Məhkəmə qərarları › İş №e-2-2(113)-1815/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1815/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1815/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun və cərimənin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin Azərbaycan Respublikasındakı filialından 1681.05 manat borcun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X2 Sanayi Ticaret Limited şirkətinin Azərbaycandakı filialı arasında olan 03-2022 saylı Malların alqı-satqısına dair müqaviləsinə əsasən sonuncunun ona 1681.05 manat ödənilməmiş borcu qalmışdır. Həmin borcun ödənilməsi üçün dəfələrlə qarşı tərəfə yazılı və şifahi xəbərdarlıq olunmuş, sonda Mediasiya Şurasına müraciət edilmişdir. Amma hələ də borcu ödənilməmiş qalır. Hüquqların qorunması və iddiaçıya çatası borcun qarşı tərəfdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdehnin Azərbaycan Respublikasındakı filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 09 mart 2022-ci il tarixli 03-2022 nömrəli Mal alqı-satqısı müqaviləsindən görünür ki, bu müqavilənin predmetini, “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və dövri şəkildə verilən sifarişlərlə (bundan sonra “sifariş”) razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malın (bundan sonra “Mal”) “Alıcı”ya təhvil verməsi, “Alıcı”-nın isə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, bu müqavilənin şərtlərinə uyğun dəyərini vaxtında ödəməyi öz öhdəsinə götürməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Malın qiyməti, qiymətlərin qüvvədə olma müddəti və onların son tövsiyyə olunan pərakəndə qiymətini Tərəflər qiymətlər cədvəli ilə (prays-list) razılaşdırır. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” satışları, dövriyyəni və digər faktarı nəzərə alaraq, ödəmələri qeyd edildiyi kimi həyata keçirir: “Alıcı” təhvil alınmış Malların ay ərzində satdığı dəyərini hər ayın sonuncu iş günü tam ödəməlidir. Müqavilənin 4.12-ci maddəsinə əsasən malı təhvil verən zaman “Alıcıya onların tam təsviri, bar kodları olan təhvil-təslim aktını təqdim etmək və 5 gün müddətində elektron qaiməni göndərilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan EBBS seriyalı, 753227 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 389,23 manat, EBBX seriyalı, 160614 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 137,11 manat, EBBY seriyalı, 495529 nömrəli, xx.xx.2022cü il tarixli elektron qaiməyə əsasən 68,94 manat, EBCA seriyalı, 526683 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 152,65 manat, EBCE seriyalı, 352671nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 675,04 manat, EBCE seriyalı, 652114 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 266,75 manat, EBCJ seriyalı, 988402 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 37,59 manat, EBCO seriyalı, 021914 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 122,19 manat, EBDA seriyalı, 385611 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 68,85 manat, EBDF seriyalı, 494375 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 97,81 manat, EBDJ seriyalı, 187779 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 133,08 manat, EBDJ seriyalı, 220592 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 49,81 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı filialına ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli təqdim olunan malların təhvil-təslim aktlarından görünür ki, 389,23 manat, 137,11 manat, 68,94 manat, 152,65 manat, 675,04 manat, 266,75 manat, 37,59 manat, 206,66 manat, 122,19 manat, 68,85 manat, 97,81 manat, 49,81 manat, 133,08 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı MMC tərəfindən Cavabdehnin Azərbaycan Respublikasındakı filialına təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif çeşidli malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 1681.05 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1681.05 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 Sanayi Ticaret Limited şirkətinin Azərbaycandakı filialından 1681 (bir min altı yüz səksən bir) manat 5 (beş) qəpik məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar