Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1787/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC Cavabdeh MMC X1rşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC X3 Qovşağından “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən ƏDV daxil 471 (dörd yüz yetmiş bir) manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 3202,8, 6 (üç min iki yüz iki manat, səksən qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, toplam olaraq 3 703, 8 (üç min yeddi yüz üç manat, səksən qəpik) manat məbləğdə pul vəsaitinin İddiaçı1 MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı2 cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC X3 Qovşağı Cavabdeh MMC ilə əvəz olunmuşdur. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh MMC X3 Qovşağı arasında bağlanmış xx.xx.2016-cı il tarixli “xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən cavabdehin istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrinin texniki servis xidmətinin göstərilməsini İddiaçı1 MMC öz öhdəliyinə götürmüşdür. Cavabdeh şirkət isə öz növbəsində görülən işlərin dəyərini müqaviləyə əsasən vaxtlıvaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bunu nəzərə alaraq cavabdeh istifadəsində (mülkiyyətində) olan nəqliyyat vasitələrini müxtəlif vaxtlarda idiaçıya məxsus servisdə təmir etdirmiş, lakin təmirə görə yaranan ƏDV daxil xx.xx.2018-ci il tarixli SİP07992 saylı hesaba görə 59.02 manat, xx.xx.2018-ci il tarixli SiP08199 saylı hesaba görə 335.24 manat xx.xx.2018-ci il tarixli SiP08199 saylı hesaba görə 76,74 manat olaraq və toplam4 71 (dörd yüz yetmiş bir) manat borc ödənilməmişdir. Bununla bağlı qarşı tərəflə dəfələrlə borcun ödənilməsi ilə bağlı telefon danışıqları aparılsa da, heç bir nəticəsi olmamışdır. Eyni zamanda qeyd olunan öhdəliyin yerinə yetirilməsi üçün cavabdehin elektron ünvanına xx.xx.2019-cu il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019cu il tarixli məktub göndərilsədə məsələ öz həllini tapmamışdır. Bağlanmış müqavilənin 2.2.1. bəndinə əsasən icraçının yerinə yetirdiyi xidmətin dəyərini sifarişçiyə təqdim edilən ödəniş sənədinə əsasən nağd və ya köçürmə ilə sifarişçi vaxtında ödəməlidir. Həmin müqavilənin 3.3 bəndinə əsasən göstərilmiş xidmətlərə uyğun olaraq nağd ödəniş xidmətlər tam yerinə yetirildiyi gün icraçıya ödənilir. 3.4-cü bəndinin tələblərinə əsasən nağdsız ödəniş məqsədilə göstərilmiş xidmətlərə uyğun olaraq Sifarişçiyə hesab təqdim edilir. Hesabın icrası (ödənişi) xidmətlər yerinə yetirildiyi gündən etibarən 5 (beş) iş günü ərzində həyata keçirilməlidir. Cavabdehlə bağlanan Müqavilənin 3.5-ci bəndinə əsasən ödənişdə gecikmə hallar olarsa, gecikdirilən hər günə görə 1(bir) % dəbbə pulu hesablanır və gecikmiş ödəniş həyata keçirilmiyənədək avtonəqliyyat vasitəsinə servis texniki xidmət göstərilməsinə qadağa qoyulur. Bununla da təqdim olunan 2 elektron 3 qaimə üzrə 471 Azn 680(altı yüz səksən) gecikdirilmiş gün hesablamaqla 3202,8, 6 Azn (üç min iki yüz iki manat, səksən qəpik əlavə olaraq dəbbə hesablanmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 eyni məzmunlu izahat vermişdir. Cavabdeh MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya göstərilmiş xidmət üçün hesablanmış məbləğ ödənilmişdir. İddia tələbinin əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli, TO-010/2016 nömrəli müqavilədən görünür ki, İddiaçı1 MMC ”İcraçı” və Cavabdeh MMC X3 Qovşağı “Sifarişçi” arasında texniki servis xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, 71,86 manat Cavabdeh MMC tərəfindən İddiaçı1 MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan 008329 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı1 MMC-nin hesabına 399.14 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 471 (dörd yüz yetmiş bir) manat əsas borc və gecikdirilmiş dəbbə faizinə görə 3202,8, 6 (üç min iki yüz iki manat, səksən qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, toplam olaraq 3 703, 8 (üç min yeddi yüz üç manat, səksən qəpik) manat məbləğdə pul vəsaitinin İddiaçı1 MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əssasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməli və iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1787/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1787/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver