Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1772/2020 22.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən 144479.89 (ƏDV- daxil) manat əsas borcun, 7223,99 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 151733,88 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı cavabdehdən 204988,68 manat və 55550 ABŞ dolları məbləğində pul vəsaitinin, eyni zamanda 16971,184 manat faiz borcunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı1 Cavabdehnə qarşı cavabdehdən 144479.89 (ƏDV- daxil) manat əsas borcun, 7223,99 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 151733,88 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı1nə qarşı cavabdehdən 204988,68 manat və 55550 ABŞ dolları məbləğində pul vəsaitinin, eyni zamanda 16971,184 manat faiz borcunun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə alqı - saqtı müqaviləsi imzalanmışdir. Həmin müqaviləyə əsasən, İddiaçı1 tərəfindən 2018-2019–cu illər ərzində 349468.57 manat (ƏDV daxil) dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çesidlərdə yağ filtirlərinə aid mallar Cavabdehnə satılmışdır. Sözügedən müqavilənin 3.1–ci maddəsinə əsasən “Alıcı” Satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında malların tam dəyərini 30 təqvim günü ərzində köçürmə əsasında Alıcının hesabına ödənilməli idi. Cavabdeh bu günə kimi almış olduğu malların ümumi dəyərindən 204988.68 manat ödəmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malların tam dəyərini lazımı sənədlər təqdim edilməsinə baxmayaraq 11 aydan artıq müddətdir ki, hələ də ödəməmişdir. Bu günə kimi dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq qalıq borcdan hər hansı bir ödəniş həyata keçirilməmiş və şirkət olaraq üzərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadır. Hazırda Cavabdeh İddiaçı1nə ödənilməli olan borcu 144479.89 manat (ƏDV daxil) təşkil etməkdədir. xx.xx.2020–ci il tarixdə Cavabdehnə borcun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilsə də, onlar tərəfindən müqavilə üzrə öhdəlik yenə də yerinə yetirilməmiş və borc ödənilməmişdir. Cavabdeh, tərəflər arasında bağlanılmış müqaviləsinin şərtlərini sonuncu ödəniş tarixindən yəni xx.xx.2019–cu il tarixdən birtərəfli qaydada pozmaqla 144479.89 manat (ƏDV daxil) əsas borc öhdəliyini 11 aydan artıq müddət keçsə də icra etmədiyi üçün müqavilənin 5.4–cü maddəsi üzrə həmin borcun 5%-i həcmində cərimə haqqı olaraq 7223,99 manat tutularaq iddiaçıya ödənilməlidir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh iddia tələblərinin əsası kimi İddiaçı1 ilə aralarında bağlanılmış 25 saylı xx xxxxxx 2018-ci il tarixli alqı - saqtı müqaviləsindən irəli gələn tələblərin onlar tərəfindən icra edilərək malların alınması ilə əlaqədar 204988.68 (iki yüz dörd min doqquz səksən səkkiz, 68 qəpik) manat və 55550,00 ABŞ dolları məbləğində pul vəsaiti satıcı olaraq İddiaçı1nə ödənilməsinə baxmayaraq satıcı olaraq bu günə kimi İddiaçı1 tərəfindən satılması nəzərdə tutulan mallar onlara təhvil verilməməsi göstərilmişdir. Bunda əlavə, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.1.1 – ci maddəsinə uyğun olaraq qeyd olunan mallar satıcı olaraq İddiaçı1 tərəfindən 15 gün ərzində alıcı Cavabdehnə təhvil verilmədiyindən SOCAR qarşısında öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40000 manat dəyərində yağ filtirlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışlar. Bundan əlavə, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, malların dəyərini təşkil edən pul vəsaitindən 55550,00 ABŞ dolları isə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətindən çıxararaq həmin bankda nağd şəkildə İddiaçı1 əməkdaşına verilmişdir. Bu faktı onlar ərizələrində şahidlərin ifadəsi ilə təsdiq edəcəklərini bildirmişlər. Bundan əlavə, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı1 ilə aralarında bağlanılmış müqaviləyə əsasən malların alınmasına dair onlar tərəfindən ödənilmiş 204988.68 manatın və 55550,00 ABŞ dolları məbləğində pul vəsaitinin malların onlara bu günə kimi verilməməsi səbəbindən geri qaytarılması barədə guya dəfələrlə danışıqlar aparılsa da heç bir müsbət nəticə verməmişdir. Cavabdeh təqribən 2018 – ci ilin iyun - iyul ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nəqliyyat vasitələrinə yağ filtirlərinin təmin edilməsi ilə əlaqədar keçirmək istədiyi açıq tenderdə iştirak etmişdir. Həmin tenderdə qalib gəldiyi üçün şirkətin rəhbəri Eldar Hacıbəyli İddiaçı1nə müraciət edərək bu filtirləri vaxtaşırı lazım olduqca sifariş verməklə alacağını bildirmişdir. Cavabdeh rəhbəri Eldar Hacıbəylinin bildirdiyinə görə tenderin ümumi qiyməti 650000 manat olmuşdur. Aralarında əldə edilmiş şifahi razılaşmaya əsasən şirkət alınacaq malların həcmini tenderin ümumi dəyərinə uyğun şəkildə xarici ölkədən sifariş verərək gətirməli idi. Eyni zamanda alıcı şifahi razılaşma zamanı satıcı olaraq İddiaçı1nə bildirmişdir ki, alacağı mallardan davamlı olaraq bizim anbarlarında olmalıdır ki, tender üzrə operativ xidmət təminatı ilə əlaqədar onların əllərində həmin anda belə mallar olsun. İddiaçı1 bu səbəbdən vəziyyəti nəzərə alaraq onlara satacağı malların sifarişini istehsalçı şirkətlərdən əlavə olaraq da etmişdir. Tenderin qiymətinə uyğun İddiaçı1 tərəfindən Türkiyə Respublikasında yerləşən istehsalçı şirkətdən 650000 manat dəyərində nəqliyyat vasitələri üçün filtirlər gətirilsə də alıcı Cavabdeh həmin malların yarısından bir az artığını yəni 349468.57 manat dəyərində malları İddiaçı1ndən almışdır. Alıcı digər qalan malların alışını tenderi keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həmin mallara daha ehtiyac olmaması səbəbindən imtina etmişdir. Hazırda da həmin malları bir hissəsi satılsa da qalan hissəsi davamlı satılan mal olmadığı və xüsusi olaraq həmin tenderin tələbi üçün alınmalı mallar olduğu üçün satılmadığından şirkətin anbarında saxlanılmaqdadır. Gətirilən bütün mallar gömrük bəyannamələri əsasında bəyan edilməklə keçirilmişdir. “X5. Ve Tic. A.Ş” ilə xx.xx.2018- ci il tarixli distrybuterlik müqaviləsinə əsasən, „Delsa” markalı filtirlərini Azərbaycan Respublikasına gətriməklə onların ölkədə satışını icra etmək şirkətə həvalə edilmişdir. Bu malların başqa şirkətlər tərəfindən ölkəyə gətirilməsi yeganə distrubyuter olduğu üçün mümkün deyildir. Sözügedən razılaşmanın icrası məqsədilə İddiaçı1 ilə Cavabdeh arasında 025 saylı, xx xxxxxx 2018-ci il tarixdə alqı - saqtı müqaviləsi imzalanmışdir. Həmin müqavilənin 4.1.1–ci bəndinə əsasən, mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin alıcı tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində təhvil-qəbul sənədi əsasında Alıcıya təhvil verir. Alıcı Cavabdeh tərəfindən tender şərtlərinə uyğun olaraq ehtiyac yarandıqca edilmiş şifarişləri müqavilə şərtlərinə uyğun olaraq onlara təhvil verilməklə xx.xx.2018 – ci il tarixli 248788 saylı, xx.xx.2018 – ci il tarixli 111128 saylı, xx.xx.2019 – cu il tarixli 070193 saylı, xx.xx.2019 – cu il tarixli 637125 saylı və xx.xx.2019 – cu il tarixli 721074 saylı elektron qaimələr əsasında 349468.57 manat dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çesidlərdə yağ filtirlərinə aid mallar Cavabdehnə satılmışdır. Cavabdeh onlara satılmış malların dəyərindən 204988.68 manat ödəmə etsə də, 144479.89 manat borc bu günə kimi ödənilməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddia tələblərinin əsası kimi İddiaçı1 ilə aralarında bağlanılmış 25 saylı xx xxxxxx 2018-ci il tarixli alqı - saqtı müqaviləsindən irəli gələn tələblərin onlar tərəfindən icra edilərək malların alınması ilə əlaqədar 204988.68 manat və 55550,00 ABŞ dolları məbləğində pul vəsaiti satıcı olaraq İddiaçı1nə ödənilməsinə baxmayaraq satıcı olaraq bu günə kimi İddiaçı1 tərəfindən satılması nəzərdə tutulan mallar onlara təhvil verilməməsi göstərilmişdir. Cavabdeh bu tələbi tamamilə əsassız və absurd bir tələbdir. Belə ki, xx.xx.2018 – ci il tarixli 248788 saylı, xx.xx.2018 – ci il tarixli 111128 saylı, xx.xx.2019 – cu il tarixli 070193 saylı, xx.xx.2019 – cu il tarixli 637125 saylı və xx.xx.2019 – cu il tarixli 721074 saylı elektron qaimələr əsasında 349468.57 manat dəyərində mallar təhvil verildikdən sonra onların elektron vergi kabinetinə rəsmi olaraq göndərilmişdir. Cavabdeh tərəfindən həmin qaimələr üzrə 5 gün müddətində hər hansı narazılıqlar olmadığı üçün qəbul edilmiş və onlar tərəfindən də 204988.68 manat satılmış mallara görə ödənişlər edilmişdir. Cavabdeh guya ki, İddiaçı1 tərəfindən malların onlara təhvil verilməməsi ilə bağlı tələbi də əsassızdır. Hər dəfə mallar onlara təhvil verilərkən iki nüsxə şəklində təhvil sənədləri çıxarılmış və şirkətin direktoruna imza etdirib möhürlə təsdiq edərək qaytarmaq adı ilə onlar tərəfindən götürülsə də sonradan malların təhvil qaimələri İddiaçı1 qaytarılmamışdır. Onlara bu barədə dəfələrlə bildirilməsinə baxmayaraq qarşılıqlı və davamlı ticarət normal münasibətlər çərşivəsində davam etməsi səbəbindən aralarında narazılıq olmasın deyə bu sənədin tələb olunması sonradan ciddiyə alınmamışdır. Bundan əlavə, xx xxxxxx 2018-ci il tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Eyni zamanda Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. İddiaçı1 bu qaydalarda göstərilən tələblər əsasında elektron qaimələri mal təhvil veridiyi gün Cavabdeh Vergi elektron qaimə kabinetinə göndərmişdir. Malın və ya xidmətin icra edilməsindən sonra elektron qaimə Satıcı tərəfindən Alıcıya göndərildikdən beş gün müddətində həmin qaiməyə münasibətini elektron sistem üzrə bildirməsi imkanı tanınmışdır. Qeyd edilən müddət ərzində alıcı tərəfindən qaimə dəqiqləşdirmə üçün geri göndərilmədikdə Vergi orqanları tərəfindən həmin qaimə sistem üzərindən Alıcının elekrton kabinetinə yerləşdirilməsi aparılır. Nazirlər Kabinetinin Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarına belə anlaşılır ki, hər hansı Satıcı bir təşkilat yalnız o halda elektron qaimə göndərməlidir ki, mal, iş və xidmət artıq icra edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tender üzrə öhdəliklərinin müqavilə üzrə tamiamilə icra etmişdir. Həmin malların əksər hissəsi İddiaçı1ndən alınmış, bir qismi də başqa marka olaraq digər satış yerlərindən alınaraq onlara təhvil verilmişdir. Cavabdeh İddiaçı1ndən almış olduğu malları SOCAR-a deyil ona xidmət göstərərən bir neçə törəmə şirkətlərə təhvil vermişdir. Belə olan halda Cavabdeh malların təhvil verilməməsi barədə tələbi əsassızdır. Bundan əlavə, Cavabdeh malların dəyərindən 55550,00 ABŞ dolları məbləğində pul vəsaiti satıcı olaraq İddiaçı1nə bankda nağd ödənilməsi tələbi də tamamilə əsassızdır. Belə ki, Cavabdeh ilə İddiaçı1 arasında malların alqı-satqısı ilə bağlı bağlanmış müqavilə və bu müqavilədən irəli gələn vəzifələri rəsmi münasibətlər çərçivəsində həyata keçirilmişdir. Belə olan halda şirkət olaraq hazırkı müqavilə öhdəliklərindən irəli gələn münasibətlərin qeyri-rəsmi müstəvidə davam etdirilməsi mümkün deyildir. Eyni zamanda normativ akta əsasən Azərbaycan Respublikasında tədiyyə vasitəsi yalnız manat hesab olunur. Belə olan halda Cavabdeh iddia tələbində bu nörmanın tələblərini pozduğunu bildirməklə yanaşı İddiaçı1 də bu əsassız tələbləri qarşısında qanun pozuntusunu törətmiş olduğunu iddia etməkdədir. Qarşılqlı iddia tələbi üzrə onların bu tələbini absurd və əsassız hesab edir. Cavabdeh qarşılıqlı iddia ərizəsində digər əsas üzrə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.1.1–ci maddəsinə uyğun olaraq qeyd olunan mallar satıcı olaraq İddiaçı1 tərəfindən 15 gün ərzində alıcı Cavabdehnə təhvil verilmədiyindən SOCAR qarşısında öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40000 manat dəyərində yağ filtirlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışlar. Cavabdeh bu tələbini də əsassız hesab edir. Belə ki, müqavilənin 4.1.1–ci bəndində əsasən, mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin alıcı tərəfindən edilən sifariş əsasında 15 (on beş) iş günü ərzində təhvil-qəbul sənədi əsasında Alıcıya təhvil verir. Müqavilənin bu bəndinin tələbi alıcı tərəfindən sifariş keçilməsindən sonra malların müəyyən edilmiş müddət daxilində alıcıya təhvil verilməsini şərtləndirməkdədir. Cavabdeh tərəfindən bu günə kimi səsləndirilən hazırkı tələb ilə əlaqədar İddiaçı1nə hər hansı bir pretenziya bildirilməmişdir. Çünki onlar özləri də bilirdilər ki, qeyd etdiyi kimi əvvəlcədən əldə olunmuş şifahi razılıq əsasında İddiaçı1 onların sifarişlərindən müəyyən qədər əlavə mallar da gətirməli idi ki, təcili hallarda şirkət tenderdə üzərinə götürdüyü öhdəliyi lazımınca və vaxtında icra edə bilsin. Bundan əlavə, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı1 ilə aralarında bağlanılmış müqaviləyə əsasən malların alınmasına dair onlar tərəfindən ödənilmiş 204988.68 manatın və 55550,00 ABŞ dolları məbləğində pul vəsaitinin malların onlara bu günə kimi verilməməsi səbəbindən geri qaytarılması barədə guya dəfələrlə danışıqlar aparılsa da heç bir müsbət nəticə verməmişdir. Cavabdeh bu tələbini də əsassız və absurd hesab edir. Belə ki, Cavabdeh bildirir ki, guya onlar tərəfindən ödənilmiş pul vəsaitlərinin dəfələrlə onlara qaytarılması barədə danışıqlar aparılmışdır. Cavabdeh tərəfindən hazırda olunan bu pritenziya ilə əlaqədar ilk dəfə məhkəmədə məlumatlı olmuşdur. Bu pritenziya ilə əlaqədar onlar tərəfindən aralarında müqavilənin bağlanılmasından keçən 2 il müddətində bir dəfə də olsun narazılıq yaranması barədə İddiaçı1nə xəbərdarlıq edilməmişdir. Əslində isə şirkətin rəhbərliyi və digər səlahiyyətli şəxsləri onlarla hazırkı borcun ödənilməsi barədə dəfələrlə telefon danışıqları və görüşlər keçirməsinə baxmayaraq onlar bu borcu müəyyən zamanla ödəyəcəklərinə söz vermələrinə baxmayaraq sonradan müxtəlif bəhanələr gətirərək ödənişi etməkdən yayınmışlar. Sonuncu dəfə bu ilin may-iyun aylarında onların Nobel prospektində yerləşən mərkəz ofislərində şirkətin direktoru və digər əməkdaşları tərəfindən iki dəfə görüşdükdən sonra münasibətlər gərginləşmiş və bunun nəticəsində Cavabdeh rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin bir neçə idarə və bölmələrinə iftira xarakterli əsassız şikayətlər göndərilmişdir. Cavabdeh şikayət ərizələri araşdırılmış orada yazılanların uydurma və cəfəngiyyat olduğu, şikayətlərində göstərilən halların əsassız və iftira xarakterli olduğu ortaya çıxmışdır. Cavabdeh rəhbərliyinin şirkətə borclu olmasına baxmayaraq İddiaçı1nə qarşı son etdiyi əsassız şikayət xarakterli müraciətləri İddiaçı1 onlara qarşı məhkəmə müstəvisində iddia qaldırmağa, borclarını qanuni əsaslarla aralarında olan sənədlər əsasında tələb etməyə yönəltmişdir. Sonda ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən Cavabdeh tərəfindən nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinin həmin şirkətə verilməsinə dair üzərinə öhdəlik götürülmüşdür. Eyni zamanda həmin malların Cavabdehndən alınması qərarına gəlinmiş və beləliklə, nizamnamə əsasında fəaliyyət göstərən direktor X1 şəxsində Cavabdeh ilə nizamnamə əsasında fəaliyyət göstərən baş direktor X2 şəxsində İddiaçı1 arasında Malların alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli, 025 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “bu müqavilənin predmetini sifarişlərdə əks etdirilərək mühərrik sənaye, sütkü yağları və digər avtomobil ehtiyyat hissələrinin “Satıcı" tərəfindən “Alıcı"ya satılması, “Alıcı" tərəfindən isə həmin mallar qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini təşkil edir". Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, "bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçirilənədək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyyat hissələrinin haqqı “Satıcı” tərəfindən təqdim ediləcək hesab-faktura və qaimə-fakturalar əsasında 30 (otuz) təqvim günü ərzində "Alıcı" tərəfindən köçürmə yolu ilə "Satıcı"ya ödənilir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən, "mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyyat hissələrinin “Alıcı" tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində təhvil-qəbul sənədi əsasında "Alıcı"ya təhvil vermək “Satıcı”nın vəzifəsidir. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən, "bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyyat hissələrini təhvil-qəbul sənədi əsasında “Satıcı"dan qəbul etmək və qəbul etdiyi mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyyat hissələrinin haqqını bu müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ödəyir”. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, "Satıcı" bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyyat hissələrinin "Alıcı"ya təhvil verilməsini üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən cəmi məbləğin 0,1%-i miqdarında "Satıcı"ya cərimə ödəyir". Tərəflər arasında bağlanmış qeyd olunan müqaviləyə əsasən, satılması nəzərdə tutulan nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinə görə Cavabdeh tərəfindən ilkin olaraq 204988,68 manat məbləğində pul vəsaiti İddiaçı1nə köçürülmə yolu ilə verilmiş və bu işin mübahisəsiz halıdır. Belə ki, həmin məbləğin köçürüldüyü köçürülmə sənədləri ilə təsdiq edildiyindən İddiaçı1 həmin məbləğin ödənildiyini iddia ərizəsində də, etiraf etmək məcburiyyətində qalmışdır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının Cavabdeh həmin bankda olan hesabından xx xxxxxx 2019-cu il tarixli çıxarışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı1nə xx xxxxxx 2018-ci il tarixdə 65000,00 manat, xx xxxxxxx 2018-ci il tarixdə 3158,06 manat, xx xxxxxx 2019-cu il tarixdə 73000,00 manat, xx xxxx 2019-cu il tarixdə 29600,00 manat olmaqla cəmi 170758,06 mant məbləğində pul vəsaiti köçürülmüşdür. xx xxxxxx 2018-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından, xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxxxx 2018-ci il tarixli köçürülmənin həyata keçirilməsi haqqında bildirişlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1nə müvafiq olaraq 65000,00, 12000,45 və 268 manat olmaqla, cəmi 77268,45 manat köçürülmüşdür. xx xxxxxxx 2018-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı1nə 3158,06 manat köçürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığından və xx xxxxxx 2019-cu il tarixli köçürülmənin həyata keçirilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1nə müvafiq olaraq 73000,00 və 16634,17 manat olmaqla, cəmi 89634,17 manat köçürülmüşdür. xx xxxx 2019-cu il tarixli, 01 nömrəli ödəniş tapşırığından və xx xxxx 2019-ci il tarixli köçürülmənin həyata keçirilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1nə müvafiq olaraq 29600,00 və 5328 manat otmaqla, cəmi 34928,00 manat köçürülmüşdür. Malların dəyərini təşkil edən pul vəsaitindən 55550,00 ABŞ dolları isə Bank “xxxx” ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verilmişdir. Bank “xxxx” ASC-dən çıxarılan 55550,00 ABŞ dollarına dair bank qəbzi mövcuddur. Eyni zamanda Bank “xxxx” ASC-nin əməkdaşları 55550,00 ABŞ dollarının Cavabdeh tərəfindən İddiaçı1nə nağd şəkildə verilməsinin şahidi olmuşlar. Həmçinin, Bank “xxxx” ASC-dən çıxarılmış 55550,00 ABŞ dollarının həmin bankda Cavabdeh tərəfindən İddiaçı1nə nağd şəkildə verilməsini Bankın müşayiət kameralarından çıxarışlar etməklə də təsdiq etmək mümkündür. Bundan başqa məhkəmənin diqqətinə çatdırılır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq qeyd olunan mallar Satıcı İddiaçı1 tərəfindən 15 iş günü ərzində Alıcı Cavabdehnə təhvil verilmədiyindən, SOCAR qarşısındakı öhdəliklərinə görə nəqliyyat vasitələrinə aid 40000,00 manat dəyərində yağ filtrlərini başqa mənbələrdən almaq məcburiyyətində qalmışdır. Beləliklə, yağ fıltrlərinin alqı-satqısına görə müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər yerinə yetirilərək Cavabdeh tərəfindən İddiaçı1nə 204988,68 manat və 55550,00 ABŞ dolları məbləğində pul vəsaiti verilsə də, Satıcı İddiaçı1 tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməyərək satılması nəzərdə tutulan mallar bu günədək Alıcı Cavabdehnə təhvil verilmişdir. Satıcı İddiaçı1ndən müqavilə ilə nəzərdə tutulan malların Cavabdehnə təhvil verilməsi, əks halda Cavabdeh tərəfindən həmin İddiaçı1nə ödənilmiş 204988,68 manatın və 55550,00 ABŞ dollarının tələb edilməsi istiqamətində aparılan danışıqlar isə heç bir müsbət nəticə verməmişdir. İddiaçı1 iddia ərizəsində 349468,57 manat dəyərində nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ fıltrlərinin Alıcı Cavabdehnə təhvil verilməsi iddia etsə də, müqavilənin 4.1.1-ci maddəsinə uyğun olaraq həmin malların təhvil verildiyini təsdiq edən təhvil- qəbul sənədini məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən, “Satıcı” İddiaçı1 nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ fıltrlərinin “Alıcı” Cavabdehnə təhvil verilməsini üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən məbləğin 0,1 %-i miqdarında cərimə ödəməlidir. Lakin, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü maddəsinə əsasən, bu müqavilənin 5.2 - 5.3-cü maddələrində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 faizindən artıq ola bilməz. “Alıcı”nın sifarişinə əsasan təhvil-qəbul sənədi əsasında mallar İddiaçı1 tərəfindən 2018-ci ilin avqust ayında təhvil verilməli idi, o halda həmin vaxtdan hazıradək keçən 2 il müddətində “Satıcı” '‘İddiaçı1” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Alıcı” Cavabdehnə ödəməli olduğu cərimə borcu müqavilənin 5.4-cü maddəsinə uyğun olaraq 5 (beş) faizlə hesablanmaqla 16971,184 manat təşkil edir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın surətlərindən görünür ki, İddiaçı1 xx xxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2018-ci il tarixli 025 saylı Malların alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı1 tərəfindən sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyyat hissələrinin Cavabdehnə satılmasını, Cavabdeh tərəfindən isə həmin mallar qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər. xx xxxxxxx 2018-ci il tarixli EAAN seriyalı 111128 saylı, xx xxxxxx 2018-ci il tarixli EAAL seriyalı 248788 saylı, xx xxxx 2019-cu il tarixli EAAW seriyalı 070193 saylı, xx xxxxxxx 2019-cu il tarixli EBAA seriyalı 637125 saylı, xx xxxxxxx 2019-cu il tarixli EBAA seriyalı 721074 saylı elektron qaimələrin surətlərindən görünür ki, İddiaçı1 tərəfindən müvafiq olaraq 109046,24 manat, 80426,51 manat, 90516,14 manat, 10373 manat, 59106,68 manat olmaqla, cəmi 349468,57 manat dəyərində mal Cavabdehnə satılmışdır. xx xxxxxx 2018-ci il tarixli 01 saylı, xx xxxxxxx 2018-ci il tarixli 01 saylı, xx xxxxxx 2019-cu il tarixli 01 saylı, xx xxxx 2019-cu il tarixli 01 saylı ödəniş tapşırıqlarının, xx xxxxxx 2018-ci il tarixli **********175865 saylı, xx xxxxxxxx 2018-ci il tarixli **********225460 saylı, xx xxxxxx 2019-cu il tarixli **********618390 saylı Köçürmənin aparılması haqqında bildirişlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı1 hesabına müvafiq olaraq 65000 manat, 3158,06 manat, 73000 manat, 29600 manat, 12000,45 manat, 268 manat və 16634,17 manat olmaqla, cəmi 204988,68 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli 025 saylı Malların alqı-satqısı barədə müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı1 tərəfindən sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyyat hissələrinin Cavabdehnə satılmasını, Cavabdeh tərəfindən isə həmin mallar qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı1 tərəfindən müvafiq olaraq 109046,24 manat, 80426,51 manat, 90516,14 manat, 10373 manat, 59106,68 manat olmaqla, cəmi 349468,57 manat dəyərində mal Cavabdehnə satılmış, Cavabdeh tərəfindən İddiaçı1 hesabına müvafiq olaraq 65000 manat, 3158,06 manat, 73000 manat, 29600 manat, 12000,45 manat, 268 manat və 16634,17 manat olmaqla, cəmi 204988,68 manat pul ödənilmişdir. Cavabdeh İddiaçı1nə alqı-satqı müqaviləsinə əsasən 144479,89 manat borcu qalmışdır. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə İddiaçı1 öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində İddiaçı1 Cavabdehndən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə İddiaçı1 qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia, əsas borca aid hissədə iş materiallarında olan elektron qaimələrlə və ödəniş tapşırıqları ilə təsdiq olunduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilənin 5.3-cü bəndinə əsasən Cavabdeh bu müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0.1%-i miqdarında İddiaçı1nə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 7223,99 manat dəbbə pulu məbləği yaranmış 144479,89 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 3000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Qarşılıqlı iddia ərizəsində İddiaçı1 tərəfindən malların Cavabdehnə təhvil verilməməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan elektron qaimələrin surətlərindən göründüyü kimi İddiaçı1 tərəfindən ümumilikdə 349468,57 manat dəyərində olan malın Cavabdehnə satılması barədə elektron qaimə təqdim edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə əsasən həmin elektron qaimələrdəki göstərilən mallar İddiaçı1 tərəfindən Cavabdehnə verilmiş hesab olunur. Cavabdeh tərəfindən isə bunun əksini, yəni elektron qaimələrə etiraz bildirmələrini, malların qaytarılmasını, habelə həmin elektron qaimələrin Cavabdeh tərəfindən qəbul edilməməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, Cavabdeh tərəfindən İddiaçı1 hesabına ödənilmiş pul vəsaitlərinə dair ödəniş tapşırıqlarında ödənişin əsası kimi İddiaçı1 tərəfindən verilmiş elektron qaimələrə istinad edilmişdir. Eyni zamanda, qarşılıqlı iddia ərizəsində 55550 ABŞ dolları məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı1nə nağd formada ödənilməsi qeyd edilsə də, bu barədə də hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, qarşılıqlı iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından qarşılıqlı iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, Cavabdehndən 144479.89 (ƏDV daxil) manat əsas borc, 3000 manat cərimə pulu tutularaq İddiaçı1nə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi iddia tələbinin 97,2 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,16 manat məbləği Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1nə ödənilməli, qalan 0,84 manat məbləği isə İddiaçı1nə aid edilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 144479.89 (ƏDV daxil) manat əsas borc, 3000 manat cərimə pulu tutularaq İddiaçı1nə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 29,16 manat məbləği Cavabdehndən tutularaq İddiaçı1nə ödənilsin, qalan 0,84 manat məbləği isə İddiaçı1nə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1772/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1772/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver