Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1803/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndələri Qanuni nümayəndə və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, 47679 (qırx yeddi min altı yüz yetmiş doqquz) manat borc, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün cəmi 2500 ( iki min beş yüz) manat dəbbə pulu, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 242 (iki yüz qırx iki) manat və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla ümumilikdə 50740 (əlli min yeddi yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra satıcı) (direktor X1) ilə "xxxx" MMC (bundan sonra alıcı) (direktor Qanuni nümayəndə) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 225T/23 saylı müqaviləsinə əsasən satıcı göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan sement növlərini müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən ödəniş alıcı tərəindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 3 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilməlidir. Müqaviləyə əsasən satıcı bu müqavilədə nəzərdə tutulmuş vaxt çərçivəsində malı alıcıya təhvil verməyibsə, o bu halda alıcıya dəbbə pulu ödəməlidir. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri ƏDV də daxil olmaqla, cəmi 53639,53 (qırx yeddimin altı yetmiş doqquz) manat təşkil edir. Bunu tərəflər arasında xx.xx.2024-cü il tarixində tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi barədə akt da təsdiq edir. Akta əsasən qalıq borc 53639,53 (qırx yeddi min altı yetmiş doqquz) manat kimi qeyd olunmuşdur. Qarşılıqlı borcların üzləşməsi barədə aktdan sonra alıcı tərəfindən ödəniş edilmişdir. Hazırda qalıq borc ƏDV daxil olmaqla, cəmi 47679 (qırx yeddimin altı yetmiş doqquz) manat təşkil edir. Müqavilə tərəflərinin xx.xx.2024-cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Həmçinin gecikdirilmiş günlər üçün 2500 ( iki min beş yüz) manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 241 (iki yüz qırx bir) manat alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə, həmçinin online kargüzarlıq qaydasında və elektron məhkəmə sistemindən pretenziya məktubu göndərilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək, üzləşmə aktından sonra ödənişlərin olunduğunu, həmin ödənişləri borcdan çıxdıqdan sonra qalan 29800 manat hissəsini qəbul etdiklərini, cərimə məbləğini və digər xərcləri qəbul etmədiklərini və iddianın qeyd olunan hissədə qismən təmin olunmasına etiraz etmədiklərini bildirdi.
7. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında digər nümayəndə ilə oxşar məzmunlu izahat verərək, bildirdi ki, üzləşmə aktından sonra ödənişlər olunmuşdur, həmin ödənişlər borcdan çıxıldıqdan sonra qalan məbləği qəbul edir, cərimə məbləği və digər xərcləri isə qəbul etmir və iddianın qeyd olunan hissədə qismən təmin olunmasına etiraz etmir. Eyni zamanda bildirdi ki, digər şirkətlərdən alacaqları olduğuna görə borcu tam ödəyə bilməmişlər.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 225T/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı 3-cü bənddə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı və dəyərini ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mal və qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla müqaviləyə aid olan əlavələrdə göstərilir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 3 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən alıcı satıcının razılığı ilə alınacaq malın dəyərini vergilər daxil olmaqla 3 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən satıcının satılmış malı vaxtlı-vaxtında alıcı tərəfindən qəbul etməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək, müqavilənin 3.2.1 və 3.2.2 maddələrində göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda hər bir gecikdirilmiş günə 0,5% qədər cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququ vardır. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən alıcının müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini ödəmək, ödəniş müqavilənin 3.2.1-ci bəndində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək, alınan malın dəyərinin ödənilməsini təmin etmədiyi təqdirdə yaranmış borc məbləğinin qaytarılması məqsədilə satıcı tərəfindən dəvət edilmiş üçüncü tərəfin xidmətlərinin dəyərini ödəmək vəzifəsi vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2023-cü il tarixdə bağlanmış 225T/23 saylı müqaviləyə 1 saylı, xx.xx.2023-cü il tarixli qiymət əlavəsi əlavə edilmişdir. Qiymət əlavəsi tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2023-cü il tarixdə bağlanmış 225T/23 saylı müqaviləyə 2 saylı, xx.xx.2023-cü il tarixli qiymət əlavəsi əlavə edilmişdir. Qiymət əlavəsi tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 739848 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 739732 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 964471 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 049015 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
15. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 216347 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
16. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 217411 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
17. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 347359 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
18. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 548295 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
19. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 548296 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
20. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 912582 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
21. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 060360 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
22. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 059959 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
23. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 635528 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
24. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 813934 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
25. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 012923 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
26. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 002142 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
27. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 828508 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
28. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 913044 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
29. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktından müəyyən edilir ki, Cavabdeh MMC-nin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə olan borcu (ƏDV daxil) 53639,53 manat təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
30. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, OD23 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 5050,88 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 739848 nömrəli və EBDW seriyalı, 739732 nömrəli elektron qaimələr, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
31. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 909,16 manat ƏDV ödənişi edilmişdir.
32. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MVİdZmy20 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 5050,88 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 964471 nömrəli və EBDX seriyalı, 049015 nömrəli elektron qaimələr, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
33. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 909,16 manat ƏDV ödənişi edilmişdir.
34. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MVkcfmD16 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 5050,88 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDX seriyalı, 216347 nömrəli və EBDX seriyalı, 217411 nömrəli elektron qaimələr, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
35. Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş ƏDV köçürülməsinin aparılması haqqında xx.xx.2025-ci il tarixli, **********320373 nömrəli bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 909,16 manat ƏDV ödənişi edilmişdir.
36. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MvybxwA10 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin bank hesabına 5050,88 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDX seriyalı, 347359 nömrəli və EBDX seriyalı, 548295 nömrəli elektron qaimələr, 225T/23 nömrəli müqavilə qeyd edilmişdir.
37. Dövlət Vergi Xidməti tərəfindən tərtib edilmiş ƏDV köçürülməsinin aparılması haqqında xx.xx.2025-ci il tarixli, **********021269 nömrəli bildirişin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 909,16 manat ƏDV ödənişi edilmişdir.
38. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 47679 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, əsas borcla yanaşı hesablanmış cərimə, vəkil xidmətinə görə çəkilmiş xərclər və digər məhkəmə xərclərinin tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
41. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması, "xxxx" MMC tərəfindən müqavilə razılaşdırılmış malların Cavabdeh MMC-yə təhvil verilməsi və Cavabdeh MMC tərəfindən qismən ödənişlərin edilməsi işin mübahisəsiz tərəfini təşkil edir. İşin mübahisəli hissəsi ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh MMC-nin müqaqvilə üzrə 47679 manat olduğunu iddia etmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədə cavabdehin ümumilikdə borcunun hazırda 32860,37 manat olduğunu qəbul edirdiklərini və nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddianı 29800 manat hissədə qəbul etdiklərini bildirmişdir.
42. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 225T/23 saylı alqı-satqı müqaviləsi üzrə 47679 manat məbləğində qalıq borcun (ƏDV daxil) tutulması təşkil edir.
43. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 225T/23 saylı alqı-satqı müqaviləsi üzrə 29799,37 manat (iyirmi doqquz min yeddi yüz doxsan doqquz manat otuz yeddi qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 18 elektron qaimə göndərilmişdir. Həmin elektron-qaimələr üzrə ümumi borc məbləği 53640,36 manat (18x2980,02=53640,36) təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktında Cavabdeh MMC-nin "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə olan borcunun (ƏDV daxil) 53639,53 manat təşkil etdiyi qeyd edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları ilə müəyyən olunur ki, üzləşmə aktından sonra Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 23840,16 manat (5050,88+5050,88+5050,88+5050,88+909,16+909,16+909,16+909,16=23840,16) ödəniş edilmişdir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan qalıq borcu 29799,37 manat (53639,53-23840,16=29799,37) təşkil edir.
44. Bundan əlavə, iddiaçı cavabdehdən 2500 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir.
45. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq 2000 (iki min) manat müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.
46. Eləcə də, iddiaçı 242 manat dövlət rüsumu və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
47. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 152,40 manat (yüz əlli iki manat qırx qəpik) və hüquqi yardəm xərcinin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 29799,37 manat (iyirmi doqquz min yeddi yüz doxsan doqquz manat otuz yeddi qəpik) borc, 2000 (iki min) manat cərimə, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 152,40 manat (yüz əlli iki manat qırx qəpik) olmaqla, ümumilikdə 32271,77 manat (otuz iki min iki yüz yetmiş bir manat yetmiş yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova