Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1814/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinəə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3860 manat əsas borc və 58,60 manat dövlət rüsumu olmaqla, cəmi 3918,60 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan 42 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı aparılmışdır. Cavabdeh elektron qaimələr və əmtəə-nəqliyyat qaimələri əsasında iddiaçıdan 26784.00 manat dəyərində sement almışdır. Aldığı malların dəyərindən yalnız 22924.00 manat ödəniş etdiyi üçün iddiaçıya 3860 manat borcu yaranmışdır. Borc məbləğinin ödənilməsi barədə cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlar da nəticə verməmiş, borcun tezliklə aradan qaldırılması vədlərinə əməl etməmişdir. Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, mallar Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə uyğun olaraq cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması üçün cavabdehə xx.xx.2024-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilmişdir. Cavabdeh məktuba heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.6 və 150.2 maddələrinə uyğun olaraq iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun iddiaçı tərəfindən elektron qaydada vegi ödəyicisi olan cavabdehin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsi təmin edilmişdir.( e-taxes.gov.az) İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1-cü maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında olan 42 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1-ci maddəsinə uyğun olaraq hazırkı müqaviləyə əsasən satıcısatış üçün nəzərdə tutulmuş "xxxx" ASC-dən daxil olan sementi (bundan sonra “mal” və ya “məhsul” adlandırılır) alıcıya satmağı və çatdırmağı, alıcı isə öz növbəsində hazırki Müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Məhsulun (sementin) alıcıya satış qiyməti (ƏDV daxil) dəyəri : Sement Klass-A tonu 155.00 AZN, Sement Klass- B tonu 140.00 AZN təşkil edir. Müqavilənin 2.4-cü bəndinə əsasən, müqavilə üzrə hesablaşma, bu müqavilənin şərtlərinə uyğun mal təhvil verildikdən sonra, qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş elektron qaimə fakturaya və ona uyğun qaydada təqdim edilmiş hesab-fakturaya əsasən 10 (on) iş günü ərzində təhvil verilmiş Malların dəyərinin alıcı tərəfindən satıcıya nağd və ya köçürmə yolu ilə ödənilməsi şəklində aparılır. Müqavilənin 11.1-ci bəndinə əsasən, hazırki Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2022-ci ilə qədər etibarlıdır. EBAW seriyalı 297591 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4248 manat, EBAY seriyalı 375552 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4248 manat, EBBA seriyalı 504955 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4464 manat, EBBB seriyalı 738425 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4464 manat, EBBD seriyalı 338421 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4536 manat və EBBQ seriyalı 938852 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4824 manat müxtəlif çeşidli mallar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" QSC vasitəsilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (hesab nömrəsi: AZ06ACAB********************) hesabına Cavabdeh tərəfindən müxtəlif tarixlərdə xx.xx.2021-ci il tarixində 1150 AZN, xx.xx.2021-ci il tarixində 1200 AZN, xx.xx.2021-ci il tarixində 1898 AZN, xx.xx.2021-ci il tarixində 1000 AZN, xx.xx.2021-ci il tarixində 1000 AZN, xx.xx.2021-ci il tarixində 2248 AZN və xx.xx.2021-ci il tarixində 1500 AZN xx.xx.2021-ci il tarixli 42 saylı müqaviləyə əsasən alınan sementin dəyəri ödənilmişdir. Əmtəə-nəqliyyat qaimələrindən görünür ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumi olaraq 26784 manat dəyərində sement almışdır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 58,60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə sement təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş sementin dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə, təhvil-təslim aktı, ödəniş qəbzləri) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 3860 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 3860 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 58,60 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia təmin edilsin. Cavabdeh 42 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 3860 (üç min səkkiz yüz altmış) manat borc və ödənilmiş 58 (əlli səkkiz) manat 60 (altmış) qəpik dövlət rüsumunun əvəzi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1814/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1814/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver