Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1833/2023 05.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 23 iyun 2022-ci il tarixli 23/22 saylı Alqı-satqı Müqaviləsinə əsasən yaranmış 42.351,14 manat borcun, yaranmış borcun vaxtında ödənilməməsinə görə 2.031,69 manat cərimənin, ödənilmiş 224 manat dövət rüsumunun cavabdehdən tutulub, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X3 MMC Cavabdeh MMC arasında bağlanmış 23 iyun 2022-ci il tarixli 23/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə müvafiq olaraq cavabdehin nümayəndəsinə cəmi 42.351,14 məbləğində mal təhvil verilmişdir. Müqavilənin 4-cü-bəndinə əsasən müqavilə üzrə hesablaşma, mal təhvil verildikdən sonra, təsdiq edilmiş eletron qaiməyə və ya ona uyğun qaydada təsdiq edilmiş hesab-fakturaya əsasən malın tam dəyəri 5 (beş) iş günü ərzində köçürmə yolu ilə ödənilməli idi. Lakin Cavabdeh tərəfindən Müqavilənin şərtlərinə əməl edilməyərərək alınmış malların dəyəri bu günə kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyəti (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan ət məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırki müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür. İddiaçı tərəf iddiasının əsaslı olmasını təsdiq edən sübutlar kimi aşağıdakı elektron qaimələri işə əlavə etmişdir:
1. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 747602 nömrəli dəyəri 2.383,90 manat;
2. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 747760 nömrəli dəyəri 4.205,15 manat;
3. xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 818446 nömrəli dəyəri 2.576,10 manat;
4. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 789854 nömrəli dəyəri 4.552,35 manat;
5. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 798486 nömrəli dəyəri 7.946,45 manat;
6. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 798635 nömrəli dəyəri 6.063,60 manat;
7. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 797597 nömrəli dəyəri 7.362,50 manat;
8. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 799113 nömrəli dəyəri 5.031,75 manat;
9. xx.xx.2022-ci il tarixli EBCA seriyalı 797981 nömrəli dəyəri 2.229,34 manat. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 42.351,14 manat təşkil edir. Belə olan halda, Məhkəmə iddiaçının elektron qaimələrdə göstərilmiş malların Cavabdeh MMC-yə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Bundan əlavə də, qeyd edilməlidir ki, tərəflər özləri malların verilməsini müqavilənin 4.1-ci bəndində məhz elektron qaimə-fakturalara uyğun olaraq həyata keçirilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş çıxarışdan məlum olur ki, yuxarıda qeyd olunan elektron qaimələrlə bağlı cavabdeh tərəfindən irad bildirilmədiyindən sistem tərəfindən təsdiq edilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, elektron qaimələrdə göstərilmiş məbləğlərdə və miqdarda malların İddiaçı X2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alıcı Cavabdehnə təhvil verilməsi barədə qaimələr tərtib edilmiş və imzalanmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 42.351,14 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməldir. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etməklə 2.031,69 manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 210 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********37 nömrəli ödəmə qəbzindən görünür ki, İddiaçı X3 MMC tərəfindən mediasiya xərci olaraq 210 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 210 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddianın qiymətinin 44.382,83 manat olması nəzərə alındığında hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 224 manat dövlət rüsumu ödənilməli idi. Hazırkı halda da, 224 manat pulun 210 manat hissəsi mediasiya sessiyası zamanı ödənildiyindən, qalan 14 manat məbləğində pul dövlət büdcəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 14 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 42.351 (qırx iki min üç yüz əlli bir) manat 14 (on dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 210 (iki yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 14 (on dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov