Məhkəmə qərarları › İş №e-2-2(113)-1846/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1846/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1846/2023 22.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Russiya Federasiyasının Samara şəhərində yerləşən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən "xxxx" MMC ilə “X1” MMC arasında bağlanılmış 01 noyabr 2017-ci il tarixli mal alqı-satqı müqaviləsinə əsasən yaranmış 197405 dolları təşkil edən borcun alınaraq İddiaçın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında təsis edilmiş İddiaçıilə Rusiya Federasiyasının Samara şəhərində təsis edilmiş “X1” Məhdud Məsuliyyətli Cəmiyyət arasında 01 noyabr 2017-ci il tarixdə meyvə alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə "xxxx" MMC tərəfindən “X2” MMC-yə 197405 dollar dəyərində müxtəlif partiyalarda mal göndərilib. İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 4805,75 dollar dəyərində 19223 kq, 4747 dollar dəyərində 18988 kq və 4723,50 dollar dəyərində 18894 kq təzə alma göndərib. 21 noyabr 2017-ci il tarixdə yenə 4801 dollar dəyərində 19 204 kq və 4817,5 dollar dəyərində 19270 kq alma cavabdehə göndərib. İddiaçı 22 noyabr 2017-ci il tarixdə 4688,25 dollar dəyərində 18753 kq alma, xx.xx.2017-ci il tarixdə 4653 dollar dəyərində 18612 kq alma və 4710,25 dollar dəyərində 18841 kq alma cavabdehə göndərmişdir. Bundan başqa İddiaçı MMC tərəfindən xx.xx.2017-ci il tarixdə 4747 dollar dəyərində 18988 kq alma, 4735,25 dollar dəyərində 18941 kq alma, 30 noyabr 2017-ci il tarixdə 4805,75 dollar dəyərində 19 223 kq alma, xx.xx.2017-ci il tarixdə 4723,5 dollar dəyərində 18894 kq, 4723.5 dollar dəyərində 18894 kq alma, xx.xx.2017-ci il tarixdə 4735,25 dollar dəyərində 18941 kq alma, 4794 dollar dəyərində 19176 kq alma, 12.2017-ci il tarixdə 4794,25 dollar dəyərində 19177 kq alma , 4805,75 dollar dəyərində 19223 kq alma təzə, 4675 dollar dəyərində 18 700 kq alma, xx.xx.2017-ci il tarixdə 4688,25 dollar dəyərində 18753 kq alma, 4758,75 dollar dəyərində 19035 kq alma, 4564,5 dollar dəyərində 18258 kq, 4805,75 dollar dəyərində 19223 kq alma, xx.xx.2017-ci il tarixdə 4747 dollar dəyərində 18988 kq alma, 4754 dollar dəyərində 19016 kq alma, xx.xx.2017-ci il tarixdə 4837,75 dollar dəyərində 19351 kq alma, 4735,25 dollar dəyərində 18941 kq alma, xx.xx.2017-ci il tarixdə 4597,5 dollar dəyərində 18390 kq alma, 4600 dollar dəyərində 18400 kq alma, 4829,25 dollar dəyərində 19317 kq alma, xx.xx.2017-ci il tarixdə 4683,5 dollar dəyərində 18734 kq alma, 4735,25 dollar dəyərində 18941 kq alma, 4653 dollar dəyərində 18612 kq alma, xx.xx.2017-ci il tarixdə 4629,5 dollar dəyərində 18518 kq alma, 4356,25 dollar dəyərində 17425 kq alma, xx.xx.2017-ci il tarixdə 4477,75 dollar dəyərində 17911 kq alma təzə, 4559 dollar dəyərində 18236 kq alma, xx.xx.2017-ci il tarixdə 4683,75 dollar dəyərində 18735 kq alma, xx.xx.2017-ci il tarixdə 4735,25 dollar dəyərində 18941 kq alma, 4723,5 dollar dəyərində 18894 alma, xx.xx.2017ci il tarixdə 4672 dollar dəyərində 18688 kq alma, 4736,25 dollar dəyərində 18945 kq alma və 4356,5 dollar dəyərində 17426 kq alma məhsulunu “X1” MMC-yə göndərilib. Müqavilə üzrə bütün vəzifələr tərəfimizdən yerinə yetirilməsinə baxmayaraq “X1 ” MMC tərəfindən bu günədək hec bir ödəniş həyata kecirilməyib. Dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə satılmış malın ümumi dəyərini könüllü ödəməkdən yayınmışlar. Aramızda bağlanmış 01 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə görə cavabdeh “X1” MMC mallar Rusiya Federasiyasına daxil olduqdan 180 gün ərzində satilmış malın ümumi dəyərini iddiaçı X3 Məsuliyyətli Cəmiyyətinə ödəyəməlidir. Lakin bu müddət ərzində cavabdeh Privat Group MMC-ə olan borclar ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi, Vəkil1 izahatında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş edərək, müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdeh “X1” MMC-nin nümayəndəsi Vəkil2 məhkəmə elektron sisteminə yüklədiyi ərizədə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:

1. Tərəflər razılıq gəlirlər ki, bu barışıq sazişi təsdiq olunduqu günə cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçınə olan borc 197405 dollar təşkil edir.

2. Tərəflər razılıqa gəlirlər ki, 01 oktyabr 2023-cü il tarixdən başlayaraq göstərilən borc 36 ay müddətində aşağıda göstərilən müddətdə və məbləğdə ödəniləcək: 01 dekabr 2023 il tarixədək - 16200 dollar. 01 mart 2024 il tarixədək 16200 dollar. 01 iyun 2024 il tarixədək - 16200 dollar. 01 sentyabr 2024 il tarixədək-16200 dollar. 01 dekabr 2024 il tarixədək - 16200 dollar. 01 mart 2025 il tarixədək- 16200 dollar. 01 iyun 2025 il tarixədək 16200 dollar. 01 sentyabr 2025 il tarixədək 16200 dollar. 01 dekabr 2025 il tarixədək 16200 dollar. 01 mart 2026 il tarixədək 16200 dollar. 01 iyun 2026-cı il tarixədk 16200 dollar. 01 sentyabr 2026-cı il tarixədək 19205 dollar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh “X1” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 225 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə

Q Ə R A R A A L D İ:

İddiaçı "xxxx" MMC ilə cavabdeh “X1” MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-1846/2023 nömrəli iş üzrə icraata xitam verilsin. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 225 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar