Məhkəmə qərarları › İş №e-2-2(113)-1797/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1797/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1797/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İdddiaçı "X4 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S76/22 saylı Təchizat Müqaviləsi əsasında733.85 manat əsas, 737.52 manat dəbbə pulu və 35 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 1506 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X7 Company” MMC ilə cavabdeh arasında S76/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X7 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektronqaimələrə əsasən ƏDV daxil olmaqla 733.85 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin Cavabdeh iddiatələbini əsas orc hissəsində qəbul etdi, cərimə məbləğinin yüksək olduğundan azaldılmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli S76/22 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “təchizatçı” “alıcı”ya “mal” satır, “alıcı” isə həmin “mal’ı qəbul edir və “müqavilə” ilə razılaşdırılmış qaydada “mal”ın dəyərini “təchizatçıya”ya ödəyir. Bu “müqavilə” çərçivəsində “mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. - 2.1-ci bəndinə əsasən “mal”ların təchizatı bu “müqavilə”nin bütün müddəti ərzində bu “müqavilə”yə “əlavə’lər və onun ayrılmaz hissəsi olan “spesifıkasiya”lar əsasında ayn-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. - 4.1-ci bəndinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “malların” “Təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “malın” ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-faktuı ada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. - 5.1-ci bəndinə əsasən “alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçh’ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.

8. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 42/24 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024 tarixinə fiziki şəxs Cavabdeh “Şərab evi Elşən" iaşə obyekti üzrə İddiaçı MMC-yə 1471,37 manat (yazılan qaimələrin məbləği: 1525,93 manat,ödənilən məbləğ:792,08 manat,dəbbə pulu: 737,52 manat) qalıq borcu mövcuddur.

9. İddiaçı tərədindən cavabdehə EBCM 300973 nömrəli xx.xx.2022-ci il tarixli 125.68 manat,EBDA 391154 nömrəli xx.xx.2023-cü il tarixli 73.76 manat, EBDB 049201 nömrəli xx.xx.2023-cü il tarixli 130.16 manat, EBDB 262665 nömrəli xx.xx.2023-cü il tarixli 130.16 manat, EBDB 487219 nömrəli xx.xx.2023-cü il tarixli 77.12 manat,EBDB 775304 nömrəli xx.xx.2023-cü il tarixli 181.20 manat, EBDC 529660 nömrəli xx.xx.2023-cü il tarixli 106.60 manat, EBDH 462145 nömrəli xx.xx.2023-cü il tarixli 66.36 manat, EBDK 421648 nömrəli xx.xx.2023-cü il tarixli 66.48 manat, EBCN 957062 nömrəli xx.xx.2023-cü il tarixli 568.41 manat,EBCM 300973 nömrəli xx.xx.2022-ci il tarixli 125.68, manat (cəmi:1525.93 manat) məbləğində elektron qaimələr göndərilmişdir.

10. 16.02.2023-cü il tarixli GDĞ 347170 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBCM 300973 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 70 manat iddiaçıya ödənilmişdir.

11. 22.03.2023-cü il tarixli GDĞ 359129 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBCM 300973 saylı xx.xx.2023-ce il tarixli elektron qaimə üzrə 100 manat iddiaçıya ödənilmişdir.

12. 28.03.2023-cü il tarixli GDĞ 359221 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBCM 300973 saylı xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 50 manat iddiaçıya ödənilmişdir.

13. 11.04.2023-cü il tarixli GDĞ 359140 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 130.16 manat iddiaçıya ödənilmişdir.

14. 18.04.2023-cü il tarixli GDĞ 359511 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBCN 957062 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 50 manat iddiaçıya ödənilmişdir.

15. 01.05.2023-cü il tarixli GDĞ 359770 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBCN 957062 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 100 manat iddiaçıya ödənilmişdir.

16. 15.05.2023-cü il tarixli GDĞ 392995 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən EBCN 957062 saylı xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 50 manat iddiaçıya ödənilmişdir.

17. 10.07.2023-cü il tarixli GDĞ 413199 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

18. 09.08.2023-cü il tarixli GDĞ 429935 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

19. 24.08.2023-cü il tarixli GDĞ 430113 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 50 manat iddiaçıya ödənilmişdir.

20. 01.09.2023-cü il tarixli GDĞ 430165 saylı kassa mədaxil orderi ilə təsdiq edilir ki,Cavabdeh tərəfindən 41.92 manat iddiaçıya ödənilmişdir.

21. İddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:

22. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

26. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək sistem tərəfindən təsdiqlənmiş elektron qaimələrlə,eləcə də cavabdehin məhkəmədə verdiyi izahati və etirafı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

28. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 733.85 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdeh tərəfindən əsas borc hissəsində etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh 733.85 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

29. Həmçinin cavabdeh tərəfindən iddia etiraf edilmiş, və MPM-nin 52.5,220.4-cü maddələrinin tələblərinə əsasən iddianın etirafı məhkəmə tərəfindən qəbul edilmişdir.

30. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 737.52 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

32. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 35 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

34. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 35 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 733.85 manat əsas borc, 30 manat dəbbə pulu,cəmi 763.85 manat (yeddi yüz altmış üç manat səksən beş qəpik) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar