Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1794/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azərsun Kağız və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X4, iddiaçı “Azərsun Kağız və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı “Azərsun Kağız və X1” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 435,54 manat məbləğində borc və 30 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 465,54 manat borc məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərsun Kağız və X1” MMC (köhnə adı ilə “Azərbaycan Kağız və X2” MMC) (Şirkət) ilə Cavabdeh (Müştəri) arasında xx.xx.2024-cü il tarixli, 460 saylı Alqı-Satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə görə “Şirkət” müxtəlif növ mal və məhsulları (Bundan sonra “Məhsul” adlandırılacaq) “Müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “Müştəri” isə həmin “Məhsul”ları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “Şirkət”ə ödəməyi və öz adından həmin “Məhsul”ları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Buna uyğun olaraq, iddiaçı tərəfindən cavabdeh şəxsə təmizlik məhsulları (salfet, qabyuyan və s.) təhvil verilməsinə baxmayaraq, cavabdeh məhsulların dəyərini bugünə qədər ödəməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 080692 nömrəli, EBDY seriyalı elektron qaimə ilə cavabdehin iddiaçıya 549,17 AZN, xx.xx.2024-cü il tarixli, 874182 nömrəli, EBDW seriyalı elektron qaimə ilə 183,13 AZN, xx.xx.2024-cü il tarixli, 929135 nömrəli, EBEA seriyalı elektron qaimə ilə 1034,80 AZN borcu, ümumilikdə 1767,11 AZN məbləğində borcu yaranmışdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iddia ərizəsində texniki hesablama səhvi edildiyi üçün 1767,11 borcun tam hissəsi deyil, 1331,57 AZN məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5932/2024 saylı qiyabi qətnaməsi ilə iddia tələbi qəbul edilmiş və 1331,57 AZN pul məbləğinin Cavabdeh tərəfindən iddiaçı “Azərsun Kağız və X1” MMC-ə ödənilməsi qət edilmişdir. Ümumi borcdan qalan 435,54 AZN pul məbləği isə hələ də ödənilməmiş qalmışdır. Cavabdehə onlayn kargüzarlıq vasitəsi ilə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 15 gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamışdır. Bundan sonra isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 385.1, 425.1, 442.1-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Azərsun Kağız və X1” MMC “Şirkət”, Cavabdeh “Müştəri” olmaqla tərəflər arasında HP-460 nömrəli xx.xx.2024-cü il tarixli Məhsulların “Alqı-satqı” müqaviləsinin 1-ci bəndinə əsasən, bu müqaviləyə görə "ŞİRKƏT” müxtəlif növ mal və məhsulları (bundan sonra "Məhsul” adlandırılacaq) "MÜŞTƏRİ”yə satmaqla onun mülkiyyətinə verməyi. "MÜŞTƏRİ” isə həmin “Məhsul”ları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini "ŞİRKƏT"ə ödəməyi və öz adından həmin “Məhsul”ları mülkiyyətində, istifadəsində və ya nəzarətində olan market və ya marketlər şəbəkəsində üçüncü şəxslərə satmağı öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən, Satılmış Məhsulun dəyəri “MÜŞTƏRİ” tərəfindən “ŞİRKƏT”-in hesablaşma hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin “ŞİRKƏT”in hesabına daxil olduğu gün ödəniş günü hesab olunur. Satılmış məhsulun dəyəri “ŞİRKƏT”ə vaxtında ödənilmədikdə, “MÜŞTƏRİ”nin yeni sifarişləri ödənişin tamamlanmasına qədər qəbul edilmir. Müqavilənin 3.4-cü bəndinə əsasən, Tərəflər hər ayın sonu bu müqaviləyə əsasən satılmış Məhsullar üzrə üzləşmə aparırlar. Son aparılmış üzləşmə əsas olaraq diqqət alınır və son üzləşmə tarixindən əvvəlki dövrlə bağlı daha sonrdan çıxacaq hər hansı bir iddia diqqətə alınmır. Müqavilənin 5.2-ci bəndinə əsasən, Bu müqaviləyə əsasən məhsulların elektron qaiıııə faktura məbləği “ŞİRKƏT”ə tam şəkildə ödənildiyi andan həmin məhsullara mülkiyyət hüququ “MÜŞTƏRİ'’yə keçir. Müqavilənin 5.16-cı bəndinə əsasən, Bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 (bir) il ərzində qüvvədə olur. Bu Müqavilənin müddətinin bitməsinə 1 (bir) ay qalmış “Tərəflər” yazılı surətdə müqavilənin xitam olunması təşəbbüsü ilə çıxış etməzlərsə, müqavilə eyni şərtlərlə hər dəfə təkrarən növbəli təqvim illəri üzrə avtomatik olaraq uzadılmış sayılacaqdır. “Azərsun Kağız və X1” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, “X5”na əsasən, “Müştəri” Cavabdeh xx.xx.2024-cü il tarixinə “Şirkətə” 1767,11 manat borcu vardır. xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktına əsasən 183,14 manat dəyərində, xx.xx.2024-cü il tarixli akta əsasən 549,17 manat dəyərində və 1034,80 manat dəyərində malların təhvil verilməsi imza ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli, EBDW874182 saylı e-qaiməyə əsasən 183,13 manat dəyərində, xx.xx.2024-cü il tarixli, EBDY080692 saylı e-qaiməyə əsasən 549,17 manat dəyərində və xx.xx.2024-cü il tarixli, EBEA929135 saylı e-qaiməyə əsasən isə 1034,80 manat elektron qaiməyə əsasən 1544,76 manat müxtəlif çeşidli mallar “Azərsun Kağız və X1” MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli 460 nömrəli alqı-satqı müqaviləsi üzrə 1331,57 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 33,31 manat tutularaq iddiaçı “Azərbaycan Kağız və X3” MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, **********98 saylı mədaxil qəbzindən görünür ki, “Azərbaycan Kağız və X3” MMC 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt e-qaimələrlə, təhvil-təslim və üşləşmə aktları ilə də öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Eyni zamanda, iddiaçı əvvəlki iddia tələbi üzrə məhkəməyə müraciət edərkən, texniki hesablama səhvinə yol vermiş müqavilə üzrə tələb olunan məbləği 1767,11 manat borcun tam hissəsi deyil, 1331,57 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli 460 nömrəli alqı-satqı müqaviləsi üzrə 1331,57 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 33,31 manat tutularaq iddiaçı “Azərbaycan Kağız və X3” MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan qarşılıqlı-üzləşmə aktına və elektron qaimələrə əsasən cavabdehin iddiaçıya 1767,11 manat borcu olmuş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5932/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin məbləğin 1331,57 manat hissəsinin tutulması qət edilmiş, 435,54 manat borc isə qalmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 435,54 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 435,54 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh 435 (dörd yüz otuz beş) manat, 54 (əlli dörd) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Azərsun Kağız və X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1794/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1794/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver