Məhkəmə qərarları › İş №e-2-2(113)-1814/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1814/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1814/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, “xxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 113.03 manat (yüz on üç manat üç qəpik) əsas borc və 68.93 manat ( altmış səkkiz manat doxsan üç qəpik ) cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 211.96 manat (iki yüz on bir manat doxsan altı qəpik) pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.1.4-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul olunmasından imtina edir. İddiaçı ərizəsində Cavabdeh 113.03 manat əsas, 68.93 manat cərimə borcu tələb edilsə də, həmin borcun yaranmasına əsas olmuş müqavilə üzrə malların verilməsinə dair təhvil-təslim aktları ərizəyə əlavə edilməmişdir. Həmçinin cavabdehdən əsas borcla yanaşı, 68.93 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etməsi tərəflər arasında mübahisənin mövcud olmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmədiyindən iddiaya kiçik iddia kimi sadələşdirilmiş qaydada baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin Cavabdeh qarşı 113.03 manat (yüz on üç manat üç qəpik) əsas borc və 68.93 manat ( altmış səkkiz manat doxsan üç qəpik ) cərimə borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 211.96 manat (iki yüz on bir manat doxsan altı qəpik) pul vəsaitinin tutulması barədə ərizəni qəbul etməkdən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar