Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1820/2020 12.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxx” Mənzil – Tikinti Kooperativinin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli aktına əsasən hesablanmış 2020-ci ilin apel ayı üzrə 29765,80 manat məbləğində borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxx” MTK ilə “xxxxxxx” TMİ MMC arasında xx.xx.2017-ci il tarixli istehsalat sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, “xxxxxxx” TMİ MMC-yə məxsus Salyan rayonu, Çuxanlı kəndində yerləşən və ümumi sahəsi 5000 kv.m olan kərpic istehsalı zavodu tərəflərindən icarəyə götürülmüşdür. Daha sonra “xxxxxxxxxxx” MTK ilə Cavabdeh İB-i arasında Qazpaylayıcı ilə sənaye qaz qurğusu istifdəçisi arasında qazın alqı-satqısına dair AMX-5693/19 nömrəli müqavilə bağlanılmışdır. Cavabdeh İB-i xx.xx.2020-ci il tarixdə müəssisəyə bildiriş ünvanlayaraq istifadə etdiyi qaz xəttinin üzərində quraşdırılmış müəssisəyə məxsus G-400 markalı 80081092 nömrəli qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən texniki baxış keçiriləcəyi və texniki baxış zamanı qüsurla işləməsi aşkar olunduğu halda sayğac çıxarılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun dövlət yoxlamasına götürüləcəyi bildirilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə müəssisəyə məxsus sayğaca baxış keçirilərək yerində xidmət göstərilmiş və xx xxxxxx 2020-ci il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin aktla sayğcın yarasız olduğu müəyyən edilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda müəssisədə qaz sayğacının işləmədiyi dövr ərzində yəni xx.xx.2020-xx.xx.2020, yəni 7 gün istifadə olunan qazın gündəlik sərfiyyatı əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari ayının orta günlük sərfiyyatına uyğun, mövcud qaz cihazlanma saatlıq qaz sərfinə uyğun hesabatlara əsasən, 66052 m3 müəyyən edilmişdir. Daha sonra cavabdeh qurumun əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, ******* №-li akt tərtib edilərək sayğac qaz xəttindən açıldıqdan sonra onun yerinə müvəqqəti olaraq G-250 markalı, 75099017 №-li sayğac quraşdırılaraq onu müvəqqəti əvəzləmişdir. Çıxarılan sayğacın vinelyator hissəsi dağılması və işlək vəziyyətdə olmaması qeyd edilmişdir. Bundan sonra cavabdeh qurumun əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə ******* №-li təkrar akt tərtib edilmişdir. Həmin aktda sayğacın qaz xəttindən çıxarılıb dövlət yoxlamasına aparılması, G-400 №-80081092 saylı sayğacın yerinə müvəqqəti quraşdırıldığı qeyd edilmişdir. Cavabdeh İB-i xx.xx.2020-ci il tarixdə müəssisəyə bildiriş ünvanlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nm 4.1 və 4.2ci bəndlərinə uyğun olaraq Cavabdeh İB-i tərəfindən Azərbaycan Respublikasının Antiinhisar və X2 Dövlət Agentliyinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verən, sertifikatlaşdırılmış və işlək vəziyyətdə olan məişət tipli G-400 markalı 80081092 nömrəli qaz sayğacı istifadəyə verildiyi, lakin texniki baxış keçirilməsi məqsədi ilə çıxarılaraq müvafiq labaratoriyaya aparılmış və dövlət yoxlması nəticəsində qaz sayğacı xx.xx.2020-ci il tarixli SS 29/1640- 00212 nömrəli akta görə istismara yararsız hesab edilmişdir. Həmin aktda sayğacın daxilinin çirkli olması, sayğacın yuyulub təmizlənməsi, hava vurulması, pərinin kirlənməsi qeyd edilmişdir. Bundan sonra Cavabdeh İB dəymiş ziyanın ödənilməsinin tələb etmiş və bununla bağlı müəssisəyə xx.xx.2020-ci il tarixli tələbnamə göndərmişdir. Həmin tələbnamədə dəymiş ziyanın həcminin hesablanması aparılmışdır və arxivlərə əsasən, xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020 tarixlər intervalında elektron hissə qaz həcmi qeydə alınmadığından 148829 m3 sərfiyyat hesablanmışdır. Sadalanan xüsusatlarla bağlı Cavabdeh İB-nə müraciət ünvanlanmış, müraciətdə qeyd edilmişdir ki, qaz həcmi qeyd alınmadığı tarixlərdə zavodun fəaliyyəti təmir üçün dayandırılmışdır. Zavodun fəaliyyəti təmir müddətində dayandırıldığı zaman Salyan RQİİ-nin Salyan Qİ-nə məlumat verilmiş və onların əməkdaşları tərəfindən bağlanmış qaz vintlərinə plomblar vurulmuş və akt tərtib etmişlər. Daha sonra xx.xx.2020-ci il tarixdə həmin işçilər zavodun yenidən fəaliyyətə başlaması ilə əlaqədar aktla həmin plombu qırıb qazın verilməsini təmin etmişlər. Qeyd edilən akt-lar və plomblar onların özlərində qalmışdır. Yəni aktların bir nüsxəsi iddiaçı tərəfə təqdim edilməmişdir. Bundan sonra Salyan RQİİ-nin Salyan Qİ əməkdaşları xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığından guya qaz sərfiyyatının olduğunu əsas gətirərək qanunsuz şəkildə aktlar üzrə 28935,34 manat məbləğində borc hesablamışlar. Hesablanmış borcun əsası olaraq cavabdeh qurumun əməkdaşları tərəfindən qeyd edilmişdir ki, guya müəssisə qanunsuz olaraq yəni ayrıca sayğacdan kənar qaz xətti çəkməklə qazdan istifadə etmişdir. Halbuki müəssisənin qaz sayğacında istehlakçıdan qaynaqlanmayan texniki nasazlığın olması ilə bağlı məlumat Salyan RQİİnin Salyan Qİ-nə bildirilmişdir. Cavabdeh qurumun bu arqumenti tamamilə əsassız olmaqla yanaşı hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Təmir müddətində iddiaçının işləmədiyi nəzərə alındıqda aktlar üzrə hesablanmış 28935,34 manat məbləğində borc tam qanunsuz və əsassız olduğundan silinməlidir. Belə ki, təmir müddətində zavodun işləməməsi elektrik enerjisinə görə ödəniş etdiyi qəbzlərdən də müəyyən olunur. Bundan başqa cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdeh qurumun əməkdaşları tərəfindən yoxlama keçirilərkən, qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə ki, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Həmçinin, 29765,80 manat məbləğində borc tam qanunsuz və əsassız olduğundan silinməlidir. Belə ki, təmir müddətində zavodun işləməməsi elektrik enerjisinə görə ödəniş etdiyi qəbzlərdən də müəyyən olunur.. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı tərəf xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında zavodda təmir işlərinin görülməsi ilə əlaqədar təbii qazdan istifadə etmədiyini bildirir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, istehlakçı təbii qazdan istifadə etmədiyi müddət Cavabdeh İB-nə məlumat verməlidir. Lakin, bu barədə Cavabdeh İB-ni məlumatlandırmamışdır. Həmçinin, iddiaçıya məxsus sayğacın işləmə prinsipində nasazlıq aşkar olunmuş, buna görə də, sayğac laboratoriyaya müayinə üçün aparılmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - abonent saldosundan göründüyü kimi “xxxxxxxxxxx” MTK-nin cəmi qaz sərfiyyatı borcu 41802,56 manat qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktına əsasən “xxxxxxxxxxx” MTK-nın xx.xx.2020-xx.xx.2020-ci illər arasında hesablanmış qazın sərfinin məbləği 13210,40 manat qeyd olunmuşdur. - xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən baxış keçirilən zaman ARDNŞ-nin Cavabdeh İB-nin SS 26/640-00212 saylı aktına əsasən xx.xx.2019-xx.xx.2020-ci illəri əhatə edən saatlıq arxivə əsasən maksimal təzyiq P=3.16bar, Pbaza =1.01325, Tbaza =20C Kor-ya olunmuş maksimal qaz sərfi 438 kub.m.. kor-ya olunmamış qaz həcmi 259 kub.m. qeydə alınmışdır. Arxivlərə əsasən xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci illər intervalında elektron hissə qaz həcmi qeydə alınmamışdır. Dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. - xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnməyə əsasən xx.xx.2019-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci illər intervalında elektron hissə qaz həcmi qeydə alınmadığı, 2019-cu ilin dekabr ayının orta saatlıq sərfiyyatı 308 kub.m. olduğu nəzərə alınaraq xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında ziyanın həcmi 148829 kub.m. hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus müəssisədə yoxlama aparılmış və xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən xx.xx.2019-xx.xx.2020-ci illəri əhatə edən saatlıq arxivə əsasən maksimal təzyiq P=3.16bar, Pbaza =1.01325, Tbaza =20C Kor-ya olunmuş maksimal qaz sərfi 438 kub.m.. kor-ya olunmamış qaz həcmi 259 kub.m. qeydə alınmışdır. Arxivlərə əsasən xx.xx.2019xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020-ci illər intervalında elektron hissə qaz həcmi qeydə alınmamışdır. Dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İlkin olaraq onu qeyd etmək lazımdır ki, sayğac laborotoriyada yoxlamadan keçirilərkən sayğacın daxilinin çirkli olması və pərinin ağır fırlanması qeyd olunmuşdur. Zərərin hesablanması qeyd olunan xüsusatla və müəyyən tarixlərdə qaz sərfiyyatının olmaması ilə əsaslandırılmışdır. Lakin saycğacın daxilinin çirkli olması və pərinin ağır fırlanmasının zərərin hesablanması arasında hansı səbəbli əlaqənin olması cavabdeh tərəfindən əsaslandırılmamış və bununla bağlı məhkəəyə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, yalnız müəyyən tarixlərdə qaz sərfiyyatının olmaması da zərərin hesablanması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 29765,80 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxx” Mənzil – Tikinti Kooperativinin Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən “xxxxxxxxxxx” Mənzil – Tikinti Kooperativinə hesablanmış 29765,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1820/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1820/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver