Məhkəmə qərarları › İş №e-2-2(113)-180/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-180/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-180/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 dekabr 2006-cı il tarixli, 239 saylı “X2” Müqaviləsi üzrə yaranmış 84.455,47 ABŞ dolları əsas borc, 28.694,15 ABŞ dolları hesablanmış faiz borc, 5.878,08 ABŞ dolları dəbbə pulu borcu, ümumilikdə 119.027,70 ABŞ dolları lizinq borcunun ödəmə gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun manatla, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə tutularaq səhmdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektləri olan 1 ədəd “BETOMİX 1,0” markalı beton istehsalı zavodunun (60 m ), 6 ədəd “Mersedes Benz”markalı şassisində avto beton qarışdırıcının (dövlət qeydiyyat nişanları ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***; ** AG ***), 1 ədəd Liebherr R 904 C markalı tırtıllı ekskavatorun (dövlət qeydiyyat nişanı az AZ 10 L 307), 1 ədəd Liebherr A900 C markalı təkərli ekskovatorun (dövlət qeydiyyat nişanı az AZ 10 L 299), 1 ədəd Liebherr 514 təkərli yükləyicinin (dövlət qeydiyyat nişanı az AZ 10 L 300), 1 ədəd “Putsmayster” stasionar beton nasosu komplektinin, “Fibo İnterkon” 55/8-2200 beton istehsal edən mobil zavodun komplekt avadanlığının və 1 ədəd “New Holland” LB 110 B markalı ekskovator yükləyicinin (dövlət qeydiyyat nişanı az AZ 10 L 197) tam işlək vəziyyətdə cavabdeh ANT İnşaat Təmir Tikinti MMC-dən alınaraq səhmdarı Azərbaycan Respublikası Maliyyə Nazirliyi olan Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Beynəlxalq Lizinq QS-Cə qaytarılması, cavabdeh ANT İnşaat Təmir-Tikinti MMC ilə Beynəlxalq Lizinq QSC arasında bağlanılmış 239 saylı, 07 dekabr 2006-cı il tarixli X2 Müqaviləsi və Müqaviləyə edilmiş 18 noyabr 2019-cu il tarixli, 3 saylı Əlavənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.11.2021-ci il tarixli, e-2-2(113)-3389/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8387 saylı, 16 fevral 2022-ci il tarixli ekspert rəyi 24 fevral 2022-ci il tarixdə Məhkəməyə daxil olmuş və məhkəmənin 25.02.2022-ci il tarixli, e-2-2(113)-180/2022 nömrəli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. İddiaçı 13 aprel 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh ANT İnşaat Təmir Tikinti MMC ilə Beynəlxalq Lizinq QSC arasında mübahisənin məhkəmədən kənar yolu (qalıq borc məbləğinin restrukturizasiya olunması və s.) ilə həlli istiqamətində danışıqların aparıldığını bildirərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və müddətdə məlumatlandırılmış iddiaçının nümayəndəsi və digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə göndərdiyi ərizəsində iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazın olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 da iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə ərizələri və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (müxbir hesab: AZ 41NABZ********************) hesabına ödənilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar