Cavabdehndən sənədlərin istənilməsi, sonuncunun da öz növbəsində tələb edilmiş sənəd və məlumatların İddiaçı MMC-yə göndərilməsi öz təsdiqini tapır.

34. Cavabdeh tərəf məhkəmə iclasında audio və video yazıdan da, (xx.xx.2023-cü il tarixli, 57-ci dəqiqə və xx.xx.2023-cü il tarixli iclasda) göründüyü kimi, etirazın dəlili kimi, 5,6 milyon avro məbləğində kreditin götürülməsi üçün müəyyən xidmətlərin göstərildiyini bildirsə də, o xidmətlərin İddiaçı MMC tərəfindən deyil, fiziki şəxs olaraq Hüseynzadə Ziya tərəfindən göstərilmiş olduğunu bildirmiş, ancaq məhz hansı xidmətlərin göstərildiyini də, aydınlaşdırılmalı olduğunu qeyd etmişdir.

35. Məhkəmə cavabdehin qeyd edilmiş dəlini əsassız hesab edir. Belə ki, cavabdeh tərəf gah ümumiyyətlə xidmətin göstərilmədiyini, gah Hüseynzadə Ziyanın müəyyən xidmətin göstərildiyi qeyd etməklə Məhkəməni iddianın əsassız olmasına inandıra bilməmişdir.

36. Yuxarıda qeyd edilmiş halları yəni tərəflər arasında xx.xx.2022-ci il tarixli PK- 8/22 saylı müqavilə bağlandığını və müqavilə üzrə xx.xx.2022-ci il tarixli 132.160 avro dəyərində olan işlərin icrası ilə bağlı təhvil-təslim aktının təsdiq edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehə müqavilə üzrə razılaşdırılmış 132.160 avro dəyərində xidmət göstərmiş və hazırkı iddia ilə də Məhkəməyə müraciət etməkdə haqlıdır.

37. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli PK-8/22 nömrəli müqavilə üzrə 132.160 (yüz otuz iki min yüz altmış) avro məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə Cavabdehndən tutularaq İddiaçınə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar