Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1805/2020 29.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı (MMC) “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 44/2018 saylı, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 16000,29 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 1360,03 manat pulun, öhdəliyin gecikdirlməsi nəticəsində hesablanmış 800,02 manat pulun, 4816,09 manat məbləğində hesablanmış cərimənin və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında 44/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə malları alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Alıcı bu müqavilə ilə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətdə razılaşma protokoluna əsasən müəyyən edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx xxxxxx 2018-ci il tarixinə kimi qüvvədədir. Müqavilə Satıcı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında imzalanmış 07 saylı ’’Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş cəmi 18614,19 manat dəyərində xx xxxxxxxx 2018-ci il tarixli elektron qaimə və yük qaiməsi əsasında mallar Alıcıya təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə Alıcı tərəfindən təsdiq edilmişdir. Alıcı tərəfindən təhvil verilmiş malların dəyərindən yalnız 2215,42 manat və 398,78 manat məbləğində ƏDV ödənilmişdir. Qalan məbləğ, yəni 16.000,29 manat hal-hazıradək “xxxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxx“İddiaçı’ MMC-yə ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli pretenziya məktubları göndərilərək, 16000,29 manat pulun ödənilməsi tələb edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Həmçinin iddiaçı həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. İddiaçı cavabdehdə olan pullardan istifadə edə bilmədiyi üçün iddiaçıya maddi ziyan dəymişdir. Ona görə borc ödənilmədiyi üçün cavabdehdən bank faiz uçot dərəcəsi də tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə bank faizinin uçot dərəcəsi 8.5 % təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 1360,03 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra müəyyən olunmuşdur ki, əsas borcun 3390 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir və hal – hazıra əsas borcun məbləği 12610,29 manat təşkil edir. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 3390 manat hissəsi ödənildiyinə görə iddianın 12610,29 manat hissəsini qəbul edir. Lakin faiz və cərimə borclarının hesablanması ilə razı deyildir və həmin hissələrdə iddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan: - xx.xx.2018-ci il tarixli, 44/2018 saylı müqavilə ilə İddiaçı MMC müqavilədə müəyyən olunmuş şərtlərlə malları “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə satmağı, cəmiyyət isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - 07 saylı qiymətlərin razılaşma proktoluna əsasən xx.xx.2018-ci il tarixli 44/2018 saylı müqaviləyə əsasən ödənilməli olan yekun məbləğ 18614,19 manat müəyyən edilmişdir. - xx.xx.2018-ci il tarixli elektron vergi hesab-fakturasına əsasən göstərilən xidmət müqabilində “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı MMC-yə yekun borcu 1814.2000 manat təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli 790486 saylı ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxx.xx.2018-ci il tarixli, 251 saylı hesabfakturaya əsasən 3390 manatı “xxxxxxxxxxx” MMC-nin Bank Avrasiya ASC-dəki hesabına ödəmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşdən göründüyü kimi 07 saylı ’’Qiymətlərin razılaşması Protokolu”nda qeyd olunmuş cəmi 18614,19 manat dəyərində xx.xx.2018-ci il tarixli elektron qaimə və yük qaiməsi əsasında mallar Alıcıya təhvil verilmiş, bu məqsədlə elekron qaimə təqdim edilmiş və həmin elektron qaimə Alıcı tərəfindən təsdiq edilmişdir. Lakin, 18614,19 manat məbləğdən xx.xx.2020-ci il tarixli 790486 saylı ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxx.xx.2018-ci il tarixli, 251 saylı hesabfakturaya əsasən 3390 manatı “xxxxxxxxxxx” MMC-nin Bank Avrasiya ASC-dəki hesabına ödəmişdir. Qeyd olunanlara əsasən və alınmış malların dəyərinin tam ödənilməməsi cavabdeh tərəfindən həyata keçirilməmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə tələbin cavabdeh tərəfindən də mübahisələndirilmədiyi nəzərə alınaraq iddia 12610,29 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir. İddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd olunmalıdır ki, tələbdə həm bank uçot dərəcəsi (8,5%) əsas götürülməklə 1360,03 manat, həm də illik 5% hesablanmaqla 800,02 manat məbləğində pul vəsaitinin tutulması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Normanıni məzmunundan da görünür ki, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin tutulması hissəsində təmin edilə bilməz. Lakin öhdəlik 12610,29 manat məbləğində pul vəsaitinə münasibətdə icra edilmədiyindən həmin pul vəsaitinə illik 5% hesablanmaqla 1 il üçün 630,5 manat məbləğində faiz borcu hesablanaraq cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 12610,29 manat əsas borca 4816.09 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 4816,09 manat dəbbə pulunun miqdarı azaldılaraq 100 manat miqdarında müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 12610,29 manat məbləğində əsas borc, illik 5% hesablanmaqla 1261 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu olmaqla ümumilikdə 13971,29 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 18 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1805/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1805/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver