Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1788/2020 31.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin qanuni təmsilçisi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə2 212 371,00 (iki milyon iki yüz on iki min üç yüz yetmiş bir manat 00 qəpik)manat məbləğində əsas borcun tutulması; “xxxxxxxxxxxx” MMC-dən İddiaçı MMC-nin xeyrinə 2017-ci ilin sentyabr ayından başlayaraq borc məbləğindən gecikdirilmiş vaxt üçünillik 5% məbləğində vəsaitin tutulması; 2017-ci ilin sentyabr ayından başlayaraq məbləğin İddiaçı MMC-yə ödənilməsi tarixinədək Cavabdeh MMC-dən qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə ödənilməmiş borc məbləğindən faizlərin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədəiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında şüşə lifli (kompozit) boruların və s.-nin alqı-satqısına dair 06/17-AZK nömrəli 14mart 2017ci il tarixdə Müqavilə (bundan sonra “Müqavilə”) imzalanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMCtərəfindən ƏDV daxil cəmi 9 048 701,94 (doqquz milyon qırx səkkiz min yeddi yüz bir manat 94 qəpik) manatlıqmal təhvil verilmişdir,Cavabdeh MMC tərəfindən isə ƏDV daxil cəmi 6.836.330,94 (altı milyon səkkiz yüz otuz altı min üç yüz otuz manat 94 qəpik) manatödəniş edilmişdir. Hal-hazırda Cavabdeh MMC ƏDV daxil cəmi 2 212 371,00 (iki milyon iki yüz on iki min üç yüz yetmiş bir manat 00 qəpik) manat borcu vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə və borcun olmasının etiraf edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş etmək üçün vəsaitlərinin olmadığı əsas gətirilərək ödəniş həyata keçirilmir. Tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixində pretenziya göndərilmiş və Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli cavabında bir daha borcunun olduğunu etiraf etmiş və borcun ödənilməməsi səbəbi kimi bir daha vəsait çatışmazlığı göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, həmçinin ərizə ilə müraciət edərək, iddia tələbini əsas məbləğ olan 2.212.371,00 manat borcun hissəsində qəbul etdiklərini, o cümlədən ödənişin gecikdirilməsinə görə ödənilməyən məbləğin illik 5% əlavə haqq tələbini qəbul etmədiklərini, çünki borc vəsaitinin cavabdehin təqsiri səbəbindən əmələ gəlmədiyini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş üzrə tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan, “Satıcı” adlanacaq İddiaçı MMC və gələcəkdə “Alıcı” adlanacaq Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/17-AZK nömrəli Alqı-satqı müqaviləsinə əsasən “Satıcı” bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilən malları sifariş edilən miqdara əsasən hazırkı Müqavilədə müəyyən edilmiş formada “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə öz növbəsində ödəniş edərək malları təhvil almağı öz öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 20,000,000.00 (iyirmi milyon manat, 00 qəpik) təşkil edir. İstehsalı nəzərdə tutulan malların ödənişi bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələr ilə tənzimlənir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2020ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, həqiqətən xx.xx.2017-ci il tarixli, 06/17-AZK nömrəli müqaviləyə əsasən 2017-2019-cu illərdə "İddiaçı" MMC tərəfindən ƏDV daxil olmaqla cəmi 9 048 701,94 (doqquz milyon qırx səkkiz min yeddi yüz bir, 94) manat dəyərində mal və xidmətlər təqdim edilmişdir. Tərəfindən isə 2017-2019-cu illərdə ƏDV daxil olmaqla cəmi 6 836 330,94 (altı milyon səkkiz yüz otuz altı min üç yüz otuz, 94) manat ödəniş edilmişdir. Hazırkı tarixə, müəssisənin MMC-yə ƏDV daxil olmaqla 2 212 371,00 (iki milyon iki yüz on iki min üç yüz yetmiş bir, 00) manat ödənilməmiş borcu qalmışdır. Alınan mal-materiallar və göstərilən xidmətlər Ölkə başçısı Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə Respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar Ağdaş rayonunda 15800 hektar su çıxmayan torpaq sahələrinə su çəkilişi ilə əlaqədar Dövlət layihələrində istifadə olunmuşdur. Dövlət Layihələrin icrası üzrə sifarişçi Ağdaş rayon İcra Hakimiyyəti olmaqla 2017-ci ildə bağlanılmış podrat müqaviləsinə əsasən görülən işlərin yerinə yetirilməsinə dair sənədlər təqdim edilmişdir. Yerinə yetirilmiş işlərin bir hissəsinin dəyəri Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən həmin ildə Dövlət Büdcəsinin investisiyalar maddəsi üzrə nəzərdə tutulmuş vəsait hesabına ödənildikdən sonra MMC-yə ödənilmişdir. Lakin 2018-ci və sonrakı maliyyə illərində bu məqsədlə Dövlət Büdcəsində vəsait hələlik nəzərdə tutulmadığından bütün ödənişlər dayandırılmışdır. Bu məqsədlə dəfələrlə Ağdaş rayon İcra Hakimiyyətinə müraciət olunsa da, hələlik Dövlət Büdcəsindən bu layihələrə vəsait ayrılmamışdır ki, bu da müəssisənin maliyyə vəziyyətini iflic vəziyyətinə gətirib çıxarmışdır. Büdcədən müvafiq qaydada vəsaitlər açıldıqdan sonra MMC-yə olan borclar tam ödəniləcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hər hansı borcun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığına görə, məhkəmə cavabdeh tərəfindən borcun etirafını işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinə Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 2017-ci ilin sentyabr ayından başlayaraq borc məbləğindən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsaitin tutulması; 2017-ci ilin sentyabr ayından başlayaraq məbləğin İddiaçı MMC-yə ödənilməsi tarixinədək Cavabdeh MMC-dən qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə ödənilməmiş borc məbləğindən faizlərin tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ xx xxxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli borc məbləğini qaytarmaqdan boyun qaçırması, onun iddiaçıya ünvanlanmış məktubu əsasında borcu etiraf etməsi faktı ilə təkzib olunur. Bununla belə, iddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməyə görə hər hansı faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, CavabdehMMC-dən 2.212.371,00 (iki milyon iki yüz on iki min üç yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. CavabdehMMC-dən 2.212.371,00 (iki milyon iki yüz on iki min üç yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1788/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1788/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver