Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1774/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MTK Cavabdeh1 qarşı “ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 670.990,0 manat məbləğində ödənilmiş pul vəsaitinin tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, 23.07.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini, 670.990,0 manat məbləğində ödənilmiş pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 hazırkı iş üzrə icraata digər cavabdeh qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 266 saylı sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rixard Zorge və Kövkəb Səfərəliyeva küçəslərinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşürnə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi iddiaçıya həvalə edilmişdir. Cavabdeh1 təsisçi kimi cəmiyyətin gələcəkdə əldə ediləcək xalis mənfəətinin olması ehtimalına əsaslanaraq əldə ediləcək xalis mənfəətin əvəzi olaraq qabaqcadan iki dəfəyə olmaqla nümayəndəsi Cavabdeh2 vasitəsilə 670.990,0 manat pul vəsaitini əldə etmişdir. Lakin cəmiyyət və kooperativ 2018 və 2019-cu ilin nəticəsinə görə heç bir mənfəət əldə etməmiş və nəticədə heç bir xalis gəliri olmamışdır. Cəmiyyət Kooperativə çevrildikdə cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 Kooperativin üzvü və payçısı olmamışdır. Həmin vaxtadək Cavabdeh1 payı 2 pay, 2 manat məbləğində olmuşdur. Cavabdeh1 cəmiyyətin fəaliyyəti dövründə kassaya hər hansı bir pul vəsaiti verməmiş və eyni zamanda cəmiyyətin kreditor borcunda onun adına hər hansı borc olmamışdır. Belə olduğu təqdirdə cəmiyyətin nizamnaməsinə zidd olaraq kassa məxaric orderləri üzrə Cavabdeh1 ödənilmiş pul vəsaitinin verilməsi üçün heç bir əsas olmamışdır. Həmin pul vəsaiti cəmiyyətin debitor borcu kimi qalmışdır. Cəmiyyət-kooperativ 2019-cu təsərrüfat ilini mənfəətlə deyil, zərərlə başa vurmuşdur. Cavabdeh1 nəticədə əsassız varlanmışdır. Mühasibat balansında isə Cavabdeh1 cəmiyyətə ümumilikdə 670.990 manat debitor borcu yaranmışdır. Belə olduğu təqdirdə cəmiyyətin hüquqi varisi kimi İddiaçı MTK cavabdehlərdən ona əsassız olaraq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, heç bir nəticə olmamış və hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cəmiyyət 2 il ərzində fəaliyyət göstərmiş, həmin illəri də mənfəətlə deyil, zərərlə başa vurmuşdur, bu səbəbdən həmin illər ərzində xalis mənfəət bölüşdürülməmiş, bu barədə Ümumi yığıncağın qərarı olmamışdır. Bundan əlavə, Cəmiyyət tərəfindən təsisçilərdən hər hansı birinə dividend ödənilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cəmiyyət Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə ona dividend ödəmiş, həmin dividend təkcə Cavabdeh1 deyil, cəmiyyətin digər təsisçilərinə də ödənilmişdir. Həmin xalis mənfəət Ümumi yığıncağın qərarı olmadan təsisçilərə verilsə də, onlardan geri tələb edilə bilməz, belə ki, qanunvericilikdə dividendin geri alınması əsasları öz əksini tapmamışdır. Bundan əlavə, Cəmiyyət tərəfindən iddia ərizəsinə əlavə edilmiş audit rəyi ilə də razı deyil, belə ki, həmin rəydə Cavabdeh1 tərəfindən Cəmiyyətə hər hansı pul vəsaitinin mədaxil edilmədiyi göstərilmiş, halbuki Cavabdeh1 tərəfindən Cəmiyyətin kassasına ayrı-ayrılıqda 136000 və 6800 manat məbləğində pul mədaxil edilmiş, lakin bu zaman tərəflər arasında qarşılıqlı etimad olduğundan bu barədə hər hansı sənəd tələb edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə iclasında Cavabdeh2anın nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 təmsil etmiş, Cəmiyyət tərəfindən ödənilmiş 670990 manat məbləğində pul vəsaiti Cavabdeh2 tərəfindən 2 ədəd qəbzə imza edilməklə alınmış, daha sonra həmin vəsait Cavabdeh1 ödənilmişdir. Bu səbəbdən iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şəhadətnaməsinin surətinə əsasən həmin MMC 24.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti barədə dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 həmin MMC-nin 10 faiz paya malik olan təsisçisi olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Bakı Kommersiya Məhkəməsinin 25.06.2021-ci il tarixli məktubuna verdiyi 06.07.2021-ci il tarixli məktubuna əsasən, Cavabdeh1 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlükdən çıxması barədə qeyd 06.12.2019-cu ildə hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. İddiaçı MTK-nın Nizamnaməsindən görünür ki, Kooperativ 24.05.2017-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Kooperativ 24.05.2017-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfinədn dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Kooperativin tam adı İddiaçıdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli məktubuna verdiyi 20 aprel 2021-ci il tarixli **********398900 nömrəli məktubundan aydın olur ki, İddiaçı MMC ümumi yığıncağın 25.11.2019-cu il tarixli qərarına əsasən təşkilati-hüquqi forması dəyişərək İddiaçı MTK-ya çevrilmişdir. İddiaçı MMC-nin Təsisçilərinə dair 06 dekabr 2019-cu il tarixli Auditor rəyindən görünür ki, 28 noyabr 2019-cu il tarixə “Cəmiyyət”in xalis aktivlərinin təsisçilərindən olan Cavabdeh1 düşən pay məbləği 18.54 manat təşkil edir. 06.12.2019-cu il tarixli və 03.12.2019-cu il tarixli dublikat çeklərindən görünür ki, Cavabdeh1 5.34 manat və 14.00 manat pul köçürülmüşdür. İddiaçı MMC-nin 25 noyabr 2019-cu il tarixli təsisçilərin ümumi yığıncağının protokolundan görünür ki, .......Cavabdeh1 (nizamnamə kapitalında 2 manat, 2 pay, pul şəklində) ....... keçirilən ümumi yığıncağında iştirak etməyərək yeni yaranan Mənzil Tikinti Kooperativin üzvü olmaq hüququndan istifadə etmədiyi üçün müstəqil auditor cəlb edilərək Cəmiyyətin aktivləri barədə balans tərtib edildikdən sonra onların pay nisbətinə uyğun əmlak və ya pul şəklində hesablanaraq onlara qaytarılmasının təmin edilməsi icra orqanına həvalə edilmiş, təsis payları nisbətində onlara çatmalı əmlak və ya pul onlara təqdim edildikdən sonra həmin fiziki şəxslərin hüquqi şəxsdə təsisçilik hüquqlarına xitam verilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 iyul 2019-cu il tarixli məktubdan məlum olur ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva küçəsində olan qeyri-yaşayış binasının alınması üçün 6.000.000 ABŞ dolları tələb olunan pul vəsaitinin təsisçilərin nizamnamə kapitalında olan mayalarına uyğun - Cavabdeh1 10% (600.000,0 ABŞ dolları) məbləğində 01.08.2019-cu il tarixə kimi İddiaçı MMC-nin hesabına ödənilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaçının 18.07.2019-cu il tarixli məktubuna cavab olaraq 600.000,0 ABŞ dolları məbləğində pul vəsaitini hazırda ödəyə bilmədiyini qeyd etmişdir. 22.07.2019-cu il tarixli, AR – İ saylı 763031 nömrəli notarial qaydada təsdiq edilmiş etibarnamənin surətinə əsasən Cavabdeh1 tərəfindən .... bütün şəxslərdən, müəssisələrdən .... ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, məktubları, sənədləri almağı, adına olan firma və MMC-lərlə əlaqədar istənilən əməliyyatları aparmağı, adından və təsisçisi olduğu firma və MMC-lər adından bütün idarə və təşkilatlarda ... onu təmsil etməyi Cavabdeh2 etibar etmişdir. Həmin etibarnamənin müddəti 22.07.2022-ci il tarixədək müəyyən edilmişdir. BBB-468 nömrəli, 03.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 633590,00 manat məbləğində pul ödənilmişdir. BBB-583 nömrəli, 05.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 37.400,00 manat məbləğində pul ödənilmişdir. RM Audit tərəfindən tərtib olunmuş 18 noyabr 2020-ci il tarixli audit rəyində qeyd edilmişdir ki, Cəmiyyət və Kooperativ 2018 və 2019-cu ilin nəticəsinə görə mənfəət əldə etməmiş, nəticədə heç bir xalis gəliri olmadığından, cəmiyyət kooperativə çevrildikdə cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 kooperativin üzvü və payçısı olmamış və həmin tarixə kimi onun təsis payı 2 pay, 2 manat məbləğində olmuş, Nizamnaməyə əsasən isə vergilər və digər məcburi ödənişlər edildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülməsinə əsaslanaraq cəmiyyətin fəaliyyəti dövründə onun tərəfindən cəmiyyətin kassasına hər hansı bir pul vəsaitinin verildiyi təsdiq edilməmiş, eyni zamanda cəmiyyətin kreditor borcunda onun adına hər hansı borcun olması müəyyən edilməmiş, belə olan halda cəmiyyətin təsisçisi olmuş, Cavabdeh1 nizamnaməyə əsasən 05 avqust 21091-cu il tarixdə 37400 manat pul vəsaitinin verilməsi üçün heç bir hüquqi əsas olmamış. Həmin pul vəsaiti məbləği cəmiyyətdə debitor borc kimi qalmaqdadır və həmin pul vəsaitinin verilməsi cəmiyyətin nizamnaməsinə uyğun olmadığından, pul vəsaitinin cəmiyyətin hüquqi varisi olan İddiaçı MTK-nın bank hesabına və ya kassasına qaytarılması Cavabdeh1 tələb edilməlirdir. Digər şəxs olan Cavabdeh2 verilmiş 633590 manat pul vəsaitinin verilməsi üçün Cəmiyyətin onun qarşısında öhdəliyinin olmasını təsdiq edən heç bir rəsmi sənəd mövcud olmamışdır. Cəmiyyətin təsisçisi olmuş Cavabdeh1 həyat yoldaşı kimi Cavabdeh2 pul vəsaiti birincinin cəmiyyətdə təsisçisi olması səbəbindən əldə ediləcək xalis mənfəətin olmasına əminlik yaratmasına ehtimala əsaslanaraq verildiyi, lakin məlum olduğu kimi cəmiyyət-kooperativ 20119-cu təsərrüfat ilini mənfəətlə deyil, zərərlə başa vurmuş, eyni zamanda təsisçi kimi Cavabdeh1 tərəfindən və X1 tərəfindən 2018 və 2019-cu ildə cəmiyyətə digər formada hər hansı bir pul vəsaiti verilməmiş və cəmiyyətin mühasibat uçotunda onların adında kreditor borcun olmadığı təsdiq edilmiş, əksinə cəmiyyətin ilin yekununa görə tərtib və təsdiq edilmiş Mühasibat Balansında təsisçinin cəmiyyətə 670990 manat debitor borcu mövcud olmuşdur. Cəmiyyətin ilin yekununa görə təsdiq edilmiş hesabatlarına əsasən heç bir mənfəət və xalis gəliri olmadığından, cəmiyyət tərəfindən verilmiş 670 990 manat pul vəsaitinin verilməsi əsassızdır və qeyd edilən pul vəsaitinin cəmiyyətin hüquqi varisi olan İddiaçı MTK-nın bank hesabına və ya kassasına qaytarılması tələb edilməlidir. Audit rəyi "xxxx" MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 65.1.2-cü maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları mənfəət bölgüsündə iştirak edə bilər. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 87.9-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir. 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 90-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Normadan açıq-aşkar göründüyü kimi əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxs məhz məhrum olanın hesabına əmlak, əmlak hüquqları və ya qanunla qorunan hər cür maddi fayda əldə etməli və ya məhrum olan şəxs məhz əsassız varlanan şəxsin xeyrinə hansısa əmlakından, əmlak hüquqlarından və ya faydasından (gəlirindən) məhrum olmalıdır. Bundan başqa, normanın dispozitiv şərtlərindən də göründüyü kimi əsassız varlanmanı sübut etmə yükü iddiaçının üzərinə düşür və iddiaçı bu zaman aşağıdakı 3 (üç) halı sübut etməlidir.
1. əmlakından və ya əmlak hüququndan məhrum olmuşdur;
2. əldə edən məhz onun hesabına, məhz ona məxsus olan əmlak və ya əmlak hüququnu əldə etmişdir;
3. əldə etmək üçün hər hansı hüquqi əsas olmamışdır və ya həmin hüquqi əsas aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Mülki Məcəllənin tələbinə əsasən cəmiyyətin mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilməsinə baxmayaraq bu barədə ümumi yığıncağın qərarı olmadan İddiaçı MMC tərəfindən Cavabdeh1 gələcəkdə əldə ediləcək xalis mənfəətin olması ehtimalına əsaslananaraq 670990 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 öz izahatında Cavabdeh1 tərəfindən MMC-yə ayrıayrılıqda 136000 və 6800 manat məbləğində pulun mədaxil edildiyini göstərsə də, bunu təsdiq edən hər hansı sübutu Məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, iddiaçı iddia tələbində ödənilmiş pul vəsaitinin cavabdehlər tərəfindən ona müştərək qaydada qaytarılma olduğunu tələb etsə də, məhkəmə ödənilmiş pul vəsaitinin müştərək qaydada digər Cavabdeh2 də tutulmalı olması barədə iddiaçının dəlili ilə razılaşmır. Məhkəmə bununla bağlı qeyd edir ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən pul vəsaiti Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 verilmiş, sonuncu həmin pulu Cavabdeh1 təqdim etmişdir. Göstərilən xüsusat cavabdehlərin nümayəndələri tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Nəticə: Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 670990 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 670990 (altı yüz yetmiş min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MTK-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova