Məhkəmə qərarları › İş №e-2-2(113)-1792/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1792/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1792/2020 29.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, İddiaçı Cavabdehnə qarşı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehdən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri olan 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat olmaqla, cəmi 3339,17 manat məbləğində pul vəsaitinin, 69,56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehdən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri olan 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat olmaqla, cəmi 3339,17 manat məbləğində pul vəsaitinin, 69,56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehdən qəbul edilmiş poçt xidməti üzrə göstərilən xidmətlərin dəyəri olan 2019-cu ilin mart ayı üçün 362,40 manat, aprel ayı üçün 708,15 manat, may ayı üçün 793,40 manat, iyun ayı üçün 708,77 manat, iyul ayı üçün 766,45 manat olmaqla, cəmi 3339,17 manat məbləğində pul vəsaitinin, 69,56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faizin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar