Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1778/2020 29.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı borcun tutulması tələbi haqqında kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizəyə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "Cavabdeh" MMC-dən 4700,03 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "İddiaçı" MMC-yə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki "İddiaçı" MMC ilə "Cavabdeh" MMC arasında tikinti mallarının alqı-satqısına dair xx.xx.2018-ci il tarixli UMC-18/06/18 saylı müqavilə bağlanmış, həmin müqavilə üzrə cavabdehin ona təhvil verilmiş mallara görə xx.xx.2020-ci il tarixə "İddiaçı" MMC-yə 4700,03 manat borcu yaranmışdır. Bu barədə cavabdehə pretenziya məktubu da təqdim edilmiş, lakin, cavabdeh bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək onlara olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-ci maddəsinin tələbinə görə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 152.1.2 və 152.1.4-cü maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, həmçinin kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş etibarnamə iddiaçı "İddiaçı" MMC-nin adından X1 tərəfindən Nümayəndə Məmmtağı oğlu və X2 notariusda təsdiq edilməklə verilmiş, halbuki etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Göründüyü kimi etibarnamə verilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı borcun tutulması tələbi haqqında kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. "İddiaçı" MMC-yə izah edilsin ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınması barədə sübut (poçt qəbzi) iddia ərizəsinə əlavə edildikdə, həmçinin hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verildikdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1778/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1778/2020
29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver