Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1803/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, aldatma nəticəsində bağlanmış əqd, mübahisələndirilən əqdlər üçün kəsici müddət, “respondeat superior”, müqavilənin qiyməti, iddia müddəti və onun axımının kəsilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Firmasının Cavabdehnə qarşı “alq-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin baxış iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti a) İddiaçı Firmasının Cavabdehnə qarşı ilkin iddiası
1. İddiaçı Firması Cavabdehnə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri üzrə 7 116 228,53 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun, 520 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1 iddiaçı ilə cavabdeh arasında dörd ədəd malların alqı-satqı müqaviləsi (KQ- ZS/02-2017 saylı xx.xx.2017-ci il tarixli, KQ-ZS/03-2017 saylı xx.xx.2017-ci il tarixli, KQ- ZS/05-2018 saylı xx.xx.2018-ci il tarixli, 26155-18T saylı xx.xx.2018-ci il tarixli müqavilə) bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə İddiaçı Firması öz öhdəliklərini tam icra etmiş və müqavilələr üzrə tələb edilən mallar təhvil verilmişdir. Lakin cavabdeh malları qəbul etsə də, öz öhdəliklərini tam icra etməmiş, ümumilikdə bütün müqavilələr üzrə ödəniş öhdəlikləri mütəmadi gecikdirilmiş, malların dəyərinin əhəmiyyətili hissəsi isə bu günədək ödənilməmişdir. Belə ki, müqavilələr üzrə ümumikdə 6 624 102,56 manat əsas borc və ƏDV üzrə 492 125,97 manat olmaqla cəmi 7 116 228,53 manat borc ödənilməmiş qalmışdır. 2.2 Bundan başqa, tərəflər arasında qüvvədə olan müqavilələrin ümumi olan 10-cu maddəsindən göründüyü kimi, öhdəliklərin gecikdirilməsinə görə gecikdirmədə təqsiri olan tərəfin cərimə ödəməsi nəzərə tutulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh özünün ödəniş öhdəliklərini mütəmadi olaraq gecikdirmişdir. Öhdəliklərin gecikdirilməsi nəticəsində öz növbəsində İddiaçı Firması həm öz partnyorları qarşısında olan öhdəliklərini vaxtında icra edə bilməmiş, həm də vergi və digər dövlət ödənişlərinin ödənilməsində problemlər yaranmış və bu, şirkəti həm maddi zərərə uğratmış, həm də onun işgüzar nüfuzuna ziyan dəymişdir. Qeyd edilən borcların ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı şəkildə müraciətlər edilmiş, hər dəfə borcun qısa müddət ödəniləcəyi vəd edilsə də, buna əməl edilməmişdir. Tərəflər arasında sonuncu dəfə 05 iyun 2023-cü il tarixdə “qarşılıqlı borcların üzləşdirilməsi aktı” tərtib edilib imzalanmış, həmin üzləşmə aktı ilə cavabdeh 31 may 2023-cü il tarixə olan vəziyyətdə İddiaçı Firması qarşısında 6 624 102,56 manat əsas borc və ƏDV üzrə 492 125,97 manat olmaqla cəmi 7 116 228,53 manat borcunun olmasını rəhbəri və baş mühasibinin imzaları və möhürü ilə təsdiq etmişdir. 2.3 Bu üzləşmə aktı tərtib edildikdən sonra da borcun ödənilmədiyi nəzərə alınaraq cavabdehə, həm də “SOCAR”ın vitse-prezidenti Zaur Qurbanovun adına borcun ödənilməsi xahişi ilə yazılı müraciətlər edilmişdir. “SOCAR”a ünvanlanmış 15 avqust 2023-cü il tarixli 19 saylı məktuba cavab olaraq “SOCAR”ın vitse-prezidenti Kənan Nəcəfovun imzası ilə daxil olmuş 24 avqust 2023-cü il tarixli 14-2/2-3408/2023 saylı məktubda bildirilmişdir ki, “bağlanmış müqavilələr üzrə yaranmış kreditor borcun ödənilməsi istiqamətində Trest tərəfindən müvafiq tədbirlər görülməkdədir”. Qeyd edilən yazışmaların üzərindən bir neçə ay keçməsinə baxmayaraq, cavabeh və ya iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Bunu nəzərə alaraq iddiaçı cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə pretenziya məktubu ilə müraciət edərək borcun könüllü qaydada ödənilməsini xahiş etmiş, yaranmış borcun ödənilmə qaydası, yəni borcun müəyyən qrafik üzrə ödənilməsi ilə bağlı saziş layihəsini təqdim edərək onun imzalanmasını və borcun razılaşdırılmış qrafikə uyğun ödənilməsini təklif etmişdir. Lakin qarşı tərəf bu təkliflərə müsbət cavab verməmiş, məsələnin danışıqlar yolu ilə həll edilməsi üçün təşəbbüs göstərməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 448.1-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında iddiaya əlavə edilmiş cavabdehin təmsilçisinin imzaladığı 2017 və 2018-ci il tarixli müqavilələr bağlanaraq alqı-satqı hüquq münasibətləri yaranmışdır. 2017-ci il tarixli müqavilələr 2018-ci il tarixinə kimi, 2018-ci il tarixli müqavilələr isə 2019-cu il tarixinə qədər qüvvədə olmuşdur. Bu baxımdan müqavilə müddəti bitdikdən sonra təqdim edilmiş qaimələrin hüquqi əsasının nədən ibarət olduğu qeyri-müəyyəndir. Eyni zamanda müvafiq müqavilələrlə bağlı tələblər üzrə iddia müddəti ötürülmüşdür. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu səbəbdən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir.
6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 373.2, 374.1, 377.1-ci və s. maddələrinə istinad edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
b) İddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı qarşılıqlı iddiası
8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında təsdiq edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktının və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2- 1109/2023 nömrəli məktubun etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli KQ-ZS/03- 2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05- 2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 9.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələri bağlanmaqla müvafiq hüquq münasibətləri yaranmışdır. 9.2. Adıçəkilən Müqavilələrin 4-cü maddəsi təfsir edilsə, həmin maddə ilə mallar razılaşdırılmış ünvana çatdırıldıqdan və müvafiq sənədlər təqdim olunduqdan sonra alıcının satıcıya ödəniş edəcəyi razılaşdırılmışdır. İlkin iddia üzrə tələbin faktiki əsası kimi göstərilmiş malların Cavabdehnə təhvil verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Habelə Müqavilələrin 4-cü maddəsində qeyd edilən sənədlər qarşılıqlı iddiaçıya təqdim edilməmiş və məhkəməyə də sübut qismində təqdim edilməmişdir. 9.3. xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktı İddiaçı Firması tərəfindən təqdim edilmiş və qarşılıqlı iddiaçının buna səlahiyyəti olmayan işçiləri tərəfindən təsdiqlənmişdir. Müvafiq işçilər tərəfindən borcların üzləşdirilməsi aktı təsdiq edilməsi üçün hər hansı səlahiyyət verilməmişdir. Borcların üzləşdirilməsi aktı tərtib edilərkən lazımi qaydada araşdırılma aparılmadığı üçün Cavabdeh müdirinə də yanlış məlumat verilmiş və ona görə də İddiaçı Firmasına xx.xx.2023-cü il tarixli 14-2-15/2- 1109/2023 nömrəli məktubla cari borcla bağlı düzgün məlumat təqdim edilməmişdir. Bununla yanaşı, müvafiq məktubla adıçəkilən “qarşılıqlı borcların üzləşdirilməsi” aktı təsdiq edilməmişdir. 9.4. Bununla yanaşı, müqavilələr bağlanan zamanı qarşılıqlı İddiaçı Firması tərəfindən malların dəyəri ilə bağlı aldadılmışdır. Malların dəyəri daha yüksək qiymətləndirilmiş və müqavilələrdə öz əksini tapmışdır. Hazırda araşdırma apararkən müəyyən olunur ki, malların dəyəri müqavilələr bağlandığı zaman 60% daha aşağı qiymətə olmuşdur. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığmı təmin edən ən başlıca hüquqi vasitədir. 9.5. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
10. Qarşılıqlı iddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339.2, 359.1, 570.1-ci və s. maddələri göstərilmişdir.
11. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz təqdim edərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddiaya etiraz onunla əsaslandırılmışdır ki: 12.1. qarşılıqlı iddia ərizəsi onunla “əsaslandırılır” ki, guya ilkin iddiaçı tərəfindən mallar düzgün təqdim edilməmiş, təqdim edilmiş mallar müqavilədə göstərilən qiymətlərə uyğun olmamış, malların tərəflər arasında bağlanmış müqavilələrin 4-cü bəndində göstərilən qaydada təhvil verilməyinə dair sənədlər təqdim edilməmişdir, tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı səlahiyyətsiz şəxslər tərəfindən imzalanmışdır və Cavabdeh rəhbəri borcları təsdiq edən məktubu ona verilmiş yanlış məlumatlara əsasən imzalamışdır, qeyd edilənlərə əsasən də tərəflər arasında bağlanmış müqavilələr, qarşılıqlı üzləşmə aktı və borcların təsdiqinə dair məktub etibarsız sayılmalıdır. 12.2. Tərəflər arasında malların alqı-satqısında dair bağlanmış müqavilələr ilkin iddia üzrə cavabdeh tərəfindən elan edilmiş və keçirilmiş satınalma (tender) prosedurlarının yekunlarına uyğun olaraq imzalanmışdır. Belə ki, Cavabdeh tərəfindən həmin vaxt qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq satınalma keçirilmiş, rəqabətli satınalma prosesi nəticəsində ilkin iddia üzrə iddiaçının təklifi qalib seçilmiş və malların alqı-satqısına dair müvafiq müqavilələr imzalanmışdır. Həmin vaxt qüvvədə olan 27 dekabr 2001-ci il tarixli 245-İİQ nömrəli “Dövlət satınalmaları haqqında” Qanunun müddəalarından göründüyü kimi, “tender - satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə” kimi müəyyən edilib. Yəni tenderin keçirilməsinə məqsəd məhz ən səmərəli, ən aşağı qiymət təklifinin seçilməsi yolu ilə satınalma müqaviləsinin bağlanmasıdır. Cavabdeh də məhz ona görə tender prosesini keçirirdi ki, ən aşağı qiymət təklifi əsasında müvafiq malları alsın. Bu da o deməkdir ki, ilkin iddiaçı tərəfindən təqdim edilən qiymətlər məhz digər iddiaçıların təkliflərindən aşağı olduğu üçün qalib olmuşdu və qiymətlərin şişirdilməsi barədə deyilənlərin heç bir əsası yoxdur. Həmin qanundan göründüyü kimi, satınalma prosesləri ehtimal olunan qiymət çərçivəsində keçirilirdi və malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti dedikdə “satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti” başa düşülür. Bununla bağlı verilmiş vəsatət, yəni tender proseduru ilə bağlı sənədlərin, xüsusən də ehtimal olunan qiymət və bütün iddiaçıların qiymət təkliflərinin məhkəməyə təqdim edilməsi barədə vəsatət təmin edilmiş, lakin ilkin iddia üzrə cavabdeh tərəfindən həmin sənədlər bugünədək məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlər təsdiq edir ki, ilkin iddia üzrə iddiaçının təqdim etdiyi və onunla Cavabdeh arasında bağlanmış müqavilələrdə əks olunmuş qiymətlər hər hansı formada şişirdilməmiş, sonuncu tərəfindən qanun çərçivəsində müəyyən edilmiş ehtimal olunan qiymətlərə uyğun və digər təchizatçıların təklif etdikləri qiymətlərdən daha aşağı, daha səmərəli olmuşdur. 12.3. Qarşılıqlı iddia ərizəsində qeyd edilən ikinci məsələ malların tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsində müəyyən edilmiş qaydada təhvil verilməməsi və buna dair sənədlərin məhkəməyə təqdim edilməməsidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, mallar ciddi hesabat blankı formasına malik “malların alınması üçün vəkalətnamə” – “Forma № M-2” əsasında qarşılıqlı iddiaçının həmin vəkalətnamə üzrə səlahiyyətli şəxsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 118 nömrəli 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”ndan göründüyü kimi, “3.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir” və “1.4. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyətəsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir”. “Malların alınması üçün vəkalətnamə”, yəni “Forma № M-2” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının № Q-09 saylı 4 aprel 2016-cı tarixli qərarı ilə təsdiq edilmişdir (4 nömrəli əlavə) və hazırda qüvvədə olan bur forma onu göstərir ki, onu təsdiq edən şəxs əlavə etibarnaməyə ehtiyac olmadan müvafiq malları qəbul etməyə səlahiyyətlidir, qəbul edilən malların adları dəyəri və s. ayrıca bir təhvil-təslim aktına ehtiyac olmadan həmin vəkalətnamənin “vəkalətnamə kötüyü” hissəsində qeyd edilir. 12.4. Qarşılıqlı iddia ərizəsində əksini tapmış “etibarsızlıq” iddiası ilə bağlı nəzərə alınmalıdır ki, müqavilələr Cavabdeh tərəfindən elan edilmiş tender prosedurlarına əsasən “Dövlət satınalmaları haqqında” Qanunla müəyyən edilmiş qaydada tender prosedurları nəticəsində bağlanmış, daha sonra müvafiq əlavələr bağlanmaqla bir daha təsdiq edilmiş, qarşılıqlı iddiaçı tərəfindən elektron qaimə-fakturalar təsdiq edilməklə ödəmələrinin əsas hissəsi icra edilmişdir. Belə olan halda, ilkin iddia üzrə iddiaçı ilə bağladığı müqavilələri mübahisələndirmək hüququna malik deyildir, üstəlik belə mübahisələndirmə üçün müddətlər onun tərəfindən ötürülmüşdür.
13. Qarşılıqlı iddiaya etirazda hüquqi əsas kimi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (27 dekabr 2001-ci il tarixli) 27-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 118 nömrəli 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”na istinad edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1803/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia tələbinin “tərəflər arasında təsdiq edildiyi iddia edilən xx.xx.2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktının və iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli məktubun etibarsız hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
15. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək ilkin iddianın və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər.
16. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 və X1 ilkin iddiaya etirazın və qarşılıqlı iddianın məzmununa uyğun izahat verdilər və ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər.
17. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Elektron məhkəmə” informasiay sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 məhkəmə iclaslarında iştirak edərək ilkin iddiaya etiraz etdi və bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin tabeliyində 30-a yaxın hüquqi şəxs mövcuddur. Maliyyə hesabları isə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hazırda mübahisələndirilən müqavilələr bağlandıqdan sonra Cavabdehndə kifayət qədər kadr dəyişiklikləri olmuş, keçirilən tenderlərdə pozuntular aşkar olunmuşdur. Hazırkı müqavilələr üzrə də mallar bazar dəyərindən dəfələrlə yüksək qiymətə satılmış, nəticədə üçüncü şəxsə də zərər dəymişdir.
III. Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: – Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 15 676 161,07 manat, müqavilənin müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, xx.xx.2019-cu il tarixli 1 nömrəli əlavə razılaşma ilə müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək, 31 mart 2021-ci il tarixli 2 nömrəli əlavə razılaşma ilə müqavilənin müddəti öhdəliklər icra edilənədək şərtləşdirilmiş, 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir; – Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2017-ci il tarixli KQ-ZS/02-2017 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 2 952 607,8 manat, müqavilənin müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmiş, 06 dekabr 2021-ci il tarixli 03 saylı əlavə və onun qoşması ilə 3474,89 manat dəyərində boruların da dəyəri şərtləşdirilmişdir; – Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 1 557 692,04 manat, müqavilənin müddəti xx.xx.2019-cu il tarixinədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir; – Cavabdeh ilə İddiaçı Firması arasında xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli malların alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Firması müqavilənin 1 saylı qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları “İnkoterms-2010”a əsasən DDP Bakı, Azərbaycan şərtilə Puta DY Stansiyasına çatdırmağı, Cavabdeh isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 4 003 616,69 manat, müqavilənin müddəti öhdəliklər icra edilənədək müəyyən edilmişdir. Adıçəkilən müqaviləyə 1 saylı qoşmaya ilə ayrı-ayrı boruların adı, ölçü vahidi, qiyməti və s. razılaşdırılmış, 16 yanvar 2020-ci il tarixli 01 saylı əlavə ilə 1 saylı qoşmanın 6-cı sətri yeni redaksiyada verilmiş (malın adı dəyişdirilmiş, ölçü vahidi, miqdarı və qiyməti dəyişdirilmədən qalmışdır), 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə satıcının bank rekvizitləri yeni redaksiyada verilmişdir; – 14 fevral 2020-ci il tarixli Cavabdeh ilə İddiaçı Firmasının rəhbərləri və baş mühasibləri tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, xx.xx.2019-cu il tarixə İddiaçı Firmasına olan borc ƏDV daxil olmaqla 10 930 263,11 manat olaraq təsdiq edilmişdir; – 05 iyun 2023-cü il tarixli Cavabdeh ilə İddiaçı Firmasının baş mühasibləri tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən, xx.xx.2023-cü il tarixə İddiaçı Firmasına olan borc ƏDV daxil olmaqla 7 116 228,53 manat (6 624 102,56 manat əsas, 492125,97 manat ƏDV) olaraq təsdiq edilmişdir.
23. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firması xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli 4 alqı-satqı müqaviləsi üzrə 7 116 228,53 manat məbləğində pulun tutulmasını tələb edir.
24. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, Cavabdeh xx.xx.2017ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələrin etibarsız hesab edilməsini və ilkin iddianın rədd edilməsini tələb edir.
25. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş edir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
27. Konstitusiya Məhkəməsinin qeyd edilən hüquqi mövqeyindən çıxış edən məhkəmə hesab edir ki, hazırkı iş üzrə ilk olaraq xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələrin etibarlı olubolmamasına hüquqi qiymət verilməlidir və bu mənada əvvəlcə qarşılıqlı iddia tələbinə münasibət bildirilməlidir.
28. Qarşılıqlı iddiaçı xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələrin etibarsızlığını Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən irəli sürür və malların dəyəri barədə aldadıldığına istinad edir. Qarşılıqlı iddiaçının arqumetlərinə görə, “X3 Company” Şirkəti ilə 2019-cu ildə bağlanmış malların alqı-satqı müqaviləsində əks olunmuş qiymətlərlə xx.xx.2017-ci il tarixli KQ- ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ- ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqaviləsində göstərilmiş qiymətləri müqayisə etdikdə, açıq-aşkar aldadılma öz təsdiqini tapır.
29. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
30. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
32. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
33. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
34. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
35. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
36. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
37. Həmin Məcəllənin 398.2-ci maddəsinə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
38. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq öhdəliyin icrası zamanı qiymətin tərəflərin razılığı ilə müəyyənləşdiriməsi prezumpsiyası təsbit edilmiş, istisna hal kimi isə qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər təşkil etmişdir. Hazırkı halda isə xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli müqavilələrin predmetləri olan borularlar bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər mövcud deyildir.
39. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1803/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/5338/2024 nömrəli 16 avqust 2024-cü il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş və göstərilmişdir ki, tədqiqat obyekti olan neft-qazma işləri üçün nəzərdə tutulmuş müxəlif ölçülü, müxtəlif texniki göstəricilərə malik qazma boruları, əks klapanlar, başmaqlar və s.nin ekpsert qarşısında qoyulmuş suallarda göstərilən tarixlərə olan respublikadaxili orta bazar qiymətinin müəyyən edilməsi üçün tədqiqat aparılsa, da, Respublikada yerləşən ticarət məntəqələrində və yerli internet saytlarında həmin tədqiqat obyektlərinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Xarici internet saytlarında olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərardadda və mülki iş materialında olan alqı-satqı müqavilələrində qeyd edilən neft-qazma işləri üçün nəzərdə tutulmuş müxəlif ölçülü, müxtəlif texniki göstəriciləri malik qazma boruları, əks klapanlar, başmaqlar və s.-nin Azərbaycan Respublikası ərazisində olan orta bazar qiymətini müəyyən etmək mümkün deyil. Belə ki, azad bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasına idxal edilən hər hansı bir əmtəəyə edilən ticarət əlavəsinin miqdarı barədə normativ və ya məhdudiyyət mövcud deyil. Belə ki, respublikadaxili orta bazar qiymətləri (Tarif şurasının müəyyən etdiyi qiymətlərdən başqa) tələb-təklif əsasında formalaşır. Bu səbəbdən də həmin tədqiqat obyektlərinin kütləvi istehsalı olmadığından, xüsusi sifariş əsasında istehsal olunduğu güman edildiyindən, gömrük xərcləri, daşınma xərcləri, ticarət əlavəsi və sair əlavə edilməklə obyektiv nəticəni (Azərbaycan Respublikası ərazisində olan orta bazar qiymətini) müəyyən etmək mümkün deyildir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-9/5338/2024 nömrəli 16 avqust 2024-cü il tarixli məktubu ilə ekspertizanın keçirilməsindən imtina etmiş və mübahisələndirilən alqı-satqı müqavilələrinin predmetlərinin Azərbaycan Respublikası ərazisində kütləvi satışı olmadığından orta bazar qiymətlərinin müəyyən edilməsinin mümkün olmadığı və qiymətlərin tələb-təklif əsasında formalaşa biləcəyi göstərilmişdir.
41. Göründüyü kimi, azad bazar iqtisadiyyatında tələb-təklif əsasında formalaşan, tərəflərin razılaşması ilə müəyyən edilən müqavilənin qiyməti satıcının aldadıcı hərəkəti kimi təfsir edilə bilməz. Ekspert rəyində də göstərildiyi kimi, xx.xx.2017-ci il tarixli KQ- ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ- ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələrinin predmetləri Azərbaycanda kütləvi istehsala malik deyil, xüsusi sifariş əsasında istehsal olunduğu güman edildiyindən gömrük xərcləri, daşınma xərcləri, ticarət əlavəsi və sair əlavə edilməklə qiymətlər tərəflərin razılığı ilə müəyyən edilir.
42. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
43. Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibarsızlığın növlərindən yalnız birində mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutan kəsici müddətdir. Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir.
44. Hazırkı halda qarşılıqlı iddiaçı müqavilə qiymətləri barədə aldadıldığını “X3 Company” Şirkəti ilə bağlanan 05 sentyabr 2019-cu il tarixli müqavilədə göstərilən qiymətlərə istinad etməklə əsaslandırır. Başqa sözlə, artıq 05 sentyabr 2019-cu il tarixli müqavilə bağlanarkən “aldadılma”nın qarşılıqlı iddiaçıya məlum olduğu aydındır. Lakin qarşılıqlı iddiaçı həmin tarixdən ötən müddət ərzində nəinki əqdləri mübahisələndirməmiş, hətta xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli müqavilələrə əlavələr bağlamış, borclarla bağlı qarşılıqlı üzləşmə akları imzalamışdır.
45. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli müqavilələri Mülki Məcəllənin 339.2 – 339.3-cü maddələrinə istinad etməklə mübahisələndirmək hüququnu itirmişdir.
46. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı Cavabdeh İddiaçı Firmasına qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.
47. Məhkəmə ilkin iddiaya münasibətdə göstərir ki, tərəflər arasında xx.xx.2017ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələri üzrə borcların 14 fevral 2020-ci il və 05 iyun 2023-cü il tarixlərində qarşılıqlı üzləşdirilməsi aparılmış, üzləşmə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
48. «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.
49. İlkin iddia üzrə cavabdeh 05 iyun 2023-cü il tarixli üzləşdirmə aktına baş mühasibin imza etdiyini, sonuncunun belə bir səlahiyyətə malik olmadığını bildirir.
50. Əvvəla, göstərilməlidir ki, 14 fevral 2020-ci il tarixli akt hər iki hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imza edilmiş, xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli, xx.xx.2017-ci il tarixli ZS/02-2017 nömrəli, xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli, xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli alqı-satqı müqavilələri üzrə borc məbləği ƏDV daxil olmaqla 10 930 263,11 manat olaraq təsdiq edilmişdir. Lakin 05 iyun 2023-cü il tarixli üzləşmə aktını inkar edən ilkin iddia üzrə cavabdeh həmin üzləşmə aktı ilə təsdiq olunan 10 930 263,11 manat borc məbləğini də tam olaraq ödədiyi barədə hər hansı sübut təqdim etməmişdir.
51. Digər tərəfdən, 05 iyun 2023-cü il tarixli üzləşmə aktına hər iki hüquqi şəxsin möhürü vurulmuşdur.
52. Mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır.
53. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur. Qeyd olunan hal öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxsin üzərinə sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirmək vəzifəsi qoyur.
54. Bu baxımdan hazırkı halda, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənəddəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin sənədlər imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə, bu o anlama gəlir ki, hüquqi şəxsin təmsilçisi Mülki Məcəllənin 360.2-ci maddəsinə əsasən əqdi, əksi sübut edilməyənədək, bəyənmişdir. Hüquqi şəxsin adından tərtib olunmuş sənədlərin və ya bağlanmış müqavilələrin onların möhürü ilə təsdiqlənmə halında möhürlə bağlı xüsusiyyətini tam araşdırmadan mötəbərlik baxımından qiymətləndirilməsi zamanı sənədi imzalamış şəxsin səlahiyyətli şəxs olmadığının müəyyən edilməsi həmin sənədin (müqavilənin) birmənalı qeyri-mötəbər kimi sübut qiymətləndirilməsinə əsas ola bilməz.
55. Bu mənada nə qədər ki ilkin iddia üzrə cavabdeh müvafiq möhürün itirildiyi və ya oğurlandığı barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyi, mətbu orqanda bu barədə məlumat dərc etdirdiyi və kontragentlərinə vaxtında məlumat verdiyinə dair sübutlar təqdim edə bilmir, məhkəmə möhürlə təsdiq olunmuş üzləşmə aktının mötəbərliyinin şübhə altına alınmasını qeyri-ciddi qəbul edir.
56. Bundan başqa, ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddiaçıya ünvanlanan 20 noyabr 2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli ilkin iddia üzrə cavabdehin möhürü ilə təsdiq edilmiş, qanuni təmsilçisi tərəfindən imza edilmiş məktubda da ilkin iddia üzrə cavabdeh 6,6 milyon manat (ƏDV-siz) borcun olduğunu təsdiq etmiş, ödənilməsi üçün zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir.
57. İlkin iddia üzrə cavabdeh qeyd edilən məktubun qanuni təmsilçiyə yanlış məlumat verilməsi nəticəsində tərtib edildiyini bildirmişdir.
58. Məhkəmə həmin arqumentləri də əsassız sayır və göstərir ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Eyni zamanda nəzərə hüquqi şəxslər fiziki şəxslərdən fərqli olaraq insan varlığı olmayıb fiktiv şəxslər – personalardır. Onlar üçün hüquq və vəzifələr də məhz işçilərinin, xidmətlərindən istifadə edilən digər şəxslərin davranışları ilə yaranır (qui facit per alium facit per se – başqaları vasitəsilə hərəkət edən özü hərəkət etmiş hesab edilir).
59. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.
60. Qanunvericinin bu yanaşması belə bir əsasa söykənir ki, hüquqi şəxs ona görə işçinin və ya xidmətlərindən istifadə etdiyi şəxsin əməli üçün məsuliyyət daşıyır ki, sonuncuları seçərkən lazımi diqqət göstərməmişdir və ya onlara nəzarət etməyi bacarmamışdır.
61. Bu mənada cavabdehin işçilərinin hərəkəti və ya hərəkətsizliyi üçün Mülki Məcəllənin 448.3 və 456-cı maddələrinə müvafiq olaraq cavabdeh məsuliyyət daşıyır. İstisnanı isə ilkin iddiaçının ilkin iddia üzrə cavabdehin əməkdaşlarının müvafiq hərəkətləri barədə məlumatı olması təşkil edir.
62. İlkin iddia üzrə cavabdeh tərəf isə iddiaçının belə bir məlumatlılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, güman və formal mülahizələrini çatdırmışdır. Halbuki mülki hüquq subyektlərinin vicdanlılığı prezumpsiya edilir və əksi sübut edilənədək bu qayda rəhbər tutulur. İlkin iddia üzrə cavabdeh isə ilkin iddiaçının cavabdehlə olan öhdəlik münasibətində vicdanlı olmadığını sübut edə bilməmişdir.
63. Məhkəmə ilkin iddia üzrə cavabdehin sonuncu – iddia müddətinin keçməsi ilə bağlı etirazına münasibətdə isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
64. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
65. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
66. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
67. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2).
68. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
69. xx.xx.2017-ci il tarixli KQ-ZS/02-2017 nömrəli malların alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBBO 346609 seriya və nömrəli elektron qaimə tərtib edilərək ilkin iddia üzrə cavabdehə göndərilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir.
70. xx.xx.2017-ci il tarixli KQ-ZS/03-2017 nömrəli malların alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAR 491481 və EBAR 490731 seriya və nömrəli elektron qaimələr tərtib edilərək ilkin iddia üzrə cavabdehə göndərilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir.
71. xx.xx.2018-ci il tarixli KQ-ZS/05-2018 nömrəli malların alqı-satqı müqaviləsinə sonuncu dəfə 26 aprel 2021-ci il tarixli 2 sayı əlavə ilə dəyişiklik edilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir.
72. xx.xx.2018-ci il tarixli 26155-18T nömrəli malların alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDD 422989 seriya və nömrəli elektron qaimə tərtib edilərək ilkin iddia üzrə cavabdehə göndərilmiş, 05 iyun 2023-cü il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borc məbləği ilkin iddia üzrə cavabdeh tərəfindən etiraf edilmişdir.
73. 05 iyun 2023-cü il tarixli üzləşmə aktında hər dörd müqavilə üzrə hesabat ilində, yəni 2023-cü ildə ödəniş edildiyi təsbit edilmişdir.
74. 20 noyabr 2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli ilkin iddia üzrə cavabdehin möhürü ilə təsdiq edilmiş, qanuni təmsilçisi tərəfindən imza edilmiş məktubda ilkin iddia üzrə cavabdeh 6,6 milyon manat (ƏDV-siz) borcun olduğuni təsdiq etmişdir.
75. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
76. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qeyd edilən bütün müqavilələr üzrə iddia müddətinin axımı bir neçə dəfə kəsilmiş, sonuncu dəfə isə 20 noyabr 2023-cü il tarixli 14-2-15/2-1109/2023 nömrəli məktubla borc etiraf edilmişdir. İlkin iddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu isə hazırkı halda iddia müddətinin ötdüyünə istinad edilməsini istisna edir və ilkin iddia üzrə cavabdehin etirazının bu dəlili də öz təsdiqini tapmır.
77. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia üzrə Cavabdehndən 7 116 228,53 manat məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı Firmasına ödənilməli, qarşılıqlı iddia rədd edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
78. İlkin iddia üzrə iddiaçı ödənilmiş dövlət rüsumunun və 520 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.
79. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün 3058 manat ödəniş edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə 1290 manat dövlət rüsumu ödənilmişdir.
80. Bundan başqa, xx.xx.2023-cü il tarixli qəbzlə 520 manat məbləğində pul Bakı şəhəri 15 saylı vəkil bürosuna ödənilmişdir (xx.xx.2023-cü il tarixli 615 nömrəli hüquqi yadım müqaviləsi; ******* nömrəli order).
81. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
82. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
83. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
84. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini, hüquqi yardım xərcinin əvəzinin ödənilməsi tələb olunan vəkil tərəfindən bir neçə dəfə yazılı izahat (etiraz) verildiyini və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 520 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
86. Məhkəmə hesab edir ki, ilkin iddia təmin olunduğundan, qarşılıqlı iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4348 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 520 manat məbləğində pul ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Firmasına ödənilməli, qalan hissədə məhkəmə xərci qarşılıqlı iddiaçıya aid edilməlidir
V. Nəticə:
87. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdehndən 7 116 228,53 manat (yeddi milyon bir yüz on altı min iki yüz iyirmi səkkiz manat əlli üç qəpik) məbləğində pul tutularaq ilkin iddia üzrə İddiaçı Firmasına ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4348 (dörd min üç yüz qırx səkkiz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pul ilkin iddia üzrə Cavabdehndən tutularaq ilkin iddia üzrə İddiaçı Firmasına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova