Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1807/2025 04.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdеh Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14313 (on dörd min üç yüz on üç) manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas borc, müqavilədə nəzərdə tutulan gecikdirilmiş günlər üçün hesablanan cəmi 700 ( yeddi yüz) manat dəbbə pulu, həmçinin iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 136 (yüz otuz altı ) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat olmaqla, ümumilikdə 15333 (on beş min üç yüz otuz üç) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra satıcı) ilə Cavabdeh MMC (bundan sonra alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 106T/24 saylı müqaviləyə əsasən satıcı göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan sement növlərini müəyyən edilmiş şərtlər əsasında satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.1-ci maddəsinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 20 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirməlidir. Müqaviləyə əsasən satıcı bu müqavilədə nəzərdə tutulmuş vaxt çərçivəsində malı alıcıya təhvil verməyibsə, o bu halda alıcıya dəbbə pulu ödəməlidir. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri ƏDV də daxil olmaqla, cəmi 14313 (on dörd min üç yüz on üç) manat təşkil edir. Gecikdirilmiş günlər üçün 700 (yeddi yüz) manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 136 (yüz otuz altı) manat alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün Cavabdeh MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə, həmçinin online kargüzarlıq qaydasında və elektron məhkəmə sistemindən pretenziya məktubu göndərilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 385.1, 389.1, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasın işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə borcu qəbul etdiklərini, obyektiv cəhətdən ödəniş edə bilmədiklərini bildirmişdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 106T/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən mal və qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla, müqaviləyə aid olan əlavələrdə göstərilir. Həmin müqavilənin 3.2.1-ci maddəsinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla 20 gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 7.2-ci maddəsinə əsasən alıcının müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtlı-vaxtında qəbul etmək və onun dəyərini ödəmək, ödəniş müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 0,1% qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəmək vəzifəsi vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2024-cü il tarixdə bağlanmış 106T/24 saylı müqaviləyə 1 saylı, xx.xx.2024-cü il tarixli qiymət əlavəsi əlavə edilmişdir. Qiymət əlavəsi tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 418437 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 106T/23 nömrəli müqavilə qeyd edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 139443 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2980,02 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 106T/23 nömrəli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 635157 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2086,01 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 106T/23 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 998409 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2086,01 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 106T/23 nömrəli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 401444 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2086,01 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 106T/23 nömrəli müqavilə qeyd edilmişdir.
15. xx.xx.2024-cü il tarixli, EBDZ seriyalı, 832830 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2086,01 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 106T/23 nömrəli müqavilə qeyd edilmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 14313 manat borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, əsas borcla yanaşı hesablanmış cərimə, vəkil xidmətinə görə çəkilmiş xərclər və digər məhkəmə xərclərinin tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə borcun ödənilməsiu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borcun ödənilməsi məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borcun ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin hallar işin mübahisəsiz hallarını təşkil etmişdir.
20. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 106T/24 saylı alqı-satqı müqaviləsi üzrə 14313 manat məbləğində qalıq borcun tutulması təşkil edir.
21. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 106T/24 saylı alqı-satqı müqaviləsi üzrə 14304,08 manat (on dörd min üç yüz dörd manat səkkiz qəpik) tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehə 6 elektron qaimə göndərilmişdir. Həmin elektron-qaimələr üzrə ümumi borc məbləği 14304,08 manat (2086,01+2086,01+2086,01+2086,01+2980,02+2980,02=14304,08) təşkil edir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi də həmin halı mübahisələndirməmiş, borcun ödənilmədiyini qəbul etmişdir.
22. Bundan əlavə, iddiaçı cavabdehdən 700 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir.
23. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 700 (yeddi yüz) manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
24. Eləcə də, iddiaçı 136 manat dövlət rüsumu və göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 135 manat (yüz otuz beş manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. İddia tələbinin vəkil xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, tələb edilən məbləğin ödənilməsi ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 14304,08 manat (on dörd min üç yüz dörd manat səkkiz qəpik) əsas borc, 700 (yeddi yüz) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat (yüz otuz beş manat) olmaqla, ümumilikdə 15139,08 manat (on beş min yüz otuz doqquz manat səkkiz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova