Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-178/2021 17.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X3, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı “MCB X12 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və X4 qarşı pulun ödənilməsi və müqavilənin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “MCB X12 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019 tarixli, LM 3xx/xx-2019 saylı X10 müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019 tarixli LM 3xx/xx-2019-01 saylı və xx.xx.2019 tarixli LM xx/xx-2019- 02 saylı razılaşma müqavilələri üzrə “xxxx” QSC-yə olan lizinq ödənişləri və cərimələr üzrə iddia verilən tarixə cəmi 56.475,37 manat manat məbləğində borc, gecikmə cərimələri üzrə 9200 manat, faiz/mükafat üzrə 4800 manat, əsas məbləğ üzrə 42.475,37 manat məbləğində pulun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və X1 müştərək qaydada tutulması, xx.xx.2019 tarixli LM 3xx/xx-2019 saylı X10 müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019 tarixli, LM 3xx/xx-2019-01 saylı və xx.xx.2019 tarixli LM 3xx/xx-2019-02 saylı razılaşma müqavilələri ləğv edilməklə lizinq obyektlərinin– 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyiсinin (qeydiyyat nömrəsi:110FY683; mühərrik A498BT118184680; şassi CLG2000ZHKT042321; seriya 0007120S190002269), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY685; mühərrik A498BT119103120; şassi CLG2000ZLKT043502; seriya 0007120S190009360), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY684; mühərrik A498BT119145508; şassi CLG2000ZHKT824599; seriya 0007161S190700513) və 01 ədəd “İsuzu NPR75KD” markalı furqon yük avtomobilinin (qeydiyyat nişanı: 99JF062; şassi JAANPR75KK7103405; mühərrik 0BB809) Cavabdeh1 MMC tərəfindən “xxxx” QSCyə geri qaytarılması haqqında məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” QSC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019 tarixli LM№3xx/xx-2019 saylı X10 müqaviləsinə və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019 tarixli LM№3xx/xx-2019-01 saylı və xx.xx.2019 tarixli LM№3xx/xx-2019-02 saylı Razılaşma müqavilələrinə əsasən Cavabdeh1 MMC öhdəliklərini lazımi qaydada icra etmir. Belə ki, lizinq müqaviləsi üzrə lizinq obyekti – 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi:110FY683;Mühərrik№A498BT118184680; Şassi№CLG2000ZHKT042321;Seriya№0007120S190002269), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyic(iqeydiyyat nömrəsi:110FY685; Mühərrik№A498BT119103120; Şassi№ CLG2000ZLKT043502; Seriya№0007120S190009360), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi:110FY684; Mühərrik№A498BT119145508; Şassi№ CLG2000ZHKT824599; Seriya№0007161S190700513) və 01 ədəd “İsuzu NPR75KD” markalı furqon yük avtomobili (Qeydiyyat nişanı:99JF062; Şassi№ JAANPR75KK7103405; Mühərrik№0BB809)(bundan sonra – “Lizinq obyekti”) Cavabdeh1 MMC-nin istifadəsindədir. Lakin Cavabdeh1 MMC qeyd edilən lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq ödənişlərini həyata keçirmir. Cəmi ödənilib: 36 446 manat, o cümlədən aşağıdakı borclara silinib: gecikmə üzrə cərimələr silinib: 1 470 manat, komissiya üzrə silinib: 2 853 manat, sığorta üzrə silinib: 5 501 manat, faiz/mükafat üzrə silinib: 11 285,67 manat, əsas məbləğ üzrə silinib: 15 336,33 manat, xx.xx.2020-ci il tarixə qədər lizinq obyektindən istifadə üzrə lizinq ödənişləri üzrə qalıq borc: gecikmə cərimələri üzrə: 9 200.00 manat, faiz/mükafat üzrə: 4 800.00 manat, əsas məbləğ üzrə: 42 475.37 manat, cəmi qalıq borc: 56 475.37 manat məbləğində lizinq müqaviləsinin 17.1.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə, lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 17.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektinin bu Müqavilənin 17.1 və 17.2-ci maddələrinə əsasən qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçimi ilə lizinq obyektini lizinq alanın faktiki olduğu yerdə dərhal lizinq verənin nümayəndələrinə qaytarmalı və yaxud tələbin alındığı andan 3 gün ərzində, əgər lizinq verənin tələbində başqa ünvan göstərilməyibsə, lizinq verənin ünvanına öz vəsaiti hesabına çatdırmalıdır. “xxxx” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ZM№3xx/xx-2019 saylı, xx.xx.2019-cu il tarixli ZM№3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli ZM№3xx/xx-2019-02 saylı Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ZM№3xx/xx-2019-01 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 lizinq müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə lizinq alanın öhdəliklərinin tam icrasına görə həmin müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə “xxxx” QSC qarşısında məsuliyyət daşıyırlar. Lizinq müqaviləsi üzrə götürülmüş öhdəliklər lazmınca yerinə yetirilmədiyi və ödənişlərin vaxtı-vaxtında edilməməsi səbəbindən lizinq işi üzrə lizinq alana və zaminlərə dəfələrlə şifahi və yazılı “Pretenziya və əqdlərin ləğv edilməsinə dair təklif” məktubları göndərilməklə onlara lizinq müqavilələri ilə üzərinə götürdüyü öhdəliklər xatırladılmış və lizinq müqaviləsi üzrə mövcud borcun üç gün ərzində ödənilməsi və lizinq obyektinin qaytarılması tələb edilmişdir. Lakin cavabdehlər onlara göndərilmiş tələblərə heç bir münasibət bildirməmiş və bununla da nə lizinq obyektini qaytarmış, nə də lizinq ödənişlərini ödəməkdə davam etmişlər. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY683; mühərrik A498BT118184680; şassi CLG2000ZHKT042321; seriya 0007120S190002269), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY685; mühərrik A498BT119103120; şassi CLG2000ZLKT043502; seriya 0007120S190009360), 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY684; mühərrik A498BT119145508; şassi CLG2000ZHKT824599; seriya 0007161S190700513) və 01 ədəd “İsuzu NPR75KD” markalı furqon yük avtomobili (qeydiyyat nişanı: 99JF062; şassi JAANPR75KK7103405; mühərrik 0BB809) üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin Cavabdeh1 MMC və başqalarına qadağan edilməklə Bakı şəhəri, Seyidcəfər Pişəvari 4 ünvanında yerləşən qarajda saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı “MCB X12 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və X4 qarşı pulun ödənilməsi və müqavilənin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmin etmə tədbirinin tətbiqi barədə ərizə rədd edimişdir. Sonradan məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizəni məhkəməyə təqdim edərək, “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY685; mühərrik A498BT119103120; şassi CLG2000ZLKT043502; seriya **********0009360) və “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY684; mühərrik A498BT119145508; şassi CLG2000ZHKT824599; seriya 0007161S190700513) istifadə edilməsinin cavabdeh "Cavabdeh1" MMC-yə və digər üçüncü şəxslərə qadağan edilməklə Bakı şəhəri, Seyidcəfər Pişəvari 4 ünvanında yerləşən qarajda saxlanılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı “MCB X12 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 və X4 qarşı pulun ödənilməsi və müqavilənin ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmin etmə tədbirinin tətbiqi barədə ərizə rədd edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi tələbinə dair ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli LMN3xx/xx- 2019 saylı X10 müqaviləsi və bu müqaviləyə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli LMN3xx/xx- 2019-02 saylı razılaşma müqaviləsi üzrə ödənilməmiş lizinq haqları üzrə 17.143,14 manat məbləğində əsas borc, 2.401,62 manat məbləğində faiz borc, 318,80 manat məbləğində cərimə borcu, cəmi 19.863,56 manat məbləğində borc, 30 manat məbləğində dövlət rüsumu, vəkil Anar Kərimova ödənilmiş 800 manat xidmət haqqı, ümumi məbləğ 20.693,56 manat məbləğində pulun Cavabdeh1 MMC-dən, Cavabdeh3 və X2 “xxxx” QSC-nin xeyrinə müştərək qaydada tutulması; xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019 saylı X10 müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-02 saylı razılaşma müqaviləsi ləğv edilməklə “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY685; mühərrik A498BT119103120; şassi CLG2000ZLKT043502; seriya **********0009360) və “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi: 110FY684; mühərrik A498BT119145508; şassi CLG2000ZHKT824599; seriya 0007161S190700513) Cavabdeh1 MMC-dən işlək vəziyyətdə alınaraq “xxxx” QSC-yə geri qaytarılması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxx” QSC (lizinq verən) ilə Cavabdeh1 MMC (lizinq alan) arasında xx.xx.2019-cu il tarixdə LM № 3xx/xx-2019 X10 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun ərazisinə əsasən alınacaq əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № A-da (Spesifikasiya) göstərilir. 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № D-yə müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq öz öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini ödəmək şərti ilə, lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən lizinq müddəti 12 ay təşkil edir. 6.1-ci bəndinə əsasən lizinq obyekti lizinq alanın seçimi ilə alqı-satqı müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektinin satıcısından alınır. 6.2-ci bəndinə əsasən lizinq obyektinin alış qiyməti ƏDV daxil 28.320 manat təşkil edir. 11.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asılı olmayaraq, bu müqavilənin bütün müddəti ərzində lizinq verənə əlavə № D ilə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 17.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq tam ödəmirsə və ya üç dəfədən artıq ödənişi gecikdirirsə lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq və bununla da müqaviləyə xitam vermək hüququ vardır. 17.4.-cü bəndinə əsasən lizinq alan lizinq obyektinin bu Müqavilənin 17.1 və 17.2-ci maddələrinə əsasən qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçimi ilə lizinq obyektini lizinq alanın faktiki olduğu yerdə dərhal lizinq verənin nümayəndələrinə qaytarmalı və yaxud tələbin alındığı andan 3 gün ərzində, əgər lizinq verənin tələbində başqa ünvan göstərilməyibsə, lizinq verənin ünvanına öz vəsaiti hesabına çatdırmalıdır. 18.1-ci bəndinə görə bu müqaviləyə Əlavə N D-də (“lizinq ödənişlərinin qrafiki”) müəyyən edilən müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirmirsə, bu halda lizinq alan Əlavə N D-də göstərilmiş şərtlər və miqdar əsasında dəbbə pulu ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019 X10 müqaviləsi əlavə №A-ya əsasən xx.xx.2019-cu il tarixli LM№ 3xx/xx-2019 X10 müqaviləsinə əsasən müqavilə predmetini və lizinq obyektini 1 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici təşkil edir. Əmlakın dəyəri 28.320 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019 (xx.xx.2019 tarixli LM№ 3xx/xx-2019 saylı X10 müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında razılaşmaya əsasən müqavilə üzrə 1 ədəd “LİUGONG Forklift CPCD35” markalı, 27,730 manat dəyərində olan 1 ədəd çəngəlağız avtoyükləyici və 1 ədəd “İsuzu NPR75KD” markalı, 74.000 manat dəyərində olan furqon yük avtomobili lizinq obyekti olaraq əlavə edilmişdir. xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019 (xx.xx.2019 tarixli LM№ 3xx/xx-2019 saylı X10 müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında razılaşmaya əsasən müqavilə üzrə 1 ədəd “LİUGONG Forklift CPCD35” markalı, 27.730 manat dəyərində olan çəngəlağız avtoyükləyici lizinq obyekti olaraq əlavə edilmişdir. “MCB X12 Təşkilatı QSC (lizinq verən) ilə Cavabdeh3 (zamin) arasında xx xxxx 2019-cu il tarixdə 3xx/xx-2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilə üzrə zamin Cavabdeh3 xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019 saylı X10 müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyi və ya lazımınca yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik, lizinq alan tərəfindən lizinq müqasi üzrə aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir: 3.1.1.lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; 3.1.2. lizinq müqaviləsinə əsasən dəbbə pulu və cərimələrin ödənilməsi; 3.1.3.Lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi. Müqavilə lizinq verənin möhürü və imzası ilə, zaminin imzası ilə təsdiq edilmişdir. “MCB X12 Təşkilatı QSC (lizinq verən) ilə Cavabdeh3 (zamin) arasında xx xxxxxxx 2019-cu il tarixdə 3xx/xx-2019-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilə üzrə zamin Cavabdeh3 xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019-01 saylı razılaşma müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyi və ya lazımınca yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik, lizinq alan tərəfindən lizinq müqasi üzrə aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir: 3.1.1.lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; 3.1.2. lizinq müqaviləsinə əsasən dəbbə pulu və cərimələrin ödənilməsi; 3.1.3.Lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi. Müqavilə lizinq verənin möhürü və imzası ilə, zaminin imzası ilə təsdiq edilmişdir. “MCB X12 Təşkilatı QSC (lizinq verən) ilə Cavabdeh3 (zamin) arasında xx xxxxxx 2019-cu il tarixdə 3xx/xx-2019-02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilə üzrə zamin Cavabdeh3 xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019-02 saylı razılaşma müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyi və ya lazımınca yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik, lizinq alan tərəfindən lizinq müqasi üzrə aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir: 3.1.1.lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; 3.1.2. lizinq müqaviləsinə əsasən dəbbə pulu və cərimələrin ödənilməsi; 3.1.3.Lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi. Müqavilə lizinq verənin möhürü və imzası ilə, zaminin imzası ilə təsdiq edilmişdir. “MCB X12 Təşkilatı QSC (lizinq verən) ilə Cavabdeh2 (zamin) arasında xx xxx 2020ci il tarixdə 3xx/xx-2019-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilə üzrə zamin Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM№ 3xx/xx-2019 saylı razılaşma müqaviləsi və ona edilmiş bütün əlavələr üzrə, LM№ 3xx/xx- 2019-01 saylı, xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi və ona əlavə edilmiş bütün əlavələr üzrə və LM№ 3xx/xx-2019-02 saylı, xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi və ona əlavə edilmiş bütün əlavələr üzrə Cavabdeh1 MMC-nin öhdəliklərinin tam icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. 1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədiyi və ya lazımınca yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik, lizinq alan tərəfindən lizinq müqasi üzrə aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir: 3.1.1.lizinq və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; 3.1.2. lizinq müqaviləsinə əsasən dəbbə pulu və cərimələrin ödənilməsi; 3.1.3.Lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi nəticəsində lizinq verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi. Müqavilə lizinq verənin möhürü və imzası ilə, zaminin imzası ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli lizinq ödənişləri qrafikinə əsasən müəyyən edilir ki, həmin qrafik tərəflər arasında imzalanmış LMN3xx/xx-2019 saylı X10 müqaviləsinə edilmiş xx.xx.2019 və xx.xx.2019-cu il tarixli razılaşma müqavilələrində yaranmış münasibətlərə şamil edilir və bundan əvvəlki lizinq ödəniş qrafiklərini əvəz edir. Qrafikə əsasən LM№ 3xx/xx-2019-RM saylı lizinq müqaviləsinə əlavə №D üzrə Cavabdeh1 MMC-nin qalıq borcu 32.355 manat, lizinq məbləği 32,355 manat, faiz dərəcəsi 19%, müddət 24 ay təşkil edir. Həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2020-ci il tarixdə əsas məbləğ 1118,68, mükafat 512,19 manat olmaqla 1630,97 manat, xx.xx.2019-cu il tarixdə əsas məbləğ 1136,40, mükafat 494,58 manat olmaqla 1630,97 manat, xx.xx.2020-ci il tarixdə əsas məbləğ 1154,39, mükafat 476,58 manat olmaqla 1630,97 manat, xx.xx.2020-ci il tarixdə əsas məbləğ 1172,67, mükafat 458,30 manat olmaqla 1630,97 manat, xx.xx.2021-ci il tarixdə əsas məbləğ 1191,23, mükafat 439,74 manat olmaqla 1630,97 manat məbləğində ödəniş edilməlidir. Həmin ödəniş qrafikinə qeydə əsasən ödənişin gecikdirildiyi hər gün üzrə qalıq borca 0,2% cərimə hesablanır. xx.xx.2020-ci il tarixə olan maliyyə arayışına əsasən cəmi qalıq borc 19.863,56 manat (o cümlədən xx.xx.2020-ci il tarixdən sonra gecikmə cərimələri üzrə 318,80 manat, xx.xx.2020-ci il tarixdən sonra faiz-mükafat üzrə 2.802,37 manat, xx.xx.2020-ci il tarixə kimi faiz/mükafat üzrə 2.234,87 manat, xx.xx.2020-ci il tarixdən sonra 6.983,46 manat, xx.xx.2020-ci il tarixə kimi əsas məbləğ üzrə 7.524,06 manat) manat təşkil edir. xx.xx.2020-ci il tarixli hüquqi yardım barədə xx.xx.2017-ci il tarixli 08/12 saylı müqaviləyə əlavə № 08 əsasən Bakı Kommersiya Məhkəməsində hüquqi yardıma görə vəkilə ödənilmiş qonorar 800 manat təşkil edir. “MCB X12 Təşkilatı QSC tərəfindən Cavabdeh1 MMC-yə və Cavabdeh3 pretenziya məktubu ilə müraciət edilərək, lizinq müqavilələri ilə üzərinə götürdüyü öhdəliklər üzrə mövcud borcun üç gün ərzində ödənilməsi və lizinq obyektini: 01 ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi:110FY683, mühərrik№A498BT118184680;Şassi№CLG2000ZHKT042321; seriya№ 0077120S190002269), 01ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi:110FY685, mühərrik№A498BT119103120;Şassi№CLG2000ZLKT043502; seriya№ 007120S190009360), 01ədəd “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyicinin (qeydiyyat nömrəsi:110FY684, mühərrik№A498BT119145508;Şassi№CLG2000ZHKT824599; seriya№ 00077161S190700513), 01 ədəd “İsuzu NPR75KD” markalı furqon yük avtomobilinin (qeydiyyat nişanı: 99JF062, Şassi№JAANPR75KK7103405; mühərrik № 0BB809) qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “xxxx” QSC (lizinq verən) ilə Cavabdeh1 MMC (lizinq alan) arasında xx.xx.2019-cu il tarixli LM № 3xx/xx-2019 X10 müqaviləsindən, eləcə də həmin lizinq müqaviləsinin tərkib hissəsi olan razılaşma müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mübahisəli hüquq münasibətlərində lizinq verən qismində çıxış edən “xxxx” QSC müqavilə üzrə öhdəlikləri icra edərək lizinq predmeti olan nəqliyyat vasitələrini lizinq alan Cavabdeh1 MMC-yə təhvil versə də, lizinq alan xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-02 saylı razılaşma müqavilələri üzrə ödəniş qrafikinə əsasən lizinq ödənişlərini ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi lizinq alan Cavabdeh1 MMC lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən lizinqə verən “xxxx” QSC Mülki Məcəllənin 748-1.12-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş lizinq ödənişlərinin həyata keçirilməsini, lizinq obyektlərinin mübahisəsiz geri alınmasını və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən tutulmalı olan lizinq ödənişlərinin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışında xx.xx.2020-ci il tarixə gecikdirilmiş borcun cəmi 19.863,56 manat, o cümlədən xx.xx.2020-ci il tarixdən sonra gecikmə cərimələri üzrə 318,80 manat, xx.xx.2020-ci il tarixdən sonra faiz-mükafat üzrə 2.802,37 manat, xx.xx.2020-ci il tarixə kimi faiz/mükafat üzrə 2.234,87 manat, xx.xx.2020ci il tarixdən sonra 6.983,46 manat, xx.xx.2020-ci il tarixə kimi əsas məbləğ üzrə 7.524,06 manat olduğunu iddia etsə də, lizinq alanın müqavilə üzrə gecikdirilmiş borcunun qeyd olunan məbləğdə olması iş materiallarına əlavə edilmiş digər sübutlarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə yeni lizinq ödənişləri qrafiki təsdiq edilmiş və həmin qrafik xx.xx.2019 və xx.xx.2019-cu il tarixli razılaşma müqavilələri üzrə əvvəlki ödəniş qrafiklərini əvəz etmişdir. Belə olan halda isə xx.xx.2019 və xx.xx.2019-cu il tarixli razılaşma müqavilələri üzrə gecikdirilmiş borc həmin ödəniş qrafikində göstərilən ödəniş müddətləri nəzərə alınmaqla hesablanmalıdır. Həmin qrafikdən isə aydın görünür ki, məhkəmə qətnaməsinin çıxarıldığı tarixə lizinq alan tərəfindən lizinq verən 5.773,37 (1118,68+ 1136,40+1154,39+1172,67+1191,23) manat məbləğində gecikdirilmiş əsas borcu, 2381,49 (512,19 + 494,58 + 476,58 + 458,30 + 439,74) manat məbləğində faiz-mükafat borcu yaranmışdır. Dəbbə pulu borcuna münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh1 MMC tərəfindən öhdəliyinin icrasının gecikdirilməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, tərəflər arasında bağlanmış müqavilədə isə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, lizinq alan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli LM № 3xx/xx-2019 X10 müqaviləsindən, eləcə də həmin lizinq müqaviləsinin tərkib hissəsi olan razılaşma müqavilələrindən irəli gələn öhdəliklərini təminatı olaraq lizinq alan “xxxx” QSC ilə fiziki şəxslər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən X5 və Cavabdeh3 ayrıayrılıqda lizinq alan Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli LM № 3xx/xx-2019 X10 müqaviləsindən, eləcə də həmin lizinq müqaviləsinin tərkib hissəsi olan razılaşma müqavilələrindən irəli gələn öhdəliklərinə zamin durmuşlar. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli zaminlik müqavilələri bağlandıqdan sonra lizinq alan və lizinq verən arasında xx.xx.2020-ci il tarixli ödəniş qrafiki təsdiq edilərək həmin qrafiklə lizinq müddəti uzadılmış, belə ki, lizinq müqaviləsinə son əlavə razılaşma üzrə lizinq müddəti xx.xx.2020-ci il tarixdə başa çatmalı olduğu halda yeni qrafikdə lizinq müddətinin xx.xx.2022-ci il tarixdə başa çatacağı müəyyən edilmişdir. Göründüyü kimi həmin ödəniş qrafikinə əsasən zaminliyin təmin etdiyi əsas öhdəlik dəyişilmiş, bu da bir tərəfdən əsas borca hesablana biləcək faiz məbləğlərinin artmasına, yəni nəticə etibarilə zaminin də məsuliyyətinin artmasına, digər tərəfdən zaminin öhdəliyin icrasına görə məsuliyyət daşıyacağı müddətin uzadılmasına gətirib çıxarmaqla zamin üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Mülki Məcəllənin 477.0.1-ci zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. İş materiallarından həmçinin görünür ki, iddiaçı “xxxx” QSC əsas öhdəliyin dəyişməsi barədə zamin Cavabdeh3 razılığın alınmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbirinə əsasən E.Ağayevin zaminliyinə xitam verildiyindən ona qarşı olan hissədə hazırkı iddia əsassız olmaqla rədd edilməlidir. Zamin Cavabdeh2 qarşı olan hissədə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh2 lizinq alan Cavabdeh1 MMC-nin direktoru olmaqla lizinq alan və lizinq verən arasında bağlanmış yeni ödəniş qrafikini özü imzalamışdır. Belə olan halda onun əsas öhdəliyin dəyişməsi barədə məlumatlı olması açıq-aşkardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, zamin Cavabdeh2 mübahisəli lizinq müqaviləsindən irəli gələn öhdəliklər üçün əsas borclu Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşımalı, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 5.773,37 manat məbləğində əsas borc, 2381,49 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə, 8.354,86 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, vəkil xidməti ilə bağlı çəkilmiş xərclər də daxil olmaqla məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, eləcə də vəkil xidmətinə görə iddiaçı tərəfindən ödənilmiş 800 manat məbləğinin 600 manat hissəsi cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 5.773,37 manat məbləğində əsas borc, 2381,49 manat məbləğində faiz borcu, 200 manat məbləğində dəbbə pulu, 8.354,86 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul tutularaq iddiaçı “MCB X12 Təşkilatı” QSC-yə ödənilsin. xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019 saylı X10 müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-01 saylı və xx.xx.2019-cu il tarixli LMN3xx/xx-2019-02 saylı razılaşma müqavilələri ləğv edilsin. “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FY685, mühərrik №A498BT119103120, şassi №CLG2000ZLKT043502; Seriya № 0007120S190009360) və “LİUGONG Forklift CPCD35” markalı çəngəlağız avtoyükləyici (qeydiyyat nömrəsi: 110FYB684, mühərrik № A498BT119145508, şassi № CLG2000ZHKT824599, Seriya № 0007161S190700513) Cavabdeh1ndən işlək vəziyyətdə alınaraq “MCB X12 Təşkilatı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. İddiaçı tərəfindən vəkil xidmətinə görə çəkilmiş 800 (səkkiz yüz) manat məbləğində xərclərin 600 (altı yüz) manat hissəsi cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin, 200 (iki yüz) manat hissəsi isə iddiaçıya aid edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-178/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-178/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver