Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-184/2020 04.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X6 Trading” LLC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Trading” LLC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-dən 168.631 ABŞ dolları və 5300 Britaniya funtu əsas məbləğ, 30397,80 ABŞ dolları və 657 Britaniya funtu faiz məbləği olmaqla, cəmi 199028,80 ABŞ dolları və 5957 Britaniya funtunun tutularaq “X6 Trading” LLC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin şərtləri ilə razı olduğunu və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: -Birinci tərəf-“X6 Trading” LLC ikinci tərəf Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən “X6 Trading” LLC-nin xeyrinə 168.631 ABŞ dolları və 5300 Britaniya funt sterlinqi əsas məbləğ, 30397,80 ABŞ dolları və 657 Britaniya funt sterlinqi faiz məbləği olmaqla, cəmi 199028,80 ABŞ dolları və 5957 Britaniya funt sterlinqinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. -Bu sazişə əsasən Tərəflər razılığa gəlirlər ki, “İkinci tərəf birinci tərəfə cəmi 132.000 ABŞ dolları məbləğində vəsaiti 5 dəfəyə, aylıq ödənişin məbləği 26400 ABŞ dolları olmaqla, hər ayın 25-dən gec olmayaraq xx xxxxxx 2020-ci il tarixədək birinci tərəfin bu bank hesabına ödəyir. Bankın adı: X5 Bank Bankın SWİFT kodu: ABDİAEAD İBAN: AE-25-050-**********918334 -Bu saziş bağlandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X6 Trading” LLC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Bu sazişə əsasən Tərəflər razılığa gəlirlər ki, İkinci tərəf (Cavabdeh MMC) birinci tərəfə (-“X6 Trading” LLC) cəmi 132.000 ABŞ dolları məbləğində vəsaiti 5 dəfəyə, aylıq ödənişin məbləği 26400 ABŞ dolları olmaqla, hər ayın 25-dən gec olmayaraq xx xxxxxx 2020-ci il tarixədək birinci tərəfin bu bank hesabına ödəyir. Bankın adı: X5 Bank Bankın SWİFT kodu: ABDİAEAD İBAN: AE-25-050-**********918334 Bu saziş bağlandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-184/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-184/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver