Məhkəmə qərarları › İş №e-2-2(113)-1827/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1827/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1827/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kamilli Günel Hakim qızının katibliyi, Ərizəçinin vəkili Vəkil, Kreditorun nümayəndəsi X3 iştirakı ilə Ərizəçi “müflis elan olunma, iflas prosesinə başlanma və əmlak inzibatçısının təyin edilməsi” barədə ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müflis elan olunması və iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi illər əvvəl pərakəndə şəkildə avtonəqliyyat vasitələrinin satışı ilə məşğul idi. Fəaliyyətinin genişləndirilməsi üçün kredit vəsaitinə ehtiyac olduğundan 2008-ci ilin yanvar və iyul aylarında manat və xüsusən də ABŞ dollarında bankdan kredit götürmüşdür. Lakin, 2008-2009-cu illərdə dünyada və Azərbaycanda baş vermiş iqtisadi böhran səbəbindən işlərinin zəifləməsi, satışın ümumiyyətlə olmaması ilə əlaqədar kredit məbləğini vaxtında qaytara bilmədiyi üçün QSC “Bank Standart” KB ərizəçini məhkəməyə vermişdir. Bu səbəbdən də Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(001)-765/2015 saylı qətnaməsinə əsasən ərizəçinin hazırda ləğv prosesində olan QSC “Bank Standart” KB-yə 217,940.61 manat və 577,241.89 ABŞ dollar borcu yaranmışdır. Lakin göstərilən borc məbləğlərinin ödənilməsi ilə əlaqədar ərizəçinin hər hansı vəsaiti və ya əmlakının olmadığı üçün həmin borc məbləğlərini ödəmək qabiliyyətində deyildir. Sadalanan əsaslara görə hesab edir ki, ərizəçi fərdi borclu kimi məhkəmə qaydasında müflis elan edilməli və iflas prosesinə başlanmalıdır. xx xxxxxx 2020-ci il tarixində ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq Ərizəçi təsərrüfat fəaliyyətini həyata keçirmək və qanunla müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək məqsədilə bu sahədə təcrübəli olan ali təhsilli hüquqşünas, eyni zamanda “xxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X2 fərdi borclunun əmlak inzibatçısı vəzifəsinə təyin edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixində kreditor Ləğv prosesində olan QSC “Bank Standart” KB müflis elan olunma və iflas prosesinə başlanma barədə ərizə ilə bağlı etiraz təqdim edərək bildirmişdir ki, bank ilə ərizəçi arasında müxtəlif dövrlərdə kredit müqavilələri imzalanmışdır. Lakin ərizəçi öz öhdəliklərini lazımı qaydada icra etməmiş, QSC “Bank Standart” Kommersiya Bankı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-765/2015 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Hesab edir ki, təqdim edilən ərizə əsassızdır, qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, “Müflisləşmə və iflas haqqında” AR Qanunun 3-cü maddəsinin birinci bəndinin c) yarımbəndinə əsasən borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Ərizədən və ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsindən göründüyü kimi, borc üzrə öhdəliklərin icrası üçün müəyyənləşdirilmiş müddət bitməmişdir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun 4-cü maddəsinin 2-ci bəndinin ç) yarımbəndinə əsasən iflas haqqında məhkəməyə verilən ərizədə “borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat” öz əksini tapmalıdır. Həmin bəndin d) yarımbəndinə görə ərizədə “borclunun ödəmə qabiliyyətsizliyi özü tərəfindən təsdiq edilməli və ya sübut olunmalı” olduğu barədə qeydin olması qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən “iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının sürəti” borclu müəssisənin iflas haqqında ərizəsinə əlavə edilməlidir. Lakin belə qərar kreditorlara təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, LPO Bankın əmanətçilər qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə X1 dövlət büdcəsindən müvafiq maliyyə vəsaitləri cəlb edilir, əvəzində isə kreditor borcları yığılaraq dövlət büdcəsinə qaytarılır. xx.xx.2020-ci il tarixinə Bankın öhdəlikləri 1,072,486,904 manat ekvivalentindədir. Hesab edir ki, ərizəçinin müflisləşmə ilə bağlı məhkəməyə müraciəti, kreditor borcların ödənilməsindən yayınmaq kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək təmin edilməsi, Ərizəçi müflis elan edilməsi, iflas prosesinə başlanılması və X2 əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında kreditorun nümayəndəsi ərizənin əsassız olduğunu qeyd edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidr. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, Ərizəçi AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentində ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2017-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. - Ərizəçi aktivləri və öhdəlikləri barədə məlumatdan görünür ki, onun uzunmüddətli öhdəliklərinin miqdarı 217,941 manat təşkil edir. - Ərizəçi Təmran oğlunun ( VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, Ərizəçi Təmran oğlunun xx.xx.2017-xx.xx.2020-ci il tarixlərdə vergi borcu mövcud deyildir. - Ulu Zirvə qəzetinin xx xxxx 2020-ci il tarixli (07) 124-cü nömrəsində dərc edilmiş elana əsasən ünvan 1 ünvanında qeydiyyatda olan fərdi sahibkar Ərizəçi müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi, məhkəmə baxışının xx.xx.2020-ci il tarixə saat 14:30-a təyin edilməsi barədə mətbuat vasitəsi ilə bildirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elanlardan çıxarışdan görünür ki, fərdi sahibkar Ərizəçi müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş, debitor və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir. - Respublika qəzetinin xx xxxxxx 2020-ci il tarixli 156 (6775) nömrəsində dərc edilmiş elana əsasən ünvan 1 ünvanında qeydiyyatda olan fərdi sahibkar Ərizəçi müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi, məhkəmə baxışının xx.xx.2020-ci il tarixə saat 10:30-a təyin edilməsi göstərilmiş, debitor və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilməsi qeyd edilmişdir. Məhkəmənin qiymətləndirməsi. Tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir ki, hazırkı mübahisə borclu Ərizəçi kreditor Ləğv prosesində olan QSC “Bank standart” KB-nin tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Məhkəmə müflis elan edilmə barədə ərizə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Qeyd edilən Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: 1) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; 2) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; 3) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Göründüyü kimi qanunvericiliyin qeyd edilən normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilən hallardan məlum olur ki, QSC “Bank Standart” KB ilə Ərizəçi arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli ********** saylı və xx xxxx 2008-ci il tarixli ********** saylı kredit müqavilələri üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyinə görə tərəflər arasında məhkəmə mübahisəsi mövcud olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli , 2(001)-765/2015 saylı qətnaməsinə əsasən xx xxxxxx 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdeh Ərizəçi Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 136,261.73 ABŞ dollar əsas, 67,563.09 ABŞ dollar faiz, 14,115.79 ABŞ dollar cərimə, ümumilikdə isə 217,940.61 ABŞ dollar məbləğində borcun və xx xxxx 2008ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Ərizəçi və X4 müştərək qaydada 356,899.21 manat əsas, 187,371.80 manat faiz, 32,970.88 manat cərimə, ümumilikdə isə 577,241.89 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq QSC “Bank Standart” KB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəçi həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək müflis elan olunmasını xahiş edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsindən görünür ki, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Göründüyü kimi mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, Ərizəçi kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2015-ci il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda kreditorun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam edir, o cümlədən icra şöbəsinin müvafiq qərarı ilə ərizəçinin axtarışının həyata keçirilməsi qərara alınmışdır. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü (c) maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinindigər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3 (c)-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması ilə bağlı ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 217 227, 360-cı maddələrini və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizəçi “müflis elan olunma, iflas prosesinə başlanma və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar