Məhkəmə qərarları › İş №e-2-2(113)-1782/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1782/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1782/2020 25.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddia ərizəsinin geri qaytarılması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, “xxxx” MMC-nin iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC “xxxx” MMC-yə qarşı cavabdehdən xx.xx.2020-ci il tarixli KT-02/2020 saylı müqavilə üzrə 47.200 (qırx yeddi min iki yüz) AZN əsas borcun və 19.824 AZN 21 günlük cərimə olmaqla 67.024 AZN məbləğində pulun, məhkəməyə ödənilmiş 30 AZN dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 3.000 ZN pul olmaqla cəmi 68.554 AZN pul məbləğinin tutularaq Ərizəçi MMC-nin hesabına ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, cavabdehin hüquqi ünvanı Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi üzrə Qazax rayonunda olduğundan iddia ərizəsi ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı deyil. Həmçinin iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4 maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1 maddəsinə uyğun olaraq, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan Məcəllənin 152.1, 152.1.3 və 152.1.4 maddələrinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə və kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: "xxxx" MMC-nin “xxxx” MMC-yə qarşı cavabdehdən xx.xx.2020-ci il tarixli KT- 02/2020 saylı müqavilə üzrə 47.200 (qırx yeddi min iki yüz) AZN əsas borcun və 19.824 AZN 21 günlük cərimə olmaqla 67.024 AZN məbləğində pulun, məhkəməyə ödənilmiş 30 AZN dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 3.000 ZN pul olmaqla cəmi 68.554 AZN pul məbləğinin tutularaq Ərizəçi MMC-nin hesabına ödənilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra, o, ümumi qaydada iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar