Məhkəmə qərarları › İş №e-2-2(113)-1780/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1780/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1780/2022 24.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01 /18 saylı xidmət müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından 320000 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 48000 rnanat pul məbləğinin, 458 manat ödənilmiş dövlət rüsumunun və 200 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X3 və Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağlamışlar:

1. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə bütün hüquqlarından İddiaçı ASC-nin xeyrinə imtina edir.

2. "xxxx" ASC 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına 105000 manat məbləğində pul vəsaitini bu barışıq sazişi məhkəmə qaydasında təsdiqlənən gün ödəməyi öhdəsinə götürür.

3. "xxxx" ASC 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına 105000 manat məbləğində pul vəsaitini bu barışıq sazişi məhkəmə qaydasında təsdiqlənən gün ödəmədikdə, hər gecikdirilən gün üçün 0,1% cərimə ödəməyi öz öhdəsinə götürür.

4. Tərəflər yuxarıda qeyd olunan məsələlər barədə, həmçinin, tərəflər arasında imzalanmış 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir iddia və tələblərinin olmayacağını öz öhdələrinə götürürlər və həmin məsələlər gələcəkdə məhkəmədə mübahisə predmeti ola bilməz, həmin tələblər məhkəmədə mübahisələndirilə bilməz.

5. Tərəflər hazırkı “25” aprel 2022-ci il tarixli barışıq sazişinin şərtlərini tam və vaxtında yerinə yetirəcəklərinə dair öhdəlik götürürlər.

6. Tərəflər hazırkı “25” aprel 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar.

7. Tərəflər razılığa gəlirlər ki, Barışıq Sazişi tam və vaxtında icra edilmədikdə, şərtləri cavabdeh tərəfindən pozulduğu halda, iddiaçının həmin Saziş üzrə qəbul edilən məhkəmə qərardadının məcburi icraya yönəldilməsini tələb etmək hüququ vardır.

İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında ayrı-ayrılıqda barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə bütün hüquqlarından İddiaçı ASC-nin xeyrinə imtina edir.

2. "xxxx" ASC 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına 105000 manat məbləğində pul vəsaitini bu barışıq sazişi məhkəmə qaydasında təsdiqlənən gün ödəməyi öhdəsinə götürür.

3. "xxxx" ASC 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına 105000 manat məbləğində pul vəsaitini bu barışıq sazişi məhkəmə qaydasında təsdiqlənən gün ödəmədikdə, hər gecikdirilən gün üçün 0,1% cərimə ödəməyi öz öhdəsinə götürür.

4. Tərəflər yuxarıda qeyd olunan məsələlər barədə, həmçinin, tərəflər arasında imzalanmış 15 yanvar 2018-ci il tarixli, AOOC-ANM/005-01/18 saylı xidmət müqaviləsi üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir iddia və tələblərinin olmayacağını öz öhdələrinə götürürlər və həmin məsələlər gələcəkdə məhkəmədə mübahisə predmeti ola bilməz, həmin tələblər məhkəmədə mübahisələndirilə bilməz.

5. Tərəflər hazırkı “25” aprel 2022-ci il tarixli barışıq sazişinin şərtlərini tam və vaxtında yerinə yetirəcəklərinə dair öhdəlik götürürlər.

6. Tərəflər hazırkı “25” aprel 2022-ci il tarixli barışıq sazişinin şərtlərinə tam və vaxtında əməl edilməsinə görə bir-birinin qarşısında məsuliyyət daşıyırlar.

7. Tərəflər razılığa gəlirlər ki, Barışıq Sazişi tam və vaxtında icra edilmədikdə, şərtləri cavabdeh tərəfindən pozulduğu halda, iddiaçının həmin Saziş üzrə qəbul edilən məhkəmə qərardadının məcburi icraya yönəldilməsini tələb etmək hüququ vardır.

"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar