Məhkəmə qərarları › İş №e-2-2(113)-1779/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1779/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1779/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 12.092,94 AZN (on iki min doxsan iki manat 94 qəpik), ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq 11.610,00 EUR (on bir min altı yüz on avro, 00 sent) və 20.509,50 USD (iyirmi min beş yüz doqquz ABŞ dolları, 50 sent) məbləğindəəsas borcun, 2832 (iki min səkkiz yüz otuz iki) manat məbləğində cərimə-dəbbə pulunun, 10.000 (on min) manat əldən çıxmış fayda haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının və cavabdehin nümayəndəsi məhkəməyə tərəflərin öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirmişlər: Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdehnə arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1. Cavabdeh iddia tələbindəki 12.092,94 AZN (on iki min doxsan iki manat doxsan dörd qəpik), ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq 11.610,00 EUR ( on bir min altı yüz on Avro) və 20.509,50 USD (iyirmi min beş yüz doqquz ABŞ doları əlli sent) məbləğində əsas borc öhdəliyini etiraf edərək qəbul edir və qeyd edilən məbləği 31 avqust 2021-ci il tarixədək aşağıdakı qaydada 4 (dörd) hissədə ödəməyi öhdəsinə götürür. - İ Hissə - 31 may 2021-ci il tarixinə qədər ümumi borc məbləğinin 12.092,94 AZN (on iki min doxsan iki manat doxsan dörd qəpik) hissəsi - İİ Hissə - 30 iyun 2021-ci il tarixinə qədər ümumi borc məbləğinin ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq 5.805,00 EUR ( beş min səkkiz yüz beş avro) hissəsi - İİİ Hissə - 31 iyul 2021-ci il tarixinə qədər ümumi borc məbləğinin ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq 5.805,00 EUR ( beş min səkkiz yüz beş avro) hissəsi - İV Hissə - 31 avqust 2021-ci il tarixinə qədər ümumi borc məbləğinin ödəniş gününə manatın məzənnəsinə uyğun olaraq 20.509,50 USD (iyirmi min beş yüz doqquz ABŞ doları əlli sent) hissəsi 1.2 İddiaçı hazırki sazişin 1.1-ci bəndində göstərilən qaydada cavabdeh tərəfindən ödənişin həyata keçirildiyi təqdirdə iddia tələbinin 2.832,00 (iki min səkkiz yüz otuz iki) manat məbləğində cərimə-dəbbə pulunun, 10.000,00 AZN (on min manat) əldən çıxmış fayda haqqının və 30,00 (otuz manat) məbləğində dövlət rüsumu hissəsindən imtina edir. 1.3 Cavabdeh tərəfindən ödənişinin sazişin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən, yəni aylıq ödəniş üçün müəyyən edilmiş hər ayın 31-dən sonra 10 (on) təqvim günü müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal iddiaçının borc məbləğləri üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsasdır. 2.1 Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itirmiş hesab edilərsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissələrinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 Tərəflər bu saziş əsasında öz öhdəliklərini tam icra etdikdən sonra biri digərinə qarşı eyni predmet və əsaslar üzrə heç bir iddia tələbi irəli sürə bilməz. 2.3 Bu sazişin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.4 Bu Saziş sözügedən iş icraatında olan məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi və s. tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar