Məhkəmə qərarları › İş №e-2-2(113)-1830/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1830/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1830/2021 13.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “X7 X2” X8 Cavabdeh ASC-yə qarşı “X3na ayırmaların ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “X7 X2” X9 Cavabdeh ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 73.669,20 manat məbləğində dövlətə vurulmuş maddi ziyanın alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması haqqında ərizə verərək, cavabdehdən 244800 manat məbləğində X3na ayırmaların və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən icazə sənədi olmadan “Alabaşlı” yatağında aparılmış hasialta görə vurulmuş maddi ziyanın məbləği 70672,2 manat X5 Bərpası üzrə Dövlət Fondunun hesabına tam ödənilmişdir. Beləliklə, X5 Bərpası üzrə Dövlət Fonduna ödənilməli məbləğ 315472,2-70672,2=244800 manat təşkil edir. 2015-2020-ci illər ərzində “Səngərqaya” əhəgdaşı yatağında 850000 kubmetr əhəngdaşı hasil edilmiş, lakin aparılmış hasilata görə X5 Bərpası üzrə Dövltə Fonduna ilkin əmtəə dəyərinin 4% miqdarında ayırmalar ödənilməmişdir. Qeyd olunan ayırmaların məbləği 244800 manat hesablanmışdır. Bakı Kommersiya Məhkəməsinin 08.10.2021-ci il tarixli, e-2-2(113)-1830/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırkı iş üzrə icraata cəlb edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: "xxxx" LLC-nin 26.05.2021-ci il tarixli Norm ASC-yə ünvanladığı məktubdan aydın olur ki, "xxxx" MMC ilə Cavabdeh ASC arasında bağlanmış “Dağ-Mədən sənayesi üzrə xidmətlərin göstərilməsi haqqında” iyul 2013 tarixli müqaviləyə əsasən "xxxx" MMC 2020-ci il ərzində Səngərqaya əhəng daşı yatağından 253019 ton əhəng daşı hasil edərəK Cavabdeh ASC-yə təhvil vermişdir. Cavabdeh MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 ünvanladığı 16 mart 2021-ci il tarixli 098/21 saylı məktubdan məlum olur ki, 18.02.2021-ci il tarixində işçi qaydasında email ünvanına X7 X2 tərəfindən göndərilən məlumatda Mineral-Xammal Bazasının Bərpası üzrə Dövlət onduna ödənilməli olan məbləğ aşağıdakı kimi qeyd edilmişdir. 1. 2017-ci il üzrə “Vulkan” gil yatağında hasilat 78727,0 ton ayırma məbləği 4158,11 manat; 2. 2018-ci il üzrə “Vulkan” gil yatağında hasilat 84940,42 ton-ayırma məbləği 4486,28 manat; 3. 2019-cu il üzrə “Vulkan” gil yatağında hasilat 95023,99 ton ayırma məbləği 5018,87 manat, 2020-ci il üzrə “Vulkan” gil yatağında hasilat 84595Ş0 ton ayırma məbləği 4468 manat, 2020-ci il üzrə “Səngərqaya” m/3 ayırma məbləği 244800 manat olmuşdur. - 2015-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Səngərqaya əhəngdaşı yatağında 1488433,81 m/3 hasilat olmuşdur. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. - 2016-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Səngərqaya əhəngdaşı yatağında hasilat olmamışdır. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. - 2017-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Səngərqaya əhəngdaşı yatağında hasilat olmamışdır. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. - 2018-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Alabaşlı hematit yatağında hasilat olmamışdır. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. - 2018-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Vulkan gil yatağında 84940,42 m/3 hasilat olmuşdur. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. - 2018-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Səngərqaya əhəngdaşı yatağında hasilat olmamışdır. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. - 2020-ci il üzrə X4 hesabat balansı üzrə 5 GK formalı arayışdan məlum olur ki, Səngərqaya əhəngdaşı yatağında 13687504,19 m/3 hasilat olmuşdur. Arayış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya və Arxiv Fondunun rəisinin imzası və möhürü ilə təsdiq olunmuşdur. Hüquqi dəyərləndirmə: Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun: 39-cu maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yerin təkindən istifadə, bu Qanunun 44-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ödənişlidir. Yerin təkindən istifadəyə görə yer təki istifadəçiləri .... X3na ayırmalar ödəyirlər. 40-cı maddəsinə əsasən faydalı qazıntıların çıxarılmasına görə ödənişlər vergi qanunvericiliyinə uyğun olaraq ödənilir. 41-ci maddəsinə əsasən X3na ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. ... X3na ayırmaların dərəcələri, ödənilməsi və istifadəsi qaydası qanunvericiliklə müəyyən edilir. “X3 üzrə Dövlət Fondu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əsasnamənin 2.2-ci maddəsinə əsasən X3na ayırmalar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Həmin Əsasnamənin 2.3-cü maddəsinə əsasən ayırmaların dərəcələri eyni növ mineral-xammal hasil edən bütün yer təki istifadəçiləri üçün eynidir. Həmin Əsasnamənin 2.4-cü maddəsinə əsasən X3na ayırmaların miqdarı faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən (mədən vergisi nəzərə alınmadan) faizlə müəyyən edilir. Həmin Əsasnamənin 3.7-ci maddəsinə əsasən ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Bundan əlavə, qüvvədə olan mülki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması ilə bağlı müvafiq subyektiv hüquqa malik olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar