Məhkəmə qərarları › İş №e-2-2(113)-1804/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1804/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1804/2023 13.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, dəymiş zərərin əvəzinin ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, borcun tutulması, abonent saldosu, müqavilə, istehlak, dəymiş zərər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi/vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İlkin iddia üzrə İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 15261,80 manat məbləğində borcun silinməsi, habelə qazın verilməsinin dayandırılması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 50 000 manat real zərər və 75 000 manat əldən çıxmış fayda olmaqla, cəmi 125 000 manat pulun, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 16502,60 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,51 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlkin iddianın faktiki əsası olaraq göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən istixanaya (abonent kodu: **********001450) qaz təchizatının verilməsi üçün iddiaçının atası – X2 ilə Cavabdeh İB arasında “Qaz paylacısı ilə sənaye qaz qurğularının istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmışdır. Həmin müqavilə əsasında istixana təbii qazla təmin edilmişdir. Atası həmin istixanada tərəvəzçilik (pomidor) fəaliyyəti ilə məşğul olmuşdur. İstifadə olunmuş qazın dəyəri vaxtı-vaxtında ödənilmişdir. Atası vəfat etməmişdən əvvəl xeyli müddət yataq xəstəsi olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Bundan bir müddət sonra iddiaçı həmin istixanada gül şitillərinin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Gül şitillərinin istehsalı üçün sərf olunan qazın həcmi tərəvəzçilik fəaliyyəti üzrə sərf edilən qazın həcmindən dəfələrlə azdır. Birbirindən qaz sərfiyyatına görə kəskin şəkildə fərqlənən fəaliyyət növləri üzrə aylıq eyni həcmdə qaz sərfiyyatı mümkün deyildir. 15 aprel 2021-ci il tarixdən qazın verilməsi istehlakçıya xəbərdarlıq edilmədən, səbəbləri barədə heç bir məlumat verilmədən dayandırılmışdır. Qazın verilməsinin dayandırılmasını gördükdə əvvəlcə hansısa magistral xətdə problem olduğu güman edilmişdir. Sonradan qazın verilməsinin dayandırılmasının cavabdeh tərəfindən edildiyi müəyyən edilmişdir. Nəticədə hər biri 0,10 manat olmaqla alınmış 500 000 gül şitilləri yanmışdır. Bununla da ərizəçiyə 50 000 manat dəyərində maddi zərər dəymişdir. Qazın verilməsi dayandırılmadığı halda həmin gül şitillərinin satışından əldə ediləcək hər birinə görə 0,15 manat olmaqla, cəmi 75 000 manat gəlirdən vergi ödəyicisi məhrum edilmişdir. Bununla da, vergi ödəyicisinə 50 000 manat maddi zərər və 75 000 manat əldən çıxmış fayda olmaqla, cəmi 125 000 manat məbləğində Cavabdeh İB tərəfindən ziyan vurulmuşdur. 2021-ci ilin aprel və may aylarında, xüsusən axşam saatlarında hava şəraiti soyuq keçmiş və aprel ayı üzrə 9-11 dərəcədən, may ayında isə 11-15 dərəcədən yüksək olmamışdır. Halbuki, həmin şitillərin yetişdirilməsi üçün ən azı 18 dərəcə istilik tələb olunur. Cavabdeh İB tərəfindən qaz təchizatının verilməsinin dayandırılması ilə istehlakçıya külli miqdarda ziyan vurulmuş, istehlakçının iddiaçının fəaliyyəti faktiki olaraq iflic vəziyyətinə gəlmişdir. Bu hal istehlakçının hüquqlarının kobud pozuntusunun təzahürüdür. Qeyd edilənlər azmış kimi cavabdeh tərəfindən iddiaçıya külli miqdarda – 15 261,80 manat məbləğində borc hesablanmışdır. Lakin borc məbləğinin hansı əsasla, hansı aktla hesablandığı müəyyən deyildir. Müraciət edildiyi təqdirdə belə bunun izahı verilməmiş, səbəbləri də izah edilməmişdir. Qeyd olunan müddətdə qaz sayğacı yararsız olması səbəbi ilə laboratoriyaya aparılmışdır. Odur ki, silinməsini tələb etdikləri borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. İstehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə sənədlərdən – şəhadətnamədən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hüquqi şəxs statusuna malik deyil. Cavabdehə pretenziya məktubu göndərilmiş, lakin qeyd edilən məktuba hər hansı cavab verilməmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar mediasiya vasitəsilə həlli məqsədilə cavabdehə təklif göndərilmiş, lakin təklifə cavab verilməmişdir.

4. İlkin iddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8-ci bəndləri, Azərbaycan Respublikası Mülk Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096.1, 1097.1-ci maddələri qeyd olunmuşdur.

5. Qarşılıqlı iddianın faktiki əsası olaraq göstərilmişdir ki, "Azəriqaz" İB xx.xx.2019-cu il tаriхli, AMХ-5994/19 saylı müqavilə əsаsındа İddiaçı məxsus Хəzər rауоnu, Тürkan qəsəbəsi ünvanında уеrləşən qeyri-yaşayış sahəsini (istixana) təbii qazla təchiz еdir. İstifada olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün сavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə bахmауагаq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə оlunan təbii qazın dəуərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2021-ci il tаriхə istehlakçının 27909 manat borcu уагаnmışdır. Bakı Kommеrsiуа Мəhkəməsinin xx.xx.2021-ci il tarixli, е-2-2(11З)- XXXX/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı 2020-ci ilin may ayına оlаn 11406,40 manat borcun iddiaçı "Аzəriqаz" İB-nin хеуrinə tutulması qət edilmişdir. Sözügedən qətnаmə qanuni qüvvəsini almış və iсrауа уönəlmişdir. Lakin bügünədək iсrа vərəqəsi iсrа еdilməmişdir. Göründüyü kimi, cavabdehin ümumi borcunun 11406,40 manat hissəsi ilə bağlı artıq məhkəmə qətnаməsi mövcuddur. Воrсun digər hissəsi olan 16502,60 manat 2020-ci ilin dеkаbr ayından 2021-ci ilin may ауınаdək оlаn müddət ərzində уаrаnmışdır. Hesablanmış bоrс istehlakçının istifadəsində olan qaz sayğacının göstəriсilərinə əsаsən istifadə еdilən qazın dəуərini təşkil еdir. Cavabdeh tərəflər аrаsındа bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-сü bəndinin tələbini pozmuşdur.

6. Qarşılıqlı iddia ərizəsində iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 443.1-ci maddələri qeyd olunmuşdur

II. Tərəflərin mövqeləri:

7. Məhkəmənin iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahatlar vermiş, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, silinməsini tələb etdikləri borc məbləği Cavabdeh İB-nin qarşılıqlı iddia ərizəsi ilə tutulmasını tələb etdiyi məbləğdir. Həmin borc əvvəlki dövrdə hesablanmış məbləğlərdən artıqdır, əsassız hesablanmışdır. Bundan başqa, qazın verilməsinin dayandırılması nəticəsində qərənfillərin məhv olmasından uzun müddət keçdiyinə görə istixana kompleksinə alınmış gül ştillərinin qaimələri itmişdir. Qərənfillərin məhv olmasını təsdiq edən sübutları da təqdim edə bilmirlər. Həmçinin bildirmişdir ki, Bakı Kоmmеrsiуа Мəhkəməsinin xx.xx.2021-ci il tarixli, е-2-2(11З)-XXXX/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürdükləri üçün şikayət verə bilməmişlər.

8. Məhkəmə iclaslarında iştirak ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 qarşılıqlı iddianın məzmununa uyğun izahatlar vermiş, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ilkin iddia üzrə iddiaçının silinməsini tələb etdiyi məbləğ qazdan istifadəyə görə yaranmış, 2020-ci ilin dekabr – 2021-ci ilin aprel aylarını əhatə edən sərfiyyata görə hesablanmış məbləğdir və ödənilməlidir. İlkin iddia həmin hissədə əsassızdır. Bundan başqa, ilkin iddia ilə dəymiş ziyan kimi tələb olunan məbləğlə bağlı isə qarşı tərəf məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir, həmin hissədə də ilkin iddia əsassızdır. Həmçinin bildirmişdir ki, ilkin iddiaçı istixana işlədir və istixanaya verilən qaz bir qayda olaraq havaların istiləşməsi ilə əlaqədar dayandırılır. Abonent saldosundan da görünür ki, istehlakçının qaz təchizatı hər il aprel ayından sonra dayandırılmışdır. Bu baş verə biləcək itkilərin və qəzaların qarşısının alınmasına yönəlir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, abonent saldosunda İddiaçı atasının adının qalması texniki səhvdir. Müqavilə eyni abonent kodu olmaqla 2019-cu ildə İddiaçıla bağlanmış, sadəcə saldoda ad dəyişdirilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İlkin və qarşılıqlı iddia tələbləri ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyrimümkün olduğu nəzərə alınmalıdır.

11. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

12. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən isə nəzərə alınmalıdır ki, iddianın təmin olunması hüququ mülki mühakimə icraatında sübutetmə institutu ilə sıx bağlı olduğundan mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.

13. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).

15. Hazırkı kommersiya mübahisəsi üzrə sübutetmə predmetinə ilkin iddia üzrə silinməsi tələb olunan borc məbləğinin əsassız hesablanıb-hesablanmaması, iddiaçıya ziyan dəyib-dəyməməsi, qarşılıqlı iddia üzrə tutulması tələb olunan borcun əsaslı hesablanıb-hesablanmaması daxildir.

16. İddia ərizəsinə əlavə olunan "Azəriqaz" İB ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AMX-5994/19 saylı müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları” nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

17. İddiaçı xx.xx.2023-cü il tarixə çap olunmuş abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə aylıq sərfiyyatın məbləği 2020-ci ilin dekabr ayına 1240,80 manat, 2021-ci ilin yanvar ayına 4595,80 manat, fevral ayına 4533,20 manat, mart ayına 4327,60 manat, aprel ayına 1805,20 manat olmaqla 2020-ci ilin dekabr – 2021-ci ilin aprel ayını əhatə edən dövr üzrə cəmi sərfiyyatın məbləği 16502, 60 manat təşkil edir. Abonent saldosundan həmçinin görünür ki, çap tarixinə ödənilməmiş borcun məbləği 30430,22 manat təşkil edir.

18. Məhkəməyə təqdim olunan və qanuni qüvvəyə minmiş Bakı Коmmеrsiуа Мəhkəməsinin xx.xx.2021-ci il tarixli, е-2-2(11З)-XXXX/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sayğacın təmirinə görə xərclənmiş və cavabdehə ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutulması, itirilmiş qaza görə hesablanmış 8315 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçı Cavabdeh İB isə cavabdeh İddiaçı qarşı təbii qazdan istifadəyə görə 2020-ci ilin may ayına yaranmış 11406,40 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan işlər bir icraatda birləşdirilmiş və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması qət olunmuşdur.

19. İlkin iddia üzrə iddiaçı iddia ərizəsinə 2020-ci ilə aid aktlar əlavə etmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan aktların hazırkı mübahisə üzrə sübutetmə predmetinə daxil olan hallarla və faktlarla əlaqəsi yoxdur. Belə ki, silinməsi tələb olunan borc məbləği 2021-ci ilə aiddir və dəymiş ziyanın əsası kimi istinad olunan halın da 2021-ci il aprel ayında baş verdiyi iddia olunur. Təqdim olunan aktlar isə 2020-ci ilə aid olub hazırkı mübahisəyə aid hansısa faktı və halı sübut etmir. Ona görə də, qeyd olunan sübutlar işə aid olmadığından nəzərə alınmır.

20. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "Azəriqaz" İB ilə istehlakçı İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi qazla təmin etsə də, İddiaçı sayğacının göstəricilərinə uyğun olaraq hesablanmış aldığı qazın dəyərini təşkil edən 2020-ci ilin dekabr ayına 1240,80 manat, 2021-ci ilin yanvar ayına 4595,80 manat, fevral ayına 4533,20 manat, mart ayına 4327,60 manat, aprel ayına 1805,20 manat olmaqla 2020-ci ilin dekabr-2021-ci ilin aprel ayını əhatə edən dövr üzrə cəmi 16502,60 manat məbləğində borcunu vaxtında ödəməmiş, nəticədə "Azəriqaz" İB-nə 16502,60 manat məbləğində borcu yaranmışdır.

22. İlkin iddia üzrə İddiaçı qeyd olunan məbləğin əsassız hesablandığını, əvvəlki dövrdə olan sərfiyyatdan artıq olduğunu bildirir, 15 261,80 manat borcun silinməsini xahiş edir. Həmçinin bildirir ki, 2021-ci ilin aprel ayında qazın verilməsi istehlakçıya xəbər verilmədən dayandırılmış, nəticədə 500 000 ədəd gül ştili yanmış, 50 000 manat real zərər, 75 000 manat əldən çıxmış fayda olmaqla 125 000 manat iddiaçıya ziyan dəymişdir. Həmin ziyanın "Azəriqaz" İB-dən tutulmasını xahiş edir.

23. Qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB təbii qazdan istifadəyə görə İddiaçı 2020-ci ilin dekabr– 2021-ci ilin aprel ayını əhatə edən dövr üzrə 16502,60 manat məbləğində borcunu ödənilmədiyi bildirir və həmin borcun tutulmasını xahiş edir.

24. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini, işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddia əsaslı olduğundan təmin olunmalıdır.

25. Belə ki, ilkin iddia üzrə iddiaçının silinməsini tələb etdiyi məbləğ Cavabdeh İB-nin qarşılıqlı iddia ilə İddiaçı tutulmasını tələb etdiyi istifadə olunan qazın dəyərinə görə sayğac göstəricilərinə əsasən 2020-ci ilin dekabr-2021-ci ilin aprel aylarını əhatə edən dövr üzrə hesablanmış məbləğdir. İlkin iddianın qeyd olunan hissəsi üzrə tələbin faktiki əsası kimi istinad olunan halın dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bunu təsdiqləmişdir. Həmçinin tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş Bakı Коmmеrsiуа Мəhkəməsinin xx.xx.2021-ci il tarixli, е-2-2(11З)-XXXX/2021 saylı qətnaməsi ilə İddiaçı 8315 manat borcun silinməsi tələbi rədd edilmiş, Cavabdeh İB-nin 2020-ci ilin may ayına yaranmış 11406,40 manat borcun tutulması tələbi təmin edilmişdir. Odur ki, hazırkı iş üzrə hər iki tələb üzrə borc 2020-ci ilin dekabr – 2021-ci ilin aprel aylarını əhatə edən dövrə aiddir. Abonent saldosundan görünür ki, qeyd olunan dövrdə yaranmış borc sərfiyyatın məbləğini təşkil etmiş, akt əsasında hər hansı borc hesablanmamışdır.

26. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında borcun əsassız hesablanması ilə bağlı iddiasını əvvəlki dövrlərdə sərfiyyatın az olması ilə əsaslandırır. Abonent saldosundan görünür ki, əvvəlki illərdə qeyd olunan dövrü (dekabr – aprel) əhatə edən sərfiyyat 2017-2018-ci ildə 18233,8 manat, 2018-2019-cu ildə 22 211,8 manat, 2019-2020-ci ildə 18924 manat, yəni hazırkı mübahisənin obyektini təşkil edən dövrdəkindən daha artıq olmuşdur. İlkin iddia ərizəsində isə iddiaçının atasının tərəvəzçilik ilə və iddiaçının isə gül ştilləri istehsalı ilə məşğul olduğuna görə sərf olunan qazın həcminin fərqli olması ilə əsaslandırılmışdır. Lakin iddiaçının bu arqumenti izahatdan ibarət olmaqla hər hansı sübutla təsdiqlənmir. Həmçinin qeyd olunan hallar sayğacda hər hansı qüsur olmadan qeydə alınan sərfiyyat əsasında hesablanmış borcun əsassız olmasını əsaslandırmaq üçün dəlil hesab oluna bilməz.

27. Göründüyü kimi, İddiaçı borcun silinməsi tələbini irəli sürsə də, borcun əsassız hesablanmasına dair tutarlı arqument irəli sürə bilmir, istinad etdiyi hallar isə bu hissədə tələbin təmin olunması üçün əsas hesab oluna bilməz.

28. Həmçinin İddiaçı qazın verilməsinin dayandırılması nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olaraq 50 000 manat real zərər və 75 000 manat əldən çıxmış fayda olmaqla, cəmi 125 000 manat pulun tutulmasını tələb edir.

29. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

31. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Məhkəmə qeyd edir ki, zərər anlayışının və dəymiş zərərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin normalarının mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyin pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə həll olunarkən ilk növbədə zərərin mövcud olubolmaması müəyyən edilməlidir. Hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olması ilə bağlı qanunvericiliyin tələbinə əsasən ilkin iddia üzrə iddiaçı əvvəlcə zərərin zərərin mövcud olmasını sübut etməli, daha sonra isə zərərin öhdəliyin pozulması nəticəsində vurulmasını, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olmasını, zərər vuran şəxsin təqsirli olmasını sübut edilməlidir. Lakin ilkin iddiaçı iddia ərizəsinə dəymiş zərər tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut əlavə etməmiş, məhkəmə sübutların təqdim olunmasını təklif etsə də, ilkin iddiaçının nümayəndəsi və vəkili qeyd olunan hadisədən uzun müddət keçdiyi üçün sübut təqdim edə bilmədiklərini bildirmiş, hər hansı sübut təqdim etməmişdir.

34. Əlavə olaraq da məhkəmə bildirir ki, iddiaçı qazın verilməsinin istehlakçıya xəbər verilmədən 2021-ci ilin aprel ayında dayandırılması nəticəsində ziyan dəydiyini bildirsə də, abonent saldosundan görünür ki, əvvəlki illərdə də qeyd olunan aydan sonra qazın istehlakı olmamış, sərfiyyat qeydə alınmamışdır.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində də əsassızdır və təmin oluna bilməz.

36. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin İddiaçı tələb etdiyi 16502,60 manat pul 2020-ci ilin dekabr - 2021-ci ilin aprel aylarını əhatə edən dövr üçün sayğac göstəricilərinə uyğun olaraq hesablanmış, istifadə olunmuş qazın dəyərini təşkil edən borcdur.

37. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

40. "Azəriqaz" İB ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AMX-5994/19 saylı müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları” nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

42. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

43. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

44. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

47. Məhkəmə hesab edir ki, qazın alqı-satqı müqaviləsi üzrə istehlak etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh İddiaçı 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında istehlak etdiyi qazın dəyərini təşkil edən borcunu iddiaçıya ödəməlidir.

48. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalı və qazdan istifadəyə görə yaranmış 16502,60 manat borc məbləği cavabdeh İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

49. İlkin iddia üzrə iddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun ilkin iddia üzrə cavabdehdən, qarşılıqlı iddia üzrə iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,51 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını xahiş edir.

50. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

51. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş ********** saylı qəbzdən görünür ki, 139,51 manat dövlət rüsumu Cavabdeh İB tərəfindən Bakı Kommersiya Məhkəməsinə ödənilmişdir.

53. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, qarşılıqlı iddia tam təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,51 manat pul İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış 16502 (on altı min beş yüz iki) manat 60 (altmış) qəpik borc məbləği İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 (yüz otuz doqquz) manat 51 (əlli bir) qəpik məbləğində pul İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar