Məhkəmə qərarları › İş №e-2-2(113)-1840/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1840/2020

06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1840/2020 06.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Cavabdeh x1 (ASC) qarşı inventar aktın ləğv edilməsi və cərimənin silinməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı inventar aktın ləğv edilməsi və cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia tələbini nəzərdən keçirərkən məlum olur ki, tələb 2 hissədən ibarətdir: inventar aktın ləğv edilməsi və cərimənin silinməsi. Yuxarıda qeyd olunanm normanın məzmunundan görünür ki, pul tələbi ilə bağlı işlərə sadələşdirilmiş icraat qaydasında baxılması qeyd olunsa da, inventar aktın ləğv edilməsi tələbinə bu icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Bundan başqa, tələbi təsdiq edən sənədlər sənədlər də ərizəyə əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğuna görə tələbin əsaslı olması yalnız ona əlavə olunmuş sənədlərdə öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-4.1.2 və 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələb həmin Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə və verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh x1 (ASC) qarşı inventar aktın ləğv edilməsi və cərimənin silinməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar