Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-18/2023 15.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yinin nümayəndəsi X6 iştirakları ilə iddiaçı Haciyev Qı̇ yas Hacıağa oğlunun cavabdeh "xxxx" ASC, Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yinə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Haciyev Qı̇ yas Hacıağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 25 fevral 2016-cı il tarixli, 01- LA/16 saylı müqavilə üzrə öhdəliyinin icra edilməsi, “məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsal edən texnoloji avadanlığı”nın cavabdeh X1 alınaraq istifadə və sahibliyinə təhvil verilməsi, ödənilmiş 11.752 manat məbləğində vəsaitin lizinq obyektinin faktiki olaraq təhvil verilməsi anından sonrakı dövrə hesablanacaq lizinq ödənişlərinə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən müvafiq lizinq müqaviləsi əsasında hazırkı iş üzrə digər cavabdeh olan X10 lizinqə verilmiş, məhsuldarlığı 10.000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığın dəyəri əvvəlki lizinq alan İ.Əliyev tərəfindən vaxtlı-vaxtında ödənilmədiyindən, yuxarıda sözügedən texnoloji avadanlığın qalıq dəyəri 107.680 (yüz yeddi min alti yüz səksən) manat məbləğində müəyyənləşməklə 7 (yeddi) il müddətinə lizinqə verilməsi ilə bağlı 25 fevral 2016-cı il tarixdə cavabdeh "xxxx" ASC ilə 01-LA/16 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.2-ci bəndi ilə texnoloji avadanlığın ümumi dəyərindən (107.680 manat) 10.768 manat məbləğində olan hissəsi əvvəlcədən lizinq verən "xxxx" ASC-yə ödənilsə də cavabdeh lizinq təşkilatı qeyd olunan müqavilənin 2.1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini bu günədək icra etməmişdir. Belə ki, lizinq müqaviləsinin 2.1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilədə göstərilən texnoloji avadanlığı tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə lizinq alana verilməsində iştirak edərək bu öhdəliyin yerinə yetirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Lakin lizinq predmeti olan, məhsuldarlığı 10.000 kq/saat, qarışıq yem istehsal edən texnoloji avadanlıq əvvəlki lizinq alanın, yəni, hazırkı iş üzrə digər cavabdeh X10 məxsus Şəki rayonu, Öyrət kəndində yerləşən təsərrüfatda quraşdırılmışdır. Cavabdeh lizinq verən təşkilatın səlahiyyətli nümayəndəsi bu təşkilatla lizinq müqaviləsinin bağladığı, yəni xx.xx.2016-cı il tarixində bildirdi ki, sözügedən avadanlığın quraşdırıldığı Şəki rayonu, Öyrət kəndinə gedib həmin avadanlığı oradan götürə bilər. Sözügedən kəndə gəlib avadanlığı götürmək istədikdə məlum oldu ki, bu avadanlıq İlqar Əliyevin təsərrüfatında olan tikilinin içərisində quraşdırılmışdır və həmin tikilinin müvafiq hissəsi sökülmədən bu avadanlığın həmin ərazidən çıxarılması mümkünsüzdür. Bununla yanaşı, İ.Əliyev avadanlığı aparmasına qəti etiraz edərək bildirdi ki, qeyd olunan avadanlığı götürmək üçün lizinq təşkilatının nümayəndəsinin gəlməsi zəruridir. Yaranmış vəziyyətlə bağlı, cavabdeh lizinq təşkilatının nümayədəsi məlumatlandırıldı. Onlar məsələdən çıxış yolu tapmağı tövsiyə etdilər. İ.Əliyevlə bu barədə söhbətlər etmişdir. İ.Əliyev bildirdi ki, avadanlığı binadan çıxarmaq üçün onun sökülməsinin və yenidən bərpasının xərcləri çəkilməli, eləcə də həmin avadanlığı o, yalnız "xxxx" ASC-nin buna səlahiyyət verilmiş nümayəndəsinə təhvil verəcəkdir. Yuxarıda sözügedən səbəbdən bu günədək həmin avadanlığı İ.Əliyevə məxsus, Şəki rayonu, Öyrət kəndində yerləşən tikilinin içərisindən götürmək mümkün olmamış, hazırkı vaxtadək avadanlıq əvvəlki lizinq alanın təsərrüfatındakı tikililərdədir. Beləliklə, lizinq şirkəti bu vaxtadək İ.Əliyevlə razılığa gəlib lizinq obyektini təhvil verməmişdir. Lakin keçən müddət ərzində lizinq müqaviləsi ilə ödənilən 10.768 manat ilkin ödənişdən əlavə cavabdeh təşkilata 11.752 manat məbləğində vəsait ödənilmişdir ki, bununla da almadığı lizinq avadanlığına görə ödədiyi ümumi məbləğ 22.520 manat təşkil edir. Cavabdeh təşkilat keçən müddət ərzində istər qanunla, istərsə də müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edib lizinq obyektini faktiki olaraq təhvil verməli olduğu halda, lizinq müqaviləsinin bağlandığı xx.xx.2016-cı il tarixində formal olaraq imzalatdırdığı, lakin tarixini xx.xx.2016-cı il kimi göstərdiyi təhvil-təslim aktına əsaslanaraq “27688 manat əsas borc, 9912 manat cərimə borcu, 1430 manat maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 39.060 manat pulun məndən tutularaq ödənilməsinə; müqavilənin ləğv edilməsi və lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılması tələbinə dair iddia ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (sədrlik edən hakim R.A.Məcidov) e-2-2(117)-44/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin qarşı iddiasının qismən təmin edilməsi; 27688 manat əsas borc, 300 manat cərimə borcu və 21,51 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi, "xxxx" ASC ilə bağlanmış xx.xx.2016-cı il tarxli, 01- LAU6 nömrəli müqavilənin ləğv edilməsi, lizinq predmeti olan texnoloji avadanlığın saz vəziyyətdə alınaraq "xxxx" ASC-yə qaytarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Sözügedən qətnamədən verilən apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin “26” avqust 2020ci il tarixli, 2-2(107)-32/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Hazırda qeyd olunan məhkəmə aktının kassasiya şikayəti qaydasında mübahisələndirilməsi üçün müvafiq prosessual tədbirlər həyata keçirilir. "xxxx" ASC-nin yuxarıda sözügedən iddiasına baxılarkən məlum oldu ki, müqavilə üzrə faktiki təhvil verilməyən lizinq obyektinə görə lizinq ödənişləri tələb olunur. Məhkəmələrin iddianı təmin etməsi hazırki iddia ilə məhkəməyə müstəqil müraciət etməyini şərtləndirir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021 tarixli e-2-2(113)-1613/2021 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan Cavabdeh1 ASC-nin İddiaçı qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə yekun məhkəmə aktı (qətnamə və ya qərardad) qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmış, e-2-2(113)-112/2022 nömrəli, xx.xx.2022 tarixli qərardadla icraat təzələnmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini iddia tələbi üzrə cavabdeh qismində hazırki işə cəlb edilməsini, iddia tələbinin dəyişdirilməsini nəzərə alaraq, cavabdeh X7 cavabdehlər sırasından çıxarılmasını, cavabdehlər Cavabdeh1 ASC ilə 25 fevral 2016-cı il tarixli, 01-LA/16 saylı müqavilə üzrə ödənilmiş 22.520 manat və həmin məbləğə illik 5 faiz olmaqla 7.882 manatın- cəmi 30.402 manatın cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddia qaldırılarkən ona istinad edilmişdir ki, cavabdeh "xxxx" ASC ilə “yem emalı avadanlığının lizinqə verilməsinə dair” xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Formal olaraq avadanlığın təhvil-təslimi aktı xx.xx.2016-cı il tarixə imzalanmasına baxmayaraq lizinq obyekti olan avadanlıq faktiki təhvil verilməmişdir. Lizinq müqaviləsi bağlanarkən ümumi dəyərin 10 faizi avans şəklində, sonradan 3 rüb ərzində aylıq lizinq ödənişləri icra edilsə də, "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və avadanlığı faktiki olaraq təhvil verməmişdir. Lizinq avadanlığı təhvil verilmədiyinə görə 2017-ci ildən sonra aylıq ödənişləri dayandırmış, müqavilənin icrasını cavabdehdən tələb etmişdir. "xxxx" ASC isə Şəki Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, e-2-2(117)- 44/2020 saylı qətnаməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edilərək, cavabdehdən 27688 manat əsas borc, 300 manat cərimə borcu və 21,51 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi; "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 01-LAU6 nömrəli müqavilənin ləğv edilməsi; xx.xx.2016-cı il tarixli, 01-LA\16 nömrəli müqavilənin predmeti olan məhsuldarlığı 10000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığın saz vəziyyətdə cavabdehdən alınaraq "xxxx" ASC-yə qaytarılması; iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin KK-nın 26 avqust 2020-ci il tarixli 2-2(107)- 32/2020 saylı qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, e-2- 2(117)-44/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin KK-nın 2- 2(102)-58/21 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiyasının qətnaməsi ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin KK-nın xx.xx.2021-ci il tarixli 2-2(107)-44/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, e-2-2(117)-44/2020 saylı qətnаməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin KK-nın iş üzrə 2-2(102)-454/21 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, iş üzrə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin eyni müqavilə üzrə iddiaçı olduğu sözügedən iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı ilə lizinq avadanlığının təhvil verilmədiyi müəyyən olunmuş, baxmayaraq ki, tərəflər arasında xx.xx.2016-cı il tarixli “təhvil-təslim aktı” imzalanmışdır, lakin lizinq avadanlığının lizinq alana faktiki təhvil verilməməsi müəyyən olunduğundan "xxxx" ASC-nin öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi qənaətinə gəlməyə əsas verir, bu halda lizinq ödənişlərinin İddiaçı tutulması əsssız, qanunsuz və ədalətsizdir. Beləliklə, qanuni qüvvəsində olan məhkəmə aktı ilə müəyyən olunur ki, "xxxx" ASC (hazırki Cavabdeh1 ASC) müqavilə üzrə lizinqverən olaraq öz öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilə və təhvil-təslim aktı imzalanmasına və lizinq avadanlığının dəyərinin 10 faizi və 3 rüb ərzində lizinq ödənişləri həyata keçirilməsinə baxmayaraq, lizinq predmeti olan avadanlığın təhvil verilməməsi nəticəsində lizinq müqaviləsi qüvvəyə minməmiş, həmin müqavilə üzrə lizinq ödənişləri etmək öhdəliyi yaranmamışdır. Müqavilənin bağlanmasından keçən müddət ərzində, həmçinin, məhkəmə aktları ilə öhdəliyini icra etmədiyi mübahisəsiz müəyyən olunan Cavabdeh1 ASC sonrakı dövrdə də müqavilə öhdəliyini icra etməmişdir. Qanuni qüvvəsində olan məhkəmə aktları ilə lizinq predmetinin əvvəlki lizinq alanın faktiki sahibliyində olduğu da birmənalı müəyyən olunmuşdur. İş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarında və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edildiyi kimi, “əvvəlki lizinq götürənin hazırda öz təsərrüfatında qalmış mübahisə predmeti olan avadanlıqdan şəxsi məqsədləri üçün istifadəyə davam etməsi istisna deyildir. Belə vəziyyətdə cavabdeh yeni lizinq götürən kimi, eyni avadanlıqdan öz məqsədləri üçün istifadə etməsi praktiki olaraq mümkün deyildir”. Ümumiyyətlə, hazırki dövrdə həmin lizinq avadanlığının faktiki olaraq digər şəxsdə (əvvəlki lizinq alanda) qalıb-qalmadığı, istifadəyə yararlı olub-olmadığı da müəyyən deyil. İstifadəyə yararlılıq baxımından isə 2016-cı ildə bağlanmış müqavilənin ötən 7 il ərzində icra edilməməsi ilə artıq müqavilə müddəti də başa çatmaq üzrədir və bu müddət ərzində cavabdehlər aşkar surətdə müqavilə bağlanan zaman "xxxx" ASC-nin üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışlar. Yuxarıda göstərilənlərlə əlaqədar, hazırki vəziyyətdə mövcud iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsinə) zərurət yaranmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəməyə vəsatət verərək göstərmişdir: "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" ASC-nin adı dəyişdirilərək Cavabdeh1 ASC adlandırılmışdır. Yenə həmin Fərmanın 2.2.-ci və 3.1-ci bəndlərinə əsasən "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Bununla əlaqədar olaraq Fərmanın icrasının təmin edilməsi məqsədilə İddiaçı ilə bağlanmış lizinq müqaviləsi aktiv portfel olaraq Cavabdeh1 ASC tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının MPM-in 58.1-ci maddəsinə əsasən iş üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin işə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Prezidentinin istinad olunan Fərmanının icrası qaydasında ASC-nin hüquq və öhdəliklərinin, xüsusən, bağlanmış müqavilə üzrə ASC-nin öhdəliklərinin Agentliyə ötürülməsi və Agentliyin həmin öhdəliklərə cavabdeh olmasına dair rəsmi sənəd təqdim olunmadığını nəzərə alaraq, Aqrar Kredit və İnkişaf Agentliyinin iş üzrə əlavə cavabdeh kimi cəlb edilməsi məqsədəuyğun olardı. Eyni zamanda yuxarıda göstərilənlərə əsasən, hazırda iddia tələbinin dəyişdirilərək, "xxxx" ASC (hazırki Cavabdeh1 ASC) ilə bağlanmış müqavilə üzrə ödənilmiş avadanlığın dəyərinin 10 % və aylıq ödənişlərin geri qaytarılmasını tələb etmək zərurəti yaranmışdır. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən müvafiq lizinq müqaviləsi əsasında hazırkı iş üzrə digər cavabdeh olan X10 lizinqə verilmiş, məhsuldarlığı 10.000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığın dəyəri əvvəlki lizinq alan İ.Əliyev tərəfindən vaxtlı-vaxtında ödənilmədiyindən, yuxarıda sözügedən texnoloji avadanlığın qalıq dəyəri 107.680 (yüz yeddi min altı yüz səksən) manat məbləğində müəyyənləşməklə 7 (yeddi) il müddətinə lizinqə verilməsi ilə bağlı 25 fevral 2016-cı il tarixdə cavabdeh "xxxx" ASC ilə aramda 01-LA/16 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.2-ci bəndinə əsasən öhdəlik yerinə yetirilmiş, texnoloji avadanlığın ümumi dəyərindən (107.680 manat) 10.768 manat məbləğində olan hissəsi əvvəlcədən lizinq verən "xxxx" ASC-yə ödənilsə də cavabdeh lizinq təşkilatı qeyd olunan müqavilənin 2.1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini bu günədək icra etməmişdir. Belə ki, lizinq müqaviləsinin 2.1.1-ci bəndinə əsasən lizinq verən bu müqavilədə göstərilən texnoloji avadanlığı tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə lizinq alana verilməsində iştirak edərək bu öhdəliyin yerinə yetirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsi ilə ödədiyi 10.768 manat ilkin ödənişdən əlavə cavabdeh təşkilata 11.752 manat məbləğində vəsait ödənilmişdir ki, bununla da almadığı lizinq avadanlığına görə ödədiyi ümumi məbləğ 22.520 manat təşkil etmişdir. Hazırki vaxtadək cavabdeh ASC tərəfindən müqavilə öhdəlikləri icra olunmadığına və avadanlığın verilməsi iddiaçıdan asılı olmayan (qanuni üvvəsində olan məhkəmə aktları ilə müəyyən olunmuş hallara görə) mümkün olmadığına görə, yuxarıda sadalanan xüsusatlara əsasən müqavilə üzrə ödənilən 22520 manat və həmin məbləğə hesablanmalı olan illik 5 faiz (22520 x 5% = 1126 AZN x 7 il = 7882 AZN) məbləği- 7882 manat cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə faktiki olaraq icra edilməmiş bu hal özü qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəfindən ümumilikdə 22.520 manat ödənişin olması işin mübahisəsiz halıdır və məhkəmə qətnaməsi ilə də sübuta yetirilir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməli olduğu halda, öhdəliyini icra etməmiş, lizinq müqaviləsində nəzərdə tutulmuş texnikanı təhvil verməmiş, bununla belə təhvil-təsli aktı imzalanmışdır. Təhvil-təslim aktının tərtib edildiyi tarixdən etibarən illik 5% hesablanmalıdır. Cavabdeh1 ASC tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə iddiaçının nümayəndəsi və vəkili qeyd etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə 2021-ci ildə müraciət olunmuş, lakin tərəflər arasında başqa məhkəmə mübahisəsi olduğundan hazırki işin icraatı dayandırılmışdır ki, belə olan halda da iddia müddətinin axımı dayanır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yinin nümayəndəsi X11 qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, 9 ay müddətində ödənişlər olmuş, bu da o nəticəyə gəlməyə əsas verir ki, qarşı tərəfin özünün bu vəziyyətlə bağlı razılığı olmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi qeyd etmişdir ki, müvafiq Fərman əsasında Cavabdeh1 ASC-yə məxsus bütün öhdəliklər tamamilə Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yinə keçmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə olan yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, məlum olduğu kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yenə həmin Fərmanın 2.2-ci və 3.1-ci bəndlərinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. Fərmanın icrasının təmin edilməsi məqsədilə İddiaçı ilə bağlanmış lizinq müqaviləsi aktiv portfel olaraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Aqrar Kredit və inkişaf Agentliyinə ötürülmüşdür. Bu barədə münasibət bildirilməsinə və həmin müqavilələr üzrə hüquq və öhdəliklərin ötürülməsi barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 ASC cavabdehlər siyahısından çıxarılmamışdır. İddiaçının 25 fevral 2016-cı il tarixli, 01-LA/16 saylı müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılması tələbi ilə bağlı bildirilir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən lizinq alan tərəfindən əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında müqavilə 25 fevral 2016-cı il tarixdə bağlanmasına baxmayaraq 2021 -ci il 24 fevral tarixində iddia qaldırılmışdır. Yenə həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İlkin iddia tələbinə uyğun dövlət rüsumu ödənildiyi göstərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 30.402 manat məbləğində cavabdehlərdən pul məbləğini tələb etməsinə baxmayaraq əlavə dövlət rüsumu ödənilməmişdir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmamışdır. İrəli sürülən iddia tələbinin istər həcm istərsə də mahiyyət etibarilə tamamilə əsassızdır. Əlavə olaraq cavabdehin nümayəndəsi qeyd etmişdir ki, daha əvvəlki iddia tələbində avadanlığın təhvil verilməsi göstərilsə də, hazırda iddia tamamilə dəyişdirilmişdir. Bundan əlavə "xxxx" ASC-nin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək qeyd etmişdir ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Tərəflər arasında lizinq müqaviləsi 25 fevral 2016-cı il tarixdə bağlanmasına baxmayaraq 2021-ci il 24 fevral tarixində iddia qaldırılmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı lizinq müqaviləsi üzrə ödənilmiş pulun cavabdehlərdən tutulmasını tələb etmişdir. İddiaçı əvvəlcə lizinq predmeti olan avadanlığın geri verilməsini, qrafik üzrə ödənişin isə avadanlıq təhvil verildiyi tarixdən sonrakı tarixə hesablanmasını tələb etmiş, daha sonra isə pulun cavabdehlərdən tutulmasını tələb etmişdir. Cavabdeh Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yi qarşı tərəfin məlumatlı olduğunu, ödənişləri özünün razılığı əsasında aparıldığını, digər Cavabdeh1 ASC isə onun cavabdeh olmadığını qeyd etmiş, iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “lizinq verən” "xxxx" ASC “lizinq alan” İddiaçı olmaqla imzalanmış 25 fevral 2016-cı il tarixli 01-LA/16 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsal edən texnoloji avadanlığın lizinqə verilməsi barədə müqaviləyə əsasən lizinq verən qalıq dəyəri 107.680,0 (yüz yeddi min altı yüz səksən) manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 10.000 kq/saat olan qarışıq yem istehsal edən texnoloji avadanlığın (bundan sonra-texnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 7 (yeddi) il müddətinə lizinqə verir. Texnoloji avadanlıq Şəki rayonu, Öyrət kəndində quraşdırılıb. 1.2-ci bəndə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 10.768 (on min yeddi yüz altmış səkkiz) manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır. 2.1. bəndə əsasən “lizinq verən”, bu müqavilədə göstərilən texnoloji avadanlığı tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə lizinq alana verilməsində iştirak edərək bu öhdəliyin yerinə yetirilməsini təmin edir. (2.1.1), texnoloji avadanlıq lizinqə verilərkən onun dəyərinin ən azı 10 faizini əvvəlcədən ödənilməsini tələb edir; (2.1.3.) 3.3-cü bəndə əsasən lizinq alan texnoloji avadanlığı qəbul etdikdən sonra təhviltəslim aktını imzalayır. Lizinq alan təhvil-təslim aktını imzaladıqdan sonra texnoloji avadanlığın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən yaranan nasazlıqların aradan qaldırılması onun üzərinə düşür və bu müqavilə üzrə öhdəliklərindən azad etmir. 4.1-ci bəndə əsasən lizinq alan texnoloji avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir. 6.1.bəndə əsasən bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və hər iki tərəf müqavilənin şərtlərini yerinə yetirməyə borcludur. 25 fevral 2016-cı il tarixli 01-LA/16 nömrəli lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikinə əsasən 24 fevral 2023-cü il tarixi sonuncu ödəmə tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsalı zavodunun lizinq alan”a təhvil-təslimi barədə 27 fevral 2016 tarixli aktda "xxxx" ASC-nin texnoloji avadanlıqların lizinqi şöbəsinin baş mütəxəssisi Rzayev.Q.İ (“təhvil verən”), "xxxx" ASC-nin Şəki regional nümayəndəliyinin direktoru X8, X9 "xxxx" ASC-nin xx.xx.2016 tarixli 62 nömrəli əmri əsasında məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsalı zavodun texnoloji avadanlıqları işlək və saz vəziyyətdə təhvil-qəbulu barədə akt Rzayev Q.İ., Hacıyev.Q.H, Kərimov.H.H adlı şəxslərin adları qeyd edilməklə imzalanmışdır. xx.xx.2023 tarixli 22465 nömrəli ödəniş qəbzinə əsasən 185 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin İddiaçı qarşı iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(107)- 44/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021 tarixli 2-2(102)- 454/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2-2(107)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarda aşağıdakılar müəyyən edilmişdir:
37. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, Müqavilədə göstərilən avadanlığın tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə birlikdə lizinq alana verilməsi lizinq verənin öhdəliyi kimi müəyyən edilmişdir
38. Məhkəmə kollegiyası hesab edir ki, lizinq predmeti olan avadanlığın cavabdehə faktiki təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı kassasiya şikayətində lizinq avadanlığının əvvəlki lizinqə götürənin təsərrüfatında olduğunu və cavabdehin lizinq avadanlığının əvvəlki lizinq götürənin təsərrüfatında qalmasına razılıq verdiyini bildirmişdir. Cavabdeh isə, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən avadanlığın əvvəlki lizinq götürənin sahibliyindən alınaraq onun istifadəsinə və sahibliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etidiyini bildirmişdir.
39. Göründüyü kimi, iddiaçı müqavilə əsasında lizinq obyekti olan texniki avadanlığın cavabdehə təhvil verilməsi öhdəliyini daşısa da, avadanlıq cavabdehə təhvil verilməmiş və faktiki olaraq əvvəlki lizinq götürənin təsərrüfatında qalmışdır. Əvvəlki lizinq götürənin isə öz təsərrüfatında qalmış avadanlıqdan istifadəyə davam etməsi istisna olunmur ki, bu da cavabdehin həmin avadanlıqdan öz məqsədləri üçün istifadəsini mümkünsüz edir. Belə olan halda, lizinq obyekti olan avadanlıqdan faktiki olan istifadə etmək imkanından məhrum olan cavabdehdən lizinq ödənişlərinin tələb edilməsi hüquqi əsasa söykənməyən hal kimi qiymətləndirilməlidir.
46. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iddiaçı lizinq obyekti olan avadanlığın müqavilənin tələblərinə uyğun olaraq cavabdehə təhvil verildiyinə və ya avadanlığın əvvəlki lizinq götürənin təsərrüfatında qalmasında cavabdehin razılıq verməsinə dair dəlilləri ilə bağlı məhkəmələrə hər hansı mötəbər sübutlarını təqdim edə bilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 iyun tarixli, 2- 2(107)-44/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, lizinq predmeti olan avadanlığın İddiaçı faktiki təhvil verilməsi, və ya İddiaçı lizinq avadanlığının əvvəlki lizinq götürənin təsərrüfatında quraşdırılması və saxlanılmasına razılıq verməsi işin halları ilə təsdiq olunmamış, habelə iddiaçı lizinq avadanlığının əvvəlki lizinq alanda qalması və İddiaçı tərəfindən avadanlıqdan orada istifadə edilməsinə dair onunla razılaşdığına dair məhkəməyə hər hansı sübutları təqdim etməmişdir. İddiaçı lizinq avadanlığından istifadə etmək məqsədilə özünə aid olan təsərrüfat sahəsində bina (anbar) inşa etdiyi 9 ay ərzində lizinq ödənişlərini həyata keçirmiş, tikinti başa çatdıqdan sonra isə iddiaçı tərəfindən lizinq avadanlığı ona təhvil verilmədiyindən ödənişləri dayandırmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilən fakt iddiaçının dəlilləri ilə qeyd olunan halları təkzib etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1-ci maddəyə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsi üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəyə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəyə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 749.1-ci maddəyə əsasən kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. İşin mübahisəz halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış lizinq müqaviləsi üzrə lizinq alan tərəfindən 10.768 manat ilkin ödəniş və sonrakı dövrlərdə 11.752 manat qrafik üzrə ödənişlər həyata keçirilmiş, lizinq predmeti lizinq alana təhvil verilməmişdir. Belə ki, lizinq predmetinin təhvil verilməməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin (lizinq verənin) müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Göründüyü kimi cavabdeh (lizinq verən) lizinq predmetini iddiaçıya təhvil verməyərək müqavilə öhdəliklərini icra etməmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir ki, hazırki halda lizinq obyekti təhvil verilmədyindən və ondan istifadə olunmadığından həmin ödənişlərin geri tələbi tam əsaslıdır. Məlum olduğu kimi öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə isə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı iddia tələbində göstərilən məbləği həm Cavabdeh1 ASC, həm də Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yindən tutulmasını tələb etdiyindən məhkəmə iddia tələbinin qeyd edilən hissəsinə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında 17 avqust 2020-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra -Cəmiyyət) adlandırılsın. 2.1-ci bəndə əsasən Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir; 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra -Agentlik) keçir. Bu baxımdan məhkəmə yuxarıda qeyd olunan Fərmanı əsas götürərək hesab edir ki, lizinq müqavilələri üzrə öhdəliklər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçdiyi üçün Cavabdeh1 ASC-nin etirazı əsaslı olduğundan iddia tələbi ona qarşı olan hissədə təmin edilməməlidir. Cavabdeh1 ASC tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə bildirir ki, həmin iddia tələbi ilə üzrə iddia müddətinin ötürülməsi ilə bağlı dəlillər də əsassızdır, iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. MM-nin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlandığından, hazırkı halda 25 fevral 2016-cı ildə bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti müvafiq olaraq 2023-cü ildə bitdiyindən iddiaçı 3 illik iddia müddətini ötürməmişdir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi ödənilmiş vəsaitin geri qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməli, 22.520 manat Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yindən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə iddiaçı illik 5% hesablanmaqla 7.882 manatın da cavabdehlərdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləyə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəyə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında xüsusi qeyd vardır. Həmin qərara əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından məlum olur ki, gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi borcu tərəfindən pul öhdəliyinin icrası gecikdirildikdə qarşı tərəfdən tutulur. Hazırki mübahisə üzrə cavabdeh tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halı mövcud deyil. Belə ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət edərkən, iddia tələbində hər-hansı pul tələbini qeyd etməmiş, yalnız iddia tələbini dəyişdirdikdə xx.xx.2023-cü il tarixdə pul tələbi ilə çıxış etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pul öhdəliyinin icrasının gecikdirilməsi öz təsdiqini tapmadığından iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 215,40 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublı̇ kası Kənd Təsərrüfatı Nazı̇ rlı̇ yi Yanında Aqrar Kredı̇ t və İnkı̇ şaf Agentlı̇ yindən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ASC ilə bağlanmış 25 fevral 2016-cı il tarixli, 01-LA/16 saylı müqavilə üzrə ödənilmiş 22.520 (iyirmi iki min beş yüz iyirmi manat) manat, 215,40 (iki yüz on beş manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X4 Qiyas Hacıağa oğlunun xeyrinə tutulsun. Cavabdeh1 ASC-yə qarşı pul tələbi rədd edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva